Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-60/2022 03.08.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakları ilə, xx xxx 1995-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, açıq məhkəmə iclasında, Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, satış məqsədi ilə qanunsuz olaraq 3 ədəd sellofan bükülüdə ümumi çəkisi 1,895 qram miqdarında psixotrop maddə olan metamfetamini və satış məqsədi ilə qanunsuz olaraq 1 ədəd sellofan bükümdə 0,119 qram şəxsi istehlak miqdarından artıq miqdarında narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib qəsdən özündə saxlamış, Yevlax rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs kimi 12 dekabr 2021-ci il tarixdə saat 10 radələrində Yevlax rayonu, Havarlı kəndi ərazisində saxlanılıb Yevlax Rayon Polis Şöbəsinə gətirilərək üzərində həmin tarixdə saat 10:50-dən 11:20-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə, video çəkilişlə aparılmış şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən 03 (üç) ədəd sellofan bükümlərdə qəsdən satış məqsədi ilə əldə edib saxladığı ayrı-ayrılıqda 0,102 qram, 0,271 qram, 1,522 qram, ümumi çəkisi 1,895 qram miqdarında psixotrop maddə olan metamfetamini və 1 (bir) ədəd sellofan bükümdə qəsdən satış məqsədi ilə əldə edib saxladığı 0,119 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş və o, polis əməkdaşları tərəfindən saxlanılan zaman onun yanında olmuş Şahid3 12 dekabr 2021-ci il tarixdə saat 10 radələrində Yevlax rayonu, Havarlı kəndi ərazisində saxlanılıb Yevlax rayon polis şöbəsinə gətirilərək üzərində həmin tarixdə saat 12:00-dan 12:25-ə qədər olan müddətdə müdafiəçinin iştirakı ilə, video çəkilişlə aparılmış şəxsi axtarış zamanı Şahid3 təqdim etdiyi qara rəngli əl çantasının içərisindən Nihad Yusifova məxsus olan və polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəlki saatlarda Nihad Yusifovun həmin çantaya qoyduğu bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı, ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək söyləmişdir ki, ara-sıra psixotrop maddə olan metamfetamin istifadə etmişdir. İstifadə etmək üçün psixotrop maddəni bəzən sosial şəbəkələrdə tanış olduğu şəxslərdən almışdır. xx.xx.2021-ci il tarixdə Bakı şəhərində olarkən axşam saatlarında sosial şəbəkədə tanımadığı şəxslə tanış olmuşdur. Həmin şəxs bildirmişdir ki, 30 manat müqabilində psixotrop maddə olan metamfetamin sata bilər. Ona istifadə etdiyi ***-***-**-** nömrəsini bildirmiş və həmin şəxs, tanımadığı və yadında saxlamadığı bir telefon nömrəsindən “Whatsapp” proqramı vasitəsi ilə ona Bank kartı nömrəsini göndərmişdir ki, 30 manat pulu həmin karta köçürsün. Pulu köçürdükdən sonra həmin şəxs bildirmişdir ki, metamfetamin və əlavə olaraq hədiyyə kimi heroin Bakı şəhərində, “Həzi Aslanov” metro stansiyasının yaxınlığındakı binanın yanında olan ağacın dibindədir, gedib götürə bilər. Həmin yerə gedərək onun bildirdiyi ağacının dibində bir kibrit qutusunun olduğunu görmüş və götürmüşdür. Kibrit qutusunu açıb içinə baxdıqda orada 3 bükümdə psixotrop maddə olan metamfetamin və bir bükümdə isə narkotik vasitə olan heroin olduğunu görmüşdür. Narkotik vasitə heroin az miqdarda olmuş və ona hədiyyə olaraq verilmişdir. Həmin bükülüləri şalvarının sağ yan cibinə qoyaraq saxlamışdır. 11 dekabr 2021-ci il tarixdə qərara gəlmişdir ki, Qax rayonunda olan, yeni doğulmuş qızına baş çəkməyə getsin. Eyni zamanda qərara almışdır ki, qızına hədiyyə olaraq oradan qızıl qolbaq alsın. Bundan başqa, qızıl satanlara etibarı olmadığı üçün aldanmasın deyə qonşuluqda yaşayan və qızıl zinət əşyalarının alış və satışı ilə məşğul olan Günaydan qızıl çəkən tərəzi də götürmüşdür. Daha sonra isə qardaşının dostu Məhəmmədə zəng edərək onunla birlikdə Qaxa getməyi xahiş etmişdir. Ona bildirmişdir ki, bu məqsədlə kirayəyə avtomobil götürəcəkdir. Həmin gün “Xalqlar dostluğu” metro stansiyasının yaxınlığında yerləşən avtomobil kirayə salonuna getmiş və bir günü 65 manata Hyundai Elantra markalı avtomobili kirayəyə götürmüşdür. Gecəyə yaxın saatlarda Məhəmmədlə görüşüb birlikdə yola çıxmışlar. Öz çantasında yer olmadığı üçün Məhəmməddən xahiş etmişdir ki, tərəzini öz çantasına qoysun. Yolda dumana düşmüşlər və buna görə də aşağı surətlə getmək məcburiyyətində qalmışlar. Səhərə yaxın Yevlax rayonu, Xaldan kəndinə çatmışlar. Diqqət yetirdikdə anlamışdır ki, avtomobilin yanacağı Qax rayonuna qədər yetməyəcəkdir. Mingəçevir şəhərində olan qardaşı Turana zəng edərək ondan həm qızına qızıl qolbaq almaq üçün, həm də avtomobilə yanacaq vurmaq üçün pul istəmişdir. Mingəçevir şəhərinə çatmamış, Yevlax rayonu, Havarlı kəndinin ərazisində saxlayaraq qardaşını gözləmişdir. Belə ki, Mingəçevir şəhərinə çatmaq üçün belə kifayət qədər yanacaq olmamışdır avtomobildə. Orada dayanan zaman polis əməkdaşları onlara yaxınlaşmış və yolun kənarında dayanmalarının səbəbini soruşmular. Üzərində metamfetamin olduğundan bu zaman çox həyəcanlı olmuşdur. Səbəbini onlara anlatmışdır. Şəxsiyyətlərini müəyyən etdikdən sonra polis əməkdaşları tələb etmişlər ki, onlarla birlikdə Yevlax Rayon Polis Şöbəsinə getsinlər. Polis əməkdaşları ilə birlikdə Yevlax Rayon Polis Şöbəsinin inzibati binasına getmişlər. İlk dəfə polis əməkdaşları tərəfindən saxlanıldığı üçün həyəcanlı olmuşdur, etiraf etmişdir ki, 3 bükülü metamfetamin və 1 bükülü heroin ona məxsusdur. Heç vaxt narkotik vasitələrin, habelə psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Tərəzini qonşudan almaqda məqsədi yalnız qızına qızıl qolbaq alan zaman qızılın ölçüsünü bilmək olmuşdur. Psixotrop maddə və narkotik vasitə əldə etməkdə və saxlamaqda özünü təqsirli bilərək əməlindən peşman olduğunu, himayəsində azyaşlı övladının olduğunu söyləyərək ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsini xahiş etmişdir. Şahid1 bildirmişdir ki, Yevlax RPİ CAB-nın əməliyyat müvəkkili vəzifəsində işləyir. 12 dekabr 2021-ci il tarixdə, səhər saatlarında Yevlax RPŞ CAB baş əməliyyat müvəkkili X5 şəhərində qeydiyyatda olan, faktiki olaraq Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması və onun həmin zaman Yevlax rayonu, Havarlı kəndi ərazisində olması barədə məlumat daxil olmuşdur. Nicat Rəhimovun raportu əsasında Yevlax RPŞ rəhbərliyi tərəfindən əməliyyat qrupu yaradılmış və o, həmin qrupa daxil edilmişdir. Əməliyyat qrupunun üzvləri, habelə PPXB-nün polis nəfərləri Şahid2 Nehri oğlu və X7 ilə birlikdə Yevlax rayonu, Havarlı kəndinin ərazisinə getmişlər. Orada, Mingəçevir şəhərinə gedən yolun kənarında Hyundai Elantra markalı avtomobilin dayandığını, avtomobildə iki şəxsin olduğunu görüb onlara yaxınlaşmışlar. Özlərini təqdim etmiş və müəyyən etmişlər ki, onlardan biri Təqsirləndirilən şəxsdur, digəri isə Şahid3dur. Hər ikisini Yevlax Rayon Polis Şöbəsinə dəvət etmişlər. Onlar etiraz etməmiş və birlikdə Şöbənin inzibati binasına getmişlər. Polis şöbəsində müdafiəçinin iştirakı ilə video çəkilişlə Nihadın üstünə baxış keçirmişlər, baxış zamanı Nihadın əynindəki şalvarın cibindən bir ədəd kibrit qutusu, qutunun içində isə 4 ədəd bükülü aşkar edilmişdir. Bükülülərin içində narkotik maddələrə bənzər kütlələr aşkar edilmişdir. Nihadla olan Məhəmməd adlı şəxsin üzərindən isə iki büküm aşkar edilmişdir. Bu bükümlərin içində isə ot mənşəli kütlə var idi. Bundan başqa Məhəmmədin çantasından tərəzi aşkar olunmuşdur. Həm Nihad, həm də Məhəmməd bildirmişlər ki, tərəzi Nihada məxsusdur. Bundan başqa Nihad bildirmişdir ki, 3 bükümün içində olan maddə metamfetamindir, bir ədəd bükümdə isə heroindir. Lakin, Nihad bildirmişdir ki, həmin metamfetamin və heroini özü istifadə etmək üçün əldə edib saxlanmışdır, onları satmaq niyyəti olmamışdır. Şahid X4 bildirmişdir ki, Yevlax rayon polis şöbəsi CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 12 dekabr 2021-ci il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə Yevlax RPŞ rəhbərliyinə müraciət etmiş və əməliyyat qrupu yaradılmışdır. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Yevlax rayonu, Havarlı kəndi ərazisində, Mingəçevir şəhərinə gedən yolun kənarındadır. Yaradılmış əməliyyat qrupunun üzvü, şöbənin CAB-nin əməliyyat müvəkkili Şahid1la, habelə PPXB-nin polis nəfərləri Şahid2 və Elvin Məmmədovla birlikdə həmin əraziyə getmişlər. Mingəçevir şəhərinə çatmamış yolun kənarında Hyundai Elantra markalı avtomobilin dayandığını görüb avtomobilə yaxınlaşmışlar. Avtomobildə iki şəxsin olduğunu görüb özlərini təqdim etmiş və onlardan şəxsiyyətlərini təsdiq edən sənədlər istənilmişdir. Müəyyən edilmişdir ki, bu şəxslər Təqsirləndirilən şəxs və Şahid3dur. Hər ikisi Yevlax RPŞ-yə dəvət edilmişdir. Şöbənin inzibati binasında onlara müdafiəçi təqdim edilmiş və ayrı-ayrılıqda üzərilərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs içində cəmi 4 büküm olan kibrit qutusu aşkar edilmişdir. Nihad bildirmişdir ki, həmin bükülülərdən üçünün içində olan metamfetamindir, birində isə heroindir. Bundan sonra Məhəmmədin üzərindən iki bükülü aşkar edilmişdir. Məhəmməd bildirmişdir ki, bükülüdə olan maddə qurudulmuş marixuanadır. Bundan başqa Məhəmmədə məxsus olan çantadan elektron tərəzi aşkar edilmişdir. Məhəmməd bildirmişdir ki, elektron tərəzi Nihada məxsusdur, Nihad da bunu təsdiq etmişdir. Nihad bildirmişdir ki, həmin maddələri Bakı şəhərindən almış, öz istifadəsi üçün saxlamışdır, satmaq niyyəti olmamışdır. Şahid2 şahidlər Şahid1 və Nicat Rəhimovun ifadələrinə oxşar məzmunlu ifadə vermişdir. Şahid3 bildirmişdir ki, Təqsirləndirilən şəxs onun dostunun qardaşıdır. 11 dekabr 2021-ci il tarixdə Nihad ona zəng edərək onunla birlikdə Qax rayonuna getməyi xahiş etmişdir. Heç bir işi olmadığı üçün onunla getməyə razılıq vermişdir. Nihadla görüşmüş və Nihad bildirmişdir ki, kirayəyə avtomobil götürəcək. Avtomobil kirayəyə verən salona birlikdə getmişlər. Avtomobil Nihadın adına sənədləşdirilən zaman o, ona elektron tərəzi verərək xahiş etmişdir ki, çantasına qoysun, onun üzərində saxlamağa yer yoxdur. Nihad bildirmişdir ki, Qaxda olan qızına hədiyyə olaraq qızıl alacaq ona görə tərəzini götürüb. Avtomobil sənədlərşdirildikdən sonra gecə saatlarında yola çıxmışlar. Yolda duman olduğundan Nihad avtomobili yavaş sürməyə məcbur olmuşdur. Səhər saatlarında Yevlax rayonu ərazisində olan zaman Nihad bildirmişdir ki, avtomobilin yanacağı bitmək üzrədir, bu yanacaqla Qaxa çata bilməzlər və onda pul yoxdur. Nihad daha sonra demişdir ki, Mingəçevir şəhərində yaşayan qardaşına zəng edəcək ki, pul gətirsin ona. Avtomobil yanacağı bitmək üzrə olduğundan Mingəçevir şəhərinə çatmamış avtomobili saxlamış və Nihadın qardaşını gözləmişlər. Bu zaman polis əməkdaşları onlara yaxınlaşmış, özlərini təqdim edərək onları Yevlax Rayon Polis Şöbəsinə dəvət etmişlər. Yola çıxmazdan özü ilə iki bükülü qurudulmuş marixuana götürmüşdür, lakin bu barədə Nihada bildirməmişdir. Nihadın üzərində narkotik vasitə olduğundan da məlumatsız olmuşdur. Yevlax RPŞ inzibati binasında onların üzərinə ayrı-ayrılıqda baxış keçirilmişdir. Onda olan narkotik vasitə aşkar olunmuşdur. Sonradan ona məlum olmuşdur ki, Nihadın üzərindən metamfetamin və heroin aşkar edilmişdir. Bundan başqa çantasında olan, Nihada məxsus tərəzini də polis əməkdaşlarına təqdim etmişdir. Tərəzinin Nihada məxsus olduğunu polis əməkdaşlarına bildirmişdir. Şahid X10 bildirmişdir ki, Mingəçevir şəhərində yaşayır. Təqsirləndirilən şəxs onun qardaşıdır. 12 dekabr 2021-ci il tarixdə səhər saatlarında Nihad ona zəng edərək bildirmişdir ki, qızını görmək üçün Qax rayonuna gedir, Bakı şəhərindən tanışı Məhəmmədlə çıxmış, lakin avtomobilin yanacağı bitmək üzrə olduğundan avtomobili Mingəçevir şəhərinin girişində saxlamaq məcburiyyətində olmuşdur. Həm qızına qızıl almaq üçün, həm də avtomobilə yanacaq vurmaq üçün ondan pul istəmişdir. Nihad bildirmişdir ki, Mingəçevir şəhərinin girəcəyindən Yevlax rayonu, Havarlı kəndi ərazisində onu gözləyir. Pulu götürüb həmin yerə getmişdir. Lakin, oraya çatanda Nihadın və Məhəmmədin orada olmadığını görmüşdür. Sonradan ona məlum olmuşdur ki, polis əməkdaşları onları Yevlax RPŞ-nin inzibati binasına aparmışlar. Şahid X3 bildirmişdir ki, Bakı şəhərində yaşayır, ticarətçidir, qızıl və gümüş əşyaların satışı ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs onunla qonşuluqda yaşamış və bir qonşu kimi onun ailəsi ilə münasibətləri yaxşı olmuşdur. Nihad onun qızıl zinət əşyalarının alqısatqısı ilə məşğul olduğunu və onda qızıl çəkmək üçün elektron tərəzinin olduğunu bilirdi. Təxminən dekabr ayının əvvəlləri Nihad onlara gəlmiş və bildirmişdir ki, ailəsi Qax rayonundadır, oraya getmək istəyir və qızı üçün hədiyyə olaraq qızıl almaq istəyir. Qızıl satanlar onu aldatmasınlar deyə alacağı qızılın çəkisini bilmək üçün ondan elektron tərəzini istəmişdir. Buna görə özünə məxsus elektron tərəzini Nihada vermişdir. Nihad saxlanılan zaman götürülmüş tərəzi ona məxsusdur. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını özündə əks etdirən video yazıya baxış keçirilmişdir. Video yazıdan görünür ki, Təqsirləndirilən şəxs əynindəki şalvarın cibindən bir ədəd kibrit qutusunun içində 4 ədəd büküm aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs etiraf etmişdir ki, 3 ədədinin sellofan bükümlərin içində psixotrop maddə olan metamfetamin, 1 bükümdə isə narkotik vasitə olan heroindir, özünə məxsusdur. Bundan başqa, Şahid3 üzərində şəxsi axtarış aparılmasını özündə əks etdirən video yazıya baxış keçirilmişdir. Video yazıdan görünür ki, Şahid3 məxsus çantadan elektron tərəzi aşkar edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin X8 13 dekabr 2021-ci il tarixli 17/850 aylı ekspert rəyində qeyd olunur ki, üzərində “ Vət. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 03 (üç) ədəd şəffaf sellofan bükümlərdə, ayrıayrılıqda təmiz çəkiləri - 0,102 qr, 1.522 qr və 0,271 qr ümumi təmiz çəkiləri - 1,895 qram olan maddələr “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına” (İ siyahı, İİ bənd, sıra №27) daxil olan - metamfetamindir. Həmin zərfin içərisində olan 01 (bir) ədəd qızıl-ağ rəngli kağız bükümün içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi-0,119 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. (səh.71-72) Məhkəmə Ekspertizası Mərkəzinin X8 13 dekabr 2021-ci il tarixli 17/851 aylı ekspert rəyində qeyd olunur ki, üzərində “ Vət. Şahid3 üstündən aşkar edilmiş bir ədəd kibrit qutusunun içərisində..” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunun içərisində olan 02 (iki) ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri-0,21 qram və 0,16 qram, ümumi təmiz çəkiləri-0,37 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kanabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə -qurudulmuş marixuanadır. (səh.75) Məhkəmə-narkoloji ekspertizasının 15 fevral 2022-ci il tarixli 185 saylı rəyində qeyd olunur ki, narkotik vasitələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamin narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. (səh.151) Məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmamışdır. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq psixotrop maddə olan marixuananı, habelə şəxsi istehlak miqdarından artıq olmayan narkotik vasitə heroin əldə edib saxlaması müəyyən olunsa da, onun həmin narkotik vasitəni satış məqsədilə əldə etməsi mövcud sübutlarla təsdiq edilməmişdir. Belə ki, Cinayət Məcəlləsinin 234.2-ci maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini nəzərdə tutur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.9. həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Maddə 1.0.10. məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Maddə 1.0.11. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması— miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının 09-cu bəndində izah edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyəti yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət Prosessual Məcəllə: Maddə 349.5. məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Maddə 28.5. Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Maddə 125.2: Aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.7. istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; 125.2.9. məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda. Maddə 145.3. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Maddə 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Maddə 318.1. Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “Barbera, Messaga və Habordo İspaniyaya qarşı” məhkəmə işində Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifələrini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübut etmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir, həmin məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Qeyd olunan qanun normalarının mənası və plenum qərarının izahı baxımından, həmçinin cinayət işinin faktiki hallarına əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə düzgün hüquqi qiymət verilməsi üçün iş üzrə müəyyən edilmiş bütün faktiki hallar məcmu halında qiymətləndirilməlidir. Belə ki, məhkəmə ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs psixotrop vasitə olan metamfetamini və narkotik maddə olan heroini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsini istintaq orqanı bükülülərin sayı, habelə elektron tərəzinin ona məxsus olması ilə əsaslandırılmışdır. İstintaq zamanı, habelə məhkəmə iclaslarında Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metamfatimini və heroini satmaq niyyətində olmadığı, elektron tərəzini isə qızıl almaq üçün üzərində saxladığını bidirmişdir. Təqsirləndirilən şəxs üzərindən 3 büküm metamfetamin, bir büküm heroin çıxması onun məhz satış niyyəti ilə onları çəkilib xırda bağlamalara bükməsi kimi qiymətləndirilə bilməz, belə ki, bükümlərdə olan psixotrop maddə bərabər çəkilərdə olmamış, narkotik vasitə isə istehlak miqdarından az olmuşdur. Təqsirləndirilən şəxs və Şahid3 saxlanılarkən sonuncunun çantasından Təqsirləndirilən şəxs məxsus elektron tərəzinin aşkar olunması da satış məqsədinin olmasının bilavasitə sübutu kimi qəbul edilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs özü ilə elektron tərəzinin gəzdirməsinin qızıl almaq məqsədi ilə olması özünün bildirdiyi ilə yanaşı, müdafiə tərəfinin şahidləri Günay Şixəmirovanın, Turan Yusibovun da ifadələri ilə təsdiqini tapmışdır. Bununla bağlı qeyd edilməlidir ki, istintaq orqanı tərəfindən həmin elektron tərəzinin üzərində psixotrop maddə və ya narkotik vasitələrin hissələrinin olması da aydınlaşdırılmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, istintaq orqanının Təqsirləndirilən şəxs məhz satış məqsədi ilə psixotrop maddə və narkotik vasitəni əldə etməsi və saxlaması ehtimallara əsaslanır. Cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd edilən normalarının, eləcə də Konstitusiya Məhkəməsinin, habelə Avropa Məhkəməsinin hüquqi mövqeyini rəhbər tutaraq məhkəmə qeyd edir ki, aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Bundan başqa qeyd edilməlidir ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, narkotik vasitə olan heroin üçün şəxsi istehlak miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan başlayır ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroinin miqdarı 0,119 qram təşkil etmişdir ki, bu da cinayət məsuliyyəti yaratmır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini satış məqsədilə əldə edib saxlaması sübuta yetirilmədiyindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, belə ki, ilk dəfə az ağır cinayət törətməsini, himayəsində azyaşlı övladının olmasını, törətdiyi əməldən peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində eyni zamanda narkotik maddə və psixotrop vasitələr üzərində saxlamasını, onların miqdarını nəzərə alaraq hesab edir ki, ona müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza tətbiq edilərsə, bu, onun islah olunmasına xidmət etməyəcək, bu səbəbdən ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiqdir. Təqsirləndirilən şəxs cəzasının əvvəli həbsə alındığı 12 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilməli, yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş və X12 saxlanılan X12 saxlanılan 1,745 qram psixotrop maddə olan metamfetamin, 0,069 qram narkotik vasitə olan heroin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalıdır. Ekspertiza tədqiqatının dəyəri 69.10 manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. X6 Saməddin dövlət vəsaiti hesabına göstərdiyi hüquqi yardıma məhkəmə zamanı 6 saat hesablanmaqla hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M Е T D İ: Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 12 dekabr 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Maddi sübut - X12 saxlanılan 1,745 qram psixotrop maddə olan metamfetamin, 0,069 qram narkotik vasitə olan heroin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəi 69 (altmış doqquz) manat 10 (on) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili X1 ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən : Toğrul Əliyev
Məhkəmə qərarları › İş №1(039)-60/2022
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-60/2022
03.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver