Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-63/2022 29.03.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə 08 dekabr 1986-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, orta təhsilli, Yevlax şəhəri, 2 saylı MKİS-də sosial işçi vəzifəsində işləyən, məhkum olunmamış, barəsində 22 fevral 2022-ci il tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, M.Maqomayav küçəsi, ev 25-də qeydiyyatda olan, Yevlax şəhəri, M.Maqomayev küçəsi, ev 22-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 242-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 242-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o tamah niyyəti ilə pornoqrafik materialları reklam məqsədi ilə qanunsuz hazırlamış, habelə bu xarakterli materialları yaymış və reklam etmişdir. Belə ki, Təqsirləndirilən şəxs yaşadığı Yevlax şəhərində ona məxsus sensor ekran, «Android 11» əməliyyat sistemi ilə təchiz olunmuş «Samsung Galaxy A40» markalı mobil telefon vasitəsi ilə internet qlobal şəbəkəsindən istifadə etməklə «Telegram» proqram təminatı və sosial şəbəkəsində «Az18Plus» və «Az18Plus CHAT» adlı kanallar yaradıb həmin səhifələrə məzmununda fikrin ancaq cinsi orqana yönəldilməsi, cinsi ehtirasın sağlam olmayan şəkildə oyadılması, ictimai şərtlərin normasını pozması, qarşı tərəfin qıcıqlandırılması, şəxsiyyətin mənəvi cəhətdən alçaldılması, insanın və erotikanın humanistliyini yox etməsi, seksual davranışın biədəb formada həyata keçirilməsi, başqalarında ikrah hissi oyatması və sairə kimi pornoqrafik xarakterli əlamətlər yer alan videogörüntülər və şəkillər daxil etməklə reklam məqsədilə pornoqrafik materialları qanunsuz hazırlamış, habelə qeyd olunan xarakterli materialları gəlir etmək məqsədi ilə «Telegram» sosial şəbəkəsində «Az18Plus» və «Az18PlusCHAT» adlı kanallarda 2020ci ilin dekabr ayının əvvəllərindən 2021-ci ilin dekabr ayının əvvəllərinədək olan müddət ərzində izləyicilərin istifadəsinə verərək reklam etməklə yaymışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 242-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Yevlax şəhərində valideynləri və qardaşı ilə birlikdə yaşayır. 2019-cu ildən başlayaraq kompüter və informasiya texnologiyaları biliklərinə yiyələnmişdir. İstifadəsində «Samsung Galaxy A40» markalı mobil telefon ***-***-**-** saylı mobil telefon nömrəsi olmuşdur. 2020-ci ilin dekabr ayının əvvəllərində «Telegram» sosial şəbəkəsi və mobil tətbiqində «Az 18 Plus» və «Az 18 Plus Chat» adlı kanallar, yəni səhifələr yaratmışdır. Telegrarmda sosial şəbəkə olaraq səhifə və kanallar yaratmaq mümkündür. Həmin kanallara müxtəlif şəxslər üzv olurmuş və həmin səhifələrdə məlumatlar, yəni foto və video materiallar paylaşıb izləyici sayını çoxaltmaq mümkün olmuşdur. İzləyicisi çox olan səhifə ilə isə idman mərc oyunları saytları əməkdaşlıq etmişdir. Yəni öz kanalında idman mərc oyunlarını təbliğ etməklə, reklam etməklə pul qazanmaq mümkün olmuşdur. Bu məqsədlə 2020-ci ilin dekabr ayının əvvəllərində «Telegram» mobil tətbiqində «Az 18 Plus» və «Az 18 Plus Chat» adlı kanallar, yəni səhifələr yaratmışdır. Həmin kanallarda pornoqrafik xarakterli foto və materiallar paylaşmağa başlamışdır. Bundan sonra onun kanallarının izləyicilərinin sayı artmışdır. Hazırda «Az 18 Plus» adlı teleqram kanalında 31.000 (otuz bir min) izləyici, «Az 18 Plus» adlı teleqram kanalında isə 7.200 (yeddi min iki yüz) izləyicisi vardır. Teleqram kanallarını özü idarə etmiş ona bu işdə başqa şəxslər köməklik etməmişdir. Mobil telefonu vasitəsi ilə həmin sosial şəbəkədəki kanalları idarə etmişdir. Kanallarda paylaşdığı foto və video materialları hər bir şəxs görə bilmiş, yəni hər hansı məhdudiyyət və parol olmamışdır. Pornoqrafik materiallara baxmaq üçün yaş məhdudiyyəti tələb olunmamış, səhifə mütəmadi olaraq onun tərəfindən idarə olunmuşdur. Qeyd olunan pornoqrafik məzmunlu materialları, yəni video və fotoşəkilləri əsasən xarici ölkələrə məxsus olan internet saytlarından yükləmişdir. Paylaşdığı pornoqrafik materialların içində qərb ölkələrinin, türk, rus, həmçinin azəri seks videoları olmuşdur. İzləyicilərin sayı artdıqca ona reklam təklifləri gəlməyə başlamışdır. Həmin reklam təklifləri edənlər əsasən idman mərc oyunlarını təbliğatı ilə məşğul olan müxtəlif şəxslər olmuşdur. Həmin şəxslər ona teleqram sosial şəbəkəsində yazmış və şifahi şəkildə iş birliyi təklif etmişlər. Belə ki, o, «İwin.bet», «mostbet», «1xbet» adlı idman mərc oyunları saytlarını reklam etmiş və bundan pul qazanmışdır. Pornoqrafik materiallar paylaşdığı «Telegram» sosial şəbəkəsindəki kanallarda idman mərc oyunlarını reklam etməsinə görə aylıq 500-600 (beş-altı yüz) manat pul qazanmışdır. Bu işdən ən çoxu isə aylıq 800-900 manat pul qazanmışdır. Həmin qazancı idman mərc oyunları saytının adını bilmədiyi nümayəndəsi onun «Kapital bank»a aid bank kartının hesabına göndərmişdir. Beləcə pornoqrafik materialların səhifələrdə paylaşılması nəticəsində izləyici sayını çoxaldıb reklam üçün müştərilər cəlb etmiş və pul qazanmışdır. Qazandığı pulları öz məişət ehtiyaclarına xərcləmişdir. Sosial şəbəkədə məlumatların hazırlanmasında və səhifələrə pornoqrafik xarakterli materialların yerləşdirilməsində ondan başqa heç kim iştirak etməmişdir. Belə ki, pornoqrafik video və şəkilləri internet vasitəsi ilə müxtəlif saytlardan əldə edib «Samsung Galaxy A40» markalı mobil telefonun yaddaşına yükləmişdir. Daha sonra yüklənmiş videoları «Az 18 Plus» adlı və «Az 18 Plus Chat» adlı teleqram səhifələrində yerləşdirmişdir. İstifadəçi sosial şəbəkədə onun idarə etdiyi səhifələrə daxil olandan sonra maneəsiz şəkildə pornoqrafik materialları izləyə bilirmiş. Həmin pornoqrafik xarakterli materialları 2020-ci ilin dekabr ayının əvvəllərindən 2021 -ci ilin dekabr ayının əvvəllərinədək Yevlax şəhərində yaşadığı mənzildə öz mobil telefonu vasitəsi ilə teleqram sosial şəbəkəsindəki səhifələrdə paylaşmışdır, «Bakcell» mobil internetindən və «Aztelekom» kabel internetindən istifadə etməklə internetə, yəni beynəlxalq şəbəkəyə daxil olmuşdur. Məhkəmədən əməlindən səmimi olaraq peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini və hərbi xidmət dövründə ikinci qrup əlil olmasını nəzərə alaraq, ona həbslə əlaqədar olmayan daha yüngül cəza təyin edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 22 fevral 2022-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən DSMF-nin Yelax rayon Şöbəsi tərəfindən verimiş 044407 №-li vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmət dövrü zamanı ikinci qrup olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər 17 saylı Mənzil İstismar sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayş yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən könüllü təqdim edilən sənədlərə baxış keçirilməsi haqqında 10 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs adına olan son 4 rəqəmi 5418 olan bank kartı vasitəsi ilə aparılmış maliyyə əməliyyatlarına dair “Kapital bank” tərəfindən 09 vərəqdən ibarət hesabat təqdim edilmişdir. Həmin hesabat qrafa şəklində olub özündə əməliyyatın aparılma tarixini, məbləği, balansı və ödənişin təyinatı bölmələrini əks etdirir. Bank kartı vasitəsi ilə həm pul köçürmə əməliyyatları, həm pul mədaxil etmə əməliyyatları, həm də kart vasitəsi ilə müxtəlif ödəniş əməliyyatları (mobil nömrəyə və internet ödənişi, başqa hesaba köçürmə) həyata keçirilmişdir. Bank tərəfindən təqdim edilmiş məlumatlar istintaq materialları ilə uyğunluq təşkil edir. Belə ki, istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində pornoqrafik materiallar paylaşdığı «Telegram» səhifələrində «Mosbet» və s. xarici idman mərc oyunları saytlarını reklam etdiyinə görə bank kartının hesabına 500-600 manat pul vəsaiti köçürüldüyünü bildirmişdir. «Kapital bank»ın təqdim etdiyi 01.06.2021-ci il tarixdən 15.12.2021-ci il tarixədək olan məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs hesabına başqa bank hesablarından 27.07.2021-ci il tarixdə 600 manat, 11.08.2021 -ci il tarixdə 600 manat, 05.10.2021-ci il tarixdə 650 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Pul vəsaiti bank kartının hesabına köçürüldükdən sonra Yevlax şəhərində yerləşən bankomat vasitəsi ilə nağdlaşdırılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən könüllü təqdim edilən mobil telefon aparatına baxış keçirilməsi haqqında BMCMİ-nin baş əməliyyat müvəkkil Ələkbər Cəfərovun tərtib etdiyi 05 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə baxış zamanı sonuncuya məxsus olan “Samsung Galaxy A40” markalı mobil telefondakı “Telegram” sosial şəbəkəsində pornoqrafik materialların qanunsuz yayıldığı “Az 18 Plus Chat” və “Az 18 Plus” adlı teleqram səhifələri (kanalları) aşkar olunmuşdur. Həmin səhifələrə baxış zamanı hər iki səhifədə pornoqrafik xarakterli video və fotoların paylaşılması müəyyən edilmşidir. “Az 18 Plus Chat” adlı teleqram səhifəsində 32.770 izləyici, “Az 18 Plus” səhifəsində isə 7,405 izləyicinin olması müşahidə olunmuşdur. Müvafiq ekspertiza tədqiqatına təqdim edilməsi üçün “Telegram” səhifələrində olan video və foto materialların bir hissəsi 01 ədəd “DVD” diskə köçürülmüş və mobil telefonda olan “ekran görünütüsü” funksiyasından istifadə edilməklə fayllar çap edilərək protokola əlavə edilmişdir. Mobil telefon aparatı Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırılaraq maddi sübut kimi götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməsənətşünaslıq” ekspertizasının 10 dekabr 2021-ci il tarixli 11/481 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “Samsung Galaxy A40” markalı mobil telefonun yaddaşındakı “Telegram” sosial şəbəkəsinə baxış zamanı “Az 18 Plus Chat” və “Az 18 Plus” adlı kanallardan aşkar olunaraq götürülmüş videolar və foto materiallar pornoqrafik xarakterlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə kompyutertexniki ekspertizasının 18 fevral 2022-ci il tarixli 5/80 nömrəli rəyindən görünür ki, təqdim olunmuş sensor ekran və “Android 11” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy A40” markalı “SM-A405FN/DS” modelli “**********91045, **********91043” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olan mobil cihazın “Menyu” hissəsinə baxış zamanı həmin mobil smartfonun yaddaşında “+**********72” abonent nömrəsi ilə qeydiyyatdan keçmiş “Telegram” proqram təminatı və həmin proqram təminatında “Az18plusCHAT”, “Az18plus” adlı kanallar müəyyən olundu. Rəyin “Tədqiqi hissəsi”nin 2.1 -ci bəndində göstərilən səbəblərə görə təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olan “Samsung Galaxy A40” markalı mobil smartfonda “Telegram” proqram təminatında “Az18Plus CHAT” və “AZ18Plus” adlı kanallarda hər hansı bir foto, video faylların, linklərin paylaşılması, yeni üzvlər əlavə etmə, silmə, kanal tipinin dəyişdirilməsi kimi əməliyyatların həyata keçirilməsi texniki cəhətdən mümkündür. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs tamah niyyəti ilə pornoqrafik materialları reklam məqsədi ilə qanunsuz hazırlayıb, habelə bu xarakterli materialları yayıb və reklam etmə cinayətini törətməsi, onun özünün etirafedici ifadəsi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 242-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilənin göstərilən əməli törətməkdə təqsirli olması özünün etiraf ifadəsindən başqa işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 242-ci maddəsilə düzgün tövsif olunmuşdur. Törətdiyi cinayətə görə ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs CM-nin 242-ci maddəsinə əsasən cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CMnin CM-nin 59-cu maddəsinə əsasən əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və hərbi xidmət dövründə ikinci qrup əlil olmasını məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Bərxudarov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən fəaliyyətlə məşğul olma və müəyyən vəzifə tutma hüququndan məhrum edilməklə islah işləri növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 143 (bir yüz qırx üç) manat 65 (altmış beş) qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalı, digər maddi sübut Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan 01 ədəd “Samsung Galaxy A40” markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra sahibi Təqsirləndirilən şəxs qaytarılmalıdır. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 242-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətinə internet qlobal şəbəkə istifadə hüququndan məhrum edilməklə qazancından 20 % dövlət nəfinə pul tutulmaqla, 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs islah işləri cəzasını iş yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli işlədiyi və qazancından tutulmaların aparıldığı gündən (vaxtdan) hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. İş üzrə 143 (bir yüz qırx üç) manat 65 (altmış beş) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın, digər maddi sübut Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan 01 ədəd “Samsung Galaxy A40” markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra sahibi Təqsirləndirilən şəxs qaytarılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. İş üzrə mülki iddia veriməmişdir. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Sədrlı̇ k edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-63/2022
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-63/2022
29.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver