Məhkəmə qərarları › İş №1(039)-63/2020

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-63/2020

21.05.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-63/2020 21.05.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin Birinci İnstansiya Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şəki şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Müdafiəçi X3 Zərərçəkmiş şəxs iştirakları ilə xx xxx 1991-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində beş azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, Yevlax rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 1(039)-97/2019 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən 08 (səkkiz) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, barəsində xx xxxxxx 2020-ci il tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, H.Aslanov küçəsi, ev 118-də qeydiyyatda olan, Yevlax şəhəri, H.Aslanov küçəsi, ev 115-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 22:00 radələrində, özgənin əmlakını ələ keçirmək niyyəti ilə, Zərərçəkmiş şəxs Yevlax şəhəri, Həzi Aslanov küçəsi-63 ünvanında yerləşən evinin həyətinə qapıdan qanunsuz daxil olub həyətdəki hindən hər birinin diri çəkisi 2,5 kq olmaqla 90 manat dəyərində 5 ədəd toyuq, həyətdə yerləşən zirzəmidən 1 ədəd 65 manat dəyərində aliminum qazan, 10 litr su tutumuna malik 120 manat dəyərində 1 ədəd samovar və çəkisi 50 kq 1-ci növ sortdan olan 20 manat dəyərində 1 tay unu gizli talamaqla zərərcəkmişə cəmi-295 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, fərdi əməklə məşğuldur. Əvvəllər məhkumluğu olmuşdur. Ailəlidir, altı övladı var. Oğurluq etməmişdəntəxminən 1 həftə əvvəl 12 yaşlı qızı Kiraz Bəkirovanın başında xəstəlik əmələ gəlmişdir. Bununla bağlı qızını bir neçə dəfə Mingəçevir şəhərinə aparmış,qızımın müalicəsi ilə bağlı 60 manata yaxın pul lazım olmuş, qohumlarından bir neçə nəfərdən pul istəmiş, ancaq pul verən olmamışdır.Qızının müalicəsi ilə bağlı pul tapmadığı üçün oğurluq etmək qərarına gəlmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 22:00 radələrində Yevlax şəhəri, Həzi Aslanov küçəsində gəzərkən küçədə bir ev qarşısına çıxmış, evin qapısını əli ilə açaraq evin həyətinə daxil olmuşdur. Evin həyətindəki zirzəmidən 1 ədəd aliminum qazan və 1 ədəd samovar götürmüş, qazanın içərisində olan unu yerə tökmüşdür. Sonra həyətdə yerləşən hindən 2 ədəd toyuq götürmüşdür. İki ədəd toyuğu həmin gün yaşadığı evdə kəsib özü bişirib yemiş, aliminum qazanı evindəki boş sahəyə qoymuşdur. Oğurladığı 1 ədəd samovarı isə xx xxxxxx 2020ci il tarixdə saat təxminən 10:00 radələrində Yevlax bazarında tanımadığı bir nəfər kişi cinsindən olan şəxsə 20 manata satmışdır. Həmin 20 manat pulu qızının müalicəsi ilə bağlı dərmanlara xərcləmişdir. Məhkəmədən törətdiyi əmələ görə peşman olmasını, himayəsində altı azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəməsini və hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, barəsində həbslə əlaqədar olmayan daha yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hal-hazırda ailəsi ilə birlikdə Yevlax şəhəri, Həzi Aslanov küçəsi ev 63-də yaşayır. Rəsmi olaraq Yevlax şəhər dəmir yol stansiyasında operator vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 07:30 radələrində Yevlax şəhəri, Həzi Aslanov küçəsində yaşadığı evdə olarkən, anası Zemfira evin həyətinə düşmüş, bir neçə dəqiqə sonra evin içərisinə gələrək 1 tay unun yerə səpələndiyini, 1 ədəd samovarın, 1 ədəd aliminum qazanın və 5 ədəd toyuğun yerində olmadığını və oğurlandığını bildirmişdir. Bu zaman atası Surxay, anası Zemfira və arvadı Roza ilə aşağıya düşüb evin həyətini, alt hissəsini, içərisini axtarmış, başqa əşyaların oğurlanıb-oğurlanmamasını yoxlamışdırlar. Təxminən bir saat sonra DİN-nin 102 xidmətinə zəng edib bu barədə məlumat vermiş və həmin gün Yevlax rayon polis şöbəsinə də ərizə ilə müraciət etmişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyan ödənilmişdir. Məhkəmədən Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın ödənilməsini və hazırda ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Yevlax şəhəri, Həzi Aslanov küçəsi, ev 63-də yaşayır. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 07:40 radələrində yaşadıqları evdə olan zaman səhər yuxusundan yenicə oyanmışdır. Evdə ondan başqa oğlu əri Xanlar, qaynatası Surxay və qaynanası Zemfira olmuşdur. Həmin vaxt qaynanası Zemfira aşağıya-evin həyətinə düşmüşdür. Təxminən 5-6 dəqiqə sonra qaynanası Zemfira evin ikinci mərtəbəsinə qalxmış və həyətdən oğurluq edildiyini bildirmişdir. Zemfira bir ədəd aliminium qazanın, bir ədəd samovarın və beş ədəd toyuğun yerində olmadığını, həmçinin aliminium qazanın işərisində olan bir tay unun yerə səpələndiyini demişdir. Bundan sonra həyəti və zirzəmini axtararaq başqa əşyaların oğurlanıb-oğurlanmamasını yoxlamışlar. Təxminən 1 saat sonra əri Xanlar DİN-nin 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tələbnaməsindən və Yevlax rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 1(039)-97/2019 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs Əsəd oğlunun xx xxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək həbsdə saxlanıldığı 04 (dörd) ay 17 (on yeddi) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu bir gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla cəmi 09 (doqquz) ay 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs Əsəd oğlunun üzərində qəti olaraq 08 (səkkiz) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 1(039)- 97/2019 saylı hökmü ilə ona təyin olunmuş 08 (səkkiz) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 08 (səkkiz) ay, 1 (bir) gününü çəkmiş, 25 (iyirmi beş) gün çəkilməmiş cəzası qalmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İHB-nın 23 saylı Evlər Komitəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İHB-nın 23 saylı Evlər Komitəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2008-ci il təvəllüdlü Kiraz, 2010-cu il təvəllüdlü Həvva, 2013-cü il təvəllüdlü Şahzadə, 2015-ci il təvəllüdlü Züleyxa, 2016-cı il təvəllüdlü Əsnad və 2018-ci il təvəllüdlü Hacı adlı altı azyaşlı uşağı var. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 3619 saylı rəyindən görünür ki, aparılmış ekspertiza tədqiqatı nəticəsində, Bakı şəhərində yerləşən ticarət mərkəzlərində, bazarlarda və ev quşlarının satışı məntəqələrində mövcud olan qiymətlərə əsasən, tədqiq edilən tədqiqat obyektlərinin,2020-ci ilin fevral ayına, qərarın təsviri hissəsində olan məlumatları və təqdim edilmiş fotogörüntüləri nəzərə alaraq respublikadaxili orta bazar satış ümumi qiyməti təxminən 280,00 (iki yüz səksən) manat müəyyən edilir. O cümlədən 5 ədəd hər birinin diri çəkisi 2,5 kq toyuq 90,00 manat bir ədəd alüminiumdan hazırlanmış 50 litrlik qazan 65,00 manat bir kisə çəkisi 50 kq olan 1-ci növ un 20,00 manat bir ədəd 10 litr su tutumuna malik olan odunla işləyən samovar 120,00 manatdır İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli cinayət törətməkdə şübhəli şəxs qismində tutma protokolundan görünür ki, həmin tarixdə saat 21:30-da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Yevlax şəhəri, Həzi Aslanov küçəsi-63 ünvanında yerləşən evinin həyətinə qapıdan qanunsuz daxil olub həyətdəki hindən hər birinin diri çəkisi 2,5 kq olmaqla 90 manat dəyərində 5 ədəd toyuq, həyətdə yerləşən zirzəmidən 1 ədəd 65 manat dəyərində aliminum qazan, 10 litr su tutumuna malik 120 manat dəyərində 1 ədəd samovar və çəkisi 50 kq 1-ci növ sortdan olan 20 manat dəyərində 1 tay unu gizli talamaqla zərərcəkmişə cəmi-280 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin göstərilən əməli törətməkdə təqsirli olması özünün etiraf ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsilə düzgün tövsif olunmuşdur. Törətdiyi cinayətə görə ona cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində altı azyaşlı uşağın olmasını, CM-nin 59.1.12 və 59.1.14-cü maddələrinə əsasən onun zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəməsi nəticəsində zərərçəkmiş şəxslə barışıq əldə etməsini, CMnin 59.2-ci maddəsinə əsasən səmimi peşman olmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs Yevlax rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 66.2 və 67.1-ci maddələrinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə tam toplanılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə keçirilməlidir. İş üzrə maddi sübut 1 ədəd aliminium qazanın qəbz əsasında Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia verilməmişdir. Hökmün icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 10 (on ay) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Yevlax rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 08 (səkkiz) ay 26 (iyirmi altı) güm müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməməiş qalan 25 (iyirmi beş) gün hissəsi Azərbaycan Respublikası CM-nin 66.2 və 67.1-ci maddələrinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə tam toplanılsın və üzərində qəti olaraq 01 (bir) il, 10 (on) ay, 25 (iyrrmi beş gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı Yevlax rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə keçirilsin. İş üzrə maddi sübut 1 ədəd aliminium qazanın qəbz əsasında Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia verilməmişdir. Hökmün icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X3 göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X5 ödənilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X4 göstərdiyi 30 (otuz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 180 (bir yüz səksən) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X6 ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar