Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-64/2022 13.04.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1985-ci tarixdə Yevlax rayonu, Qoyunbinəsi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Yevlax rayonu, Qoyunbinəsi kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, koronavirus (COVİD-19) xəstəliyinə dair 03.12.2021-ci ildə verdiyi testin nəticəsinin pozitiv olmasına dair 05.12.2021-ci ildə məlumatı olmaqla həmin xəstəliyə yoluxduğunu bildiyi və xəstəliyə yoluxması səbəbindən yaşadığı evdən kənara çıxmayaraq evdə müalicə almalı olmasına dair ona səlahiyyətli dövlət orqanının nümayəndəsi tərəfindən şifahi xəbərdarlıq edildiyi halda, ona edilmiş xəbərdarlığa məhəl qoymayaraq “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat profilaktika və digər tədbirlərin görülməsi Qaydaları”na əsasən koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin 2022-ci il 1 yanvar saat 06:00-dək uzadılması ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 oktyabr 2021-ci il tarixli 324 nömrəli qərarının tələblərini pozaraq 11 dekabr 2021-ci il tarixdə, saat 12 radələrində qəsdən ərzaq almaq üçün Qoyunbinəsi kəndində yaşadığı evdən özünə məxsus VAZ-2101 markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə çıxaraq əhalinin sıx toplaşdığı Yevlax şəhər mərkəzi bazara gedib ərzaq alaraq yaşadığı Qoyunbinəsi kəndinə qayıdaraq yoluxduğu koronavirus (COVİD-19) xəstəliyinin qəsdən yayılması üçün real təhlükə yaratmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, 03.12.2021-ci il tarixdə özünü halsız hiss etdiyi üçün Yevlax Şəhər Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Xəstəxanada onda “Covid-19” virus xəstəliyi keçirib-keçirməməsi barədə test vermişdir. 05 dekabr 2021-ci il tarixdə xəstəxanadan ona məlumat vermişlər ki, test pozitiv çıxmış və onda “Covid-19” virus aşkarlanmışdır. Onun xəstəliyi yüngül olduğuna görə onu evə buraxmışlar, lakin xəbərdarlıq etmişlər ki, evdən çıxarsa məsuliyyətə cəlb olunacaq, kənar şəxsləri xəstəliyə yoluxdurmamaq şərti ilə evdən çıxmasın və müalicəni evdə davam etdirsin. 11 dekabr 2021-ci il tarixdə özünün dərman və evə isə ərzaq alınması zərurəti yaranmışdır. Başqa kimsə olmadığı üçün təxminən saat 12:00-da özünün idarə etdiyi avtomobillə Yevlax şəhər mərkəzi bazarına gedərək orada ərzaq almış və yolüstü aptekdən dərman almışdır. Evə qayıdarkən polis əməkdaşları onu saxlayaraq qadağa olduğu halda evi niyə tərk etməsini ondan soruşmuşlar. Polis əməkdaşlarına buna zərurət olduğunu bildirmişdir. Əməlindən peşman olduğunu, bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Şahid2 bildirmişdir ki, Yevlax RPŞ İTB-nin polis sahə rəisinin köməkçisi işləyir. Yevlax şəhəri Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın qərarına əsasən sərt karantin rejiminin tətbiq edildiyi şəhər və rayonların sırasında olduğuna görə xidməti ərazidə “Covid-19” virusu daşıyan xəstələri gündəlik olaraq yoxlamış, onlara evdən çıxmamaq barədə xəbərdarlıq etmişlər. Yevlax rayonu Qoyunbinəsi kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs “Covid-19” testini pozitiv çıxması barədə onlarda məlumat olmuş və Təqsirləndirilən şəxs evi tərk edəcəyi təqdirdə məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. 11.12.2021-ci il tarixdə, təxminən 11:00 – 12:00 radələrində xidməti ərazisi olan Yevlax rayonu Qoyunbinəsi kəndində xidmət aparan zaman Təqsirləndirilən şəxs evi tərk etməsi barədə polis sahə rəisinə məlumat daxil olmuşdur. Bu məlumatı yoxlamaq məqsədi ilə KTQ-nin baş inspektoru Sirac Fərəcov və polis sahə rəisi Şahid1lə birlikdə Xəlilgilin evinə getmiş və onun evdə olmadığın müəyyən etmişlər. Xəlilin idarə etdiyi avtomaşınla yaşadıqları evdən 500 metir kənardan evə doğru gəldiyini görmüş, ona yaxınlaşaraq avtomaşını saxladaraq sosial məsafəni gözləyərək ona müraciət edib özlərini təqdim etmiş və virus daşıyıcısı olduğu halda küçədə gəzməsinə görə ona iradlarını bildirmişlər. Təqsirləndirilən şəxs onların tələbi üzrə öz evinə qayıtmışdır. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən kənarda saxlanılmasını özündə əks etdirən video yazıya baxış keçirilmiş, onun buna icazə olmadan yaşadığı evi tərk etməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası icbari tibbi sığorta üzrə dövlət agentliyi Tibbi ərazi bölmələrini idarəetmə birliyi” publik hüquqi şəxs tərəfindən təqdim edilmiş 13 dekabr 2021ci il tarixli 13783 nömrəli arayışında qeyd olunur ki, Təqsirləndirilən şəxs 03 dekabr 2021ci tarixdə Covid-19 virusunun yoxlanılması üçün yaxma götürülmüş və 05 dekabr 2021-ci tarixdə pozitiv cavab aşkar edilmişdir. Vətəndaş 14 gün müddətinə ailə üzvləri ilə birlikdə ev şəraitində izolyasiya olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları: Bənd 2.1. Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda, vəziyyətin kəskinliyi nəzərə alınmaqla aşağıdakı müvəqqəti tədbirlər görülə bilər: 2.1.1. xüsusi sanitar rejim:
1. yoluxucu xəstəliyə yoluxmuş, yoluxma riski olan və ya yoluxduğu güman edilən şəxslərin və onlarla təmasda olan digər şəxslərin təcrid edilməsi və müalicəsi üçün xüsusi qaydaların tətbiqi; Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 319-1.1-ci maddəsi ilə, yəni epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozmaqla xəstəliklərin yayılması üçün real təhlükə yaratmasında təqsirli olması özünün etirafı, şahidin ifadəsi, video çəkilişlə tam sübuta yetirilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır, səmimi peşmançılıq hissi keçirməsini, ilk dəfə az ağır cinayət törətməsini, himayəsində üç yetkinlik yaşına çatmayan övladının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır və ona, müvafiq maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs üzərinə Cinayət Məcəlləsinin 52-1.2 maddəsi ilə müəyyən edilmiş məhdudiyyətlər qoyulmalıdır. Müdafiəçi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü üçün 60 manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM Е T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə saat 22-00-dan saat 07-00 qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir.
Sədrlik edən Toğrul Əliyev