Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-6/2024 21.02.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əli Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1977-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 09 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2018-ci il tarixdə cəza müddətinin sonu ilə azadlığa buraxılmış, Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 28 gün müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və barəsində Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndi tətbiq edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və üzərindən götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, 03 noyabr 2023-cü il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, açıq məhkəmə iclasında, Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq 2 ədəd sellofan bükümlərdə şəxsi istehlak miqdarından artıq miqdarda ümumi çəkisi 0,635 qram narkotik vasitə olan heroini xx.xx.2023-cü il tarixdə saat 10 radələrində qonşusu X1 yaşadığı Yevlax şəhəri, E.Məmmədov küçəsi 138 saylı evin həyətində 25 manat pul müqabilində alaraq əldə edib üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə, saat 11 radələrində Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövrüyyəsində şübhəli bilindiyinə görə Yevlax şəhəri E.Məmmədov küçəsində Yevlax rayon Polis Şöbəsinin polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax rayon Polis Şöbəsinə gətirilib üzərində orada həmin gün saat 11:50dən saat 12:25-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən 02 (iki) ədəd sellofan bükümlərdə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda Nadir Bəkirovdan 25 manat pul müqabilində qəsdən satış məqsədi olmadan alaraq əldə edib saxladığı ayrı-ayrılıqda 0,318 qram və 0,317 qram olmaqla ümumi təmiz çəkisi 0,635 qram şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək söyləmişdir ki, narkotik vasitə istifadəçisidir. xx.xx.2023-cü il tarixdə yaşadığı evdə olan zaman polis əməkdaşları Şahid1, Məhəmməd Zülfüqarov və Nofəl Bayramov evə gələrək onu Yevlax Rayon Polis Şöbəsinə aparmışlar. Buna baxmayaraq ittiham aktında bilərəkdən bu hal təhrif edilərək qeyd edilmişdir ki, o, polis əməkdaşları tərəfindən yaşadığı küçədə saxlanılmışdır. Polis şöbəsində polis əməkdaşı Məhəmməd Zülfüqarov onun hədələyib ona təzyiq göstərərək iki büküm narkotik vasitə vermiş və tələb etmişdir ki, həmin bükülüləri cibinə qoysun və video çəkiliş aparılan zaman cibindən çıxarıb təqdim edərək bu narkotiki Nadir Bəkirov adlı şəxsdən 25 manat müqabilində aldığını söyləsin. Məhəmməd Zülfüqarov bildirmişdir ki, əks halda onun üzərindən bir kiloqram narkotik vasitə aşkar edilməsini təmin edəcək. Bundan sonra ona müdafiəçi təqdim edilmiş və video çəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı polis əməkdaşının tələbi üzrə cibinə qoyulmuş olan bükülüləri əynindəki şalvarın cibindən çıxararaq təqdim etmiş və bildirmişdir ki, həmin narkotik vasitələri Nadir Bəkirovdan almışdır. Növbəti gün barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və buraxılmışdır. Eləcə də, istintaq zamanı Nadir Bəkirovla üzləşdirmə aparılan zaman qorxduğundan narkotik vasitəni ondan aldığını söyləmişdir. Bu səbəbdən üzləşmə zamanı Nadir Bəkirovdan üzr də istəmişdir. Bundan sonra yalnız Daxili İşlər Nazirliyinə polis əməkdaşlarının həmin qanunazidd hərəkətlərindən şikayət etmişdir. Nadir Bəkirov təqsirləndirilməsinə dair iş üzrə məhkəmə baxışı zamanı məhkəməyə ona təzyiqlərin olduğunu söyləmişdir. Buna baxmayaraq polis əməkdaşları barədə hər hansı tədbir görülməmişdir. Barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Şahid1 Rəfail oğlu bildirmişdir ki, Yevlax Rayon Polis Şöbəsində NMQ baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Yevlax şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələr saxlaması barədə15 mart 2023-cü il tarixdə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə raportla müraciəti əsasında şöbənin rəhbərliyi tərəfindən əməliyyat qrupu yaradılmış və müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Həmin gün, təxminən saat 11:00-da əməliyyat qrupunun digər üzvü PPXB-nün polis nəfəri Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmiş və birlikdə Yevlax şəhəri E.Məmmədov küçəsinə getmişlər. Orada müşahidə aparmış və Təqsirləndirilən şəxs həmin küçədə dayandığını görüb ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs özlərini təqdim etmiş və ona izah etmişlər ki, narkotik vasitələri saxlamaqda şübhəli olduğu üçün Yevlax Rayon Polis Şöbəsinə dəvət olunur. O, heç bir etiraz etmədən onlarla birlikdə Yevlax Rayon Polis Şöbəsinin inzibati binasına getmişdir. Təqsirləndirilən şəxs burada müdafiəçi təqdim edilmiş və video çəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən iki büküm çıxarıb təqdim etmişdir. Bükülüyə baxdıqda içində kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütlə narkotik vasitə heroindir, narkotik vasitəni həmin gün səhər saatlarında tanıdığı qonşusu Nadir adlı şəxsdən 25 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən, polis şöbəsinə gətirilərkən, habelə şöbədə tərəfindən ona qarşı hər hansı təzyiq göstərilməmiş, zor tətbiq edilməmişdir. Saxlanılıb polis şöbəsinin inzibati binasına gətirilərkən, inzibati binada onunla təklikdə hər hansı söhbət aparmamışdır. Bu müddət ərzində digər polis əməkdaşları, Təqsirləndirilən şəxs təqdim edilmiş müdafiəçi onun yanında olmuşdur. Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxs vəsatəti üzrə məhkəmə iclası zamanı dinlənilən şahid X4 bildirmişdir ki, Təqsirləndirilən şəxs Yevlax şəhər sakini kimi tanıyır. 15 mart 2023-cü il tarixə Təqsirləndirilən şəxs saxlanılması zamanı əməliyyat qrupunun üzvü olmamış, onun saxlanılmasında iştirak etməmiş, Yevlax RPŞ-nin inzibati binasında onunla görüşməmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını, habelə onunla Nadir Bəkirovun üzləşdirilməsini özündə əks etdirən video yazılara baxış keçirilmiş, ilk yazıda Təqsirləndirilən şəxs üzərindən 2 ədəd bükülü çıxararaq təqdim etmiş və bükülülərin ona məxsus olduğunu, bükülülərin içində olan kütlənin isə heroin olduğunu, Nadir Bəkirovdan aldığını etiraf etmiş, ikinci yazıda Nadir Bəkirovun üzünə qarşı da, sonuncunun sözlə təzyiqinə baxmayaraq, narkotik vasitəni ondan aldığını söyləmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin X5 15 mart 2023-cü il tarixli 17/254 aylı ekspert rəyində qeyd olunur ki, “Vət. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş iki ədəd sellofana bükülmüş bükülülərin içərisində narkotik maddə olan heroinə oxşar kütlələr.” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 02(iki) ədəd şəffaf sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri- 0,318 qram və 0,317 qram, ümumi çəkiləri- 0,635 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir (İ siyahı) (səhv.47) Məhkəmə Ekspertizası Mərkəzinin X5 17 iyun 2023-cü il tarixli 17/476 aylı ekspert rəyində qeyd olunur ki, üzərində “35 (otuz beş) ədəd bükümlərdə heroinlər. X8.” Sözləri yazılmış 01 (bir) ədəd MEM-nə məxsus kağız paketin içərisindəki 20 (iyirmi) ədəd sellofan bükümlərdə və 15 (on beş) ədəd gümüş-ağ rəngli kağız bükümlərdəı olan heroinlər ilə üzərində “02 ədəd sellofan bükümlərdə heroin. Təqsirləndirilən şəxs.” sözləri yazılmış 01 (bir) ədəd MEM-nə məxsus kağız paketin içərisindəki 02 (iki) ədəd şəffaf sellofan bükümlərdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkibinə komponentlərinə görə eynidirlər. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotin vasitələrin siyahısı”na daxildir. (İ siyahı) (səh. 118) Qalıq 0.495 (səh. 120) Gəncə Şəhər Narkoloji Dispanserinin 14 iyun 2023-cü il tarixli 1027 aylı ekspert rəyində qeyd olunur ki Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən suiistifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (səh.112) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 25 yanvar 2024-cü il tarixli məktubunda qeyd edilir ki, arxivlərin saxlanma müddəti bitdiyindən 2023-cü ilin mart ayı üzrə daxil olan məlumatların araşdırılması mümkün deyil. X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cu il tarixli hökmündən müəyyən olunur ki, həmin iş üzrə Təqsirləndirilən şəxs şahid qismində ifadə vermişdir. Onun ifadəsinə məhkəmə hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istitaq zamanı şahid qismində, habelə X6 ilə aralarında üzləşmə keçirilən zaman verdiyi ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitə heroini Nadir Bəkirovdan aldığını qeyd etsə də, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində üzərindən aşkar olunmuş narkotik vasitə heroini Nadir Bəkirovdan deyil, digər şəxsdən aldığını bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşıb və onları qəbul etməyərək habelə, Nadir Bəkirovla aralarında üzləşmə keçirilən zaman verdiyi ifadələrinin, eləcə də digər şahidlərin ifadələrinin və başqa sübütların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digər süburları daha inandırıcı və daha mötəbər hesab edərək və ona elan olunan ittihamin əsasını məhz qeyd olunan ifadələrin və digər süburların təşkil etdiyini qəbul etmişdir. Tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 09 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2018-ci il tarixdə cəza müddətinin sonu ilə azadlığa buraxılmış, Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 28 gün müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Müəyyən olunur ki, Təqsirləndirilən şəxs təyin edilmiş cəza müddəti azaldılmış və o, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Hər iki hökm üzrə məhkumluq ödənilməmişdir. (səh.92) 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 4-cü bəndinə görə, bu Qərarın 1-ci və 2-ci hissələrində nəzərdə tutulan şəxslərdən başqa, 3 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzalarının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olduqda, çəkilməmiş cəza 6 ay azaldılmalıdır (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlamada təqsirli olması şahidlərin ifadələri, onun üzərinə şəxsi axtarış keçirilməsini və Nadir Bəkirovla üzləşdirməni özündə əks etdirən video çəkilişlərlə, ekspertiza rəyləri ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı təqsirli olmadığını, polis əməkdaşlarının təzyiqləri nəticəsində üzərində iki büküm narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitələri Nadir Bəkirovdan 25 manat müqabilində aldığını etiraf etdiyini qeyd edərək bununla bağlı yalnız Daxili İşlər Nazirliyinə müraciət etdiyini bildirsə də, müraciət etməsini müəyyən etmək mümkün olmamışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarında qeyd edilir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs ona təzyiqlərin olması barədə hər hansı digər orqana müraciət etmədiyini, ona olan təzyiqlər barədə müdafiəçisinə məlumat vermədiyini etiraf etmişdir. Bununla təsdiq olunur ki, Təqsirləndirilən şəxs istintaq zamanı müdafiəçi ilə təmin edilsə də, ona polis əməkdaşları tərəfindən hər hansı təzyiqlərin, hədələrin olması barədə müdafiəçisinə məlumat verməmiş, habelə sonuncunun hüquqi yardımından istifadə edərək qanunvericiliklə müəyyən edilmiş qaydada cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs qeyd edilən dəlillərinin özünü müdafiə etmək xarakteri daşıdığı qənaətinə gəlir. Eyni zamanda nəzərə alınmalıdır ki, Nadir Bəkirovun təqsirləndirilməsinə dair iş üzrə də məhkəmə şahid Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı eyni məzmunda qeyd etdiklərinə tənqidi yanaşmış və onları qəbul etməmişdir. Video çəkilişlə müəyyən olunur ki, saxlanılan zaman onun üzərində hər hansı aşkar xəsarət olmamış, axtarış və götürmə ona təqdim edilən müdafiəçinin iştirakı ilə aparılmışdır. Onun üzərindən çıxan bükülülər zərfə qoyulub zərfin üstü yapışdırılaraq imzalanması üçün təqdim edilmiş, zərf onun müdafiəçisi və özü tərəfindən imzalanmışdır. Onun üzərindən çıxan və Nadir Bəkirovdan aşkar olunaraq götürülmüş narkotik vasitələr ekspert rəyinə əsasən tərkibinə görə eynilik təşkil etmişdir. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə təqsiri sübuta yetirildiyindən məhkəmə hesab edir ki, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, cəzasını yüngülləşdirən halların olmadığını, habelə cinayətlərin təhlükəli residivini cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Bu səbəbdən ona qeyd edilən maddədə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az olmayan həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiqdir. Şübhəli şəxs kimi saxlanıldığı müddət qanunvericiliyin tələblərinə uyğun hesablanaraq təyin ediləcək cəzadan çıxılmalıdır. Cəzasının əvvəli saxlanıldığı 03 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş və X7 saxlanılan, qalıq 0,495 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalıdır. Ekspertiza tədqiqatının dəyəri 69.10 manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Müdafiəçi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi dövlət vəsaiti hesabına göstərdiyi hüquqi yardıma məhkəmə zamanı 16 saat hesablanmaqla hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M Е T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 15 mart 2023-cü il tarixdən 17 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz gün) azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 03 noyabr 2023-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Maddi sübut - Yevlax Rayon Polis şöbəsində saxlanılan 0,495 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri - 69 (altmış doqquz) manat 10 (on) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba köçürülsün. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 96 (doxsan altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Sədrlik edən : Toğrul Əli
Məhkəmə qərarları › İş №1(039)-6/2024
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-6/2024
21.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver