Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-63/2025 11.06.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri X2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxxx 1986-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, 18 fevral 2025-ci il tarixdən həbsdə olan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq yaşayış sahəsinə daxil olmaqla özgənin əmlakını talamaq məqsədilə Yevlax şəhəri N.Əhmədov küçəsi ev 71-də yaşayan Zərərçəkmiş şəxs yaşadığı evdə olmadığından istifadə edib xx.xx.2024-cü il tarixdə saat 20 radələrində həmin evin həyətinin hasarını aşmaq yolu ilə keçib qanunsuz həyətə daxil olaraq həyətdə olan yaşayış sahəsi hesab edilən evin giriş qapısına vurulmuş qıfılı zor tətbiq etməklə sındıraraq qanunsuz olaraq evə daxil olub, evin yataq otağından 1 ədəd 210 manat dəyərində işlənməmiş “XM İron Tefal FV985El Pure Max” markalı ütünü və 1 ədəd 190 manat dəyərində işlənməmiş “XM X10 SK234 RED” markalı şirniyat bişirmək üçün aparatı qəsdən gizli yolla talayaraq Zərərçəkmiş şəxs cəmi 400 manat dəyərində maddi ziyan vuraraq qəsdən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd (bir) sellofan bükümdə xeyli miqdarda çəkisi 30,514 qram narkotik vasitə olan tiryəki istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edərək üzərində saxlamış, 18 fevral 2025-ci il tarixdə saat 18:13 radələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yevlax şəhərində yerləşən «Gilan» dəri emalı zavodunun yaxınlığında Yevlax rayon polis şöbəsinin polis əməkdaşları tərəfindən saxlanılaraq orada saat 18:13-dən 18:21-dək video çəkilişlə Təqsirləndirilən şəxs üstünün yoxlanılması nəticəsində Təqsirləndirilən şəxs əynində olan gödəkcənin sağ yan cibindən 1 (bir) ədəd sellofan bükümdə xeyli miqdarda çəkisi 30,514 qram olan narkotik vasitə tiryək aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, Yevlax şəhəri N.Əhmədov küçəsi ev 71-də yaşayan Zərərçəkmiş şəxs tanıyır, qonşusudur. Münasibətləri yaxşı olmuşdur. Maddi imkanı olmadığından həyətlərindən Laləgilin həyətinə keçmiş, Laləgilin evdə olmadığından əmin olduqdan sonra evin taxtadan olan giriş qapısına yaxınlaşmış, qapının üzərində olan qıfılı metal parçası ilə çəkib açıb evə daxil olmuş, dəhlizdən yataq otağına girmiş, otaqda təzə qutuların içərisində olan ütünü və digər məişət aparatını götürüb evdən çıxmış və həmin əşyaları aparıb satmışdır. Maddi imkanı olmadığından zərərçəkmiş şəxs vurduğu ziyanı ödəyə bilməmişdir. Bundan başqa, özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə də təqsirli bilir. Ondan aşkar edilmiş narkotik vasitəni Yevlax şəhəri Aeroport qəsəbəsindən piyada dəmiryol xəttini keçib Yevlax şəhərinə gələrkən «Gilan» dəri zavodunun yanında yerdən tapmış və özü istifadə etməsi üçün üzərində saxlamışdır. Sonra həmn narkotik vasitə tiryək polis əməkdaşları tərəfindən ondan aşkar edilərək, götürülmüşdür. Hazırda törətdiyi əməldən səmimi peşmandır. Qeyd edilənlərin nəzərə alınaraq, ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs qonşusudur. xx.xx.2024-cü il tarixdə onun evdə olmamasından istifadə edən Təqsirləndirilən şəxs evinə girərək, ona məxsus kreditlə aldığı ütünü və blendri oğurlamışdır. Ona vurulmuş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir və ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Məmmədiyyə oğlu verdiyi ifadəsində göstərmişdir ki, zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs onun qızı, Təqsirləndirilən şəxs isə qonşusudur. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs qızı Lalənin yaşadığı evə girərək, Zərərçəkmiş şəxs məxsus əşyaları oğurlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkül vəzifəsində işləyən Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, 18 fevral 2025-ci il tarixdə Yevlax rayon Poils Şöbəsinin CAB-ə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz saxlanmasında şübhəli olması barədə əməliyyət məlumatı daxil olmuşdur. Yevlax rayon polis şöbəsinin NMQ-nun əməliyyat müvəkkili Şahid1 tərəfindən məlumat raportla şöbə rəhbərliyinə məruzə edilmiş və əməliyyat qrupu yaradılmışdır. Daxil olmuş əməliyyat məlumatı ilə Təqsirləndirilən şəxs Yevlax şəhərində yerləşən «Gilan» dəri emalı zavodunun yaxınlığında olduğu müəyyən edilmiş və həmin əraziyə getmişlər. Həmin yerə çatdıqda Təqsirləndirilən şəxs orada olduğun göərərək, ona yaxınlaşmışlar və özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs üzərində qanunla daşınması və saxlanması qadağan olan əşya olub-olmadığını soruşduqda Təqsirləndirilən şəxs üzərində olan tiryəkə bənzər kütləni onlara təqdim etmişdir. Bundan sonra tərəflərindən digər zəruri hərəkətlər yerinə yetirilmiş və Təqsirləndirilən şəxs Yevlax rayon Polis Şöbəsinə gətirilərək təhvil vermişlər. Məhkəmə iclasında ifadəsi tədqiq edilməklə elan edilmiş Şahid1 ibtidai istintaq zamanı Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2025-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur(iş vər.93); İşdə olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək, Cəlilabad rayon Poils Şöbəsinin MSY-dən azad edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X6 Bölməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 17/146 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs üstündən yoxlama zamanı aşkar olunmuş…» sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 30,514 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir (tədqiqata sərf edildi 0,100 qr., qalıq 30,414 qr.). Cinayət işinin bir icraatda birləşdirilməsi və tövsif edilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan gönürür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi CM-nin 177.2.3 maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə bir icraatada birləşdirilmiş və cinayət işi üzrə törədiləməsi müəyyən edilmiş əməl Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələrinə tövsif edilərək, cinayət işi ********* nömrəsi ilə davam edilməsi qərara alınmışdır. İşdə olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2025-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay həddində həbs qismində qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkolioji Dispanseri tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 374 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrindən istifadə edir. Narkotik vasitə olan tiryəkdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqg zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən şahid ifadələri və ekspert rəyləri biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmiş və buna ggörə də ona təqsirli bilindiyi maddələrin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən icra edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli qərarı ilə 01 ay 23 gün müddətə vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs əməlindən peşman olması onun cəzasını yüngülləşdirən hal, cinayətlərin residivi isə cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi X4 cəzasını ağırlaşdıran haldır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzacəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına, ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. Məhkəmə, məhkəmə iclası zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi olan və Yevlax rayon Polis Şöbəsində saxlanılan tədqiqata sərf olunduqdan sonra qalıq çəkisi 30,414 qram narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə, maddi sübutun götürülməsi haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 05 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Yevlax rayon Polis Şöbəsində saxlanılan «Tecno» markalı 1 ədəd mobil telefon qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Zərərçəkmiş şəxs vurulmuş maddi ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilməlidir. İş üzrə 71.94 (yetmiş bir manat doxsan dörd qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə dövrü üçün göstərilən 5 (beş) saat hüquqi yardıma görə 55 (əlli beş) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 234.1-ci maddələri ilə təqirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası və Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılmaqla 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 fevral 2025-ci ildən 15 fevral 2025-ci ilədək 2 (iki) gün müddətə həbsdə saxlanılası nəzərə alınmaqla, həmin müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan, yəni 18 fevral 2025-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı yer üzrə ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yevlax rayon Polis Şöbəsində saxlanılan tədqiqata sərf olunduqdan sonra qalıq çəkisi 30,414 qram narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə, maddi sübutun götürülməsi haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 05 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan və Yevlax rayon Polis Şöbəsində saxlanılan «Tecno» markalı 1 ədəd mobil telefon qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə 71.94 (yetmiş bir manat doxsan dör qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. Məhkəmə dövrü üçün göstərilən 5 (beş) saat hüquqi yardıma görə 55 (əlli beş) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Zərərçəkmiş şəxs vurulmuş maddi ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №1(039)-63/2025
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-63/2025
11.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver