Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-65/2020 03.06.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, orta təhsilli, əvvəllər məhkum olmayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək Yevlax Rayon Məhkəməsinin 1(039)-152/2019, xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə cinayət işinə xitam verilmiş və cinayət məsuliyyətindən azad edilmiş, Yevlax şəhəri ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində ona görə böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokol tərtib edilmişdir ki, o, xx xxxxx 2020-ci il tarixdə saat 13:00 radələrində Yevlax şəhəri Ü.Hacıbəyov küçəsində keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ailə münasibətləri zəminində qəsdən döyməklə ona sağlamlığın qısa müddət pozulmasına səbəb olan yüngül zərər vuran bədən xəsarəti yetirmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı özünü təqsirli bilərək söyləmişdir ki, Zərərçəkmiş şəxs ilə nikah münasibətlərində olmuş və bu münasibətlərdən iki övladı var. Münasibətləri pozulduğundan mart ayından faktiki ayrılmışlar. Lakin, buna baxmayaraq ara-sıra onun yaşadığı evə gedərək övladları ilə görüşür. xx xxxxx 2020-ci il tarixdə, saat təxminən 13:00-da, uşaqları görmək məqsədi ilə yenə onların yaşadığı evə tərəf getmişdir. Bu zaman Salatının qarşıdan gəldiyini görüb haradan gəldiyini ondan soruşmuşdur. Buna cavab olaraq Salatın onunla kobud danışmağa başlamışdır. Sərxoş olduğundan bundan əsəbiləşmiş və Salatını bir dəfə yumruqla üz nahiyəsindən vurmuşdur. Zərbənin təsirindən Salatın yerə yıxılmışdır. Bunu görüb oradan çıxıb getmişdir. Əməlindən peşman olduğunu, zərər çəkmiş Zərərçəkmiş şəxs ilə artıq barışdığını bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxslə təxminən 10 il evli olmuşlar, bu nikahdan iki övladları var. Son zamanlar münasibətləri pozulmuş, aralarında mütəmadi mübahisələr olmuş, bu səbəbdən ayrılmışlar. xx xxxxx 2020-ci il tarixdə təzminən saat 13:00-da aptekdən dərman alıb evə qayıdarkən yolda Pərvizlə rastlaşmışdır. Pərviz sərxoş olduğundan onunla mübahisə etməyə başlamışdır. Bu zaman Pərviz yumruqla onun üzündən vurmuş, daha sonra isə yerə yıxıldığından təpiklə onu döyməyə başlamışdır. Bundan sonra Pərviz oradan uzaqlaşıb getmişdir. Artıq Pərvizlə barışdığını qeyd edərək nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə tibbi ekspertizasının xx xxxxx 2020-ci il tarixli 215 saylı rəyində qeyd olunur ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - sol gözətrafı nahiyənin, sol qaş və qaşüstü nahiyənin dərialtı hematoması, sağ əlin İİ-İİİ-İV barmaqlarının əsas falanqasının arxa səthinin, sağ diz oynağının ön səthinin, üst dodağın sıyrıqları, sol tərəf alt çənə bucağının, sol almacıq nahiyəsinin şişkinliyi küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx xxxxx 2020-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. Yevlax Rayon Məhkəməsinin 1(039)-152/2019, xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığına görə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilərək o, cinayət məsuliyyətindən azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini, yəni qəsdən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına yüngül xəsarət yetirməsi özünün etirafedici ifadəsi, zərər çəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi ilə tam sübuta yetirilmiş və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışsa da, o, bir dəfə bu səbəblə artıq cinayət məsuliyyətindən azad edildiyindən hazırkı iş üzrə həmin əsasla iş üzrə icraata xitam verilə bilməz. Cinayət Məcəlləsi: 72-ci maddənin qeyd hissəsinin birinci bəndinə görə, şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Maddə 73.2. Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır, səmimi peşmançılıq hissi keçirməsini, himayəsində dörd azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır və ona, müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Müdafiəçi X2 istintaq zamanı 25 saat, Müdafiəçi məhkəmə zamanı göstərdiyi hüquqi yardıma görə 05 saat hesablanmaqla hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək, 240 (iki yüz qırx) saat ictimai işlər cəzasına məhkum edilsin. Cəzasını yaşadığı ərazinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ictimai yerlərdə çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs ictimai işlər cəzasının çəkilməsinə cəlb olunduğu andan hesablansın. Hökmün icrası Yevlax rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə istintaq dövrü üçün 150 manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili X2 və məhkəmə dövrü üçün 60 manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №1(039)-65/2020
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-65/2020
03.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver