Məhkəmə qərarları › İş №1(039)-60/2023

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-60/2023

06.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-60/2023 06.04.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Yevlax şəhəri, G.Əliyev küçəsi ev 9-da qeydiyyatda olan və yaşayan barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən saxlanc yerinə daxil olmaqla özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə, 2022-ci ilin sentyabrın 13-də saat 00:30 radələrində ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 yaşadığı evin həyətinə bağ olan sahəsindən qanunsuz daxil olaraq evin həyətində olan saxlanc yeri hesab edilən dəmir şkafdan Zərərçəkmiş şəxs1 məxsus 01 (bir) ədəd 220 manat dəyətində markası müəyyən edilməyən qaynaq aparatını və 1 ədədinin qiyməti 15 manat olan ümumilikdə 90 manat dəyərində 06 (altı) ədəd balıq tutmaq üçün nəzərdə tutulmuş müxtəlif formada tilovları qəsdən gizli yolla talamaqla Zərərçəkmiş şəxs1 310 manat maddi ziyan vurmaqla qəsdən yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli yolla talamaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 2022-ci ilin sentyabr ayının 13-də gecə saat 01:00 radələrində Zərərçəkmiş şəxs2 məxsus Yevlax şəhəri, K.Nəsibov küçəsində yerləşən evin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs2 məxsus mağazanın həyətdən olan giriş qapısını zor tətbiq etməklə açıb qanunsuz olaraq mağazaya daxil olmuş, oradan sonuncuya məxsus olan 01 (bir) ədəd 70 manat dəyərində olan işlənmiş markası müəyyən edilməyən soyuducu matorunu, 01 (bir) ədəd 340 manat dəyərində olan işlənmiş markası müəyyən edilməyən elektrik transformatoru və mağazada olan 300 manat dəyərində müxtəlif çeşid və növlərdə olan siqaret və ərzaq məhsullarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 710 manat maddi ziyan vurmaqla qəsdən yaşayış sahəsinə saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli yolla talamaqla təkrar oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslər və şahidin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, 13 sentyabr 2022-ci il tarixdə gecə saat təxminən 00:30 radələrində Yevlax şəhəri, Ö.F.Nemanzadə küçəsində Zərərçəkmiş şəxs1 məxsus 5 saylı fərdi yaşayış evinin arxa tərəf hissəsinə gəlmiş, həyətin bağçasının əl qapısından aşaraq bağçaya daxil olmuş, bundan sonra həyətdə evə doğru gedərək evin arxasındakı quraqlıqda olan 01 (bir) ədəd qaynaq aparatını və həmin yerdə olan dəmir şkafdan 06 (ədəd) müxtəlif öçülərdə olan balıq tilovlarını oğurlayaraq gəldiyi yerdən qayıdıb yaxınlıqdakı küçədə yerləşən yaşadığı evə aparmış və bundan təxminən 30 dəqiqə sonra yenidən evdən çıxaraq saat 01:00 radələrində yaxınlıqnda olan Yevlax şəhəri, K.Nəsibov küçəsində yaşayan Zərərçəkmiş şəxs2 məxsus mağazanın yerləşdiyi həyətə küçədən divardan aşmaqla keçmiş, həmin həyətdə olan istifadəsi dayandırılmış mağazanın dəmir qapısını dəmir parçası ilə əyərək qapının arasından mağazaya daxil olmuş, mağazada olan 01 (bir) ədəd soyducu matorunu, işlənmiş vəziyyətdə olan 01 (bir) ədəd transformatoru və bir qədər siqaret və ərzaq məhsullarını oğurlayaraq mağazadan çıxmış, oğurladığı əşyaları hissə-hissə yaxınlıqda yerləşən evə aparmış, siqaret və ərzaq məhsullarını evdə öz tələbatı üçün istifadə etmişdir. Lakin o, evdəkilərə həmin ərzaqların oğurluq olduğunu deməmiş, bundan sonra səhəri gün o, onların küçəsinə metal almaq üçün gələn tanımadığı bir nəfər şəxsə əvvəlki gecə oğurladığı əşyaları satmış, Zərərçəkmiş şəxs1 evindən oğurladığı 06 ədəd balıq qarmağını isə özü balıq tutmağa gedərkən istifadə etmək üçün evdə saxlamışdır. O, həmin cinayətlərinin hər ikisini tək törətmiş, ona həmin cinayətləri törətməkdə köməklik edən olmamışdır. Hazırda törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödədiyini bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, 13 sentyabr 2022-ci il tarixdə yaşadığı ünvan 2 ünvanında yerləşən evin həyətinə baxdıqda həmin həyətdə olan 01 ədəd qaynaq aparatının və 06 ədəd balıq tilovunun oğurlandığını aşkar etmiş, buna görə də həmin gün DİN-in “102 Xidməti”nə zəng edərək yaşadığı evdən oğurluq edilməsi barədə məlumat vermiş, daha sonra isə Yevlax RPŞ-nə gələrək ərizə ilə müraciət etmiş, oğurluq hadisəsi gecə saatlarında olmuş, oğurluq hadisəsini kimin törətməsi həmin vaxt ona məlum olmamış, sonradan isə onun yaşadığı evin həyətindən oğurluq edən şəxsin yaxınlıqda yaşayan qaraçı millətindən olan Təqsirləndirilən şəxs adlı şəxsin olması məlum olmuş, oğurluq nəticəsində ona məxsus olan 01 ədəd işlənmiş vəziyyətdə qaynaq aparatı, 06 ədəd balıq tilovu oğurlanmaqla ona ümumilikdə təxminən 310 manat dəyərində maddi zaiyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tam ödənildiyini, sonuncu ilə barışmaqla ona qarşı heç bir şikayət və ya tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, 13 sentyabr 2022-ci il tarixdə yaşadığı ünvan 3 ünvanında yerləşən evin yaxınlığında yerləşən özünə məxsus olan, lakin fəliyyətini dayandırdığı, bağlı vəziyyətdə olan mağazaya baxış keçirdikdə mağazanın dəmir qapısının aşağıdan güc tətbiq olunaraq əyildiyini aşkar etmiş, mağazanın içərisinə baxış keçirdikdə isə orada olan 01 ədəd işlənmiş vəziyyətdə soyuducu matorunun, 01 ədəd işlənmiş vəziyyətdə elektrik transformatorunun və 300 manat dəyərində isə siqaret və ərzaq məhsullarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmiş, bundan sonra o, bu oğurluq hadisəsi barədə bəzi şəxslərə bildirdikdə yaxınlıqdaki küçədə yaşayan qaraçı millətindən olan Ağəli adlı şəxsin bu oğurluq hadisəsini törədə biləcəyi ona deyilmiş, bundan sonra o, xx.xx.2022-ci il tarixdə Yevlax RPŞ-nə gələrək ərizə ilə müraciət etmiş, oğurluq hadisəsi gecə saatlarında olmuş, sonradan isə onun mağazasından oğurluq edən şəxin yaxınlıqdaki digər küçədə yaşayan qaraçı millətindən olan Təqsirləndirilən şəxs adlı şəsxsin olması məlum olmuş, həmçinin qeyd etdirmişdir ki, oğruluq hadisəsi nəticəsində ona məxsus olan 01 ədəd işlənmiş vəziyyətdə soyuducu matoru, 01 ədəd işlənmiş vəziyyətdə elektrik transformatoru və müxtəlif çeşid və növlərdə olmuş 300 (üç yüz) manat dəyərində siqaret və ərzaq məhsulları oğurlanmaqla ona ümumilikdə 700 (yeddi yüz) manat dəyərində maddi ziyan dəymişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tam ödənildiyini, sonuncu ilə barışmaqla ona qarşı heç bir şikayət və ya tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X3 ifadəsindən görünür ki, xx.xx.2022-ci il tarixə keçən gecə o, yaşadığı evdə olmuş gecə radələrində qardaşı Ağaəli evə gəlmiş, həmin vaxt siqarət və ərzaq məhsulları gətirmiş, o Ağəlidən bunları haradan aldığını soruşmuş, Ağəli də həmin şeyləri pul ilə aldığını demiş, bundan sonra o, öz otağına gedib yatmış və səhəri gün tezdən evdən çıxaraq günəmuzd işləmək üçün getmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. 2022-ci ilin oktyabr ayının 14-də yaşadıqları evin həyətində yerləşən yardımçı tikiliyə baxarkən orada 03 ədəd balıq tilovunun olduğunu görmüş, bundan sonra o, həmin balıq tilovlarının qardaşı Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış balıq tilovları olmasından şübhələnmış və buna görə də tilovları götürüb polis şöbəsinə təhvil vermək üçün gətirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 müraciətləri əsasında fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır (iş vər.01); “hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs1 baxışın keçirildiyi yer ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin arxasında həyətinə baxdıqda həmin həyətdə olan 01 ədəd qaynaq aparatının və 06 ədəd balıq tilovunun oğurlandığı yeri göstərmişdir (iş vər.05-06); Yevlax Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 40 gün müddətinə inzibati qaydada həbs edilməsi qərara alınmışdır. iş vər.20-23); “hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs2 baxışın keçirildiyi yer ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin arxa tərəfində üzü keçəyə tərəf baxan bir ədəd mağazanın içinə baxdıqda həmin mağazanın içində olan 01 dəd işlənmiş vəziyyətdə olan soyuducu matorunun, 01 ədəd işlənmiş vəziyyətdə elektrik transformatorunun və siqaret və ərzaq məhsullarının oğurlandığı yeri göstərmişdir (iş vər.42-44); “baxış və götürmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Şahid2 təqdim etdiyi 03 ədəd balıq tilovuna iş üzrə Zərərçəkmiş şəxs1 iştirakı ilə bxış keçirilmiş, həmin baxşı keçirilərkən Zərərçəkmiş şəxs1 baxışa təqdim olunan tilovların oğurlanmış və ona məxsus olan tilovlar olduğunu bildirmişdir. ( iş vər. 97-99); “maddi sübut qismində tanınma haqqında” 15 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs bacısı Şahid2 tərəfindən təqdim edilmiş 03 ədəd balıq tilovu iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Yevlax Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir (iş vər.100-101); Yevlax Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 26 oktyabr 2022-ci il tarixdən hesablanmaqla istintaq müddətinin sonundək yəni, 16 dekabr 2022-ci il tarixindək həbs qismində qətimkan tədbiri seçilmişdir (iş vər. 119-121); "xxxx" MMC-nin ƏQ-236/2022 saylı xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, 01 ədəd işlənmiş vəziyyətdə olan “qaynaq” aparatının qiyməti 220 (iki yüz iyirmi) manat, 06 ədəd balıq tutmaq üçün nəzərdə tutulmuş tilovun qiyməti 01 ədədi 15 (on beş) manat olmaqla ümumikdə 90 (doxsan) manat, 01 ədəd işlənmiş vəziyyətdə olan soyuducu mühərrikinin qiyməti 70 (yetmiş) manat, 01 ədəd işlənmiş vəziyyətdə olan elektrik transformatorunun qiyməti isə 340 (üç yüz qırx) manat, 2022-ci ilin avqust ayına reyal bazar dəyəri 720 manat təşkil edir. (iş vər. 122-129); Yevlax Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli qətnamədən görünür ki, Şahid2 qardaşı Təqsirləndirilən şəxs xx.xx.1997-ci il tarixdə Yevlax şəhərində doğulması faktının müəyyən edilməsi qət edilmişdir. (iş vər. 122-129); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. ( iş vər.172); Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, ona dəymiş ziyan tam şəkildə ödənilib və o, Təqsirləndirilən şəxs ilə barışmışdır; Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, ona dəymiş ziyan tam şəkildə ödənilib və o, Təqsirləndirilən şəxs ilə barışmışdır; Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsləri ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslər dəymiş ziyanın ödəməsini (CM-59.2) cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 26 oktyabr 2022-ci il tarixdən hesablanmalı (CPM- 158.2.1. 158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, iş üzrə maddi sübut kimi tanınan 03 ədəd balıq tilovu sahibi Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınmalı, kompakt disklərin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 26 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan 03 ədəd balıq tilovu sahibi Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 6 (altı) saat 30 dəqiqə müddətində hüquqi yardımın dəyərinin ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 39 (otuz doqquz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar