Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-62/2025 01.07.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Vəliyev Rövşən Rafail oğlunun katibliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Ağahəsənov Təqsirləndirilən şəxs Müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1983-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, субай, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, barəsində Yevlax rayon Məhkəməsinin xx.xx.2025-ci tarixli 1(039)-62/2025 saylı qərarı ilə axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, Q.B.Zakir küçəsi, 100 nömrəli evdə qeydiyyatda olan və yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Ağahəsənov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Ağahəsənov Təqsirləndirilən şəxs qəsdən təkrarən yaşayış sahəsi hesab edilən binaya və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talamaqla oğurluq etmişdir. Belə ki, Ağahəsənov Təqsirləndirilən şəxs qəsdən özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 20 yanvar 2025-ci il tarixdə səhər saat təxminən 05 radələrində Yevlax şəhəri, 31-ci məhəllədə olan zaman yaşayış sahəsi hesab olunan 3 nömrəli çoxmənzilli binanın 3-cü blokuna qanunsuz daxil olaraq, oradan binanın 2-ci mərtəbəsi ilə 3-cü mərtəbəsinin arasında olan yerə qalxaraq həmin binada yaşayan Zərərçəkmiş şəxs2 velosipedi saxlamaq üçün saxlanc yeri kimi istifadə etdiyi hissədən Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd Ukrayna istehsalı olan 130 manat dəyərində “Crosser” markalı velosipedi qəsdən gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 130 (yüz otuz) manat dəyərində maddi ziyan vurmaqla qəsdən yaşayış sahəsi hesab edilən binaya və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talamaqla oğurluq etmişdir. Bundan başqa, Ağahəsənov Təqsirləndirilən şəxs qəsdən təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 23 yanvar 2025-ci il tarixdə günorta saat təxminən 15 radələrində Yevlax şəhəri, 31-ci məhəllədə olan zaman yaşayış sahəsi hesab olunan 9 nömrəli çoxmənzilli binanın 1-ci blokuna qanunsuz daxil olaraq oradan binanın 3-cü mərtəbəsinə pilləkanla çıxaraq həmin binada yaşayan Zərərçəkmiş şəxs1 mənzilinin giriş qapısının kənarında paltaryuyan maşını saxlamaq üçün saxlanc yeri kimi istifadə etdiyi hissədən Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd Cənubi Koreya istehsalı olan 230 manat dəyərində “LG” markalı paltaryuyan maşını qəsdən gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 230 (iki yüz otuz) manat dəyərində maddi ziyan vurmaqla qəsdən təkrarən yaşayış sahəsi hesab edilən binaya və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talamaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Ağahəsənov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 20 yanvar 2025-ci il tarixdə səhər saat 05:00 radələrində Yevlax şəhəri, 31-ci məhəllədə olan zaman 3 nömrəli binanın 3-cü blokuna daxil olaraq oradan mərtəbələri qalxmağa başlamışdır. Mərtəbələri qalxan zaman 2-ci mərtəbə ilə 3-cü mərtəbənin arasında velosiped görmüşdür. Həmin velosipedi oğurlamaq qərarına gəlmiş və velosipedi oğurladıqdan sonra Yevlax şəhəri, Q.B.Zakir küçəsində yerləşən evlərinə aparıb evin altında yerləşən zirzəmidə gizlətmişdir. Bundan sonra 23 yanvar 2025-ci il tarixdə günorta saat təxminən 15 radələrində yenidən Yevlax şəhəri 31-ci məhəllədə 9 nömrəli binanın 1-ci blokunun 3-cü mərtəbəsində olan zaman ağ rəngli paltaryuyan görmüş və paltaryuyan maşını da oğurlayaraq evlərinə gətirmişdir. O, paltaryuyan maşını evə gətirən zaman anası Şahid1 ondan həmin paltaryuyan maşını və velosipedi haradan aldığını soruşmuşdur. O, da həmin paltaryuyan maşını və velosipedi tanışının ona verdiyini bildirmişdir. Anası da buna inanmayaraq DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları onu oğurluq etməkdə şübhəli olduğuna görə saxlayaraq Yevlax rayon Polis Şöbəsinə gətirmişlər. Ourladığı əşyalar polis əməkdaşları tərəfindən götürülmüşdür. Hazırda törətdiyi cinayət əməlindən peşmandır, zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyan ödənilmişdir və zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbləri yoxdur. Məhkəmədən son sözündə əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanın ödənilməsini və zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs1 xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, təqsirləndirilən şəxs Ağahəsənov Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın tam şəkildə ödənildiyini, hazırda ondan heç bir şikayət və tələbinin olmadığını, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini, səhhəti ilə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, özünə məxsus 01 ədəd balaca ölçülü 06 litrlik su tutumu olan paltaryuyan maşını vardır. 20 yanvar 2025-ci il tarixdə evinin hamamında təmir işi getdiyi üçün evdə olan özünə məxsus paltaryuyan maşını hamamdan çıxararaq yaşadığı binanın blokunda qapının qabağına müvəqqəti olaraq qoymuşdur. 23 yanvar 2025-ci il tarixdə həmin paltaryuyan maşını blokda görməmiş və paltaryuyan maşını axtarmağa başlamışdır. Bir neçə qonşudan soruşduqdan sonra heç kimin paltaryuyan maşını görmədiyini müəyyən etmiş və daha sonra paltaryuyan maşının oğurlanmasından şübhələnərək Yevlax rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Paltaryuyan maşınının oğurlanması nəticəsində ona 220 manat məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Zərərçəkmiş şəxs2 ilə mobil telefon vasitəsilə əlaqə saxlanılmış və Zərərçəkmiş şəxs2 ailəsində narazıçılqlar olduğu üçün məhkəmə iclasına gələ bilməyəcəyini və ondan oğurlanmış velosipedin ona geri qaytarıldığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı vermiş oduğu ifadəsində göstərmişdir ki, oğluna məxsus 01 ədəd balaca “Crosser” markalı velosipedi olmuşdur. xx.xx.2025-ci il tarixdə oğluna məxsus “Crosser” markalı velosipedi binanın blokunda qapının qabağına müvəqqəti olaraq qoymuşdur. 23 yanvar 2025-ci il tarixdə həmin velosipedi blokda görməmiş və velosipedi axtarmağa başlamışdır. Bir neçə qonşudan soruşduqdan sonra heç kimin oğluna məxsus velosipedi görmədiyini müəyyən etmişdir. Elə buna görə də, velosipedin oğurlanmasından şübhələndiyi üçün Yevlax rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək şikayət etmişdir. Oğluna məxsus 01 ədəd balaca “Crosser” markalı velosipedin oğurlanması nəticəsində ona 130 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında ailəsiylə birlikdə yaşayır. Ağahəsənov Təqsirləndirilən şəxs onun oğludur. Təqsirləndirilən şəxs onunla birlikdə yaşayır. 23 yanvar 2025-ci il tarixdə evdə olan zaman oğlu Təqsirləndirilən şəxs Ağahəsənovun evə 01 (bir) ədəd paltaryuyan maşın və 01(bir) ədəd velosiped gətirdiyini görmüşdür. Həmin vaxt oğlu Təqsirləndirilən şəxs həmin əşyaları haradan aldığını soruşmuşduqda, Təqsirləndirilən şəxs həmin əşyaları tapdığını bildirmişdir. Oğlu Təqsirləndirilən şəxs oğurluq etməsindən şübhələnərək bu barədə dərhal DİN-in 102 xidməti-zəng mərkəzi sisteminə zəng edərək məlumat vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən iş üzrə şahid Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tanıyır. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 özlərinə məxsus əşyaların oğurlanması barədə rayon polis şöbəsinə ərizə ilə müraciət etmişlər. Belə ki, Ağahəsənov Təqsirləndirilən şəxs 20 yanvar 2025-ci il tarixdə səhər saat 05:00 radələrində Yevlax şəhəri, 31-ci məhəllədə olan zaman 3 nömrəli binanın 3-cü blokuna daxil olaraq oradan mərtəbələri qalxmağa başlamış və mərtəbələri qalxan zaman 2-ci mərtəbə ilə 3-cü mərtəbənin arasında velosiped görmüş və həmin velosipedi görən zaman onu oğurlamaq qərarına gəlmişdir. Daha sonra həmin velosipedi oğurladıqdan sonra velosipedi Yevlax şəhəri, Q.B.Zakir küçəsində yerləşən evlərinə aparıb evin altında yerləşən zirzəmidə gizlətmişdir. Bundan sonra 23 yanvar 2025-ci il tarixdə günorta saat təxminən 15 radələrində yenidən Yevlax şəhəri 31-ci məhəllədə 9 nömrəli binanın 1-ci blokunun 3-cü mərtəbəsində olan zaman ağ rəngli paltaryuyan maşını görmüş və paltaryuyanı da oğurlayaraq evlərinə gətirmişdir. Təqsirləndirilən şəxs paltaryuyan maşını evə gətirən zaman anası Şahid1 həmin paltaryuyan və velosipedi haradan aldığını soruşmuş, o, da həmin paltaryuyan və velosipedi tanışının ona verdiyini bildirmişdir. Anası da buna inanmayaraq DİN-in 102 xidməti-zəng mərkəzi sisteminə zəng edərək bu barədə məlumat vermişdir. Bundan sonra Ağahəsənov Təqsirləndirilən şəxs tərəfimizdən 23 yanvar 2025-ci il tarixdə oğurluq etməkdə şübhəli şəxs qismində saxlanılaraq RPŞ-yə gətirilmişdir. Təqsirləndirilən şəxs anası Şahid1 həmin paltaryuyan və velosipedi könüllü şəkildə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən; xx.xx.2025-ci il tarixli cinayət işi başlanması və icraata götürmək haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başalnılmış və icraata qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli şübhəli şəxs barəsində axtarış elan edilməsi və tutulması haqqında qərardan görünür ki, Ağahəsənov Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilib tutulması və cinayət prosesini həyata keçirən orqanın səlahiyyətinə verilməsi üçün barəsində axtarış elan edilmişdir. xx.xx.2025-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, həmin tarixdə Ağahəsənov Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat tədbirləri nəticəsində Yevlax rayonu ərazisində saxlanılmışdır. xx.xx.2025-ci il tarixli cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Ağahəsənov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, həmin tarixdə Ağahəsənov Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Ağahəsənov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib Yevlax rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 01 (bir) il 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Yevlax rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” Qərarının 2.5-ci bəndinə əsasən cəzadan azad edilmişdir. xx.xx.2025-ci il tarixli "xxxx" MMC-nin ƏQ-012/2025 nömrəli mütəxəssis rəyindən görünür ki, 01 ədəd Ukrayna istehsalı olan 130 manat dəyərində “Crosser” markalı velosiped və 01 ədəd Cənubi Koreya istehsalı olan 230 manat dəyərində “LG” markalı paltaryuyan maşının real bazar dəyəri 360 (üç yüz altmış) manat təşkil edir. xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Ağahəsənov Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamın məzmunu dəyişdirilərək ona həmin maddədə nəzərdə tutulmuş dəqiqləşdirilmiş məzmunda yenidən ittiham elan edilmişdir. xx.xx.2025-ci il tarixli cinayət işində olan maddi sübutların təhvil verilməsi haqqında protokollardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmiş 01 ədəd “LG” markalı ağ rəngli paltaryuyan və sahibi (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs1, 01 ədəd “Crosser” markalı velosiped isə sahibi (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. xx.xx.2025-ci il tarixli Yevlax rayon İHB-nın 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Ağahəsənov Təqsirləndirilən şəxs yaşayış yeri üzrə qismən yaxşı qonşu kimi səciyyələndirilmişdir. xx.xx.2025-ci il tarixli Yevlax rayon İHB-nın 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Ağahəsənov Təqsirləndirilən şəxs Yevlax şəhəri, Q.B.Zakir küçəsi, 100 nömrəli evdə qeydiyyatdadır. Yevlax rayon Məhkəməsinin xx.xx.2025-ci tarixli 1(039)-62/2025 saylı qərarından görünür ki, Ağahəsənov Təqsirləndirilən şəxs barəsində məcburi gətirilmə tətbiq edilmişdir. Yevlax rayon Məhkəməsinin xx.xx.2025-ci tarixli 1(039)-62/2025 saylı qərarından görünür ki, Ağahəsənov Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Yevlax RPŞ-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Ağahəsənov Təqsirləndirilən şəxs həmin tarixdə Yevlax RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq 2 saylı İstintaq Təcridxanasına təhvil verilməsi üçün Yevlax RPŞ-nin MSY-nə təqdim edilmişdir. Beləliklə təqsirləndirilən şəxs Ağahəsənov Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, ekspert rəyi və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxs Ağahəsənov Təqsirləndirilən şəxs ittihamda qeyd olunan CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törədilməsi onun etiraf edici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Ağahəsənov Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə təqsirləndirilən şəxs Ağahəsənov Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs Ağahəsənov Təqsirləndirilən şəxs əməlini səmimi etiraf edib peşman olmasını, zərərçəkmiş şəxslərə barışıq əldə etməsini və zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alınır. Ağahəsənov Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxslərin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Ağahəsənov Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Ağahəsənov Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanın ödənilməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür. Ona görə də, Ağahəsənov Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Ağahəsənov Təqsirləndirilən şəxs 28 fevral 2025-ci il tarixdən 02 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət və 02 iyun 2025-ci il tarixdən 01 iyul 2025-ci il tarixədək həbsdə saxlanıldığı cəmi 01 (bir) ay 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu bir gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla cəmi 02 (iki) ay 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq Ağahəsənov Təqsirləndirilən şəxs üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və dərhal məhkəmə iclası zalından həbsdən azad edilməli, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilməməli, Ağahəsənov Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Yevlax rayon ərazisini, eləcə də saat 22:00-dan saat 07:00-dək yaşayış yeri olan Yevlax şəhəri, Q.B.Zakir küçəsi, 100 nömrəli evin ərazi hüdudlarını tərk etməmək, cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasının əvvəli Yevlax rayon İcra və Probasiya Şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxs Ağahəsənov Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə tapşırılmalı və iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “LG” markalı ağ rəngli paltaryuyanın sahibi (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs1, 01 ədəd “Crosser” markalı velosipedin isə sahibi (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınmalıdır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. İş üzrə mülki iddia verilməmişdir və ekspertiza xərci yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Ağahəsənov Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə xx.xx.2025-ci il tarixli 141 saylı Qərara əasaən vəkilin sərf etdiyi hər saat üçün 11 (on bir) manat miqdarında əmək haqqı ödənilməlidir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla xx.xx.2025-ci il tarixdə məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 1 (bir) saat, xx.xx.2025-ci tarixdən xx.xx.2025-ci il tarixədək isə cəmi 4 (dörd) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Ağahəsənov Təqsirləndirilən şəxs göstərdiyi cəmi 5 (beş) saat hüquqi yardıma görə Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına ümumilikdə 55 (əlli beş) manat ödənilməlidir. Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Ağahəsənov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Ağahəsənov Təqsirləndirilən şəxs 28 fevral 2025-ci il tarixdən 02 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət və 02 iyun 2025-ci il tarixdən 01 iyul 2025-ci il tarixədək həbsdə saxlanıldığı cəmi 01 (bir) ay 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu bir gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla cəmi 02 (iki) ay 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq Ağahəsənov Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Ağahəsənov Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və dərhal məhkəmə iclası zalından həbsdən azad edilsin. Ağahəsənov Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Ağahəsənov Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Yevlax rayon ərazisini, eləcə də saat 22:00-dan saat 07:00-dək yaşayış yeri olan Yevlax şəhəri, Q.B.Zakir 100 nömrəli evin ərazi hüdudlarını tərk etməmək, cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Ağahəsənov Təqsirləndirilən şəxs cəzasının əvvəli Yevlax rayon İcra və Probasiya Şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxs Ağahəsənov Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “LG” markalı ağ rəngli paltaryuyanın sahibi (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs1, 01 ədəd “Crosser” markalı velosipedin isə sahibi (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlık edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-62/2025
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-62/2025
01.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver