Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-65/2022 13.07.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxx 1994-cü il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, açıq məhkəmə iclasında, Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı ittiham irəli sürülmüşdür ona görə ki, o, cavabdeh kimi xx.xx.2017-ci il tarixdən hesablanmaqla xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2018-ci il tarixdən hesablanmaqla xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100.00 manat olmaqla, cəmi 200.00 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Nəbiyeva (Qasımova) Aytac Nəbi qızına ödənilməsinə dair Yevlax Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(039)-139/2018 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(039)-454/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2020-ci il, xx.xx.2020-ci ил, xx.xx.2020ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2021-ci il tarixədək 3,400.00 manat məbləğində aliment borcunu zərər çəkmiş şəxs Nəbiyeva (Qasımova) Aytac Nəbi qızına ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Təqsirləndirilən şəxs, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, Zərərçəkmiş şəxs ilə xx.xx.2015-ci il tarixdə nikahlarını rəsmi olaraq qeyd etdirmilər. Onların birgə nikahdan 2016-cı ildə İnci və 2018-ci ildə Tunar adlı övladları olmuşdur. Yevlax Rayon Məhkəməsinin 27 fevral 2018-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş və övladlarının yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ondan hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qətnamə icraya yönəlmiş və Yevlax rayon icra və probasiya şöbəsindən ona alimentin ödənilməsi barədə bildiriş xəbərdarlıqlar verilmişdir. Lakin maddi imkanı məhdud olduğundan məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti tam həcmdə ödəyə bilməmiş, buna görə də borc yaranmışdır. Buna görə inzibati qaydada həbs də olunmuşdur. Hazırda heç yerdə işləmir və gəliri yoxdur. Bu səbəbdən də yaranmış borcu ödəyə bilmir. Əməlindən peşman olduğunu bildirmiş, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə birgə nikahlarından iki övladları var. Yevlax Rayon Məhkəməsinin 27 fevral 2018-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulması və yetkinlik yaşına çatmayan övladlarının saxlanılması üçün Təqsirləndirilən şəxs hər ay hər uşaq üçün 100 manat məbləğində aliment tutulması qət edilməsinə baxmayaraq, Sabiq Qasımov məhkəmə qətnaməsini qərəzli olaraq icra etməkdən boyun qaçırır. Dəfələrlə borcun ödənilməsi barədə ona xəbərdarlıq edilsə də, o, müxtəlif bəhanələrlə bundan yayınmış, uşaqlarla maraqlanmamış, onları maddi cəhətdən təmin etməmişdir. Özü işləmir, bu səbəbdən uşaqlarının təminatını tam olaraq ödəyə bilmir. xx.xx.2021-ci il tarixə 3,400.00 manat borc yaranmışdır, lakin Təqsirləndirilən şəxs bu müddətdə borcu ödəməmişdir. Hazırda onun borcu 3,400.00 manatdan artıqdır. Təqsirləndirilən şəxsə ciddi cəza təyin edilməsini xahiş etmişdir. Şahid1 ifadəsində bildirmişdir ki, Yevlax rayon İcra və Probasiya şöbəsinin icra məmuru vəzifəsində işləyir. Yevlax Rayon Məhkəməsinin 27 fevral 2018-ci il tarixli, 2(039)- 139/2018 saylı qətnaməsi əsasında icra vərəqəsi onun icraatına daxil olmuş və onun tərəfindən 19 fevral 2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İcra sənədinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 16 yanvar 2018-ci il tarixdən etibarən hər ay hər uşağa görə 100 manat olmaqla, hər ay cəmi 200 manat məbləğində sabit aliment pulu alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Təqsirləndirilən şəxs tələbin könüllü icra olunmasına dair bildiriş göndərilmiş, ona məhkəmə qərarını icra etməsi üçün dəfələrlə şifahi və rəsmi xəbərdarlıqlar olunmuşdur. Buna baxmayaraq onun tərəfindən məhkəmə qərarı qərəzli olaraq icra olunmamışdır. Qətnamə borclu tərəfindən icra olunmadığından inzibati məsuliyyətə cəlb olunması üçün onun barəsində inzibati protokol tərtinb edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə təqdim edilmişdir. Yevlax Rayon Məhkəməsinin 14 iyul 2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 08 gün müddətinə həbs edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin tələblərinə əsasən ona icra üçün yeni müddət təyin edilmiş, habelə həmin müddət keçdikdən sonra borclu olduğu alimentin ödənilməsi tərəfindən təmin edilməsə, barəsində qanunvericiliyə müvafiq qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq orqana təqdimat veriləcəyinə dair xəbərdarlıqlar olunmuş, lakin borclu yenə də, öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Borclu "xxxx" MMC-də sosial işçi kimi qısa zamanda işə cəlb olunsa da, xx.xx.2020-ci il tarixdə əmək müqaviləsinə xitam verilmiş və işə düzəlməsi üçün cəhd göstərməmişdir. Borclu tələbkara aliment pulundan heç bir ödəniş etməmiş və bunun nəticəsində xx.xx.2021-ci il tarixə 3400,00manat borc yaranmışdır. Yevlax Rayon Məhkəməsinin 27 fevral 2018-ci il tarixli, 2(039)-139/2018 saylı qətnaməsinin surətindən müəyyən edilir ki, həmin qətnamə ilə xx.xx.2017-ci il tarixdən hesablanmaqla xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2018-ci il tarixdən hesablanmaqla xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100.00 manat olmaqla, cəmi 200.00 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Nəbiyeva (Qasımova) Aytac Nəbi qızına ödənilməsi qət edilmişdir. Həmin qətnamə əsasında verilmiş icra vərəqəsi üzrə icra məmuru tərəfindən 19 fevral 2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Məhkəmə qərarının icra edilməli olması barədə dəfələrlə Təqsirləndirilən şəxs xəbərdarlıq edilmişdir. Yevlax Rayon Məhkəməsinin 14 iyul 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ilə Təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinmiş və o, 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Məhkəmə işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli olması, yəni qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməsi, özünün etirafedici ifadəsi ilə yanaşı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, şahidin ifadələri və işin digər halları ilə tam sübuta yetirilmiş və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xaraktеrini və ictimai təhlükəlilik dərəcəsini, оnun şəxsiyyətini, cəzanı ağırlaşdıran və yüngülləşdirən halların оlmadığını nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzanın tətbiq edilməsi onun islah olunmasına xidmət etməyəcəkdir, belə ki, vurulmuş ziyan onun tərəfindən ödənilməmiş, buna cəhd belə edilməmişdir. Bu səbəbdən ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiqdir. Cəzasının əvvəli barəsində həbs qətimkan tədbiri seçilməsi barədə məhkəmə qərarı icra edildiyi 28 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Müdafiəçi dövlət vəsaiti hesabına göstərdiyi hüquqi yardıma məhkəmə zamanı 7 saat hesablanmaqla hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-nin 193.2ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 28 iyun 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Dövlət hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 42 manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Hüquq Bürosunu vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən : Toğrul Əliyev
Məhkəmə qərarları › İş №1(039)-65/2022
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-65/2022
13.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver