Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-61/2023 28.02.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X8, Dövlət İttihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Müdafiəçi iştirakları ilə xx xxxx 1959-cu il tarixdə Yevlax rayonu, Xanabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, olmuş, Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respubublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 20% dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Yevlax rayonu, Xanabad kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə 28 fevral 2023-cü il tarixdə Yevlax rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017- ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş «Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları»nın 2-ci bəndinin 2.5.1-ci hissəsinin tələblərini pozaraq, yəni balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədi ilə 03 yanvar 2023-cü il tarixdə, saat 15:00-da Yevlax rayonu, Xanabad kəndi istiqamətində Mingəçevir su anbarının Xanabad körfəzinin sahilinə gəlmiş, 1 ədəd taxta qayıq, 2 ədəd taxta avarlardan və 1 ədəd rezin kombinezondan istifadə edərək su anbarına daxil olub kətan sapdan toxunmuş, hər birinin uzunluğu 50 metr olan kəndirə jilka adlandırılan sintetik sapla qırmaqlar bağlanmış «lina» adlandırılan 2 ədəd balıqovlama vasitələrini suda qurmuş, 04 yanvar 2023-cü il tarixdə, saat 16:20-dək 32 ədəd hər biri 33 manat dəyərində, ümumi dəyəri 1056 manat olan sıf balıqlarını qanunsuz tutaraq balıq ehtiyatalarına xeyli miqdarda, yəni 1056 manat məbləğində ziyan vurmuş və həmin tarixdə saat 16:20-də tutduğu balıqlarla birlikdə sahilə çıxararkən X15 İdarəsinin Mingəçevir Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı ondan 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, 1 ədəd rezin kombinezon, kətan sapdan toxunmuş, hər birinin uzunluğu 50 metr olan kəndirə jilka adlandırılan sintetik sapla qırmaqlar bağlanmış «lina» adlandırılan 2 ədəd balıqovlama vasitələri və 32 ədəd sıf balıqları aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək ifadəsində bildirmişdir ki, 03 yanvar 2023-cü il tarixdə saat 15:00-da Yevlax rayonu, Xanabad kəndi istiqamətində Mingəçevir su anbarının Xanabad körfəzinin sahilinə gəlmiş ona məxsus olan 1 ədəd taxta qayıqdan, 2 ədəd taxta avarlardan və 1 ədəd rezin kombinezondan istifadə edərək su anbarına girmiş və sahildən aralanaraq özünün düzəltdiyi, kətan sapdan toxunmuş, hər birinin uzunluğu 50 metr olan kəndirə jilka adlandırılan sintetik sapla qırmaqlar bağlamış «lina» adlandırılan 2 ədəd balıqovlama vasitələrini suda qurmuş yaşadığı evə qayıtmışdır. Ertəsi gün, yəni 04 yanvar 2023-cü il tarixdə təxminən saat 13:00-da qurduğu balıqovlama vasitələrini yoxlamaq məqsədi ilə yenidən Yevlax rayonu, Xanabad kəndi istiqamətində Mingəçevir su anbarının Xanabad körfəzinin sahilinə gəlmişdir. Yenidən həmin 1 ədəd taxta qayıqdan, 2 ədəd taxta avarlardan və 1 ədəd rezin kombinezondan istifadə edib su anbarına girmiş, balıqovlama vasitələrini qurduğu yerə gəlmişdir. Həmin balıqovlama vasitələrini sudan çıxarıb yoxladıqda çoxlu sayda sıf balıqları tutduğunu görmüşdür. Saat 16:20-də tutuduğu balıqları və balıqovlama vasitələrini qayığa yığıb sahilə çıxarkən Su NPİ-nin Mingəçevir XPM-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Yoxlama zamanı polis əməkdaşları istifadə etdiyi 1 ədəd taxta qayığı, 2 ədəd taxta avarları, 1 ədəd rezin kombinezonu, kətan sapdan toxunmuş, hər birinin uzunluğu 50 metr olan kəndirə jilka adlandırılan sintetik sapla qırmaqlar bağlanmış «lina» adlandırılan 2 ədəd balıqovlama vasitələrini və həmin balıqovlama vasitələri ilə qanunsuz tutduğu sıf balıqlarını aşkar edib götürmüşlər. Sorğu zamanı polis əməkdaşlarına bildirmişdir ki, Yevlax rayonu, Xanabad kəndi istiqamətində Mingəçevir su anbarının Xanabad körfəzində balıq tutmaq üçün onun rəsmi icazəsi yoxdur. İzah etmişdir ki, maddi vəziyyəti ağır olduğu üçün məcburiyyət qarşısında qalaraq ailəsinə qida əldə etməkdən ötrü həmin balıqları aşkar edilmiş kətan sapdan toxunmuş, hər birinin uzunluğu 50 metr olan kəndirə jilka adlandırılan sintetik sapla qırmaqlar bağlanmış «lina» adlandırılan 2 ədəd balıqovlama vasitələri ilə Yevlax rayonu, Xanabad kəndi istiqamətində Mingəçevir su anbarının Xanabad körfəzindən qanunsuz tutmuşdur. Ona məxsus balıqovlama vasitələrinə və tutduğu sıf balıqlara baxış keçirilərkən məlum olmuşdur ki, tutduğu sıf balıqların sayı 32 ədəddir. Məhkəmədən son sözündə eyni əməli təkrar törətməyəcəyinə, ziyanı ödəməsini və əməlindən səmimi peşmançılığını və zərərçəkmiş şəxsin nümayəndəsinin ondan şikayətinin olmamasını nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. İş üzrə mülki iddiaçının nümayəndəsi X10 məhkəməyə teleqram ünvanlayaraq Təqsirləndirilən şəxs tərəfindən təbiətə dəymiş ziyanın tam şəkildə ödənildiyini və Elbrus Əhmədovdan heç bir şikayət və tələbinin olmadığının nəzərə alınmasını xahiş etmişdir. İş üzrə məhkəmə istintaqı zamanı ifadəlləri elan olunmuş şahidlər Şahid6 Adil oğlu, Şahid2, Şahid3 və Şahid4 məhkəmə iclasına ərizə ünvanlayaraq ibtidai istintaq dövründə verdikləri ifadəni təsdiq etdiklərini bildirmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli balıq ehtiyatlarına vurulmuş ziyan barədə mütəxəssis arayışından görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs 32 ədəd sıf balıqlarını qanunsuz tutması nəticəsində balıq ehtiyyatlarına 1056,00 (bir min səksən doqquz) manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinin xx.xx.2023-cü il tarixli, 21/2 nömrəli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixə kimi Yevlax rayonu, Xanabad kənd sakini Təqsirləndirilən şəxs Mingəçevir su anbarında balıq və digər su bioresurslarının sənaye ovuna balıqovlama bileti verilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Kapital Bank ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qəbzlərdən görünür ki, Əhmədov X7 və Təbii Sərvətlər Nazirliyinə vurmuş olduğu 1056 (bir min əlli altı) manat ziyanı tam şəkildə ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən qəbzdən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, 1 ədəd rezin kombinezon, kətan sapdan toxunmuş, hər birinin uzunluğu 50 metr olan kəndirə jilka adlandırılan sintetik sapla qırmaqlar bağlanmış «lina» adlandırılan 2 ədəd balıqovlama vasitələrini və 32 ədəd sıf balıqları maddi sübut kimi tanınmış, balıqların tez xarab olan ərzaq malı hesab edildiyi üçün 04 yanvar 2023-cü il tarixli qəbul aktı ilə fiziki şəxs X6 təhvil verilmişdir, balıqovlama vasitələrinin saxlanılması üçün X15 İdarəsinin Mingəçevir Xətt Polis Məntəqəsinin rəisi, polis mayoru Şahid1 təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İHB-nın Ərəbbəsrə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X12 Departamenti 05 yanvar 2023-cü il tarixli iddia ərizəsi ilə ibtidai istintaq zamanı müraciət edərək, 32 ədəd sıf balığına görə dəymiş 1056 (bir min əlli altı) manat ziyanın Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesablaşma hesabına köçürülməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs balıqları qanunsuz tutması nəticəsində təbiətə vurmuş olduğu 1056 (bir min əlli altı ) manat ziyanı tam şəkildə ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsində nəzərdə tulan cinayət əməlini törətməkdə təqsirli bilinərək Yevlax rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə aylıq qazancının 20% dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon İcra Və Probasiya şöbəsinin xx.xx.2023-cü il 129092/2 nömrəli məktubundan görünür ki, X19 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirli bilinirək,aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 01(bir) il müddətinə islah işləri cəzasına məhkum edilmiş,və təyin edilmiş islah işi cəzasının 08 (səkkiz) ayını çəkmişdir. X11 Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası 256.1-ci maddəsinə əsasən təyin edilmiş 01 (bir) il müddətinə islah işləri cəzasının çəkilməmiş qalan 04 (dörd) ayı Azərbaycan Respublikası CM-nin 67.1-ci və 68.3-cü maddələrinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməlidir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi tövsüf edilmiş və o, həmin maddə ilə də cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də işdə cəzanı ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən dəymiş ziyanı ödəməsini, əməlindən səmimi peşman olmasını və yaşadığı yer üzrə müsbət xarakterizə edilməsi onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 256.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinin tələbinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Təqsirləndirilən şəxs tərəfindən 1056 (bir min əlli altı) manat məbləğində mülki iddianın tam ödənilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, 1 ədəd rezin kombinezon, kətan sapdan toxunmuş, hər birinin uzunluğu 50 metr olan kəndirə jilka adlandırılan sintetik sapla qırmaqlar bağlanmış «lina» adlandırılan 2 ədəd balıqovlama vasitəsi dövlət nəfinə müsadirə edilməklə Azərbaycan Respublikası ETSN-nin BRAM Departamentinin Daxili Su X13 təhvil verilməlidir. İş üzrə 32 ədəd sıf balıqlarının X4 təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci yoxdur. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmə, qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 354, 356, 358-ci maddələrini rəhbər tutaraq HÖKMETDİ: Təqsirləndirilən şəxs X14 Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 07 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs X11 Yevlax rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş aylıq qazancının 20% dövlət nəfinə tutulmaqla 01 il müddətinə islah işləri cəzasının çəkilməmiş qalan 04 ay islah işləri, CM-nin 68.3-cü maddəsinə əsasən 2 gün islah işləri cəzası 1 gün azadlığın məhdudlaşdırılması cəzası ilə bərabər tutulmaqla, 2 ay azadlıqın məhdudlaşdırılması cəzası CM-nin 67.1-ci maddəsinə əsasən təyin olunmuş cəzaya qismən birləşdirilməklə üzərində qəti olaraq 08 ay müddətinə azadlıqın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs X9 üzərinə saat 23:00-dan saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs X14 barəsində seçilmiş başqa yerə getməmək haqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Yevlax rayon icra və probasiya şöbəsində həvalə edilsin. Təqsirləndirilən şəxs tərəfindən 1056 (bir min əlli altı) manat məbləğində mülki iddianın tam ödənilməsi nəzərə alınsın. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs götürülmüş X15 İdarəsinin Mingəçevir xətt polis məntəqəsinin rəisi polis mayoru X1 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, 1 ədəd rezin kombinezon, kətan sapdan toxunmuş, hər birinin uzunluğu 50 metr olan kəndirə jilka adlandırılan sintetik sapla qırmaqlar bağlanmış «lina» adlandırılan 2 ədəd balıqovlama vasitəsi dövlət nəfinə müsadirə edilməklə Azərbaycan Respublikası ETSN-nin BRAM Departamentinin Daxili Su X13 təhvil verilsin. İş üzrə 32 ədəd sıf balıqlarının X6 təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs X11 Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 4 (dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 24 (iyirmi dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-61/2023
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-61/2023
28.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver