Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-65/2021 06.05.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1974-cü ildə Yevlax rayonu Hacıselli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Yevlax rayonu Hacıselli kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə irəli sürülmüş ittihama görə o, arvadı Zərərçəkmiş şəxs qonşusu X2 ilə aralarında sevgi münasibətləri olmasından şübhələnib qısqanclıq zəminində 13 yanvar 2021-ci il tarixdə saat 09 radələrində, Yevlax rayonu Hacıselli kəndində yaşadığı evin həyətində yerləşən tövlənin içərisində təmizlik işləri aparan Zərərçəkmiş şəxs arxadan yaxınlaşaraq müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirməklə, bununla da ona əzab və iztirab verəcəyini əvvəlcədən dərk edərək əlindəki mətbəx çapacağı ilə xüsusi amansızlıqla Zərərçəkmiş şəxs baş və sağ əl nahiyyələrindən qəsdən 3 dəfə zərbə vurub aşkar surətdə xüsusi ağrılar verməklə sonuncuya İİ əl daraq sümüyünün sınığı ilə müşayiət olunan sağ əlin arxa səthinin və sağ əlin İİ-İİİ barmaqlarının çapılmış yaraları xəsarətləri ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vuran bədən xəsarətləri, başın təpə-ənsə nahiyyəsində olan çapılmış yara xəsarəti ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri və ayağı ilə vuraraq ona sağ budun aşağı 1/3-nin iç səthinin qançırı xəsarəti ilə müşayiət olunan sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş xüsusi amansızlıqla Zərərçəkmiş şəxs qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmədə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, 13 yanvar 2021-ci il tarixdə saat 09 radələrində o, yuxudan oyanaraq evdən həyətə çıxmışdır. O, Elnarənin həyətdəki tualetin yanında olduğunu və Elnarənin həyətin hasarından yola siqaret qutusu atdığını görmüşdür. O, yola baxmış və İldırımın yerdən Elnarənin atdığı siqaret qutusunu götürüb getdiyini görmüşdür. Bundan sonra Elnarə tövləyə daxil olmuşdur. O da Elnarənin arxasınca tövləyə daxil olmuşdur. O, Elnarənin çaloşla tövləni təmizlədiyini görmüşdür. O, tövlədən bir ədəd çapacağı götürüb Elnarəyə yaxınlaşmışdır. O, Elnarəyə bir söz deməmiş və əlindəki çapacağın tiyəsinin kəsən, iti hissəsi ilə Elnarənin başından bir dəfə zərbə endirmişdir. Elnarə heyvan oxurunun üstünə yıxılmış və sonra ayağa qalxıb sağ əlini başına tutmuşdur. Elnarə “ay Atakişi” deyib yüksək səslə qışqırmışdır. O, çapacaqla yenidən Elnarənin başından ardıcıl olaraq iki dəfə zərbə endirmişdir. Çapacaq həm Elnarənin başından və həm də barmaqlarından dəymişdir. O, tövlədən həyətə çıxmış, oğlu Atakişinin və anası Bənövşənin tövlə istiqamətdə gəldiklərini görmüşdür. O, çapacağı yerə ataraq həyətin giriş qapısından keçib yola çıxmışdır. O, Yevlax rayon Polis Şöbəsinin əməkdaşı Sübhanla qarşılaşmışdır. Hadisə barədə Sübhana məlumat vermiş və onu polis şöbəsinə aparmasını xahiş etmişdir. Sübhan post-patrul xidməti avtomobili ilə onu Yevlax rayon Polis Şöbəsinə aparmışdır. Birinci Qarabağ müharibəsində iştirak etmiş və həmin müharibədə kontuziya aldığı üçün arvadı Elnarəyə qarşı etdiyi hərəkətlərini anlamamışdır. Zərərçəkmiş şəxs çapacaqla zərbə vurarkən ona iztirab vermək istəməmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmandır. Qeyd etdiklərini nəzərə alaraq barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxs onun əridir. 13 yanvar 2021-ci il tarixdə saat 09:20 radələrində yaşadığı evin həyətində yerləşən tövləyə getmişdir. O, iki baş camışı sağmışdır. Bundan sonra Mehdi tövləyə daxil olmuşdur. O, Mehdi ilə birlikdə camışları tövlədən çıxarıb kəndin novatına qoşmuşlar. O, çaloş götürüb tövlədə təmizlik işləri aparmağa başlamışdır. Mehdi isə tövləni süpürmüşdür. Mehdi ona camışın peyinini əl arbasına yığmasını, özü isə camışın balalarına su gətirəcəyini demişdir. Mehdi tövlədən çıxmış, o, çaloşla camışın peynini əl arabasına yığmışdır. Həmin vaxt o, arxa tərəfdən başından güclü zərbə aldığını hiss etmişdir. O, arxa tərəfə dönmüş və Mehdinin əlində çapacağın olduğunu görmüşdür. Mehdi həmin an əlindəki çapacaqla onun başından ikinci zərbəni endirmişdir. O, Mehdidən nə səbəbə onu vurduğunu soruşmuş və onu vurmamasını demişdir. Mehdi ona məhəl qoymamış və çapacaqla onun başından üçüncü dəfə zərbə endirmişdir. O, əlini başına tutmuş və çapacaq həm başına, həm də sağ əlinin barmaqlarına dəymişdir. O, “ay Ata” deyib qışqırmış və oğlunu köməyə çağırmışdır. O, oğlu Atakişini “Ata” deyib çağırmışdır. Mehdi ayağı ilə onun sağ ayağından bir dəfə təpik zərbəsi vurmuş və çapacağı atıb həyətə çıxmışdır. O, tövlədən çölə çıxmış və Mehdinin həyətə giriş qapısından çıxıb getdiyini görmüşdür. Atakişi onun yanına gələrək onu yaşadığı evə aparmışdır. Atakişi qonşusu Çərkəzin avtomobili ilə onu Mingəçevir şəhər mərkəzi xəstəxanasına aparmışdır. Həkimlər ona tibbi yardım göstərmişdir. Həmin gün o, xəstəxanadan evə buraxılmışdır. Zərərçəkmiş şəxs həmçinin, təqsirləndirilən şəxslə barışmadığını, ondan şikayətçi olduğunu, Təqsirləndirilən şəxs onun əxlaqına zidd olan əsassız ittihamlar səsləndirdiyini, onun hərəkətləri nəticəsində özünün və uşaqlarının mənəvi sarsıntı keçirdiklərini nəzərə alaraq təqsirləndirilən şəxs barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs məxsus Hacıselli kəndində yerləşən fərdi yaşayış evi onun yaşadığı evin qonşuluğunda yerləşir. Mehdi arvadı Elnarə və oğlu Atakişi ilə birlikdə həmin evdə yaşayır. Onun Mehdi və ailə üzvləri ilə qohumluğu, aralarında ədavət, düşmənçilik olmamışdır. Onun Mehdi və ailə üzvləri ilə yaxşı münasibəti olmuşdur. 13 yanvar 2021-ci il tarixdə səhər saatlarında o, evində yatmışdır. Həmin vaxt ailə üzvləri onu yuxudan oyadıb Atakişinin onu çağırdığını demişdir. O, evdən həyətə çıxmış və Atakişinin gəldiyini görmüşdür. Atakişi ona “maşını sür gəl, xəstəxanaya getmək lazımdır” demişdir. O, “VAZ- 21154” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edib Atakişinin yaşadığı ünvana getmişdir. Həmin vaxt Atakişi anası Elnarəni gətirib onun avtomobilinə mindirmişdir. O, Elnarənin sağ əlinin sarıqlı vəziyyətdə olduğunu görmüş və həmin nahiyyəsindən xəsarət aldığını bilmişdir. Həmçinin, Elnarə başından da xəsarət almışdır. O, avtomobilini idarə edib yaşadığı kəndə yaxın olan Mingəçevir şəhərində yerləşən xəstəxana istiqamətində yola düşmüşdür. Yolda olarkən Elnarə ona əri Mehdinin çapacaqla başından və sağ əlindən xəsarət yetirdiyini demişdir. O, idarə etdiyi avtomobillə Elnarəni Mingəçevir şəhər mərkəzi xəstəxanasına aparmışdır. Həkimlər Elnarəyə tibbi yardım göstərmişlər. Bundan sonra o, yaşadığı kəndə qayıtmışdır. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 13 yanvar 2021-ci il tarixdə saat 09 radələrində o, yaşadığı evdə yatmışdır. O, anası Elnarənin qışqırıq səsinə yuxudan oyanmışdır. O, yerindən qalxaraq evdən çölə çıxmış və atası Mehdinin həyətin giriş qapısından küçəyə çıxıb getdiyini görmüşdür. Anası Elnarə isə həyətdəki tövlənin qarşısında olmuşdur. O, qaçaraq anası Elnarənin yanına getmişdir. O, anası Elnarənin başından və əlindən kəsilmiş xəsarətlər aldığını, qol, baş və üz nahiyyələrinin qana boyandığını görmüşdür. Anasının sağ əlinin barmaqları kəsilmişdir. Anası ona “atan məni vurdu, məni tez xəstəxanaya çatdır” demişdir. Onun avtomobili olmadığı üçün o, anası Elnarəni qonşusu Çərkəzin idarə etdiyi avtomobillə Mingəçevir şəhər mərkəzi xəstəxanasına aparmışdır. Həkimlər anası Elnarəyə tibbi yardım göstərmiş, başına və barmaqlarına tikiş qoymuşlar. Bundan sonra o, anasını yaşadığı evə gətirmişdir. O, atası Mehdinin anası Elnarəyə xəsarət yetirdiyi bir ədəd çapacağı tövlədən götürüb Yevlax rayon polis şöbəsinə gəlmiş və həmin çapacağı istintaqa təqdim etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 13 yanvar 2021-ci il tarixdə səhər saatlarında o, Elnarənin qışqırtı səsinə yuxudan oyanmışdır. O, Elnarənin “Ay Atakişi gəl, dədən məni vurdu” dediyini eşitmişdir. O, yerindən qalxıb evin eyvanına çıxmışdır. Elnarə və Atakişi evin eyvanında olmuşlar. O, Elnarənin başından və sağ əlindən xəsarət aldığını, həmin nahiyələrdən qan axdığını görmüşdür. Elnarə Mehdinin çapacaqla başından və əlindən vurub xəsarət yetirdiyini demişdir. X5 adlı şəxsin avtomobili ilə xəstəxanaya aparmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “şəxsin könüllü gəlib təqsirini boynuna alması haqqında” 13 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 yanvar 2021-ci il tarixdə saat 09 radələrində yaşadığı evin həyətində yerləşən tövlədə qısqanclıq zəminində çapacaq balta ilə arvadı Zərərçəkmiş şəxs bədən xəsarətləri yetirdiyini, yaşadığı kənddə polis əməkdaşlarına hadisə barədə məlumat verib onlarla birlikdə könüllü olaraq polis şöbəsinə gələrək törətdiyi hadisəni etiraf etdiyini bildirmişdir. (İ cild iş vər. 6); “şübhəli şəxsin tutulması haqqında” 13 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs, həmin tarixdə saat 20:40-da şübhəli şəxs qismində tutulmuşdur. (İ cild iş vər. 24); Yevlax Rayon Məhkəməsinin 15 yanvar 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 13 yanvar 2021-ci il tarixdən saat 20:40-dan hesablanmışdır. (İ cild iş vər. 89-91); məhkəmə-tibbi ekspertizasının 11 mart 2021-ci il tarixli, 01/12 saylı rəyi(əlavə rəy) ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərdən İİ əl daraq sümüyünün sınığı ilə müşayiət olunan sağ əlin İİ-İİİ barmağının və sağ əlin arxa səthinin, başın təpə-ənsə nahiyəsinin çapılmış yaraları çapıcı alətin, ola bilsin ekspertizaya təqdim edilmiş çapacağın işlək hissəsinin təsirindən, sağ budun aşağı 1/3-nin iç səthinin qançırı isə küt alətin, ola bilsin təpiklə zərbənin təsirindən törənmişdir, törənmə müddətləri 13.01.2021-ci il tarixə uyğun gəlir, adətən kənar şəxs tərəfindən yetirilən zaman törənir. Qeyd olunan xəsarətlərdən İİ daraq sümüyünün sınığı ilə müşayiət olunan sağ əlin arxa səthinin və sağ İİ-İİİ barmaqlarının çapılmış yarası səhhətin uzun müddət pozulmasına səbəb olduğu üçün sağlamlığa az ağır zərər vuran, təpə-ənsə nahiyəsində olan çapılmış yara səhhətin qısa müddət pozulmasına səbəb olduğu üçün sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. Qançır sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. (İİ cild iş vər. 52-53); “sübutların qiymətləndirilməsi haqqında” 10 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət törədərkən istifadə etdiyi bir ədəd mətbəx çapacağı, Zərərçəkmiş şəxs məxsus bir ədəd şal(yaylıq) və bir ədəd xalat, Təqsirləndirilən şəxs məxsus bir ədəd cins şalvar və bir ədəd papaqlı gödəkçə, hadisə yerindən qan ləkələrinin götürüldüyü üç ədəd pambıq topası maddi sübut hesab edilmiş və saxlanılması üçün Yevlax rayon Polis Şöbəsinə təhvil verilmişdir. (İİ cild iş vər. 23-42); Azərbaycan Respublikası Qarabağ Müharibəsi əlilləri, vetranları, və şəhid ailələri İctimai Birliyinin 004747 nömrəli vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. (İ cild iş vər. 32); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 05.02.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ cild iş vər. 144). Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən sağlamlığına az ağır zərər vuran xəsarətlər yetirmişdir və onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs tərəfindən qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tövsifedici əlamətlərinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, onun əməlinə düzgün hüquqi qiymət verilməmiş, onun əməli qeyd edilən maddə ilə düzgün tövsif edilməmiş, Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tövsifedici əlamətlərinin mövcudluğu sübuta yetirilməmiş, əksinə “xüsusi amansızlıq” niyyətinin istisna olunduğu mövcud sübutların qarşılıqlı tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə baş vermiş hadisənin təhlilini aparmaqla ona hüquqi qiymət verilməsini, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə təqsirləndirilən şəxsin və şahidlərin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. İbtidai istintaq orqanının ittiham aktı ilə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsinin dispozisiyası xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan zərərçəkmiş şəxsin qəsdən sağlamlığına az ağır zərər vurma kimi müəyyən edilmişdir. İbtidai istintaq orqanının ittiham aktında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə məhz “xüsusi amansızlıqla” xəsarət yetirdiyi göstərilmişdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 8-ci bəndində qeyd olunur ki, xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Məhkəmə hesab edir ki, cinayət işində hadisə baş verəndən bilavasitə əvvəl Təqsirləndirilən şəxs zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs qarşı zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər etməsini təsdiq edən məlumatlar yoxdur. Digər tərəfdən məhkəmə istintaqı zamanı və cinayət işinin materiallarından müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs hadisə yerindən götürdüyü çapacaqla üç dəfə, ayağı ilə bir dəfə zərərçəkmiş Zərərçəkmiş şəxs zərbə vurmuşdur. Bu zərbələr nəticəsində zərərçəkmiş şəxs sağ əl, sağ ayaq və baş nahiyələrindən xəsarət almışdır. Xəsarətlərin ümumi sayının dörd olması özlüyündə əməlin xüsusi amansızlıq əlaməti ilə qəsdən sağlamlığa az ağır zərər vurma kimi tövsif olunmasına səbəb ola bilməz. Qanunun mənasına görə xüsusi amansızlıq əlaməti ilə qəsdən sağlamlığa az ağır zərər vurma zamanı subyekt onun tərəfindən seçilən üsulun zərərçəkmişə xüsusi ağrılar verdiyini dərk edir və bunu arzu edir. Başqa sözlə, təqsirkarın qəsdi zərərçəkmiş şəxsin sağlamlığına məhz xüsusi amansızlıqla zərər vurmaya yönəldilir. Cinayət hadisəsi zamanı Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs sağlamlığına məhz xüsusi amansızlıqla zərər vurmaq niyyətində olmasını təsdiq edən sübutlar ibtidai istintaq orqanı tərəfindən müəyyən edilməmişdir. İbtidai istintaq orqanı ittiham aktında Təqsirləndirilən şəxs istinad edilən əməlin tövsifedici əlamətini, yəni əməlin “xüsusi amansızlıqla” törədilməsini yalnız qeyd etməklə kifayətlənmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Yuxarıda göstərilmiş hüquqi əsaslandırmaya istinad edərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində “xüsusi amansızlıq” niyyəti istisna olunduğundan ona ittiham olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi (xüsusi amasızlıqla zərərçəkmiş şəxsin sağlamlığına qəsdən az ağır zərər vurma) həmin Məcəllənin 127.1-ci maddəsinə (qəsdən sağlamlığa az ağır zərər vurma) tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını(CM-59.1.10), Qarabağ müharibəsi veteranı olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Belə ki, təqsirləndirilən şəxsin törətdiyi əməl, onun törədilmə üsul və qaydası və belə şəxslərin azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalar doğurur. Bundan başqa Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi vurduqdan sonra onu hadisə yerində köməksiz vəziyyətdə qoymaqla hadisə yerini tərk etmiş, zərərçəkmiş şəxslə barışıq əldə etməmişdir. Şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər alternativ cəzaya münasibətdə isə məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hazırkı işin hallarına əsasən Təqsirləndirilən şəxs yalnız maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını çəkməklə islah oluna bilər ki, bununla da Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunan cəzanın məqsədinə çatmaq mümkündür. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 13 yanvar 2021-ci il tarixdən hesablanmalı (CPM- 158.2.1. 158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, iş üzrə maddi sübut kimi tanınan X3 məxsus bir ədəd xalat, bir ədəd şal (yaylıq), Təqsirləndirilən şəxs məxsus bir ədəd cins şalvar, bir ədəd papaqlı gödəkçə, Təqsirləndirilən şəxs cinayət törədərkən istifadə etdiyi bir ədəd mətbəx çapacağı, hadisə yerindən qan ləkələrinin götürüldüyü üç ədəd pambıq topası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 13 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Yevlax rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut X3 məxsus bir ədəd xalat, bir ədəd şal (yaylıq), Təqsirləndirilən şəxs məxsus bir ədəd cins şalvar, bir ədəd papaqlı gödəkçə, Təqsirləndirilən şəxs cinayət törədərkən istifadə etdiyi bir ədəd mətbəx çapacağı, hadisə yerindən qan ləkələrinin götürüldüyü üç ədəd pambıq topası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 21 (iyirmi bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 126 ( bir yüz iyirmi altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №1(039)-65/2021
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-65/2021
06.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver