Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-62/2024 19.03.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim:Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Sadıqov Mehman Əlixan oğlunun katibliyi ilə, xx.xx.1963-cü il tarixdə Yevlax rayonu, Havarlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:3PEU452), Yevlax rayonu, Havarlı kəndində qeydiyyatda olan X3 və xx.xx.1966-cı il tarixdə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:3PEKMZN), Yevlax rayonu, Havarlı kəndində qeydiyyatda olan X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2, 148 və 148.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair X2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X4 valideynləri X3 və X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2, 148 və 148.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair xüsusi ittiham qaydasında şikayətlə rayon məhkəməsinə müraciət etmiş və X3 və X1 cinayət məsuliyyətinə cəlb edilmələri haqqında ittiham hökmünün çıxarılması məhkəmədən xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 məhkəmə iclasına gəlməmiş və məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsində şikayətinə mahiyyəti üzrə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs ərizəsini nəzərdən keçirərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayəti vermiş şəxs şikayətdən imtina etdiyi üçün xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Cinayət-Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə görə bu Məcəllənin 302.1.2- 302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X3 və X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2, 148 və 148.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair X2 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №1(039)-62/2024
Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-62/2024
19.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver