Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-64/2020 04.06.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət İttihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrəİdarəsinin Şəki şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsiilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitə dövriyyəsində şübhəli şəxs kimi xx xxxxxx 2020-ci il tarixdə, saat 09:30 radələrində Yevlax şəhəri, E.Məmmədov küçəsində saxlanılıb, üzərində həmin gün müdafiəçi-vəkilin iştirakı və video çəkilişlə keçirilmiş şəxsiaxtarış nəticəsində əynindəki gödəkçənin sağ yan cibindən istintaqa məlum olmayan mənbədən, vaxtda vəşəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi, saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda – 6,04 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq qanuna uyğun qaydada rəsmiləşdirilməklə götürülmüşdür. Bundan sonra həmin axtarış tədbirlərinin davamı olaraq həmin gün saat 10:20 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 saylı evinə özünün, müdafiəçivəkilin iştirakı və video çəkilişlə keçirilmiş baxış zamanı onun yataq otağındakı çarpayısının üstündəki döşəyin altında bir ədəd sellofan torbada satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxladığı narkotik vasitə-319,31 qram miqdarında qurudulmuş marixuana qanunauyğun qaydada rəsmiləşdirilməklə götürülmüşdür. Göstərilən xüsusatlar təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə yanaşı,şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X7 ona qarşı irəli sürülmüş ittiham üzrəözünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitədən istifadə etsə də, xx xxxxxx 2020-ci il tarixdəüzərindən və evindən aşkar edilmiş narkotik vasitə ona məxsus olmamışdır. Yanvar ayınının sonlarında gecə saat 5-də polis əməkdaşları onun yaşadığı evə basqın edərək, onu yatağından qaldıraraq Yevlax rayon Polis Şöbəsinə aparmışlar. Polis şöbəsində polis əməkdaşları olan Tural, Teymur və adlarını bilmədiyi daha iki nəfər onu dəyərək işgəncə vermişlər. Polis əməkdaşları ona “marixuananı boynuna al, ya da sənin başına çox pis oyun açacayıq” demişlər. Boynuna almayacağı təqdirdə açılmayan oğurluq hadisəsini onun üzərinə qoyacaqlarını, evindən qanunsuz silah çıxaracaqlarını bildirmişlər. Polisin qanunsuz hərəkətlərini üzərində axtarış keçirilən zaman müdafiəçisi Fərhad Məmmədova bildirsə də, müdafiəçi onun dediklərinə məhəl qoymamışdır. O, bunlar barədə Yevlax rayon prokurorluğuna müraciət etmiş, onun müraciətinə cavab verilməmişdir. Son olaraq verilmiş ittiham üzrəözünü təqsirli bilmədiyini, üzərində və evində tapılan narkotik vasitənin ona məxsus olmadığını, ibtidai istintaq zamanı ona zor tətbiq edilərək, hədə-qorxu gəlinərək verilmiş ittiham üzrəözünü təqsirli bilməyə məcbur edildiyini qeyd etməklə barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, əvvəllər narkotik vasitə olan heroin istifadə etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 2019-cu il sentyabrın 4-də azadlığa buraxılmış və sentyabr ayının axırlarında yaşadığı evin yaxınlığında yerləşən “Dəvəçi” qəbirstanlığından keçib gedərkən yerdə bir ədəd sellofan torba görüb götürmuş, açıb içərisinə baxarkən içərisində narkotik vasitə olan marixuana olduğunu görmüş və həmin narkotik vasitəni istifadə etmək üçün yaşadığı evə apararaq yatdığıçarpayının üstündəki döşəyin altında gizlətmişdir. xx.xx.2020-ci il tarixdə təxminən saat 08:40 rahələrində həmin narkotikdən çəkmək üçün sellofan torbaya qoyaraq əynindəki gödəkcənin sağ yan cibinə qoymuş və sonra yaşadıqları küçəyəçıxaraq küçə ilə gedərkən oraya gələn polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək onu rayon polis şöbəsinə aparmışlar. Polis əməkdaşları rayon polis şöbəsində müdafiəçinin iştirakı ilə video çəkilişlə onun üstünə baxış keçirib, içərisində marixuana olan bir ədəd sellofan torbada olan bükülünüəynindəki gödəkcənin sağ yan cibindən aşkar etmişlər. Sorğu-sual zamanı o, bükülüdəkinin narkotik vasitə olan marixuana olduğunu, həmin marixuananı 2019-cu ilin sentyabr ayının axırlarında “Dəvəçi” qəbrstanlığından keçib gedərkən bir ədəd torbada tapdığınıözü istifadə etmək üçün evlərinə gətirib yataq otağındakıçarpayısının üstündəki döşəyin altında gizlətdiyini, özü istifadə etmək üçün sellofan torbaya doldurub cibinə qoyduğunu, qalan hissəsini isə yaşadığı evin yataq otağında sellofan torbada gizlətdiyini etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən X4 ifadəsində göstərmişdir ki, 2020-ci il yanvarın 31-də saat təxminən 09:00 radələrində ünvan 2 saylı evdə yaşayan Təqsirləndirilən şəxs yaşadıqları küçədə, üstündə narkotik vasitə olan marixuana olması barədə məlumat daxil olmuş və həmin məlumat rəhbərliyə məruzəedilib icazə alındıqdan sonra şöbənin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili X2 ilə birlikdə E.Məmmədov küçəsinə getmişlər. Zaurun yaşadıqları küçədən şəhərə tərəf getdiyini görmüşlər. Zaura yaxınlaşıb özlərini təqdim etmiş və ona polis şöbəsinə getməyi təklif etmişlər. Zaur razılaşaraq onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində müdafiəçinin iştirakı və video çəkilişlə Zaurun üstünə baxış keçirmişlər. Baxış zamanı Zaurun əynindəki gödəkcənin cibindən bir ədəd sellofana bükülmüş bükülü aşkar edilmişdir. Bükülünü açıb içərisini nəzərdən keçirdikdə içərisində yaşıl rəngli ot ovuntusuna oxşar, özünə məxsus iyi olan kütlə aşkar olunmuşdur. Sorğu-sual zamanı Zaur bükülüdəkinin narkotik vasitə olan marixuana olduğunu, marixuananı 2019-cu ilin sentyabr ayının axırlarında yaşadıqları evin yaxınlığındakı “Dəvəçi” qəbrstanlığından keçib gedərkən tapdığını bildirmişdir. Həmin narkotiki gələcəkdə istifadə etmək üçün yaşadığı evlərinə apararaq yataq otağındakıçarpayının altında gizlədərək istifadə etməyə başladığını, həmin gün özü istifadə etmək üçün sellofana bükərək cibinə qoyduğunu, qalan hissəsini isə yaşadığı evdə yataq otağında gizlətdiyini etiraf etmişdir. Bundan sonra həmin gün Zaurun, müdafiəçisinin, Zaurun atasının və polis əməkdaşlarının iştirakı ilə Zaurun yataq otağına video çəkilişlə baxış keçirilmiş, Zaur özü yataq otağındakı çarpayısının üstündəki döşəyin altından bir ədəd sellofan torbada marixuanaya oxşar kütlə təqdim etmiş vəüstündən aşkar edilmiş narkotik vasitəni həmin torbadan istifadə etmək üçün götürdüyünü bildirmişdir. Məhkəmədəşahid X3 ifadəsində göstərmişdir ki,Təqsirləndirilən şəxs onun doğma oğludur. Zaur narkotik vasitə qəbul etdiyinə vəüstündə gəzdirdiyinə görə dəfələrlə məhkum olunmuşdur. Zaur azadlığa çıxdıqdan sonra yenə də narkotik vasitə qəbul etməyə başlamış, o, küçə müvəkkili olduğuna görə Zaurun hərəkəti onu hörmətdən salmışdır. Zaurun hərəkətləri nəticəsində Zaurun anası da xəstəlik tapmışdır. Oğullarının islah olunmaması onları bir valideyn kimi çox incidir. 2020-ci il yanvar ayının sonlarında polis əməkdaşları ona zəng edərək Zauru yaşadıqları küçədə saxlayıb polis şöbəsinə apardıqlarını vəüstündən narkotik vasitə aşkar olunduğunu demişdir. Həmin gün təxminən 1 saat sonra polis əməkdaşları, Zaur, müdafiəçisi onun evinə gəlmiş, Zaurun yataq otağında narkotik vasitə olduğunu və həmin narkotik vasitəni götürmək istədiklərini demişlər. O da Zaurun otağına baxış keçirməyə razı olmuş və onlarla birlikdə Zaurun otağına getmişlər. Zaur özü yataq otağındakıçarpayının üstündəki döşəyin altından bir ədəd sellofan torba çıxarıb təqdim etmiş, torbanın içərisində yaşıl rəngli ota oxşar kütlə olmuşdur. Zaur özü həmin kütlənin marixuana olduğunu bildirmişdir. Növbəti gün Zaur evə buraxılmışdır. Zaur bir neçə gün sakit davransa da, yenidən haradansa narkotik vasitəəldə edərək istifadə etməyə başlamışdır. Zaur ondan və anasından narkotik vasitə almaq üçün dəfərlərlə pul istəmiş və Zaura pul vermədiyi üçün aralarında bir neçə dəfə mübahisə düşmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 09:00-da şübhəli şəxs qismində tutulmuşdur. (iş vər. 13-14); şəxsi axtarış və götürmə haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd sellofana bükülmüş bükülünün içərisindəki narkotik maddə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. (iş vər. 26-32); “hadisə yerinə baxış keçirilməsi və maddi sübutların götürülməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, baxışın keçirildiyi yer Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən yaşayış evidir. Təqsirləndirilən şəxs yataq otağından çarpayıda döşəyin altında gizlətdiyi bir ədəd sellofan torbada qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. (iş vər.33-36); məhkəmə kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli 59 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş və tədqiqata təqdim edilmişüzərində: “vət Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş... narkotik maddə...”sözləri yazılmış, 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi-6,04 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi – 6,04 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq-5,99 qram təşkil etmişdir. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında aşkar olunub götürülmüş... kütlə...” sözləri yazılmış, 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd sellofan torbada, təmiz çəkisi -319,31 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi – 319,31 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq-319,26 qram təşkil etmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 35,97 manatdır. (iş vər. 51-52); qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxxxx 2020-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (iş vər. 64); maddi sübut kimi tanınma haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş tədqiqatdan sonra qalan təmiz çəkisi 325,25 qram olan qurudulmuş marixuana və kompakt disk işüzrə maddi sübut kimi tanınmışdır. Marixuana saxlanılması üçün Yevlax rayon Polis Şöbəsinə təhvil verilmiş, kompakt disk cinayət işinəəlavə edilmişdir. (iş vər. 68); məhkəmə narkoloji ekspertizasının xx xxxxx 2020-ci il tarixli 271 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs heroindən və kannabinoidlərdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vər. 92); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs X10 İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxx 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 09 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunub. Yevlax Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir.(işvər.81-82); X10 İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxx 2009-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmündən görünür ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.(iş vər. 87-91); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi vəəldə edilməsinin qanuniliyi şübhə doğurmayan və işüzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi ifadəsi, şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və işüçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli hesab etməyərək, üzərində və evində tapılan narkotik vasitənin ona məxsus olmaması, ibtidai istintaq zamanı ona zor tətbiq edilərək, hədə-qorxu gəlinərək verilmiş ittiham üzrəözünü təqsirli bilməyə məcbur edilməsi ilə bağlı ifadələrinə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində xx xxxxxx 2020-ci il tarixdə tarixdə Yevlax rayon Polis Şöbəsində ona qarşı zor tətbiq olunduğunu, hədə-qorxu gəlinərək cinayət əməlini etiraf etməyə məcbur edildiyini bildirsə də, hazırda bədənində hər hansı xəsarət olmadığınıəsas gətirərək məhkəmə tibbi ekspertizadan keçməkdən imtina etmişdir. İbtidai istintaq dövründə barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsinə baxmayaraq, döyülmə faktı ilə bağlı xəsarətlərin müəyyən edilməsi məqsədi ilə tibbi müayinədən keçməmiş, nəüçün tibbi müayinədən keçmədiyi barədə məhkəmənin sualına cavab verə bilməmiş, şübhəli şəxs kimi tutulduğu tarixdən iki ay sonra, yəni xx.xx.2020-ci il tarixdə Yevlax rayon prokurorluğuna müraciət etmişdir. Yevlax rayon prokurorluğunun Təqsirləndirilən şəxs ünvanlanmış xx xxxxx 2020-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda izahat verməsi üçün rayon prokurorluğuna dəvət olunsa da, prokurorluğa getməmişdir. Təqsirləndirilən şəxs polis şöbəsində ona verilmiş işgəncə ilə bağlı ibtidai istintaq dövründə müdafiəçisi olmuş vəkil Fərhad Məmmədova məlumat verməsi, müdafiəçinin onun sözlərinə məhəl qoymaması barədə ifadəsi ilə bağlı məhkəmə qeyd edir ki, cinayət işinin materiallarından və təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi izahatından müəyyən olunur ki, ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs qeyd etdiyi xüsusatlarla bağlı istintaq orqanına heç bir vəsatət və ya etiraz verməmiş, müdafiəçidən imtina etmək hüququnun olduğu halda bu hüquqdan istifadə etməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan ifadələr, eləcə də, məhkəmə baxışının gedişatında şahidlər tərəfindən verilmiş ifadələrin qarşılıqlışəkildə tədqiqi, ibtidai istintaq zamanı keçirilmiş istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri belə qənaətə gəlməyəəsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan cinayətin törədilməsinəşübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadələri ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin qeyd olunan hallara istinad edilməklə qurulmuş müdafiəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdəədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətin təhlükəli residivini yaradır; 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görəüçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını, üzərindən məhkumluğunun götürülmədiyi vəödənilmədiyi halda yenidən qəsdən cinayət törətməsini, yəni cinayətin təhlükəli residivini (CM-18.2.1) işüzrə cəzanı ağırlaşdıran hal kimi (CM-61.1.1) nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın üçdə ikisindən az olmamalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən(müəyyən edilməmişdir) və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi iləəlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həmdə hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyinin əzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (müəyyən edilməmişdir) və ağırlaşdıran hallar,habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət cəzasından çıxılmalı (CM- 69.3), cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablanmalı (CPM- 158.2.1, 158.6), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli,Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2), işüzrə maddi sübut kimi tanınan narkotik vasitənin qalığı məhv edilməli, kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı(CPM- 132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatıüçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İşüzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rеjimli cəza çəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməklə Təqsirləndirilən şəxs məhkəmə zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İşüzrə maddi sübut olan və Yevlax rayon Polis şöbəsində saxlanılan 325,25 çəkidə narkotik vasitə-qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İşüzrə 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan RespublikasıƏdliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Məmmədov Fərhad Möhübbət oğlunun ibtidai istintaqda göstərdiyi 40 (qırx) saat, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 14 (on dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 240 (iki yüz qırx) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Məmmədov Fərhad Möhübbət oğluna, 84 (səksən dörd) manat isə Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və protesti verilmədiyi halda, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №1(039)-64/2020
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-64/2020
04.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver