Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-62/2021 06.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs iştirakları ı ilə xx xxxx 1983-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsidə üç yetkinlik yaşına çatmayan uşağ olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, barəsində xx xxxxxx 2021-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, Kür küçəsi, ev 25-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 133.2.6-cı maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan işgəncə verməklə törədilən mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar verməklə qəsdən əzab vermişdir. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 23 radələrində yaşadığı Yevlax şəhəri, Kür küçəsi, ev 25-də arvadı Zərərçəkmiş şəxs mobil telefonla başqa şəxslə ünsiyyət qurmasını bilərək qısqanclıq zəminində onunla mübahisə edib sonuncunu cəzalandırmaq məqsədilə ona qəsdən işgəncə verib döyməklə güclü fiziki ağrı və psixi iztirablar vermək qərarına gəlib bu cinayətkar niyyətini həyata keçirmək üçün Zərərçəkmiş şəxs yataq otağındakı çarpayıya şərflə və istintaqa məlum olmayan digər iplə bağlayıb ona güclü fiziki ağrılar yetirmək məqsədilə əlləri və ayaqları ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən qəsdən çoxsaylı şillə və təpik zərbələri vurub istintaqa məlum olmayan əlindəki alışqanla Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrini yandırmış, xx xxxxxx 2020-ci il tarixdə saat 22 radələrində həmin ünvanda eyni səbəblə cinayətkar niyyətini davam etdirərək hərəkətlərini mütəmadilik dərəcəsinə çatdırmaqla yenidən əlləri və ayaqları ilə güclü fiziki ağrılar yetirmək məqsədilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən qəsdən çoxsaylı şillə və təpik zərbələri vuraraq, istintaqa məlum olmayan qayçı ilə baş nahiyəsindən bir dəfə vuraraq Zərərçəkmiş şəxs ümumilikdə “qarının sağ yan səthinin, hər iki qalça çuxurunun, sağ bazunun orta 1/3-nin yan səthinin, sağ saidin orta və aşağı 1/3-nin tış və arxa səthinin, sol qabırğaaltı nahiyənin, sol saidin orta 1/3-nin arxa səthinin, sol baldırın orta 1/3-nin yan səthinin İ dərəcəli yanıq yaraları (cəmi on yeddi ədəd) xəsarətləri ilə müşayiət olunan, sağlamlığın qısa müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri və başın təpə nahiyəsinin sıyrığı, sol əlin arxa səthində, sağ yanağın və sol çənəaltı nahiyənin qançırları xəsarətləri ilə müşayiət olunan sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə, xx xxxxxx 2020-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs psixi iztirablar verməklə həmin qayçı ilə sonuncunun saçlarını zorakı hərəkətlərlə güclü fiziki ağrı yetirib səliqəsiz formada kəsməklə Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CM-nin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan işgəncə verməklə törədilən mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar verməklə qəsdən əzab vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 133.2.6-cı maddəsində nəzərdə tutulmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, o, 2007-ci ildə Ağdaş şəhərində yaşamış Zərərçəkmiş şəxs ilə rəsmi nikahla ailə qurmuşdur. Onların birgə nikahlarından üç uşağı olmuşdur. Əvvəllər Jalə ilə münasibəti yaxşı olmuş, aralarında dava-dalaş olmamışdır. Bəzi vaxt onun Jalə ilə sözlü mübahisəsi olmuşdur. O, Jalə ilə ailə qurduğu vaxtdan sonuncu xx xxxxxx 2020-ci il tarixədək mobil telefon istifadə etmiş və Jalənin bir neçə ədəd telefon nömrəsi olmuşdur. 2020-ci ilin mart ayında o, Jalənin istifadə etdiyi ***-***-**- ** saylı mobil telefon nömrəsi ilə başqa şəxslərlə danışdığını müəyyən etmişdir. O, Jaləyə iradını bildirmiş və mobil telefonunu əlindən almış, nömrəsini isə sındırmışdır. 2020-ci ilin aprel ayında Jaləyə “Smartfon” tipli bir ədəd mobil telefon və bir ədəd mobil telefon nömrəsi almışdır. 2020-ci ilin sentyabr, oktyabr və noyabr aylarında Jalə həmin mobil telefondan və mobil telefon nömrəsindən istifadə etmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 17 radələrində işdən çıxaraq yaşadığı evə gəlmişdir. Həmin vaxt oğlanları Nihad və İsmayıl evdə olmuşdur. Saat 18 radələrində Jalə evə gəlmiş və yataq otağına daxil olmuşdur. O, Jalənin çantasından hansısa bir əşya çıxarıb çarpayının döşəyinin altında gizlətdiyini görmüşdür. Saat 22 radələrində o, Jaləyə “sən məndən nə isə gizlədirsən” demişdir. Jalə ona “heç nə gizlətmirəm” deyə cavab vermişdir. Jalədən döşəyin altında gizlətdiyi əşya barədə soruşmuşdur. Jalə heç bir əşya gizlətmədiyini demişdir. Jaləyə “gəl birlikdə döşəyin altına baxaq, görək nə var” demişdir. Jalə “lazım deyil” demişdir. O, döşəyi qaldırmış və döşəyin altında kiçik ölçüdə bəzəkli sellofan torbanın olduğunu görmüşdür. O, torbanın içərisinə baxdıqda torbanın içərisində bir ədəd ***-***-**-** saylı mobil telefon nömrəsi və yeddi ədəd mobil telefon nömrələri yazılmış bir ədəd kağız parçası olmuşdur. O, Jalədən bir ədəd mobil telefon nömrəsi və kağız parçasına yazılmış mobil telefon nömrələri barədə soruşmuşdur. Jalə ona nömrədən istifadə etmədiyini, kağız parçasına yazılmış nömrələrin isə kimə məxsus olduğunu bilmədiyini demişdir. Sonra Jalə ***-***-**- ** saylı mobil telefon nömrəsini təxminən bir il əvvəl aldığını etiraf etmişdir. O, istifadə etdiyi telefonla kağız parçasına qeyd edilmiş mobil telefon nömrələrinə bir-bir zəng etmişdir. İki nəfər şəxs onun zənginə cavab vermişdir. Həmin şəxslərdən biri ona hərbiçi olduğunu, hərbi hissədə N nəfər hərbiçi olduğunu, telefonunu hər bir hərbiçinin istifadə etdiyini, onun arvadı ilə heç vaxt danışmadığını, digər hərbiçilərin isə danışıbdanışmadığını bilmədiyini demişdir. Digər şəxs isə Bakı şəhərində yaşadığını, ailəli olduğunu, onun arvadı ilə danışmadığını demişdir. O, Jalədən yenidən həmin şəxslər barədə soruşmuşdur. Jalə həmin şəxsləri tanımadığını və heç kimlə danışmadığını demişdir. Bundan sonra o, əli ilə Jalənin üz və baş nahiyələrindən bir neçə dəfə şillə zərbəsi vurub düzgün danışmasını tələb etmişdir. Jalə ona sonuncunu vurmamağı, baş verənləri düzgün danışacağını demişdir. O, Jaləni daha vurmamış və ona düzgün danışmasını demişdir. Lakin, Jalə əvvəl dediklərini yenidən təkrar etmiş və baş verənlərin hamısını danışmamışdır. Bundan sonra o, Jalənin qollarını sonuncuya məxsus olmuş boyun şərfi ilə, ayaqlarını isə tozsoranın naqili ilə çarpayıya bağlamışdır. O, əli ilə Jalənin bədəninin müxtəlif nahiyələrindən bir neçə dəfə vurmuş və həqiqəti söyləməsini tələb etmişdir. Lakin, Jalə mobil telefon nömrələri barədə bir söz deməmişdir. O, alışqanla Jalənin qarın, qol, ayaq və digər nahiyələrini bir neçə yerdən yandırmışdır. Onun oğlanları digər otaqda olmuşlar və Jaləni döydüyünü, yandırdığını görməmişlər. Həmin gün saat 23:40 radələrində o, oğlu İsmayılı yatızdırması üçün Jalənin qollarını açmışdır. xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında Jaləyə işə getməyə icazə verməmişdir. O, işə getmiş və saat 16 radələrində evə qayıtmışdır. Saat 17 radələrində Jaləyə onunla birlikdə əyləşməsini, telefon söhbəti barədə ona həqiqəti bildirməsini demişdir. Həmin vaxt qonşusu Raisə evə gəlmişdir. Buna görə də o, Jalə ilə söhbət etməmişdir. Raisə Jalə ilə birlikdə tort bişirmişdir. Bir neçə saat sonra Raisə yaşadığı evə getmişdir. Saat 21 radələrində o, Jaləni yataq otağına aparmışdır. Həmin vaxt Raisə gələrək onunla söhbət etmək istədiyini, Jalə ilə arasında baş verənlərdən xəbərinin olduğunu demişdir. Raisə ona Jaləni döyməməyi, Jalənin əvvəllər hansısa bir şəxslə danışdığını, sonralar isə Jalənin heç kimlə danışmadığını, Jaləni bağışlamağını demişdir. O, Raisəyə getməsini və ailə işinə qarışmamasını demişdir. Bundan sonra Raisə evdən çıxaraq getmişdir. O, Jaləni yataq otağına çağırıb həqiqəti danışmasını və kiminlə danışmasını ona deməsini bildirmişdir. Jalə yenə də kiminlə danışdığını ona deməmişdir. O, əli ilə Jalənin üz nahiyəsindən bir neçə dəfə şillə zərbəsi vurmuşdur. Jalə yenə də həqiqəti danışmamışdır. O, əli ilə Jalənin saçını tutub möhkəm dartmış, sonra isə Jalənin saçını kəsməyi qərara almışdır. O, qayçı ilə Jalənin saçının qabaq tərəfini kəsmiş, sonra isə Jalənin saçının hamısı dibindən kəsməyə çalışmışdır. Jalə əlləri ilə başını qoruyub saçını qayçı ilə kəsməyinə imkan verməmişdir. O, Jalənin başının qanadığını görmüşdür. Bundan sonra qayçını kənara qoymuş və Jaləyə ilkin tibbi yardım göstərmişdir. Jalənin başına yod vurmuş, dəsmalı soyuq su ilə isladıb Jalənin yarasına qoymuşdur. Həmin vaxt Raisə evə gəlmiş və Jalənin xəsarət aldığını görmüşdür. Raisə ona evdən çıxıb getməyini, təcili tibbi yardıma zəng edəcəyini demişdir. O, Raisəni evdən çıxartmışdır. Raisə qonşulara məlumat verdiyi üçün bir neçə dəqiqə sonra Raisənin əri Elnur, digər qonşusu Rövşən və Rövşənin arvadı Həqiqət onun yaşadığı ünvana gəlmişlər. O, həmin şəxsləri evə buraxmamışdır. Həmin şəxslər ona arvadı Jalə ilə dalaşmamağı, cavan ailə olduğu demişlər. O, həmin şəxslərə daha Jalə ilə dalaşmayacağını demişdir. Həmin gün Jalə evdə qalmışdır. xx xxxxxx 2020ci il tarixdə saat 11 radələrində işdə olarkən Jalənin xalası Könül ona zəng edib onu evə çağırmışdır. O, evə gedərək Könülün, Sevincin, Leylanın və Rövşənin gəldiyini görmüşdür. Həmin şəxslər ondan nə səbəbə Jaləni döydüyünü soruşmuşlar. O, Jalənin mobil telefonla başqa şəxslərlə danışdığını müəyyən etdiyini demişdir. Həmin gün Jalə onun barəsində Yevlax rayon polis şöbəsinə şikayət etmişdir. Məhkəmədən əməlini etiraf edib səmimi peşman olmasını, zərərçəkmiş şəxs Jalə Rəsulova ilə barışdığını və Jalənin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, onun barəsində həbslə əlaqədar olmayan daha yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2007-ci il tarixdə Təqsirləndirilən şəxs ilə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından üç uşaqları olmuşdur. Ailə qurduqdan sonra Natiqlə birlikdə Yevlax şəhəri, Kür küçəsində yaşamışdır. 2019-cu ilin dekabr ayının sonlarında bayram ərəfəsində Natiq “Smartfon” tipli bir ədəd mobil telefon alıb ona hədiyyə etmişdir. O, həmin telefonu 2020-ci ilin noyabr ayınadək istifadə etmişdir. Həmin vaxt Natiqlə onun arasında hər hansı bir hadisə baş verməmişdir. xx xxxxxx 2020ci il tarixdə saat 17 radələrində o, işdən çıxaraq evə qayıtmışdır. Natiq və uşaqları evdə olmuşdur. Yataq otağına daxil olub taparaq əldə etdiyi çantasında saxladığı bir ədəd mobil telefon sim nömrəsini və nömrələr yazılmış kağız parçasını çarpayının üstündəki döşəyin altında gizlətmişdir. Natiq gələrək döşəyin altında hansı əşyanı gizlətdiyini ondan soruşmuş və döşəyi yuxarı qaldırmışdır. Natiq telefon nömrəsini və kağız parçasını tapmış, bu barədə ondan soruşmuşdur. O, Natiqə nömrə və kağız parçasının ona məxsus olmadığını, həmin əşyaları tapıb əldə etdiyini demişdir. Natiq onun telefonu ilə kağız parçasında yazılmış mobil telefon nömrələrinə bir-bir zəng etmişdir. Saat 20 radələrində Natiq onunla mübahisə etmiş, telefon nömrəsi və kağız parçasına yazılmış nömrələr barədə, kiminlə danışdığını soruşmuşdur. O, Natiqə heç kiminlə danışmadığını bildirmişdir. Lakin Natiq ona inanmayaraq bu barədə təkrar soruşmuşdur. Natiq onunla dalaşmağa başlamışdır. Natiq hamam xalatının ipi ilə onun qollarının bilək nahiyəsini bir-birinə bağlamışdır. Natiq əli ilə onun üzünün hər iki tərəfindən təxminən 6-7 dəfə şillə zərbəsi vurmuşdur. Sonra o, aşağı əyilmiş və həmin vaxt Natiq ayağı ilə onun üzündən iki dəfə təpik zərbəsi vurmuşdur. Natiq əli ilə onun başını tutub dizi ilə təxminən 5-6 dəfə zərbə endirmişdir. Natiq iplə onun əllərini, tozsoranın naqili və xalatının ipi ilə isə onun ayaqlarını çarpayıya bağlamışdır. Natiq alışqanla onun gözlərini yandıracağını, heç kimi görə bilməyəcəyini demişdir. Sonra Natiq şərflə onun gözlərini və ağzını bağlamışdır. Natiq əlindəki alışqanla onun qollarını, ayaqlarını, qarnını, böyrünü və üzünü bir neçə dəfə, bir neçə yerdən yandırmışdır. Natiq onun gözünü yandıran zaman o, qollarını ipdən çıxartmış və Natiqə mane olmuşdur. Natiq onun gözlərini yandıra bilməmiş, lakin, alışqanla onun sağ qaşını yandırmışdır. O, ağrıdan qışqırmışdır. Digər otaqda olmuş uşaqları Natiqin onu döydüyünü bilib ağlamışlar. Uşaqlarının yataq otağına daxil olmasının qarşısını almaq üçün Natiq otağın giriş qapısını bağlamışdır. Həmin vaxt qonşusu Raisə adlı qadın onun yaşadığı evə gəlmişdir. Uşaqları ağladığı üçün Natiq onun ayaqlarını açmışdır. Natiqin onu döyməsi və yandırması nəticəsində o, bədəninin müxtəlif nahiyələrindən yanıq, başından, üzündən, qollarından, ayaqlarından qızarmış, şişmiş xəsarətlər almışdır. xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında xəsarəti olduğu üçün işə getməmişdir. Natiq evdən çıxaraq işə getmiş və saat 18 radələrində evə qayıtmışdır. Natiq ona danışdığı şəxsin adını kağıza yazıb verməsini demişdir. O, yenə də Natiqə heç kimlə danışmadığını demişdir. Saat 20 radələrində Raisə onun yaşadığı evə bəzəmək üçün tort gətirmişdir. O, Raisənin tortunu bəzəmiş, Natiq də onlara kömək etmişdir. Bundan sonra Natiq Raisəyə evdən getməsini demişdir. O, Raisəyə Natiqin onu döyəcəyini demişdir. Raisə evdən getmək istəməmiş, Natiqə sakitləşməsini, onu döyməməsini demişdir. Natiq Raisəni məcburi olaraq evdən çıxartmışdır. Saat 22 radələrində Natiq onu yataq otağına salmış, zaldakı televizorun səsini yüksəltmiş və uşaqlara zalda olmalarını demişdir. Natiq yataq otağının giriş qapısını bağlamışdır. Natiq onu çarpayının üstünə uzadıb əlləri ilə onun üzündən, qollarından və ayaqlarından dəfələrlə şillə və yumruq zərbələri vurmuşdur. O, Natiqə yalvarıb onu döyməməyi bildirmişdir. Lakin Natiq ona məhəl qoymamış və onu döyməyə davam etmişdir. Bundan sonra Natiq kəlpətin, bıçaq və qayçı gətirmişdir. O, qorxmuş, Natiqin bıçaqla və qayçı ilə ona çoxlu sayda xəsarət yetirəcəyini bilmişdir. Ağlayaraq Natiqə yalvarmış, ona xəsarət yetirməməyi və onu döyməməyi demişdir. Natiq ona məhəl qoymayıb qayçı ilə onun saçını kəsəcəyini demişdir. Natiq qayçı ilə onun saçının ön və orta hissəsini iki yerdən kəsmişdir. Qayçı onun başının ortasına dəymiş və başı kəsilmişdir. O, qışqırıb kömək istəmişdir. Həmin vaxt qonşusu Raisə onun yaşadığı evə gəlmiş, başından qan axdığını, saçının kəsildiyini görmüşdür. Natiq Raisəni evdən çıxartmışdır. Natiq onun başından qan axdığından qorxub yarasına yod və “zelyonka” vurmuşdur. Bundan sonra Natiq onu daha döyməmişdir. xx xxxxxx 2020-ci il tarixdə o, dayısının arvadı Sevincə zəng edərək Natiqin onu döyməsi barədə məlumat vermişdir. Onun anası, xalası Könül, bacısı Leyla və Leylanın əri evə gəlmişlər. Qohumları onun xəsarət aldığını və saçının kəsildiyini görmüşlər. O, mobil telefonla 102-yə zəng edərək Natiqin onu döyməsi barədə məlumat vermişdir. Məhkəmədən Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilməsini, Natiqin onun müalicə xərclərinə köməklik etdiyini, hazırda Təqsirləndirilən şəxsla barışdığını, ondan heç bir şikayət və tələbinin olmamasını və gələcəkdə bir ailə kimi bir yerdə yaşayacaqlarının istisna olmamasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, Ağdaş rayonunda yaşayır. Zərərçəkmiş şəxs onun doğma bacısı İfadənin qızıdır. Bacısı qızı Jalə 2007-ci ildə Təqsirləndirilən şəxs ilə rəsmi nikahla ailə qurmuşlar. 2018-ci il tarixdə Natiqin Jaləyə qarşı münasibəti pisləşmiş, bu səbəbdən həmin vaxt Jalə uşaqları ilə birlikdə Ağdaş şəhərində valideyinlərinin evinə yaşamışdır. 2020-ci ilin noyabr ayında və dekabr ayının əvvəlində Jalə oğlanları Nihad və İsmayılla birlikdə Yevlax şəhərində Natiqlə yaşamışdır. xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında bacısı İfadə ona Natiqin Jalə ilə dalaşıb Jaləni döydüyünü, Natiqin Jaləyə bədən xəsarətləri yetirdiyini, təcili olaraq Yevlax şəhərinə getmələrini demişdir. Həmin vaxt o, bacısı İfadə, İfadənin qızı Leyla, Leylanın əri Rövşən və qardaşı arvadı Sevinclə birlikdə Yevlax şəhərinə gəlmişlər. Jalə oğlanları Nihad və İsmayılla birlikdə yaşadığı evdə olmuş, Natiq isə evdə olmamışdır. O, Jalənin döyülmüş vəziyyətdə olduğunu və saçının səliqəsiz formada kəsildiyini görmüşdür. Jalə qarın, böyür, qol, ayaq və bədəninin digər nahiyələrini onlara göstərmişdir. Jalənin bədəninin müxtəlif nahiyələrində təxminən on ədəddən çox sayda yanıq xəsarətlərinin olduğunu, üzündə, qollarında, başında və digər nahiyələrində qızarmış, göyərmiş xəsarətlərin olduğunu görmüşdür. Jalə Natiqin 2020-ci ilin dekabr ayının 02-də və 03-də gecə saatlarında onu çarpayıya bağladığını, yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrindən vurduğunu, alışqanla bədənini bir neçə yerdən yandırıb əzab verdiyini, qayçı ilə saçını kəsdiyini, həmin vaxt qayçının başının dərisini də zədələdiyini, başından qan axdıqdan sonra Natiqin ona əzab verməsini bitirdiyini və Natiqin onu mobil telefon vasitəsi ilə başqa şəxslərlə danışmaqla günahlandırdığını demişdir. Jalə onun istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefonla “102” xidmətinə zəng edərək Natiq tərəfindən döyülməsi barədə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları Jalənin yaşadığı ünvana gəlmişlər. Jalə Natiq tərəfindən döyülməyi barədə ərizə yazmışdır. Bundan sonra onlar Jaləni və uşaqlarını götürüb Ağdaş şəhərinə getmişlər. xx xxxxxx 2020-ci il tarixdə o, Jaləni Yevlax şəhər ekspertiza şöbəsinə aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Ağdaş rayonu, Maşad kəndində yaşayır. Zərərçəkmiş şəxs onun baldızı İfadənin qızıdır. Jalə 2007-ci ildə Təqsirləndirilən şəxs ilə ailə qurmuşlar. 2018-ci il tarixdə Natiqin Jaləyə qarşı münasibəti pisləşmiş, bu səbəbdən həmin vaxt Jalə uşaqları ilə birlikdə Ağdaş şəhərinə valideyinlərinin evində yaşamışdır. 2020-ci ilin noyabr ayında və dekabr ayının əvvəlində Jalə oğlanları Nihad və İsmayılla birlikdə Yevlax şəhərində Natiqlə yaşamışdır. xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında Jalə ona zəng edərək Natiqin onu döyüb bədən xəarətləri yetirdiyini, saçını kəsdiyini və yanına gəlmələrini demişdir. O, bu barədə Jalənin anası İfadəyə bildirmişdir. Bundan sonra o, İfadə, İfadənin qızı Leyla, Leylanın əri Rövşən və İfadənin bacısı Könüllə birlikdə Yevlax şəhərinə gəlmişlər. Jalə oğlanları Nihad və İsmayılla birlikdə yaşadığı olmuşdur. Natiq isə evdə olmamışdır. O, Jalənin ağladığını, sonuncunun döyülmüş vəziyyətdə olduğunu, üst-başının, saçının səliqəsiz formada olduğunu görmüşdür. Jalə qarın, sinə, qol və bədəninin digər nahiyələrini onlara göstərmişdir. O, Jalənin bədəninin müxtəlif nahiyələrində təxminən iyirmi ədədə yaxın sayda yanıq xəsarətlərinin olduğunu, üzündə, ayaqlarında, qollarında, başında və digər nahiyələrində qızarmış, göyərmiş xəsarətlərin olduğunu görmüşdür. Jalənin saçı bir neçə yerdən kəsilmişdir. Jalə Natiqin 2020-ci ilin dekabr ayının 02-də və 03-də gecə saatlarında onu çarpayıya bağladığını, yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrindən vurduğunu, alışqanla bədənini bir neçə yerdən yandırıb ona əzab verdiyini, qayçı ilə saçını kəsdiyini, qayçı ilə başından kəsilmiş xəsarət yetirdiyini, başından qan axdıqdan sonra Natiqin ondan əl çəkdiyini və Natiqin onu mobil telefon vasitəsi ilə başqa şəxslərlə danışmaqla günahlandırdığını demişdir. Jalə Könülün istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefonla “102” xidmətinə zəng edərək Natiq tərəfindən döyülməsi barədə məlumat vermişdir. İş üzrə şahir Şahid5 məhkəməyə ərizə ünvanlayaraq, səhhəti ilə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyini və ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən Şahid5 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs təxminən 10 ildən artıq müddətdir tanımışdır. Jalə onun qonşusu Təqsirləndirilən şəxs ailə qurmuşdur. Onun və ailə üzvlərinin Jalə və Natiqlə yaxşı qonşu münasibəti olmuş, bir-birinin evinə gedişgəlişləri olmuşdur. X3 münasibətləri yaxşı olmuş, aralarında hər hansı bir dava-dalaş baş verməmişdir. 2020-ci ildə Natiqin Jaləyə qarşı münasibəti pisləşmiş, Jalə uşaqları ilə birlikdə bir müddət Ağdaş şəhərində valideyinlərinin evində yaşamışdır. 2020-ci ilin noyabr ayında və dekabr ayının əvvəlində Jalə uşaqları ilə birlikdə əri Natiqin evində yaşamışdır. xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında Jalənin oğlu Nihad yaşadığı evə gələrək anasının onu çağırdığını demişdir. O, Nihadla birlikdə Jalənin yaşadığı evə getmişdir. Evdə Jalənin qolunda bir neçə ədəd yanıq xəsarətinin olduğunu görmüşdür. Jalə gecə saatlarında Natiqin onu döydüyünü, alışqanla onun qolunu və bədənini bir neçə yerdən yandırdığını demişdir. Bundan sonra Jalə paltarını açıb bədənini ona göstərmişdir. O, Jalənin böyür və üz nahiyələrində bir neçə ədəd yanıq xəsarətinin, ayaqlarında isə göyərmiş və qızarmış xəsarətlərin olduğunu görmüşdür. O, Jaləyə hadisə barədə valideyinlərinə məlumat verməsini demişdir. Jalə isə valideyinlərinə bildirmək istəmədiyini demişdir. Bundan sonra o, yaşadığı evə qayıtmışdır. Həmin gün axşam saatlarında o, yanıq əleyhinə maz götürüb Jalənin yaşadığı evə getmiş və həmin mazı Jaləyə vermişdir. Bundan sonra Nihad yaşadığı evə gələrək ona “atam mamamı döyür” demişdir. O, dərhal Jalənin yaşadığı evə getmişdir. O, Nihad və İsmayılın evin zalında olduğunu, televizorun səsinin yüksək olduğunu görmüşdür. Natiq və Jalənin evin yataq otağında olduğunu bilmişdir. O, yataq otağına daxil olmamış və Jaləni səsləmişdir. Jalə yataq otağından çıxıb onun yanına gəlmişdir. Sonra isə Natiq otaqdan çıxaraq onun yanına gəlmişdir. O, Jalənin saçının səliqəsiz, dağınıq və yolunmuş vəziyyətdə olduğunu görmüşdür. Jaləyə bişirdiyi tortu bəzəməsini demişdir. Jalə onun tortunu bəzəmişdir. Natiq də onlara kömək etmiş və ay-ulduz hazırlamışdır. O, Natiqə Jalə ilə dalaşmamasını, uşaqlarının psixikasının pozula biləcəyini demişdir. Tort hazırlandıqdan sonra o, tortu götürüb yaşadığı evə getmişdir. Saat 22 radələrində Jalənin mobil telefonuna zəng etmişdir. Zəngə Nihad cavab verərək ona “atam mamamı otağa salıb döyür” demişdir. O, Nihada “mamanı çağır telefona” demişdir. Nihad “mamam gələ bilmir” demişdir. O, yaşadığı evdən çıxıb Jalənin yaşadığı ünvana getmişdir. O, həyətə giriş darvazasının bağlı vəziyyətdə olduğunu görmüş və qapını döymüşdür. Natiq gələrək qapını açmış və nə səbəbə gəldiyini soruşmuşdur. O, Natiqə yalan olaraq ləyən almaq üçün gəldiyini demişdir. Natiq evdə ləyən axtarmağa başlamışdır. O, isə evin yataq otağına daxil olmuş, Jalənin qana boyandığını və başında sarğı olduğunu görmüşdür. Jalə ona Natiqin qayçı ilə saçını kəsdiyini, həmin vaxt qayçının Jalənin başından xəsarət yetirdiyini demişdir. O, Natiqə evdən çıxıb onun yaşadığı evə getməsini, təcili tibbi yardım avtomobili çağıracağını, həkimlərin gəlib Jaləyə kömək etməsini demişdir. O, Jalənin qanını görüb qorxmuş və həyəcanlanıb qışqırmışdır. Natiq ona əsəbləşmiş və “burda heç nə yoxdur, çıx get burdan” demiş və onu evdən çıxartmışdır. O, yaşadığı evə gedərək əri Elnura hadisə barədə məlumat vermişdir. O, Elnura Jaləyə kömək lazım olduğunu, birlikdə gedib Natiqi evdən çıxarmasını, Jaləyə kömək edəcəyini demişdir. O, Elnur, qonşuları Rövşən və Rövşənin arvadı Xatirə ilə birlikdə Natiqin evinə getmişlər. Onlar Natiqi səsləyib çölə çağırmışlar. Natiq qapının önünə gəlmişdir. X5 yardım etmək istədiklərini demişlər. Natiq onlara “heç nə lazım deyil, özüm hər şey etmişəm” demişdir və onlar yaşadığı evə qayıtmışlar. Gecə saatlarında o, Natiqin Rusiya Federasiyasında yaşamış anası Gülnaza zəng edərək Natiqin Jaləni evdə döyüb xəsarət yetirdiyini demişdir. Səhəri gün Jalənin anası İfadə və qohumları gələrək Jaləni və uşaqlarını Ağdaş şəhərinə aparmışlar. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə-Tibbi Ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 745 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər-başın təpə nahiyəsinin sıyrığı, qarının sağ yan səthinin, hər iki qalça çuxurunun, sağ bazunun orta 1/3-nin yan səthinin, sağ saidin orta və aşağı 1/3-nin tış və arxa səthinin, sol qabırğaltı nahiyənin, sol saidin orta 1/3-nin arxa səthinin, sol baldırın orta 1/3-nin yan səthinin İ dərəcəli yanıq yaraları (cəmi on yeddi ədəd), sol əlin arxa səthində, sağ yanağın və sol çənəalatı nahiyənin qançırları; Bu xəsarətlərdən başın təpə nahiyəsinin sıyrığı sivri uclu alətin, ola bilsin qayçının, qançırlar küt alətin-alətlərin (əşyanın) təsirindən, qalan digər xəsarətlər yüksək hərarətin (alovun) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti müayinədən 2-4 gün əvvələ uyğun gəlir, 02-xx.xx.2020-ci il tarixdə yetirilməsi istisna edilmir. Qeyd olunan xəsarətlərdən İ dərəcəli yanıq yaraları səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. Qalan digər xəsarətlər–sıyrıq və qançırlar sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. Zərərçəkmiş şəxs bədənində aşağıdakı xəsarətlərdən bədənin müxtəlif nahiyələrinin İ dərəcəli yanıq yaraları adətən xüsusi ağrı törətmək məqsədi ilə yetirilən zaman törənir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Narkoloji Kabinet tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli 406 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs psixo-nevroloji kabinetində dispanser müşahidəsində dayanmır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər İHB-nın 1 saylı İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2008-ci il təvəllüdlü Sabir, 2009-cu il təvəllüdlü Nihad və 2011-ci il təvəllüdlü İsmayıl adlı üç azyaşlı uşağı var. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin daha ağır maddəsinə tövsüf edildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri daha ciddi qətimkan tədbiri ilə əvəz edilərək “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məclləsinin 133.2.6-cı maddəsi ilə düzgün tövsüf olunmuşdur və o, törətdiyi cinayətə görə cəza almalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Ona görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşman olmasını, dəymiş ziyanı ödəyərək zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını və himayəsində üç azyaşlı uşağının olmasını CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəllənin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinin tələbinə görə, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşman olmasını, dəymiş ziyanı ödəyərək zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün hesab edir və onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək, sınaq müddəti müəyyən edilməklə təyin edilmiş cəza şərti olaraq tətbiq edilməlidir. Sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxsin üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvəssini alan vaxtadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Yevlax RPŞ-nin maddi sübutların saxlanılma otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus bir ədəd “şərf” hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş üzrə mülki iddia verilməmiş, ekspertiza xərci yoxdur. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli bu hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Yevlax RPŞ-nin maddi sübutların saxlanılma otağında saxlanılan bir ədəd “şərf” hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs qaytarılsın. Hökmün icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. İş üzrə mülki iddia veriməmiş, ekspertiza xərci yoxdur. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 14 (on dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 84 (səksən dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-62/2021
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-62/2021
06.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver