Məhkəmə qərarları › İş №1(039)-6/2025

Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-6/2025

06.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-6/2025 06.02.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Ruslan Fehruz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Balakən rayonu, Qazma kəndində qeydiyyatda olmaqla və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham aktında qeyd edilir ki, o, özgənin əmlakını aldatma və etibardan sui istifadə yolu ilə qəsdən ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs4 sonuncunun övladı Arzu Musayevanın xəstəliklə əlaqədar əvvəllər aldığı və sonradan dayandırılmış təqaüdünü bərpa etdirəcəyi vədini verib Zərərçəkmiş şəxs4 aldadaraq vahid niyyətlə 2021-ci ilin oktyabr ayının sonlarında istintaqla müəyyən edilməyən gündə günorta saatlarında Yevlax rayonunun Xaldan kəndində Rəqasanə Musayevanın 1500 manat pulunu, 2021-ci ilin dekabr ayının sonlarında istintaqla müəyyən edilməyən gündə günorta saatlarında Zərərçəkmiş şəxs4 Mingəçevir şəhərində yerləşən “Qədiroğlu” marketin içərisindəki elektron ödəmə sistemi vasitə ilə Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməyən bank kartına göndərmiş olduğu 1000 (bir min) manat pulunu alıb ələ keçirməkə Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə etmə və aldatma yolu ilə ümumilikdə vahid niyyətlə 2500 manat pulunu qəsdən ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, qəsdən təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 Sədəddin qızına sonuncunun dayandırılmış təqaüdünü 21 gün ərzində bərpa etdirəcəyi vədini verib Zərərçəkmiş şəxs3 aldadaraq vahid niyyətlə 2021-ci ilin dekabr ayının əvvəllərində istintaqla müəyyən edilməyən gündə günorta saatlarında Yevlax rayonunun Xaldan kəndində Zərərçəkmiş şəxs3 800 manat pulunu, 2021-ci ilin dekabr ayının sonlarında istintaqla müəyyən edilməyən gündə günorta saatlarında Yevlax rayonunun Xaldan kəndində Zərərçəkmiş şəxs3 1400 manat pulunu alıb ələ keçirməkə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə etmə və aldatma yolu ilə cəmi vahid niyyətlə 2200 manat pulunu qəsdən ələ keçirməklə təkrar dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs qəsdən təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 sonuncunun övladı Abdulməcid İsmayılova İİ qrup əlillik dərəcəsi düzəltməklə təqaüd alacağı vədini verib Zərərçəkmiş şəxs1 aldadaraq 2022-ci ilin yanvar ayının sonlarında istintaqa məlum olmayan gündə saat 11 radələrində Bakı şəhəri Nəsimi rayonunda Respublika Əlillərin Bərpa Mərkəzinin yaxınlığında Zərərçəkmiş şəxs1 2000 manat pulunu alaraq sonuncunun etibarından sui-istifadə etmə və aldatma yolu ilə 2000 manat pulunu qəsdən ələ keçirməklə təkrar dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, qəsdən təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 sonuncunun bacısı Şahid xəstəliyi ilə əlaqədar təqaüd düzəldəcəyi vədini verib Zərərçəkmiş şəxs2 aldadaraq vahid niyyətlə 2022-ci ilin aprel ayının 28-də günorta saatlarında Bakı şəhəri Beynəlxalq avtovağzal kompleksinin ərazisində Zərərçəkmiş şəxs2 500 manat pulunu, 2022-ci ilin may ayının əvvəllərində istintaqla müəyyən edilməyən gündə Mingəçevir şəhərindən Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməyən bank kartına göndərdiyi 300 manat pulunu, 2022-ci ilin avqust ayının əvvəllərində istintaqla müəyyən edilməyən gündə Zərərçəkmiş şəxs2 Yevlax rayonunun Varvara kəndində yerləşən restoranın yanındakı elektron ödəmə sistemi vasitə ilə Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməyən bank kartına göndərdiyi 200 manat pulunu, 2022-ci ilin sentyabr ayının sonlarında istintaqla müəyyən edilməyən gündə Zərərçəkmiş şəxs2 Yevlax rayonunun Varvara kəndində yerləşən restoranın yanındakı elektron ödəmə sistemi vasitə ilə Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməyən bank kartına göndərdiyi 130 manat pulunu alaraq Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə etmə və aldatma yolu ilə cəmi 1130 manat pulunu qəsdən ələ keçirməklə təkrar dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslər və şahid ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-in 178.2.2-ci maddəsi ilə elan edilmiş ittihamla ilkin olaraq özünü qismən təqsirli bilərək daha sonra isə tam təqsirli bilərək ayrıayrılıqda epizodlar üzrə ifadəsində göstərmişdir ki, o, tutduğu əməllərindən peşmandır. Zərərçəkmiş şəxs4 təxminən 2 il müddət ərzində Mingəçevir şəhərində yaşayan Zəminə adlı qohumumun vasitəsi ilə tanımış, onu ilk dəfə Zəminənin evində görmüş və orada tanış olmuşdur. Həmin vaxt Rəqsanəyə Azərbaycan Respublika X6 hüquqşünas kimi işlədiyini demiş, daha sonra 2021-ci ilin oktyabr ayının əvvəllərində dəqiq yadında qalmayan gündə Rəqsanəyə zəng edərək əlilliklə bağlı təqaüd düzəltdirə bildiyini və əlilliklə təqaüdə çıxmaq istəyən şəxslər olarsa bu barədə ona məlumat verməsini bildirmişdir. Bu zaman Rəqsanə ondan azyaşlı qızı Arzunun kəsilmiş təqaüdünü bərpa edə bilib-bilməyəcəyini soruşmuş, ona bərpa edə biləcəyini və bunun üçün 2500 manat pul verəcəyi təqdirdə qızı Arzunun təqadünü bərpa etdirəcəyini demişdir. 2021-ci ilin oktyabr ayının sonlarında dəqiq yadında qalmayan gündə günorta saatlarında Yevlax rayononun Xaldan kəndinin ərazisində Rəqsanə ilə görüşərək ondan 1500 manat pul almış, Rəqsanəyə qızının təqaüdünün 3-4 ay ərzində bərpa olunacağına söz vermişdir. Bundan sonra 2021-ci ilin dekabr ayının sonlarında dəqiq yadında qalmayan gündə Rəqsanə ona dediyi və hazırda xatırlamadığı kart hesabına 1000 manat pul göndərmişdir. Rəqsanə ilə telefonla danışmış və onu qısa müddət ərzində qızının təqaüdünün bərpa olunacağına əmin etmişdir. Bundan sonra Rəqsanəyə başqa təqaüd düzəltmək istəyən şəxsləri tapmağını demiş, hər dəfə müxtəlif bəhanələr gətirərək Rəqsanəni aldatmış, demək olar ki, hər həftə başqa nömrə işlətmiş, tez-tez mobil nömrələrini dəyişmişdir. Rəqsanə ona vermiş olduğu sözü tutmayaraq qızına təqaüd düzəltdirə bilmədiyi üçün pulunu geri qaytarmağını tələb etsə də pulu geri qaytarmamış, niyyəti Rəqsanəni aldadaraq onun pulunu ələ keçirmək olmuşdur. Mingəçevir şəhər sakini Zərərçəkmiş şəxs3 Sədəddin qızını qohumu Zəminənin vasitəsilə tanımış, Zərərçəkmiş şəxs3 dayandırılmış təqaüdünü 21 gün ərzində bərpa etdirəcəyini vəd verib aldadaraq 2021-ci ilin dekabr ayının əvvəllərindən sonlarınadək olan müddət ərzində sonuncu dəfə Yevlax rayonu Xaldan kəndi ərazisində onunla görüşərək verniş olduğu 1400 manat da daxil olmaqla ümumilikdə 2200 manat pulunu alıb ələ keçirmişdir. Zərərçəkmiş şəxs1 qohumu Zəminənin vasitəsilə tanımış, Kənana oğlu Abdulməcid İsmayılova İİ qrup əlillik dərəcəsi düzəltməklə təqaüd alacağına vəd verib aldadaraq 2022-ci ilin yanvar ayının sonlarında dəqiq xatırlamadığı gündə, saat 11 radələrində Bakı şəhəri Nəsimi rayonunda Respublika Əlillərin Bərpa Mərkəzinin yaxınlığında 2000 manat pulunu alaraq ona qarşı dələduzluq etmişdir. Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs4 tanışı kimi tanımış, Mehparəyə bacısı Şahid xəstəliyi ilə əlaqədar təqaüd düzəltməklə təqaüd alacağına vəd verib onu aldadaraq 2022-ci ilin aprel ayının 28-dən sentyabr ayının sonlarınadək olan müddətdə sonuncu dəfə Zərərçəkmiş şəxs2 hazırda nömrəsini xatırlamadığı kartına göndərmiş olduğu 130 manat da daxil olmaqla ümumilikdə 1130 manat pulunu alaraq ona qarşı dələduzluq etmişdir. Zərərçəkmiş şəxs2 aid hissədə özünü təqsirli bilir. Zərərçəkmiş şəxs2 hazırda ondan heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyanı ödəmişdir, digər üç epizod üzrə də özünü təqsirli bilir. Lakin həmin epizodlar üzrə müddət ötdüyünə görə cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsinin nəzərə alınmasını və onun barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, oğlu Abdulməcid İsmayılov İİ Qarabağ müharibəsində yaralanaraq qazi olmuş, ona İİİ qrup əlilik dərəcəsinə görə təqaüd verilmiş, lakin oğlu Abdulməcidi İİ qrup dərəcəsinə keçirmək istəmiş, oğlu Əbdulməcidə həqiqətən İİ qrup əlilik dərəcəsi düşmüşdür. Tanışı Zərərçəkmiş şəxs4 onun oğlunun vəziyyətini eşitdikdə tanıdığı Təqsirləndirilən şəxs onun uşağına İİ qrup əlillik təqaüdü düzəldə biləcəyini, onun həmin işlərələ məşğul olduğunu demişdir. Rəqsanə Pərvizlə danışmış və Pərviz onun oğlu Abdulməcidə İİ qrup əlilik düzəldə biləcəyini və buna görə də 2000 manat pul istədiyini demişdir. Təqsirləndirilən şəxsla görüşmək üçün oğlu Əbdülməcid və Rəqsanə ilə birlikdə 2022-ci ilin yanvar ayının sonlarında dəqiq yadında qalmayan gündə Bakı şəhərinə getmiş və həmin gün saat 11 radələrində Bakı şəhəri Nəsimi rayonunda yerləşən Respublika Əlillərin Bərpa Mərkəzinin yaxınlığında Təqsirləndirilən şəxsla görüşmüş, orada yerləşən adını bilmədiyi kafedə oturub çay içərək söhbət etməyə başlamışlar. Gələn zaman oğlunun bütün sənədlərini və 2000 manat pulu özü ilə götürmüş, Pərvizə oğluna İİ qrup əlilik dərəcəsi düzəldə bilib-bilməyəcəyini, əgər düzəldə bilmirsə onu aldatmamasını demiş, Təqsirləndirilən şəxs onun işinin bundan ibarət olduğunu, bununla bağlı çoxlu sayda şəxsə təqaüd düzəldiyini, ona 2000 manat pul verəcəyi təqdirdə 2-3 ay ərizndə oğluna İİ qrup əlillik dərəcəsi düzəldə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs özündən əmin olaraq danışdığı üçün ona inanaraq həmin yerdə ona 2000 manat pul vermiş, sonra rayona qayıdaraq gəlmişdir. Bundan sonra bir il keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs ona vermiş olduğu vədə əməl etməmiş, Pərvizlə müxtəlif vaxtlarda bu barədə danışsada Pərviz hər dəfə müxtəlif bəhanələr gətirərək onu aldatmış, ondan pulumu qaytarmasını tələb etsə də Pərviz pulunu geri qaytarmamış, onu aldadaraq dələduzluq yolu ilə 2000 manat pulunu ələ keçirtmişdir. Hazırda təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyandan 750 manatın ödənilmiş yerdə qalan məbləği isə bu günə kimi ödəməmişdir. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi olduğnu, qalmış ziyan ödənilmədiyi halda sonuncuya qanuni cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Fərruz qızı ifadəsində bildirmişdir ki, bacısı Şahid şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyi, həmçinin də Hipatet B xəstəsi olduğundan ona təqaüd düzəltdirmək istəmişdir. Tanışı Zərərçəkmiş şəxs4 onun bacısının vəziyyətini eşitdikdə onun tanıdığı Təqsirləndirilən şəxs bacısı Zülfiyyəyə təqaüd düzəldə biləcəyini, onun həmin işlərələ məşğul olduğunu demiş, xahişi əsasında Rəqsanə Pərvizlə mobil telefon vasitəsilə danışmış və Pərviz bacısı Zülfiyyəyə təqaüd düzəldə biləcəyini, buna görə də 500 manat pul istədiyini demişdir. Təqsirləndirilən şəxsla görüşmək üçün bacısı Zülfiyyə və Rəqsanə ilə birlikdə 28 aprel 2022-ci il tarixdə Bakı şəhərinə getmiş və həmin günü saat 11 radələrində Bakı şəhərində yerləşən X9 adına Milli Oftomologiya Mərkəzinin qarşısında Təqsirləndirilən şəxsla görüşmüş, orada xəstəxanaya daxil olmuş, daha sonra xəstəxananın işərisində gözləmiş, Təqsirləndirilən şəxs orada olan otaqlara girib-çıxdıqdan sonra xəstəxanadan çıxıb Milli Onkologiya İnistutuna getmişlər. Orada da eyni qaydada xəstəxanaya daxil olmuş, Təqsirləndirilən şəxs otaqlara girib-çıxdıqdan sonra birlikdə Bakı şəhəri Beynəlxalq avtovağzalına qayıtmışlar. Avtovağzalda olan zaman Rəqsanəyə vermiş olduğu 500 manat pulu Rəqsanə və bacısının yanında Təqsirləndirilən şəxs vermiş, Təqsirləndirilən şəxs onu bacısı Zülfiyyəyə təqaüd düzələcəyinə əmin etmiş, hətta gələcəkdə onun özünə də təqaüd düzəldə biləcəyinə söz vermişdir. Rəqsanə orada, yəni Təqsirləndirilən şəxs yanında, həmçinin digər vaxtlarda da onlara Təqsirləndirilən şəxs bu işləri bacardığını, bacısı Zülfiyyəyə təqaüd düzəldəcəyini demişdir. Rəqsanə pulu Təqsirləndirilən şəxs verdikdən sonra onlar birlikdə uzaqlaşaraq avtobusun arxasına keçmiş, mahiyyəti onlara məlum olmayan söhbət etmiş, daha sonra Rəqsanə onların yanına qayıtmış, birlikdə rayona qayıdıb gəlmişlər. Həmin hadisədən təxminən 10-15 gün sonra, yəni 2022-ci ilin may ayının əvvəllərində dəqiq yadında qalmayan gündə Təqsirləndirilən şəxs ona zəng edərək işin həll olması üçün əlavə olaraq 300 manat pul lazım olduğunu bildirmiş, ona pulu olmadığını, həmin pulu tapan zaman göndərəcəyini demiş, sonra Rəqsanəyə zəng edərək Pərvizin əlavə pul istəməsini, pulu olmadığını dedikdə Rəqsanə onun yerinə Pərvizə 300 manat pul göndərəcəyini demiş, həmin gün Pərviz ona zəng edərək 300 manat pulu Rəqsanənin göndərdiyini demişdir. Daha sonra Təqsirləndirilən şəxs çağırşı əsasında 2022-ci ilin may ayının sonlarında dəqiq yadında qalmayan gündə səhər saatlarında yenidən bacısı Zülfiyyə və Rəqsanə ilə birlikdə Bakı şəhərinə gedərək Təqsirləndirilən şəxsla X9 adına Milli Oftomologiya Mərkəzinin qarşısında görüşmüş, Təqsirləndirilən şəxs ona təqadü düzəldirəcəyini söz verdiyi üçün ora getmiş, Təqsirləndirilən şəxs onları oradan götürərək taksi ilə Bakı şəhərində yerləşən bilmədiyi xəstəxanaya aparmış və onu böyrək xəstəliyi ilə təqaüdə çıxaracağına söz vermişdir. Həmin xəstəxananın qarşısında gözləmiş, Pərviz xəstəxanaya girib-çıxdıqdan sonra onun işinin həll olunacağını demiş, oradan da rayona qayıdıb gəlmişlər. Daha sonra 2022-ci ilin avqust ayının əvvəlləridə dəqiq yadında qalmayan gündə Təqsirləndirilən şəxs ona zəng edərək sənədlərinin düzəlməsi üçün 200 manat pul istəmiş, həmin pulu yaşadığı Varvara kəndində olan Restoranın yanındakı elektron ödəmə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs demiş olduğu, lakin hazırda xatırlamadığı kart hesabına göndərmiş, həmin pulu göndərməyinə dair qəbzi atmış və hazırda onda olmamışdır. Həmin hadisədən təxminən 1 ay sonra, yəni 2022-ci ilin sentyabr ayının sonlarında dəqiq yadında qalmayan gündə Təqsirləndirilən şəxs ona zəng edərək bacısı Zülfiyyənin və onun sənədlərinin hazır olduğunu və oradan götürüb Yevlax rayon Mərkəzi Xəstəxanasına göndərmək üçün hər bir sənəd üçün 64 manat pul lazım olduğunu bildirmiş, bu səbəbən çıxılan rüsümu da nəzərə alaraq ümumilikdə 130 manat pulu yaşadığı Varvara kəndində olan Restoranın yanındakı elektron ödəmə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs ona demiş olduğu, lakin hazırda xatırlamadığı kart hesabına göndərmiş, həmin pulu göndərməyinə dair qəbzi atmış və hazırda onda olmamışdır. Xeyli müddət keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs ona vermiş olduğu vədə əməl etməmiş, nə onun özünə, nə də ki, bacısı Zülfiyyəyə təqaüd düzəlməmiş, Pərvizlə müxtəlif vaxtlarda bu barədə danışsa da Pərviz hər dəfə müxtəlif bəhanələr gətirərək onu aldatmış, bunu başa düşdükdən sonra ondan pulunu qaytarmasını tələb etsə də Pərviz pulunu geri qaytarmamış, onu aldadaraq dələduzluq yolu ilə 1130 manat pulunu ələ keçirmişdir. Təqsirləndilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanı ödəmiş, hazırda ondan bir şikayət və tələbinin olmadığını bildirmiş onun barəsində olan cinayət işinin icratına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, Mingəçevir şəhərində yaşayan qonşusu Zəminənin vasitəsi ilə onun qohumu olan Təqsirləndirilən şəxs tanımışdır. 2021-ci ilin yanvar ayınadək İİ qrup əlilliyə görə təqaüd almış, lakin həmin vaxtdan bəri təqaüdü kəsilmiş, bu barədə qonşusu Zəminə bilərək 2021-ci ilin dekabr ayının əvvəllərində yadında qalmayan gündə onu evinə dəvət edərək qohumu Pərvizlə tanış edib ona Təqsirləndirilən şəxs X6 hüquqşünas işlədiyini demişdir. Pərvizlə bu barədə söhbət etdikdə Pərviz ona kəsilmiş təqaüdünü 21 gün ərzində bərpa etdirə biləcəyini deyərək bunun qarşılığında ondan 2200 manat pul istəmiş, razılaşmışdır. Daha sora Pərvizə əlilliklə bağlı şəkilli sənədinin şəklini çəkərək göndərmiş, bir neçə gün sonra 2021-ci ilin dekabr ayının əvvəllərində dəqiq yadında qalmayan gündə Pərvizlə razılaşmalarına əsasən qonşusu Zəminəyə Pərvizə verməsi üçün 800 manat pul vermiş, daha sonra 2021-ci ilin dekabr ayının sonlarında dəqiq yadında qalmayan gündə Pərvizlə razılaşmalarına əsasən Yevlax rayonun Xaldan kəndinin ərazisində görüşərək 1400 manat pulu əlbəl Pərvizə vermişdir. Həmin vaxt onun yanında rəfiqəsi Rəqsanə olmuş, onun Pərvizə 1400 manat məbləğində pul verməyini Rəqsanə görmüşdür. Pulu verdikdən sonra dəfələrlə Pərvizlə əlaqə saxlamış, lakin Pərviz müxtəlif bəhanələr gətirərək onu aldatmış, həmin vaxtdan bəri Təqsirləndirilən şəxs onun pulunu geri qaytarmamış və təqaüdünü bərpa etdirməmişdir. Təqsirləndilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ödənilməmişdir. Ona görə də ona dəymiş ziyan ödənilmədiyi üçün Təqsirləndirilən şəxs cəza verilməsinin xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs Mingəçevir şəhərində yaşayan əvvəllər qonşusu olmuş Zəminə adlı qadının vasitəsi ilə tanımış, Pərvizi ilk dəfə Zəminənin evində görmüşdür. Həmin vaxt Zəminə xanım Pərvizi ona qohumu, yəni xalası nəvəsi kimi təqdim etmiş, Pərviz ona Respublika X6 hüquqşünas kimi işlədiyini demişdir. 2021-ci ilin oktyabr ayının əvvəllərində dəqiq yadında qalmayan gündə Pərviz ona zəng edərək əlilliklə bağlı təqaüd düzəltdirə bildiyini və əlilliklə təqaüdə çıxmaq istəyən şəxslər olarsa ona deməsini bildirmiş, ondan əvəllər xəstəliklə bağlı təqaüd almış azyaşlı qızı Arzunun kəsilmiş təqaüdünü bərpa edə bilib-bilməyəcəyini soruşmuş, Pərviz ona 2500 manat pul verəcəyi təqdirdə qızı Arzunun təqadünü bərpa etdirəcəyini demiş, Təqsirləndirilən şəxs inanaraq onunla razılaşmış, 2021-ci ilin oktyabr ayının sonlarında dəqiq yadında qalmayan gündə günorta saatlarında Yevlax rayononun Xaldan kəndinin ərazisində Təqsirləndirilən şəxsla görüşərək ona qızı Arzunun təqaüdünü bərpa etdirməsi üçün 1500 manat məbləğində pul vermiş, qalan 1000 manatı da qısa müddətdə verəcəyini demişdir. Həmin vaxt tək olmuş, Pərviz ona qızının təqaüdünün 3-4 ay ərzində bərpa olunacağına söz vermişdir. Bundan sonra 2021-ci ilin dekabr ayının sonlarında dəqiq yadında qalmayan gündə günorta saatlarında Mingəçevir şəhərində yerləşən “Qədiroğlu” marketinin içərisində olan elektron ödəmə sistemi vasitəsi ilə Pərvizin ona demiş olduğu hazırda xatırlamadığı kart hesabına 1000 manat pul göndərmiş, pulu göndərdikdən sonra Pərvizlə danışmış, Pərviz onu qısa müddət ərzində qızının təqaüdünün bərpa olunacağına əmin etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona başqa təqaüd düzəltmək istəyən şəxsləri tapmasını demiş, bu barədə öz qohum və tanışlarına deməyə başlamış, kimin problemi varsa Pərvizin köməkliyi ilə həll etməyin mümkün olmasını demiş, lakin 2022-ci ilin sonlarında Təqsirləndirilən şəxs onu və digər şəxsləri aldatdığını bilmişdir. Təqsirləndirilən şəxs hər dəfə müxtəlif bəhanələr gətirərək onu aldatmış, demək olar ki, hər həftə başqa nömrə işlətmiş, tez-tez mobil nömrələrin dəyişmiş, Pərvizdən ona vermiş olduğu sözü tutmayaraq qızına təqaüd düzəltdirə bilmədiyi üçün pulunu geri qaytarmasını tələb etsə də Pərviz pulu geri qaytarmamış, onun pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxsla onun özü tanış etmiş, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs 2022-ci ilin yanvar ayının sonlarında Respublika X3rşısında oğlu Abdulməcidə İİ qrup əlillik dərəcəsi düzəldə bilməsi üçün 2000 manat pul vermişdir. X4 Sərkərovla onun özü tanış etmiş, Təqsirləndirilən şəxs Mehparənin bacısı Zülfiyyəyə təqaüd düzəltmək adı ilə Bakı şəhəri Beynəlxalq Avtovağzalın ərazisində 500 manat pul almış, həmin pulu Pərvizə onun özü vermiş, bundan başqa Təqsirləndirilən şəxs Mehparədən əlavə olaraq istəmiş olduğu 300 manat pulu onun özü Pərvizin vermiş olduğu kart hesabına xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “Qədiroğlu” marketdə olan elektron ödəmə sistemi vasitəsi ilə göndərmiş, həmin pulu Mehparənin pulu olmadığı üçün onun əvəzinə vermiş, Mehparə işi düzəldikdən sonra həmin pulu ona qaytarmalı olmuşdur. Təqsirləndirilən şəxs tanış etdiyi şəxslərdən almış olduğu pullardan ona hər hansı bir məbləğdə pul verməmiş, Təqsirləndirilən şəxsla qabaqcadan əlbir olmamış, belə bir fikri, niyyəti olmamışdır. Ərtafında olan şəxslərin maddi durumları zəif olduğu üçün onlara köməyi dəyməsi üçün Təqsirləndirilən şəxsla tanış etmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir, dəymiş ziyanın ödənilməsini tələb edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, vətəndaşlar Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1 və Nəsibə İbişovanın müraciəti əsasında fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə HK1/3062, HK-1/3063, HK-1/3064 və HK-1/338 saylı materialları ilə cinayət işinin başlanmışdır.(iş vər.01-02); Təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır (iş vər.88-89); Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə ittiham elan edilməsi qərara alınmışdır (iş vər.86-87); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayıb (iş vər.96-97); Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnməsi qərara alınmışdır (iş vər.99-101); İttiham elan edilməli olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 11:30-da şübhəli şəxs qismində tutulmuşdur (iş vər.103-104); Qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə saat 10:40-da polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (iş vər. 129-131); Şəki Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə zərərçəkmiş şəxslərə qarşı törədilmiş əməllə üzrə hər birinə münasibətdə cinayət məsuliyyətinə cəlbetmə müddəti həmin Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən keçdiyinə görə xitam verilmiş və onun cinayət məsuliyyətindən azad edilməsi qərara alınmışdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan 1(007)-376/2024 saylı cinayət işinin icraatına xitam verilməsi qərara alınmışdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 01 (bir) gün və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu və həbsdə saxlandığı 03 (üç) ay 07 (yeddi) gün, ümumilikdə 03 (üç) ay 08 (səkkiz) gün müddət nəzərə alınmaqla, həbsdə saxlanılmanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 01 (bir) il 05 (beş) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Balakən Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 54 №-li məktubdan görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-170/2023 saylı xx.xx.2023-cü il tarixli hökmünə əsasən AR CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 5 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş məhkum Təqsirləndirilən şəxs ona təyin edilmiş 1 il 5 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cazasının 6 ay 17 gün hissəsini çəkmiş, 10 ay 27 gün müddətini çəkməmişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 maddəsi ilə Təqsirləndirilən şəxs (xx.xx.1979-cu il tarixdə Balakən rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Balakən rayonu Qazma kəndində qeydiyyatda olmaqla yaşayan) barəsində axtarış elan edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində “həbs” qismində qətimkan tədbiri seçilməsi və onun tutularaq dərhal həbs edilməsi qərara alınmış, cinayət işi üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasından xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən həbs edilərək xx.xx.2024-cü il tarixdə 2 saylı İstintaq Təcridxanasına yerləşdirilmişdir; Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmiş, məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə, saat 16:00-a təyin edilməsi qərara alınmışdır. Zərərçəkmiş şəxs2 Fərruz qızının məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, ona dəymiş ziyan ödənilmişdir, hazırda Təqsirləndirilən şəxs ilə barışmış və ondan şikayətçi deyildir; Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X5 məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizələrindən görünür ki, onlara dəymiş ziyan ödənilməmişdir, hazırda Təqsirləndirilən şəxs şikayətçi olduqlarını və onun barəsində cəza verilməsini xahiş edirlər; Təqsirləndirilən şəxs məhkəməyə təqdim edilmiş ərizəsindən görünür ki, ona X2 münasibətdə verilmiş dələduzluq əməli üzrə ittahama sonuncuya ziyan ödəməsi, barışması ilə bağlı və digərlər üç epizod üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 qarşı törədilmiş əməllər üzrə hər birinə münasibətdə cinayət məsuliyyətinə cəlb etmə müddət ötdüyü üçün cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Zərərçəkmiş şəxs4 qarşı Təqsirləndirilən şəxs tərəfindən 2021-ci ilin dekabr ayının sonlarında, Zərərçəkmiş şəxs3 qarşı Təqsirləndirilən şəxs tərəfindən 2021-ci ilin dekabr ayının əvvəllində, Zərərçəkmiş şəxs1 qarşı Təqsirləndirilən şəxs tərəfindən 2022-ci ilin yanvar ayının sonlarında və X2 qarşı Təqsirləndirilən şəxs tərəfindən 2022-ci ilin sentyabr ayının sonlarında dələduzluq edilməsi ilə bağlı epizodlar üzrə Təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilməsi onun məhkəmə iclasında verdiyi etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahid ifadələri, iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər sübutlar yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-in 178.2.2-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi tam təsdiq olunur. Bununla yanaşı məhkəmə baxışının nəticəsində müəyyən edilmişdir ki, hazırkı cinayət əməllərindən 3 epizod üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən həmin Məcəllənin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Həmin Məcəllənin 75.1.1-ci maddəsinin tələblərinə görə böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. İşin müəyyən edilmiş hallarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 pulunu sonuncu dəfə 2021-ci ilin dekabr ayının sonlarında, Zərərçəkmiş şəxs3nnın pulunu dekabr ayının əvvəllində, Zərərçəkmiş şəxs1 pulunu 2022-ci ilin yanvar ayının sonlarında yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə mənimsəməklə dələduzluq əməli törədilmiş, cinayətlərin törədilməsindən iki ildən çox vaxt keçmişdir. İbtidai istintaq dövründə xx.xx.2023-cü il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərara əsasən cinayət işi üzrə icraat təqsirləndirilən şəxsin barəsində axtarış elan olunması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən dayandırılmış, xx.xx.2023-cü il tarixdə icraat təzələnmişdir, xx.xx.2023-cü il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərara əsasən cinayət işi üzrə icraat təqsirləndirilən şəxsin barəsində axtarış elan olunması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən dayandırılmış, xx.xx.2024-cü il tarixdə icraat təzələnmişdir, bundan başqa məhkəmə istintaqı dövründə rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar cinayət işi üzrə icraat dayandırılmış, xx.xx.2024-cü il tarixdə icraat təzələnmişdir, Göstərilən əsasla cinayət işinin icraatının dayandırılması ibtidai və məhkəmə istintaqı zamanı 09 (doqquz) ay 15 (on beş) gün keçməsinə baxmayaraq hazırkı 3 epizod üzrə cinayət əməlləri üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti hazırki vaxtadək başa çatmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 15 mart 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Məhkəmə baxışı nəticəsində təkrarlığa daxil olan iki cinayətdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi müəyyən edilərsə və bu səbəbdən həmin əmələ görə cinayət təqibinə xitam verilərsə, təqsirləndirilən şəxsin əməlində cinayətlərin çoxluğu mövcud olmadığından, onun əməlinin təkrarlıq əlaməti üzrə tövsif edilməsi də istisna edilir. Bu səbəbdən ikinci əmələ münasibətdə bütün hüquqi məsələlər, o cümlədən cinayət məsuliyyətinə cəlb etmə müddətinin müəyyən edilməsi ikinci əməlin təkrarən törədilən əməl kimi deyil, belə əlamətlə müşayiət olunmayan cinayət kimi həll edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin həmin məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aid olmasına baxmayaraq qeyd edir ki, yuxarıda göstərilən Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməməsi baxımından Təqsirləndirilən şəxs əməli CM-nin 178.2.2ci maddəsi ilə nəzərdə tutulan müddətlərdə deyil məhz CM-nın 178.1-ci maddəsi əsas götürülməklə həmin məcəllənin 15.2-ci maddəsinə üçün nəzərədə tutulan iki illik müddət tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən Məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ünvanlanmış ərizəsini, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Zərərçəkmiş şəxs4 qarşı Təqsirləndirilən şəxs tərəfindən 2021-ci ilin dekabr ayının sonlarında, Zərərçəkmiş şəxs3 qarşı Təqsirləndirilən şəxs tərəfindən 2021-ci ilin dekabr ayının əvvəllində və Zərərçəkmiş şəxs1 qarşı Təqsirləndirilən şəxs tərəfindən 2022-ci ilin yanvar ayının sonlarında dələduzluq edilməsi ilə bağlı epizodlar üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3 və 43.3-cü maddələrinə əsasən həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Zərərçəkmiş şəxs2 qarşı qarşı Təqsirləndirilən şəxs tərəfindən 2022-ci ilin sentyabr ayının sonlarında dələduzluq edilməsi epizodu ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Zərərçəkmiş şəxs2 qarşı Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin Bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 dəymiş ziyanı tamamilə ödəyərək onunla barışması nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Belə olan halda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2ci maddəsinə əsasən 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 ilə barışdığını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ünvanlanmış ərizəsini, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.3, 39.1.11, 43, 321, 321.2.1, 344-348, 356, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 qarşı törədilmiş əməllər üzrə hər birinə münasibətdə cinayət məsuliyyətinə cəlb etmə müddəti həmin Məcəllədinin 75.1.1-ci maddəsinə əsasən keçdiyinə görə həmin epizodlar üzrə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Zərərçəkmiş şəxs2 qarşı törədilmiş cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəməsi və onunla barışması səbəbindən barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham üzrə CM-nin 73-1.1-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə zalından dərhal azad edilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar