Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-61/2021 02.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin rəhbər vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Yevlax şəhəri, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət 139-1.1 və 308.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs əsas fəaliyyət növü ixtisaslaşdırılmış mağazalarda məhsulların pərakəndə satışı olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin rəhbəri vəzifəsində işləməklə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə fərdi şəkildə taksi fəaliyyəti ilə məşğul olan tanışları Şahid2, Şahid1 və Şahid3 sair şəxsi niyyətlə gəlir əldə edib karantin rejimi dövründə qanunsuz olaraq sərbəst hərəkət etmələrinə imkan yaratmaq üçün xx xxxxx 2020-ci il tarixdə Şahid1, xx xxxxx 2020-ci il tarixdə Şahid2, xx xxx 2020-ci il tarixdə isə Şahid3 ünvan 2 ünvanında qeydiyyatda olan rəhbəri olduğu “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə müxtəlif vəzifələrə işə götürməsini rəsmiləşdirməklə həmin şəxslərin karantin rejimi dövründə qanunsuz olaraq sərbəst hərəkət etmələrinə şərait yaratmış, bununla da Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Koronavirus (Covid-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” xx xxxx 2020-ci il tarixli, 120 nömrəli Qərarının, “Koronavirus (Covid-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” xx xxxxx 2020-ci il tarixli, 124 nömrəli Qərarının, “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə” xx xxxxx 2020-ci il tarixli, 144 nömrəli Qərarının tələblərinə riayət etməyərək epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini pozmaqla xəstəliklərin, yəni “Koronavirus (COVİD-19)” infeksiyasının yayılması üçün real təhlükə yaratmaqla öz qulluq səlahiyyətlərindən, yəni işə götürmək səlahiyyətindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, cəmiyyətin və dövlətin bu sahədə qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, 2017-ci ildə “xxxx” MMC yaratmış, həmin şirkətin direktoru və təsisçisi olmuş, şirkət dərmanların satışı ilə məşğul olmuşdur. Ölkədə karantin rejimi tətbiq edildiyinə görə hərəkət sərbəstliyi qanunla məhdudlaşdırılmış, o da tanıdığı adamları həmin şirkətə işçi kimi rəsmiləşdirməyi, onlara “icazə e gov az” portalından icazə almağı, bununla da onların sərbəst hərəkət etmələrinə şərait yaratmağı qərara almışdır. Çünki karantin rejimi vaxtında hər hansı şirkətin işçisi olan şəxs şirkətin fəaliyyəti ilə bağlı olaraq icazə alaraq hərəkət edə bilmişdir. 2020-ci ilin aprel-may aylarında tanışları Şahid2, Şahid1, Şahid3 ona müraciət edərək taksi fəaliyyəti ilə məşğul olduqlarını, lakin karantin rejimi ilə bağlı olaraq onlar sərnişindaşıma işi ilə məşğul ola bilmədiklərini bildirmiş, buna görə də ondan kömək istəmişlər. O da həmin şəxsləri təsisçisi və direktoru olduğu şirkətə işə götürmüş və onları şirkətin işçisi kimi rəsmiləşdirmiş, bunun üçün də onlardan müxtəlif məbləğlərdə pul almışdır. Eyni zamanda Məhərrəm və Samit taksi fəaliyyəti ilə məşğul olarkən müxtəlif vətəndaşları Yevlaxdan Bakı şəhərinə aparmış, onlar Bakıya getmək istəyən, lakin icazəsi olmayan vətəndaşların şəxsiyyət vəsiqələrinin şəklini ona vhatsapp proqramı vasitəsi ilə göndərmiş, o da həmin sərnişini “xxxx” MMC-yə işçi kimi rəsmiləşdirirərək “icazə e gov az” portalından icazə də almışdır. Ona görə də Məhərrəm və Samit həmin sərnişinlərdən aldıqları puldan ona da vermişdir. O, Şahid3 xx xxx 2020-ci il tarixdə, Şahid2 xx xxxxx 2020-ci ildə, Şahid1 isə xx xxxxx 2020-ci ildə işə götürmüş, onları işə götürmək üçün hər birindən pul almış, lakin aldığı pulun məbləğləri dəqiq yadında qalmamışdır. Onun şirkətə işə götürdüyü şəxslər, yəni Şahid3, Şahid2 və Şahid1 “xxxx” MMC-yə şirkətə bir dəfə də olsun gəlməmiş, həmin şirkətin fəaliyyəti ilə maraqlanmamış, həmin şəxslər sənəd üzərində həmin şirkətin işçiləri kimi yazılsalar da, lakin əsl reallıqda isə həmin şirkətin işçisi olmamış, həmin şirkətlə onların heç bir əlaqəsi olmamışdır. Qeyd edilən şəxslər həmin şirkətin nə ilə məşğul olmasını, təyinatının nə olmasını, harada yerləşməsini bilməmiş, bir dəfə də olsun həmin şirkətə getməmişlər. Onların həmin şirkətdə işçi kimi rəsmiləşdirilmələrində məqsəd onların karantin postlarından rahat keçmələrinin təmin edilməsi olmuşdur. Yəni karantin postlarında onları saxlayanda özlərini “xxxx” MMC-nin işçisi kimi təqdim etmiş, beləliklə də, onların sərbəst hərəkətlərinə hər hansı bir maneə olmamışdır. Hazırda törətdiyi əməldən peşman olduğunu bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci ildən tanımış, aralarında normal münasibət olmuşdur. Ölkədə karantin rejimi tətbiq edildiyinə görə o, uzun müddət sərnişin daşıma ilə məşğul ola bilməmiş, Bəhramın bir sıra vətəndaşları özünün rəhbərlik etdiyi şirkətə pul müqabilində işə götürdüyünü, bununla da həmin işə götürülən şəxslərin Yevlax şəhərindən Bakı şəhərinə sərbəst hərəkət edə bildiklərini eşitmişdir. O da xx xxxxx 2020-ci ildə Yevlax şəhərində yerləşən avtovağzalda Bəhramla görüşmüş, taksi sürücüsü olduğunu, lakin karantin rejiminə görə bu fəaliyyətlə məşğul ola bilmədiyini demiş, buna görə Bəhramdan kömək istəmişdir. Bəhram bu məqsədlə ondan 50 manat almış, onu özünün rəhbərlik etdiyi “xxxx” şirkətinə işçi kimi işə götürəcəyini və bu barədə rəsmiləşdirmə aparacağını bildirmişdir. Ona görə də o, fəaliyyətə başlamış və taksi fəaliyyəti ilə məşğul olaraq sərnişinlərin Yevlax şəhərindən Bakı şəhərinə danışması ilə məşğul olmuşdur. Yevlaxdan Bakı şəhərinə gəlmək istəyən müştəri ona müraciət edəndə və həmin şəxsin yaşadığı ərazini tərk etməsi üçün “icazə e gov az” portalından icazəsi olmadıqda o, həmin sərnişinin şəxsiyyət vəsiqəsini telefonla çəkmiş və onu whatsapp proqramı vasitəsi ilə Bəhrama göndərmişdir. Bəhram da həmin sərnişini də öz şirkətinə işçi kimi rəsmiləşdirmiş, eyni zamanda həmin sərnişinə “icazə e gov az” portalından icazə də almışdır. Bundan sonra karantin postundan keçəndə o da həmin sərnişin də özlərini “xxxx” şirkətinin işçiləri kimi təqdim etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********618900 №li məktubundan görünür ki, “xxxx” MMC sahibkarlıq və ya digər vergi tutulan əməliyyatlarını xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dayandırmışdır. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. (iş vər. 133); Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********234400 №li məktubundan görünür ki, Təqsirləndirilən şəxs “xxxx” MMC-nin (VÖEN **********) rəhbəridir və hazırda fiziki şəxs (fərdi sahibkar) qismində vergi orqanında qeydiyyatda deyil. (iş vər. 137); məhkəmə-tibb ekspertizasının xx xxxxxx 2020-cu il tarixli 475/3 №li rəyindən görünür ki, Şahid2 xx.xx.2020-ci il tarixdə koronovirusa (Covid-19) yoluxması ilə əlaqədar laborator müayinə cavabı olmadığından, həmin tarixdə onun qeyd olunan virusa yoluxubyoluxmaması haqqında fikir söylənlməsi mümkün olmamışdır. Şahid2 yoluxduğu halda sanitariya-gigiyena qaydaları pozmaqla bədənində, paltarında və ya sair formada koronavirusun (Covid-19) bir yerdən başqa yerə daşınması və digər şəxsləri yoluxdura biləcəyi istisna edilmir. (iş vər. 104-106); məhkəmə-tibb ekspertizasının xx xxxxxx 2020-cu il tarixli 475/1 №li rəyindən görünür ki, Şahid1 xx.xx.2020-ci il tarixdə koronovirusa (Covid-19) yoluxması ilə əlaqədar laborator müayinə cavabı olmadığından, həmin tarixdə onun qeyd olunan virusa yoluxubyoluxmaması haqqında fikir söylənlməsi mümkün olmadı. Şahid1 yoluxduğu halda sanitariya-gigiyena qaydaları pozmaqla bədənində, paltarında və ya sair formada koronavirusun (Covid-19) bir yerdən başqa yerə daşınması və digər şəxsləri yoluxdura biləcəyi istisna edilmir. (iş vər. 108-110); “şübhəli şəxsin tutulması haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:00-da cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (iş vər. 38); Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3(üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. (iş vər. 81-85); Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 02 ay müddətinə, yəni xx xxxxxx 2021-ci il tarixədək uzadılmışdır. (iş vər. 128-132); Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 02 ay müddətinə, yəni xx xxxx 2021-ci il tarixədək uzadılmışdır. (iş vər. 148-153); Yevlax şəhəri İcra Hakimiyyəti Başçısının Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (iş vər. 90); AZ-İİ seriyalı 815574 nömrəli və AZ-İİİ seriyalı 248097 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il təvəllüdlü və xx.xx.2013-cü il təvəllüdlü uşaqları vardır. (iş vər. 91-92); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin elektron informasiya sisteminin çıxarışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1 və 308.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, təqsirliyi bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 139-1.1 və 308.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 139-1.1 və 308.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza, təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə əsas cəza təyin edilməli, həbsdə saxlanıldığı müddət və təyin ediləcək cəzalar qismən toplamaq yolu ilə qəti cəza təyin edilməli ,cəzaçəkmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalı, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilməli, müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, 02 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla X2 üzərində 01 (bir) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X2 xx xxxxxx 2020-ci il tarixdən xx xxxxx 2021-ci il tarixədək həbsdə saxlandığı 07 (yeddi) ay 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanmanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər hesablanmaqla müəyyən edilmiş 01 (bir) il 02 (iki) ay 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir) il 09 (ay) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X2 üzərinə saat 23:00-dan saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. X3 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə zalından dərhal azad edilsin. X2 barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Yevlax rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HakimGünay Cavadova
Məhkəmə qərarları › İş №1(039)-61/2021
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-61/2021
02.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver