Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-63/2021 13.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Dövlət İttihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxsin hüquqi varisi X2 iştirakları ilə xx xxxxxx 1963-cü il tarixdə Ucar rayonu, Ramal kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ümumi səbəbdən İİ qrup əlil, barəsində xx xxxxxx 2021 -ci il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, Mingəçevir şəhəri, A.Məmmədov küçəsi, ev 16, mənzil 40-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsi olan avtomobili idarə etməklə yol hərəkəti qaydalarını pozub, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin həyat üçün təhlükəli olan sağlamlığa ölümlə nəticələnən ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə təxminən saat 06:10 radələrində idarə etdiyi Vaz-21124 markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə Şəki rayonu istiqamətindən Yevlax rayonunun Xaldan qəsəbəsi istiqamətində 50 km/saat sürətlə hərəkət edərkən Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Yevlax rayonunun ərazisindən keçən 4-cü kilometrliyində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1 -ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda buna əməl etməyərək, hadisənin qarşısını almağa texniki imkanı olsa da almayıb qarşıda eyni istiqamətdə velosipedlə hərəkətdə olan Zərərçəkmiş şəxs avtomobilin qarşı sol hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs sol gicgah-təpə sümüklərinin xətti sınıqları, sol almacıq çıxıntısının və sol əng sümüyünün basılmış sınıqları, sol tərəfli subdural hematoması, başın yumşaq toxumalarının iç səthinin sağ təpə-gicgah və sol gicgah nahiyəsinin qansızması ilə müşayiət olunan ağır qapalı kəllə-beyin travmasından sonrakı vəziyətinin əmələ gəlməsi ilə həyat üçün təhlükəli olan sağlamlığa ağır bədən xəsarətləri yetirmiş və onun xx xxxxxx 2020-ci il tarixdə saat 18:30 radələrində Bakı şəhəri, M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında ölməsinə səbəb olmuş, habelə Naviqator Stels markalı velosipedin zədələnməsi nəticəsində mərhum Zərərçəkmiş şəxs 45 (qırx beş) manat ziyan vurmuşdur. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, idarə etdiyi Vaz-21124 markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil oğlu Şahid6 adına olsada faktiki ona məxsusdur və onun avtomobilləri idarə etməyə hüquq verən BC dərəcəli sürücülük vəsiqəsi vardır. xx xxxxxxxx 2020-ci il tarixdə şəxsi işləri ilə əlaqədar tanışı Şahid1 ilə birlikdə idarə etdiyi Vaz-21124 markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax rayonunun Xanabad kəndinə getmişlər və işlərini bitirdikdən sonra Mingəçevir şəhərinə qayıtmışlar. Həmin vaxt Şahismayıl qabaq sağ oturacaqda, o, isə Vaz-21124 markalı avtomobili Şəki rayonu istiqamətindən Yevlax rayonunun Xaldan qəsəbəsi istiqamətində təxminən 70 km/saat sürətlə hərəkət etdirmişdir. Təxminən saat 06:10 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Yevlax rayonunun ərazisindən keçən 4-cü km-də təxminən 20-25 metr qarşıda yolun ortasında sonradan adını bildiyi Zərərçəkmiş şəxs velosipedlə Şəki rayonu istiqamətindən Yevlax rayonunun Xaldan qəsəbəsi istiqamətində hərəkətdə olduğunu görüb avtomobilin sürətini 50 km/saat sürətə salmışdır. O, velosipedlə hərəkətdə olan Zərərçəkmiş şəxs bərabərliyinə çatmağa az qalmış qəflətən İlham velosipedlə sağa doğru hərəkət edib idarə etdiyi Vaz-21124 markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxmışdır. Həmin vaxt o, hadisənin qarşısını almaq üçün avtomobilin tormoz əyləcindən istifadə edərək avtomobilin sükanını qismən sağa çəkmiş, lakin məsafə yaxın olduğundan idarə etdiyi Vaz-21124 markalı avtomobilin qabaq sol hissəsi ilə velosipedi vurmuş və İlham asfalta yıxılmışdır. Bundan sonra o, idarə etdiyi avtomobili saxlayıb avtomobildən düşmüş və İlhamın xəsarət aldığını görüb onu idarə etdiyi avtomobilə qoyub Mingəçevir ŞMX-na aparmışdır. Sonra hadisə yerinə qayıdıb hadisə yerinə gələn polis əməkdaşları ilə birlikdə hadisə yerinə baxış keçirilməsində iştirak edərək tərtib olunmuş protokol və sxemlə tanış olub imza etmişdir. Sonradan Zərərçəkmiş şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 18:30 radələrində aldığı bədən xəsarətlərindən Bakı şəhərində yerləşən Respublika Klinik Xəstəxanasında ölməsi ona məlum olmuşdur. Zərərçəkmis şəxsin müalicə xərclərinə və yas mərasiminə kömklik etmişdir. Hazırda zərərçəkmis şəxsin hüquqi varisinin ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən əməlindən səmimi peşman olmasını, ümumi səbəbdən İİ qrup əlil olmasını, qardaşı Yaqub Məmmədovun 1-ci Qarabağ müharibəsində şəhid olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, ona qanunda nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X7 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs onun əri olmuşdur. Zərərçəkmiş şəxs ilə xx xxxx 1984-cü il tarixdə birgə nikaha daxil olmuşlar və onların birgə nikahlarından üç övladları vardır. Əri Zərərçəkmiş şəxs Yevlax rayonu, Xaldan qəsəbəsinin yaxınlığında yerləşən kərpic zavodunda elektrik işlədiyi üçün xx xxxxxxxx 2020-ci il tarixdə işə getmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə təxminən saat 08 radələrində əri Zərərçəkmiş şəxs yol nəqliyyat hadisəsinə düşərək Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına daxil olması barədə ona məlumat vermişlər və o, dərhal Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına getmişdir. Bundan sonra hadisə barədə maraqlanarkən ona məlum olmuşdur ki, xx xxxxxxxx 2020-ci il tarixdə təxminən saat 06:10 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi Vaz- 21124 markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə Şəki rayonu istiqamətindən Yevlax rayonunun Xaldan qəsəbəsi istiqamətində hərəkət edərkən Yevlax- Zaqatala- Gürcüstan sərhədi yolunun Yevlax rayonunun ərazisindən keçən 4-cü km-də qarşıda eyni istiqamətdə velosipedlə hərəkətdə olan əri Zərərçəkmiş şəxs vurmuş, nəticədə o, ağır bədən xəsarətləri alaraq Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına daxil olmuşdur. Bundan sonra əri Zərərçəkmiş şəxs xəstəxanada koma vəziyyətinə düşdüyünə görə ayılmamış və xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 18:30 radələrində Bakı şəhərində Respublika Klinik Xəstəxanasında ölmüşdür. Qeyd etmişdir ki, həmin hadisə zamanı əri Zərərçəkmiş şəxs idarə etdiyi velosipedin zədələnməsi nəticəsində onlara 45 (qırx beş) manat məbləğində maddi ziyan vurulmuşdur. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan maddi ziyan tam səkildə ödənilmişdir. Hazırda Təqsirləndirilən şəxsla barışmışdır və ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın tam şəkildə ödənilməsini, onunla barışmasını və hazırda ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq onun barəsində qanunda nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə şəxsi işləri ilə əlaqədar tanışı Təqsirləndirilən şəxs idarə etdiyi Vaz-21124 markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax rayonunun Xanabad kəndinə getmişlər və işlərini bitirdikdən sonra Mingəçevir şəhərinə qayıdan zaman o, avtomobildə qabaq sağ oturacaqda əyləşmiş, Şükür isə Vaz-21124 markalı avtomobili Şəki rayonu istiqamətindən Yevlax rayonunun Xaldan qəsəbəsi istiqamətində hərəkət etdirmişdir. Təxminən saat 06:10 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Yevlax rayonunun ərazisindən keçən 4-cü km-də qarşıda yolun ortasında sonradan adını bildiyi Zərərçəkmiş şəxs velosipedlə Şəki rayonu istiqamətindən Yevlax rayonunun Xaldan qəsəbəsi istiqamətində hərəkətdə olduğunu görmüşdür. Onlar velosipedlə hərəkətdə olan Zərərçəkmiş şəxs bərabərliyinə çatmağa az qalmış qəflətən İlham velosipedlə sağa doğru hərəkət edib Vaz-21124 markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxmışdır. Həmin vaxt Şükür hadisənin qarşısını almaq üçün avtomobilin tormoz əyləcindən istifadə edib sükanı qismən sağa çəkmiş, lakin məsafə yaxın olduğundan idarə etdiyi Vaz-21124 markalı avtomobilin qabaq sol hissəsi ilə velosipedi vurmuş və İlham asfalta yıxılmışdır. Bundan sonra Şükür salonunda olduğu avtomobili saxlayıb avtomobildən düşmüş və İlhamın xəsarət aldığını görüb onu idarə etdiyi avtomobilə qoyub Mingəçevir ŞMX-na aparmışdır. Sonradan Zərərçəkmiş şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 18:30 radələrində aldığı bədən xəsarətlərindən Bakı şəhərində yerləşən Respublika Klinik Xəstəxanasında ölməsi ona məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid6 ifadəsində göstərdi ki, Vaz- 21124 markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil onun adına olsada faktiki olaraq atası Təqsirləndirilən şəxs məxsusdur. xx xxxxxxxx 2020-ci il tarixdə təxminən saat 07 radələrində atası Təqsirləndirilən şəxs idarə etdiyi Vaz-21124 markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Yevlax rayonunun ərazisindən keçən 4-cü km-də yol-nəqliyyat hadisəninə düşməsi barədə məlumat verilmişdir. Bundan sonra atası Təqsirləndirilən şəxs zəng edərək hadisə barədə maraqlandıqda ona məlum olmuşdur ki, xx xxxxxxxx 2020-ci il tarixdə təxminən saat 06:10 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Yevlax rayonunun ərazisindən keçən 4-cü km-də, atası Təqsirləndirilən şəxs idarə etdiyi Vaz-21124 markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə Şəki rayonu istiqamətindən Yevlax rayonunun Xaldan qəsəbəsi istiqamətində hərəkət edərkən, eyni istiqamətdə velosipedlə hərəkətdə olan sonradan adını bildiyi Zərərçəkmiş şəxs vurmuş, nəticədə Zərərçəkmiş şəxs xəsarət alaraq Mingəçevir ŞMX-na daxil olmuşdur. Sonradan Zərərçəkmiş şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 18:30 radələrində aldığı bədən xəsarətlərindən Bakı şəhərində yerləşən Respublika Klinik Xəstəxanasında ölməsi ona məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid6 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin YPXA-nın 8-ci tağımının YPX-ti inspektoru vəzifəsində işləyir, polis baş serjantıdır. xx xxxxxxxx 2020-ci il tarixdə YPX inspektoru Şahid2 ilə xidmətdə olduqları zaman onlara Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Yevlax rayonunun ərazisindən keçən 4-cü km-də yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olmuş və bundan sonra onlar hadisə yerinə getmişlər. Həmin vaxt orada onlara məlum olmuşdur ki, xx xxxxxxxx 2020-ci il tarixdə təxminən saat 06:10 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi Vaz-21124 markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə Şəki rayonu istiqamətindən Yevlax rayonunun Xaldan qəsəbəsi istiqamətində hərəkət edərkən Yevlax- Zaqatala-Gürcüstan sərhədi yolunun Yevlax rayonunun ərazisindən keçən 4-cü km-də qarşıda eyni istiqamətdə velosipedlə hərəkətdə olan Zərərçəkmiş şəxs vurmuş, nəticədə Zərərçəkmiş şəxs müxtəlif bədən xəsarətləri alaraq Şəki RMX-na daxil olmuşdur. Bundan sonra hadisə yerini mühafizə edərək baxış keçirilməsində iştirak edərək bu barədə tərtib olunmuş protokol və sxemə digər iştirakçılar ilə birlikdə imza etmişdir. Sonradan ona Zərərçəkmiş şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 18:30 radələrində aldığı bədən xəsarətlərindən Bakı şəhərində yerləşən Respublika Klinik Xəstəxanasında ölməsi məlum olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 xx.xx.2020-ci il tarixli 655 №-İi rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədənində aşkar olunan xəsarət-qapalı kəllə-beyin travması, alın sümüyünün qapalı sınığı, baş beyin toxumalarının əziyi və beyindaxili qanaxma ilə müşayət olunan beyin koması qərarda göstərilən xx.xx.2020-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdilər, ağırlıq dərəcəsinə görə xəsarətlər yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa Ağır zərər vurmaya aiddirlər. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 xx xxxxxx 2020-ci il tarixli 76 MEŞ saylı rəyindən görünür ki, 1956-cı il təvəllüdlü Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsinə, tibbi sənəddə yazılanlara və əlavə labarator tədqiqatların cavablarına əsaslanaraq, hadisə haqqında qərarın təsviri hissəsində göstərilənləri nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir, Zərərçəkmiş şəxs meyitində sol gicgah-təpə sümüklərinin xətti sınıqları, sol almacıq çıxıntısının və sol əng sümüyünün basılmış sınıqları, sol tərəfli subdural hematoması, başın yumşaq toxumalarının iç səthinin sağ təpə-gicgah və sol gicgah nahiyəsinin qansızması ilə müşayiət olunan ağır qapalı kəllə-beyin travmasından sonrakı vəziyəti aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdilər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükə olan sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Ölüm xx.xx.2020-ci il tarixdə saat 18:30-da M.Ə.Mirqasımov adına RKX-da baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs ölümünün bilavasitə səbəbi kəllə tağı və üz skeleti sümüklərinin sınıqları, baş beyinin ağır dərəcəli əzilməsi və qansızması olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 8/1907 saylı yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Vaz-21124 markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tətqiq edilən BDYPİ Qİİ-dən alınmış xx.xx.2020-ci il tarixli 016-99344-1220 nömrəli məktubundan görünür ki, xx.xx.1963-cü il tarixdə anadan olmuş Təqsirləndirilən şəxs DİN BDYPİ Qeydiyyat İmtahan şöbəsinin informasiya uçot bazasına görə sürücülük hüququndan məhrum edilməsi və və ya məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Adı çəkilən şəxs xx.xx.2012ci il tarixdə AB seriyalı 807809 nömrəli "BC" kateqoriyalı sürücülük vəsiqəsinin verilməsi barədə məlumat mövcuddur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tətqiq edilən Təqsirləndirilən şəxs məxsus olan ABN 807809 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs BC dərəcəli sürücülük vəsiqəsi var xx.xx.2022-ci il tarixədək etibarlıdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tətqiq edilən xx xxxxxxxx 2020-ci il tarixli, 635 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi zamanı sərxoşluğu olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tətqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tətqiq edilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş müayinə olunan şəxs üzrə məlumatdan görünür ki, Məmmədov şükar Heydar oğlu ümumi xəstəlikdən İİ qrup əlildir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tətqiq edilən Mingəçevir şəhər, 1 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tətqiq edilən LADA MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində Naviqator STELS markalı velosipedə 45 (qırx beş) manat dəyərində ziyan dəymişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tətqiq edilən ölüm haqqında şəhadətnamədən görünür ki. X5 qardaşı X8 Azərbaycan Respublikası ərazisinin bütövlüyü uqrunda gedən döyüşlərdə xx.xx.1992-ci il tarixdə Qubadlı rayonunda minaya düşərək həlak olmuşdur. Məhkəmə toplanmış sübutları araşdırıb, məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayəti əməilini törətməsi, təqsirləndirilən şəxsin etirafı, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxslərin ifadələri, ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsüf edilmiş və o, törətdiyi cinayətə görə cəza almalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai-təhlükəlilik dərəcəsini nəzərə alır. Təqsirləndirilən şəxs dəymiş ziyanı ödəyərək zərərçəkmiş şəxsin şəxsin hüquqi varisi ilə barışıq ədə etməsini CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə, əməlindən səmimi peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir şikayət və tələbinin olmamasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrinin idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını CM-nin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri, hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Vaz-21124 markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs və Naviqator STELS markalı velosipedin zərərçəkmiş şəxsin hüquqi varisi X6 qəbz əsasında qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Təqsirləndirilən şəxs 100 (bir yüz) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356- 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri, hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Vaz-21124 markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs və Naviqator STELS markalı velosipedin zərərçəkmiş şəxsin hüquqi varisi X10 qızına qəbz əsasında qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 100 (bir yüz) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 12 (on iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-63/2021
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-63/2021
13.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver