Məhkəmə qərarları › İş №1(039)-62/2022

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-62/2022

29.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-62/2022 29.03.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1989-cu il tarixdə Yevlax rayonu, Aran qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, barəsində 04 yanvar 2022-ci il tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Yevlax rayonu, Aran qəsəbəsində qeydiyyatda olan, Yevlax rayonu, Havarlı kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 01 yanvar 2022-ci il tarixdə saat 01 radələrində Yevlax rayonu, Havarlı kəndində Şahid yaşadığı evin həyətinə hasardan aşmaqla qəsdən qanunsuz olaraq daxil olmuş, həyətdəki mal tövləsinin yanında yerləşən birinci yardımçı tikiliyə qapını açıb daxil olaraq orada saxlanılan qapaqlı, qulplu, istifadəyə yararlı, çəkisi 7 kiloqram, diametri 7 sm, dərinliyi 23 sm olan 100 manat dəyərində bir ədəd samovarı, qapaqlı, qulplu, istifadəyə yararlı, su axan yeri xarab vəziyyətdə, çəkisi 7 kiloqram, diametri 7 sm, dərinliyi 23 sm olan 100 manat dəyərində bir ədəd samovarı, 10 litrlik, mis materialdan olan 100 manat dəyərində bir ədəd su səhəngini, qapaqsız, dairəvi formada, çəkisi 3 kiloqram, ağız hissəsinin diametri 21,5 sm, oturacaq hissəsinin diametri 30 sm, dərinliyi 15 sm olan 50 manat dəyərində bir ədəd kiçik ölçülü mis qazanı, qapaqsız, dairəvi formada, çəkisi 5 kiloqram, ağız hissəsinin diametri 25,5 sm, oturacaq hissəsinin diametri 39 sm, dərinliyi 7 sm olan 100 manat dəyərində bir ədəd orta ölçülü mis qazanı, qapaqsız, dairəvi formada, çəkisi 5 kiloqram, ağız hissəsinin diametri 25,5 sm, oturacaq hissəsinin diametri 39 sm, dərinliyi 16 sm olan 100 manat dəyərində bir ədəd orta ölçülü mis qazanı, qapaqlı, qapağında və kənarlarında cəmi üç ədəd qulpu olan, dairəvi formada, çəkisi 2 kiloqram, diametri 32 sm, dərinliyi 20 sm olan 50 manat dəyərində bir ədəd aliminum qazanı, dairəvi formada, qulpsuz, çəkisi 1,8 kiloqram, diametri 23 sm, dərinliyi 10 sm olan 10 manat dəyərində bir ədəd aliminium qapaqsız qazanı, qapaqlı, qulplu, dairəvi formada, çəkisi 4,2 kiloqram, diametri 34 sm, dərinliyi 21,5 sm olan 30 manat dəyərində bir ədəd aliminum qazanı, qulplu, çəkisi 1 kiloqram, qulpunun uzunluğu 36,5 sm, çömçəsinin diametri 12,5 sm olan 15 manat dəyərində bir ədəd mis kəfkiri, qulpu və lüləsi olan, çəkisi 3 kiloqram, ağız hissəsinin diametri 8 sm, dərinliyi 27 sm, enli yerində çevrəsi 53 sm olan 30 manat dəyərində bir ədəd mis aftafanı, qulpu və lüləsi olan, çəkisi 2 kiloqram, ağız hissəsinin diametri 8 sm, dərinliyi 23 sm, enli yerində çevrəsi 52 sm olan 20 manat dəyərində bir ədəd çuqun aftafanı, həyətdəki avtomobil qarajına qapını açıb daxil olaraq orada saxlanılan təkərli, boya borusu olan, 50 litrlik, bir il əvvəl 300 manata alınmış, iki dəfə istifadə edilmiş, üzərinə “MGK-2050, Magnum, Kompressor” sözləri yazılmış etiket yapışdırılmış 500 manat dəyərində bir ədəd boya püskürdən kompressoru, istifadə olunmuş, istifadəyə yararsız, təkərli, aliminium, çəkisi 8 kiloqram, 10 il əvvəl alınmış 5 manat dəyərində bir ədəd uşaq arabasını, istifadəyə yararlı, iki il əvvəl alınmış, çəkisi 2 kiloqram, uzunluğu 28,5 sm olan 5 manat dəyərində bir ədəd hava nasosunu, aliminium, qulplu, çəkisi 1 kiloqram, diametri 25 sm, dərinliyi 21 sm olan 5 manat dəyərində bir ədəd əzik vedrəni, həyətdəki ikinci yardımçı tikiliyə qapını açıb daxil olaraq orada saxlanılan qapaqsız, aliminium, 20 litrlik, çəkisi 7 kiloqram, diametri 27 sm, dərinliyi 48 sm olan 50 manat dəyərində bir ədəd su bidonu, dairəvi formada, içərisi naxışlı, çəkisi 4 kiloqram, diametri 54 sm, dərinliyi 3 sm olan 100 manat dəyərində bir ədəd mis podnusu, qapaqsız, dairəvi formada, çəkisi 5 kiloqram, ağız hissəsinin diametri 25,5 sm, oturacaq hissəsinin diametri 39 sm, dərinliyi 16 sm olan 100 manat dəyərində bir ədəd orta ölçülü mis qazanı, qapaqsız, dairəvi formada, çəkisi 5 kiloqram, ağız hissəsinin diametri 25,5 sm, oturacaq hissəsinin diametri 39 sm, dərinliyi 16 sm olan 100 manat dəyərində bir ədəd orta ölçülü mis qazanı və qapaqsız, dairəvi formada, çəkisi 9 kiloqram, ağız hissəsinin diametri 37 sm, oturacaq hissəsinin diametri 54,5 sm, dərinliyi 22 sm olan 150 manat dəyərində bir ədəd böyük ölçülü mis qazanı götürüb hissə-hissə daşıyaraq Yevlax rayonu, Havarlı kəndində yaşadığı ünvana aparıb qəsdən vahid niyyətlə gizli olaraq talamaqla zərərçəkmiş şəxs Şahid cəmi 1720 manat məbləğində maddi ziyan vurmaqla qəsdən yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. Ailəsini dolandırmaq üçün ev-tikinti işlərində usta və fəhlə işləmişdir. 09 oktyabr 2020-ci il tarixdə könüllü olaraq hərbi xidmətə getmiş və Vətən müharibəsində iştirak etmişdir. 2020-ci ilin noyabr ayında belindən travma almış, Füzuli rayonundan Şuşa şəhərinə qədər torpaqların azad edilməsində iştirak etmiş, lakin əlillik dərəcəsi olmamışdır. 31 dekabr 2021-ci il tarixdə bayram günü yaşadığı evdə və müxtəlif qohumlarının evində yemək yeyərkən spirtli içki qəbul edib sərxoş olmuşdur. Maddi cəhətdən çətinlik çəkdiyi üçün və pula ehtiyacı olduğuna görə, qonşusu Hacının yaşadığı ünvana gedib oğurluq etməyi qərara almışdır. 30 dekabr 2021-ci il tarixdə Hacının yaşadığı evdə olmuş və onunla birlikdə yemək yeyib spirtli içki olan araq içmişlər. Hacının həyətindəki yardımçı tikiliyə daxil olub oradan məişət əşyaları oğurlamağı və sonra həmin əşyaları satmaqla pul əldə etməyi qərara almışdır. 01 yanvar 2022-ci il tarixdə saat 01 radələrində yaşadığı ünvanı tərk edərək Hacının yaşadığı evin yerləşdiyi həyətin hasarına yaxınlaşmışdır. Hasarın yanında olan dəmirdən tutub hasarın üstünə çıxmış və sonra həyətə düşmüşdür. Hacının evindən səs gəlmədiyi üçün onun ailə üzvləri ilə birlikdə yatdığını bilmişdir. Bundan sonra həyətdə yerləşən yardımçı tikiliyə, eləcə də orada yerləşən hamam və qaraja daxil olmuşdur. Həmin tikililərdən beş ədəd mis qazan, bir ədəd mis samovar, bir ədəd mis kəfkir, bir ədəd su bidonu, bir ədəd nasos, bir ədəd vedrə, bir ədəd mis podnus, iki ədəd aftafa, bir ədəd uşaq arabası və bir ədəd hava kompressoru götürmüşdür. Həmin əşyaları hissə-hissə olmaqla altı gedişə daşıyıb yaşadığı ünvana aparıb həyətindəki toyuq hini kimi istifadə etdiyi yardımçı tikiliyə yığmışdır. 01 yanvar 2022-ci il tarixdə günorta saatlarında Yevlax rayon polis şöbəsinin əməkdaşları onun yaşadığı ünvana gələrək onu Yevlax rayon Polis Şöbəsinə dəvət etmişlər. Şöbədə törətdiyi cinayət əməlini etiraf etmiş və oğurladığı əşyaların hamısını könüllü olaraq istintaqa təqdim etmişdir. Qeyd etdiyi əşyalardan başqa Hacının yaşadığı ünvandan digər əşya oğurlamamışdır. Oğurluğu tək etmişdir. Hazırda əməlindən səmimi olaraq peşmandır və zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəmişdir. Məhkəmədən son sözündə əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxs Şahid vurmuş olduğu ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, himayəsində üç azyaşlı uşağının olmasını və 2-ci Qarabağ müharibəsi iştirakçısı olmasını nəzərə alaraq, ona həbslə əlaqədar olmayan daha yüngül cəza təyin edilməsini xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs Şahid məhkəməyə ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın tam şəkildə ödənildiyini, hazırda təqsirləndirilən şəxslə barışdığını, ondan heç bir şikayət tələbinin olmadığını, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini, işə onun iştirakı olmadan baxılmasını və təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən zərərçəkmiş şəxs Şahid ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Yevlax rayonu, Havarlı kəndində yaşayır. 2016-cı il tarixdən Yevlax rayonu, Xaldan kəndində yerləşən Azərbaycan Respublikası MN-nin N saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu işləmişdir. 31 dekabr 2021-ci il tarixdə bayram münasibəti ilə bağlı ailə üzvləri ilə birlikdə yaşadığı evdə olmuşdur və işdən gəlib yorğun olduğu üçün saat 22:30 radələrində evdə yatmışdır. Yaşadığı evin yerləşdiyi həyət yoldan iki ədəd kənarı mişar daşı və betondan olan hasarla əhatələnmiş, həyətin digər kənarları qonşuları Taryel, Məzahir və Üzeyirə məxsus həyətin kənarları ilə birləşmiş və orada setka çəpər yerləşmişdir. Evin həyətində bir ədəd avtomobil qarajı, iki ədəd əl damı-yardımçı tikili, bir ədəd hamam və bir ədəd mal tövləsi olmuşdur. 01 yanvar 2022-ci il tarixdə saat 10 radələrində yaşadığı evin həyətində tövlənin yanında yerləşən birinci əl damına daxil olmuş, həmin vaxt orada saxladığı iki ədəd samovar, bir ədəd su səhəngi, üç ədəd mis qazanın, üç ədəd aliminium qazanın, bir ədəd mis kəfkirin, bir ədəd mis aftafanın, bir ədəd çuqun aftafanın olmadığını görmüş və həmin əşyaların oğurlandığını bilmişdir. Bundan sonra avtomobil qarajına baxmış, orada saxladığı boya püskürdən bir ədəd kompressorun, bir ədəd uşaq arabasının, bir ədəd hava nasosunun, bir ədəd aliminium vedrənin yerində olmadığını görmüş və həmin əşyaların oğurlandığını bilmiş, bundan sonra ikinci əl damına baxmış, orada saxladığı 20 litrlik su bidonu, bir ədəd mis podnusun yerində olmadığını görmüş və həmin əşyanın da oğurlandığını bilmişdir. Həyətdə yerləşən hamama baxmış, orada saxladığı üç ədəd mis qazanın yerində olmadığını görmüş və həmin əşyaların da oğurlandığını bilmişdir. Əşyaların oğurlanması barədə ailə üzvlərinə məlumat vermiş, bacısı Cəmilə ev telefonu ilə 102-yə zəng edərək əşyaların oğurlanması barədə məlumat vermişdir. Yevlax rayon polis şöbəsinin əməkdaşları yaşadığı ünvana gələndən sonra əşyalarının oğurlanması barədə ərizə ilə müraciət etmişdir. Sonra polis əməkdaşı əşyalarının oğurlandığı tikililərə baxış, keçirmiş, fotoşəkillər çəkilmiş, həmin gün yaşadığı evin həyətindəki tikililərdən əşyalarını həmkəndlisi, qonşusu və sinif yoldaşı olan Təqsirləndirilən şəxs tərəfindən oğurlanması məlum olmuş və həmin əşyalar onun yaşadığı evin həyətində aşkar olunmuşdur. Əşyalarının oğurlanması ilə bağlı ona 1720 manat məbləğində maddi ziyan dəymişdir. Oğurluq hadisəsi nəticəsində ona dəymiş maddi ziyanla bağlı Vüsaldan şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə Ekspertiza Mərkəzinin 14 fevral 2022-ci il tarixli 9/295 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən və fotoşəkillərdə göstərilən 16 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin dekabr ayının sonları və 2022-ci il yanvar ayının əvvəlinə olan orta bazar qiymətilə ümumi dəyəri nəzəri qaydada təxminən 1114,00 (bir min bir yüz ön dörd) manat müəyyən edilir. Digər adda mallar (1.14,1.18,1.19) haqqında ətraflı məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi əməli törətməkdə təqsirli bilinmiş və Yevlax rayon Məhkəməsinin 25 yanvar 2018-ci il tarixli qərarı ilə cinayət işi üzrə cinayət təqibinə xitam verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən şübhəli şəxs qismində tutma haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs 02 yanvar 2022ci il tarixdə saat 17.00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 04 fevral 2022-ci il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Yevlax şəhər İHB-nın Havarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 2012-ci il təvəllüdlü Hüseyn, 2013-cü il təvəllüdlü Vüqar və 2015-ci il təvəllüdlü Hüsü adlı üç azyaşlı uşağı var. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Təqsirləndirilən şəxs məxsus hərbi biletdən və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs oğli “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası qanunlarının müvafiq maddələrinə əsasən qanunvericlikdə müəyyən edilmiş qaydada hərbi xidmətə cəlb edilmiş və 09.102020-ci il tarixdə aidiyyəti hərbi hissəyə təhvil verilmişdir. Cinayət işində olan zərərçəkmiş şəxs Şahid məhkəməyə ünvanlandığı ərizədən görünür ki, ona dəymiş ziyan tam şəkildə ödənildiyinə görə, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilənlərin göstərilən əməli törətməkdə təqsirli olmaları özünün etiraf ifadəsindən başqa zərərçəkmiş şəxsin ifadəsi və ekspert rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Törətdiyi cinayətə görə ona cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağın olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, onun zərərçəkmiş şəxs Şahid dəymiş maddi ziyanı tam ödəməsi və onunla barışıq əldə etməsi CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən və 2-ci Qarabağ müharibəsi iştirakçısı olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındıqları vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadak dəyişdirilməməlidir. Hökmün icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış yeddi ədəd qazan, bir ədəd podnus, bir ədəd uşaq arabası, bir ədəd əzik vedrə, iki ədəd aftafa, bir ədəd kəfkir, bir ədəd hava nasosu, bir ədəd samovar, bir ədəd su bidonu və bir ədəd boya püskürdən kompressorun qəbz əsasında iş üzrə zərərçəkmiş şəxs Şahid qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 02 yanvar 2022-ci il tarixdən 04 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı iki gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 04 gün hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Yevlax rayonu ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan Yevlax rayonu, Havarlı kəndində yerləşən evin ərazi hüdudlarını tərk etməmək, cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış yeddi ədəd qazan, bir ədəd podnus, bir ədəd uşaq arabası, bir ədəd əzik vedrə, iki ədəd aftafa, bir ədəd kəfkir, bir ədəd hava nasosu, bir ədəd samovar, bir ədəd su bidonu və bir ədəd boya püskürdən kompressorun qəbz əsasında iş üzrə zərərçəkmiş şəxs Şahid qaytarılması nəzərə alınsın. İşdə olan 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxs X2 və X4 müştərək qaydada alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar