Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-60/2024 04.06.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1999-cu ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ə “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair işə 04 iyun 2024-cü il tarixdə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq 0,356 qram miqdarında narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə əldə edərək 19 dekabr 2023-cü il tarixdə həmin narkotik vasitəni tanışı Şahid1 5 (beş) manat pul müqabilində satmış, 20 dekabr 2023-cü il tarixdə Şahid1 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən Yevlax rayon polis şöbəsinə gətirilib onun üzərində həmin günü müdafiəçinin iştirakı ilə və video çəkilişlə Yevlax rayon polis şöbəsində keçirilmiş şəxsi axtarış nəticəsində Şahid1 üzərindən Təqsirləndirilən şəxs pul müqabilində əldə edib saxladığı bir ədəd kağız bükümdə təmiz çəkisi 0,356 qram miqdarında narkotik vasitə olan heroin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq 0,747 qram xeyli miqdarda narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə əldə edərək üzərində saxlamış, 20 dekabr 2023-cü il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən Yevlax şəhəri H.Aslanov küçəsində saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilib üzərində müdafiəçinin iştirakı ilə və video çəkilişlə Yevlax rayon polis şöbəsində keçirilmiş şəxsi-axtarış nəticəsində Təqsirləndirilən şəxs üzərindən bir ədəd kağız bükümdə olan 0,747 qram xeyli miqdarda narkotik vasitə olan heroin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 10 gün əvvəl Bakı şəhərinə gedərək tanımadığı İran vətəndaşından 125 manata 5 qram narkotik vasitə olan heroin almışdır. O, həmin narkotik vasitəni üzərində saxlamış və az-az özü istifadə etmişdir. Həmçinin o, həmin narkotikdən İsmayıl adlı tanışına da satmışdır. O, 20 dekabr 2023-cü ildə Yevlax şəhəri H.Aslanov küçəsində olarkən tanımadığı şəxslər ona yaxınlaşmış və özlərini təqdim edərək Yevlax RPŞ-nin polis əməkdaşları olduqlarını bildirərək onu Yevlax RPŞ-nə dəvət etmişlər. Bundan sonra Yevlax rayon polis şöbəsində müdafiəçinin iştirakı ilə və videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılmış və şəxsi axtarış nəticəsində üzərindən olan heroin aşkar olunaraq götürülmüşdür. Həmin narkotik vasitə elektron tərəzidə ölçülmüş, və çəkisinin 0,747 qram olmuşdur. Məhkəmədən əməlindən səmimi olaraq peşman olmasını, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı yaxın vaxtlarda ödəyəcəyini və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq ona həbslə əlaqədar olmayan daha yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, 19 dekabr 2023-cü il tarixdə Yevlax şəhəri H.Aslanov küçəsində tanışı və uzaq qohumu olan Təqsirləndirilən şəxs 5(beş) manata 01(bir) bükümdə narkotik vasitə olan heroin almışdır. 20 dekabr 2023-cü ildə küçə ilə gedərkən tanımadığı şəxslər ona yaxınlaşmış və özlərini təqdim edərək Yevlax RPŞ-nin polis əməkdaşları olduqlarını bildirib onu Yevlax RPŞ-nə dəvət etmişlər. Həmin gün müdafiəçinin iştirakı ilə və video çəkilişlə Yevlax rayon polis şöbəsində keçirilmiş şəxsi axtarış nəticəsində Şahid1 üzərindən Təqsirləndirilən şəxs pul müqabilində əldə edib saxladığı bir ədəd kağız bükümdə təmiz çəkisi 0,356 qram miqdarında narkotik vasitə olan heroin aşkar olunub götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, H.Aslanov küçəsində Təqsirləndirilən şəxs görərək ona yaxınlaşmışlar. O, Təqsirləndirilən şəxs Yevlax RPŞ-nə dəvət etmişdir. Müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirtmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinə bənzər kütlə bükülü olduğu bükümlə birlikdə elektron tərəzi vasitəsilə çəkilmiş və kütləsinin 0,59 qram olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə verərək sonuncunun dediklərini təsdiqləmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X4 Bölməsinin 21 dekabr 2023-cü il tarixli 17/869 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “ Şübhəli şəxs Təqsirləndirilən şəxs üstündən şəxsi-axtarış və götürmə zamanı aşkar olunmuş bir ədəd bükümdə narkotik maddə....” sözləri, adlar və imzalar olan zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi – 0,747 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroinin təmiz çəkisi–0,747 qr., tədqiqata sərf edildi–0,050 qr., qalıq– 0,697 qr. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X4 Bölməsinin 21 dekabr 2023-cü il tarixli 17/868 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Şahid1 üstündən şəxsi axtarış və götürmə zamanı aşkar olunmuş bir ədəd bükümdə içərisində narkotik maddə olan heroinə bənzər kütlə.” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi – 0,356 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroinin təmiz çəkisi–0,356 qr., tədqiqata sərf edildi–0,050 qr., qalıq–0,306 qr. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X4 Bölməsinin 22 dekabr 2023-cü il tarixli 17/874 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, ayrı-ayrılıqda 02(iki) ədəd zərfin içərisindəki 02(iki) ədəd bükümlərdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Qeyd: Heroinin təmiz çəkisi–0,306 qr., tədqiqata sərf edildi–0,050 qr., qalıq–0,256 qr. Heroinin təmiz çəkisi–0,697 qr., tədqiqata sərf edildi–0,050 qr., qalıq–0,647 qr. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan məhkəmənarkoloji ekspertizasının Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserin 20 fevral 2024-cü il tarixli 304 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən 20 dekabr 2024-cü il tarixli cinayət törətməkdə şübhəli şəxs qismində tutma protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 22 dekabr 2023-cü il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli 4(039)-96/2023 saylı qərarında görünür ki Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İHB-nın 1saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs Vətən müharibəsi iştirakçısıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı ilə Vətən müharibəsi iştirakçısı medalı ilə təltif olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ailə Tərkibinə dair arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı var. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlamaqla və satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma məqsədi ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Ona görə də o, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını və himayəsində iki azyaşlı uşağının olmasını, və müharibə iştirakçısı olması cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran və yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan cəza növü-azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə 20 dekabr 2023-cü il tarixdən 22 dekabr 2023-cü il tarixədək şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət onun cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 25 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 143 (bir yüz qırx üç) manat 88 (səksən səkkiz) qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. İş üzrə maddi sübut, Yevlax rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, 01 (bir) ədəd zərfdə qablaşdırılmış 0,100 qramı ekspertiza tədqiqatına sərf edilmiş - 0,747 qramdan qalmış - 0,647 qram miqdarında narkotik vasitə-heroin və 01 (bir) ədəd zərfdə qablaşdırılmış 0,100 qramı ekspertiza tədqiqatına sərf edilmiş - 0,356 qramdan qalmış - 0,256 qram miqdarında narkotik vasitə-heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 07 (yeddi) ay müddətinə, CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət onun cəzasından çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 25 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri dəyişdirilsin, barəsində «həbs» qətimkan tədbiri seçilsin və dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatlarının dəyəri 143.88 (bir yüz qırx üç manat 88 qəpik) manat tutularaq dövlət büdcəsinə keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Yevlax Rayon Polis İdarəsinin maddi sübutlar otağında saxlanılan, 01 (bir) ədəd zərfdə qablaşdırılmış 0,100 qramı ekspertiza tədqiqatına sərf edilmiş - 0,747 qramdan qalmış - 0,647 qram miqdarında narkotik vasitə-heroin və 01 (bir) ədəd zərfdə qablaşdırılmış 0,100 qramı ekspertiza tədqiqatına sərf edilmiş - 0,356 qramdan qalmış - 0,256 qram miqdarında narkotik vasitə-heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işinə əlavə edilmiş 04 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 19 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 114 (bir yüz on dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-60/2024
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-60/2024
04.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver