Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-62/2020 19.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X3 rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1982-ci ildə Yevlax rayonu Havarlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Yevlax rayonu, Havarlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd sellofan torbada qablaşdırılmış beş ədəd selofan torbalarda ayrıayrılıqda çəkiləri 650 qram, 945 qram, 90 qram, 95 qram və 235qram, ümumilikdə 2.015 qram təmiz çəkidə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üstündə daşımaqla, yaşadığı Yevlax rayonunun Havarlı kəndində yerləşən fərdi yaşayış evinə gətirib həmin narkotik vasitənin üç ədəd selofan torbalarda olan 1.685 qram çəkidə hissəsini evin yataq otağındakı güzgülü dolabda, iki ədəd selofan torbalarda olan 330 qram hissəsini isə evin həyətindəki yardımçı tikilinin damında saxlamış, onun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Cəlal Abduyev xx xxxxxxx 2019-cu il tarixdə saat 19:55-də yaşadığı evin həyətin də saxlanılaraq dəvəti və icazəsi ilə keçirilmiş baxış zamanı evin həyətindəki yardımçı tikilinin damından bir ədəd üzərində “BMW” sözü yazılmış göyrəngli polietilen torbanın içərisində ağ və göy rəngli sellofan torbalarda, ayrı-ayrılıqda 95 qramvə 235 qram, ümumilikdə 330 qram çəkidə olan, evin yataq otağındakı güzgülü dolabın siyirtməli gözündənisə bir ədəd göyrəngli sellofan torbada 650 qram, bir ədəd sarı rəngli sellofan torbada 945 qram, həmin sarı rəngli selofan torbanın içərisində olan bir ədəd göyrəngli sellofan torbada 90 qram, ümumilikdə 1.685 qram çəkidə olan, cəmi təmiz çəkisi 2.015 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanı polis əməkdaşlarına təqdim etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, tutulmamışdan təxminən 3 ay əvvəl yaşadığı kəndin ərazisində olan su anbarının yaxınlığında ağacların altında 3 ədəd sellofan torba tapmış, həmin torbaların içərisini açanda torbaların birinini çərisində əlavə olaraq 2 ədəd sellofan torba olduğunu görmüşdür. Həmin sellofan torbaların içərisində olan kütlənin marixuana olduğunu bilmişdir. Marixuananı yaşadığı evə aparıb orada saxlamağı, lazım olanda az-az istifadə etməyi fikirləşmişdir. Elə bu niyyətlə həmin torbaları götürmüş və yaşadığı evə aparmışdır. 5 ədəd sellofan torbadan 3 ədədini evinin yataq otağında güzgülü dolabın birinci gözündə, iki ədəd torbanı isə həyətində olanyardımçı tikilinin dam hissəsində saxlamışdır.Evdə saxladığı marixuana sarı və göy sellofan torbaların içərisində olmuş, lakin sarı rəngli torbanın içərisində birdənədə əlavə göy rəngli sellofan torba olmuşdur. Yardımçı tikilidə saxladığı iki ədəd sellofan torbanın biri ağrəngdə, digəri isə göyrəngdə olmuş, həmin ağ və göyrəngdə olan torbaların hər ikisini birlikdə bir neçə sellofana bükmüş, daha sonra həmin bükümü üzərində “BMW” sözü yazılan göyrəngli sellofan torbanın içərisinə qoymuşdur. xx xxxxxxx 2019-cu ildə saat 19:55 radələrində polis əməkdaşları onun evinin qapısını döymüş, o da qapını açmışdır. Polis işçiləri onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması haqqında məlumat daxil olduğunu, buna görədə evinə baxış keçiriləcəyini bildirmişlər. O da evində və evinin həyətində narkotik vasitə saxladığını və həmin narkotik vasitəni polislərə təqdim edəbiləcəyini bildirmişdir. Bundan sonra o, həyətyanı sahəsində olan tikilinin damından bir ədəd göyrəngli torbanı götürüb içərisindən iki ədəd bağlamada və yaşadığı evin yataq otağında olan dolabdan iki ədəd bağlamada olan marixuananı polislərə təqdim etmişdir. Polislər həmin bağlamalara baxış keçirmişlər. O, həmin marixuananı şəxsi istifadəsi üçün əldə edib saxlamış, heç kimə narkotik vasitə satmamışdır. Törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası X6 Baş X2 İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 ifadəsində göstərmişdir ki, Yevlax rayonunun sakini Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni yaşadığı evində saxlaması və narkotik vasitələrin satışı ilə məşğul olması haqqında məlumat daxil olmuş, həmin məlumatla əlaqədar əməliyyat-axtarış tədbirlərini həyata keçirmək üçün əməliyyat qrupu yaradılmış, xx xxxxxxx 2019-cu ildə Yevlax rayonu Havarlı kəndində Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər. Təqsirləndirilən şəxsevin qapısını açmış və onlar özlərini təqdim etmişlər. Onlar Təqsirləndirilən şəxs onun narkotik vasitələrin satışı ilə məşğul olması haqqında məlumat daxil olduğunu bildirmiş, həmin məlumatı yoxlamaq üçün onun evinə baxış keçirəcəklərini bildirmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında və yaşadığı evin həyətyanı sahəsində olan yardımçı tikilidə marixuana saxladığını, həmin marixuananı təqdim edəbiləcəyini bildirmişdir. Bundan sonra video çəkilişlə baxışkeçirilməyə başlanmış, baxış keçirilərkən Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində olan yardımçı tikilinin dam hissəsindən bir ədəd göyrəngli torbanı götürmüş, həmin torbanın içərisindən ağ və göy rənglərdə iki ədəd bağlama, həmin bağlamaların içərisində marixuanaya oxşayan kütlə aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin yataqotağında olan dolabdan sarı və göy sellofan torbaları götürüb təqdim etmiş, həmin torbaların içərisində marixuanaya oxşayan kütlə olmuş, eyni zamanda sarı rəngli torbanın içərisində birdən ədə əlavə göyrəngli sellofan torba olmuş və həmin torbanın içərisində də marixuanaya oxşayan kütlə aşkar edilmişdir. Onlar aşkar edilmiş kütlələri qablaşdırmış və möhürləmiş, sonra baxışın keçirilməsi haqqında protokol yazılmış, həmin protokol bütün iştirakçılar tərəfindən imza edilmişdir. Daxil olmuş ilkin məlumatlarda Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuananı satışməqsədi ilə əldə edib saxladığı bildirilsə də,həyata keçirilmiş əlavə əməliyyat-axtarış tədbirləri nəticəsində onun narkotikvasi tələrin satışı ilə məşğul olmasına və narkotik vasitəni satış məqsədi ilə saxladığına dair hər hansı sübutun əldə edilməsi mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası X6 Baş X2 İdarəsinin əməliyyat müvəkkili Şahid3 şahid Azərbaycan Respublikası X6 Baş X2 İdarəsinin əməliyyat müvəkkili Şahid2 verdiyi ifadə ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “baxış keçirilməsi və götürmə” haqqında xx xxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, baxışın keçirildiyi yer Təqsirləndirilən şəxs yaşadığı ev və yaşadığı evin həyətyanı sahəsində yerləşən yardımçı tikili olmuşdur. Cəlal Abduyev yardımçı tikilinin damında marixuana saxladığını bildirmiş və polis əməkdaşları tərəfindən həmin yerə baxış keçirilərkən 1 ədəd göy rəngli üzərində “BMW” yazısı olan sellofan torba aşkar edilmişdir. Cəlal Abduyev həmin torbanın içərisində olan iki ədəd sellofan bükülünü təqdim etmişdir. Aşkar olunan torbalara baxış zamanı torbaların içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Bundan sonra Cəlal Abduyev yaşadığı evin yataq otağında yerləşən güzgülü dolabın üst gözündən sarı və göy rənglərdə sellofan torbalar təqdim etmişdir. Həmin torbalara baxış keçirərkən sarı rəngli sellofan torbanın içərisində daha bir ədəd sellofan torba aşkar edilmişdir. Aşkar olunan torbalara baxış zamanı torbaların içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. (iş vər.10-14); məhkəmə kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli, 27070 nömrəli rəyindən görünür ki, “Təqsirləndirilən şəxs yaşayış sahəsindən...” yazısı və imzalar olan ağrəngli polietilen bağlamadakı içərisində 02 ədəd sellofan torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 95 qram, 235 qram olan bitkimən şəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır; “Təqsirləndirilən şəxs evindən aşkar olunmuş...” yazısı və imzalar olan sarı rəngli polietilen bağlamadakı içərisində təmiz çəkisi 945 qram, 02 ədəd sellofan torbalarda ayrıayrılıqda təmiz çəkiləri 90 qram, 650 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Marixuananın ümumi təmiz çəkisi 2015 qram, tədqiqata istifadə olundu 0,25 qram, ( hər obyektdən 0,05 qram)qalıq- 2014,75 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 69,82 manatdır. (iş vər. 39-41); “şübhəli şəxsin tutulması” haqqında xx xxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixdə saat 19:55-də şübhəli şəxs qismində tutulmuşdur.(iş vər. 26); Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxxxxx 2019-cu il tarixdən hesablanmışdır. (iş vər. 82-86); “sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi” haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən və həyətyanı sahəsindəki yardımçı tikilidən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqindən sonra xalis çəkisi 2014,75 qram olan narkotik vasitə-qurudulmuş marixuana və Cəlal Abduyevin yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilməsinə dair videoçəkilişin əks olunduğu bir ədəd disk iş üzrə maddi sübut kimi tanınaraq X6 Baş X2 İdarəsində saxlanılmışdır. (iş vər. 140-145); məhkəmə narkoloji ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 2974 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olub. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (iş vər. 123-124 ); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X4 ünvanlanmış tələbnaməyə xx.xx.2020-cu il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. ( iş vər. 110-111); Yevlax şəhəri İcra Hakimiyyəti Başçısının Havarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilən arayışdan görünür ki, X5 himayəsində xx.xx.2008-ci il təvəllüdlü Ədalət adlı uşağı var. (iş vər. 114); Yevlax şəhəri İcra Hakimiyyəti Başçısının Havarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (iş vər. 115) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını (59.1.4), törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını (CM-59.2) cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs Abduyev X7 Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxx 2019-cu il tarixdən hesablanmalı (CPM- 158.2.1. 158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Cəlal Abduyevə narkomaniyadan məcburi müalicə təyin edilməli (CM- 93.1.2), iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin qalığı məhv edilməli (CPM- 132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxx 2019-cu il tarixdən hesablansın. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və X6 Baş X2 İdarəsində saxlanılan 2014,75 qram çəkidə narkotik vasitə-qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Baxış keçirilməsinə dair videoçəkilişin əks olunduğu diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə 69 (altmış doqquz) manat 82 (səksən iki) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №1(039)-62/2020
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-62/2020
19.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver