Məhkəmə qərarları › İş №1(039)-66/2020

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-66/2020

04.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-66/2020 04.06.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət İttihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Şəki şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Yevlax rayonu Dəmiryol binası 23/8 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsiilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitə dövriyyəsində şübhəli şəxs kimi xx xxxxxx 2020-ci il tarixdə, saat 13:00 radələrində Yevlax şəhəri, H.Əliyev prospektində saxlanılıb, üzərində həmin gün saat 13:25 radələrində müdafiəçi-vəkilin iştirakı və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində əynindəki şalvarın sol yan cibindən gümüşü rəngli kağız bükülüdə istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi, saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda -0,368 qram çəkidə narkotik vasitə olan heroin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilməklə götürülmüşdür. Göstərilən xüsusatlar təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitədən istifadə etsə də, xx xxxxxx 2020-ci il tarixdə Yevlax rayon Polis Şöbəsində üzərində axtarış aparılarkən əynindəki şalvarın cibindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroin ona aid olmamışdır. Həmin gün günorta saatlarında Yevlax şəhəri H.Əliyev prospektində gəzərkən polis əməkdaşları ona yaxınlaşaraq “kvartalın əvvəlidir içəri getməlisən” deyərək onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində polis əməkdaşları ona narkotik vasitəni üzərində saxlayıb gəzdirməyini etiraf etməsə, gedib atasının evinə küllü miqdarda narkotik vasitə qoyacaqlarını bildirərək, ona hədə-qorxu gəlmişlər. Hədə-qorxu gəldikləri üçün polis əməkdaşları tərəfindən cibinə qoyulan narkotik vasitənin ona məxsus olmasını etiraf etmişdir. Son olaraq verilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini, üzərində tapılan narkotik vasitənin ona məxsus olmadığını qeyd etməklə barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, əvvəllər narkotik vasitə olan heroin istifadə etmişdir. xx.xx.2020-ci il tarixdə saat 18 radələrində Yevlax şəhəri Pişəvəri küçəsində keçmiş hamamın yaxınlığında yerdən bir ədəd gümüşü siqaret kağızına bükülmüş bükülü tapmış, bükülünü açıb içərisinə baxarkən bükülünün içərisindəkinin heroin olduğunu bilmiş və həmin narkotik vasitəni istifadə etmək üçün götürüb özündə saxlamışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 13 radələrində Yevlax rayonu H.Əliyev prospektində polis əməkdaşları hərəkətlərindən şübhələnərək ona yaxınlaşıb özlərini təqdim edərək onu rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində vəkilin iştirakı və video çəkilişlə onun üstünə baxış keçirilmiş, Yevlax şəhəri Pişəvəri küçəsindən tapdığı bükülünü onun üstündən aşkar etmişlər. Sorğu zamanı o, bükülünün içərisindəkinin narkotik vasitə- heroin olduğunu, həmin heroini xx.xx.2020-ci il tarixdə saat 18:00 radələrində taparaq özü istifadə etmək üçün cibinə qoyduğunu etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən X3 ifadəsində göstərmişdir ki, 2020-ci il fevral ayının 03-də Təqsirləndirilən şəxs narkotik vasitə saxlayıb gəzdirməsi barədə alınmış məlumat əsasında qərar qəbul edilmişdir. Həmin gün saat təxminən 13:00 radələrində Yevlax rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili X4 ilə birlikdə Yevlax şəhər H.Əliyev prospektinə getmişlər, Turalı izləmişlər və sonra ona yaxınlaşıb rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində təhqiqatçi tərəfindən vəkil dəvət edilmiş, Turala hüquq və vəzifələrini izah etdikdən sonra video çəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı Turalın əynindəki şalvarının cibindən siqaret kağızına bükülmüş bükülünün içərisində narkotik maddə olan heroinə bənzər ağ-sarımtıl kütlə aşkar etmişlər. Sorğu zamanı Tural bükülünün içərisindəkinin narkotik vasitə olan heroin olduğunu, həmin heroini xx.xx.2020-ci il tarixdə saat 18:00 radələrində Pişəvəri küçəsində yerdən taparaq özü istifadə etmək üçün cibinə qoyub saxlayaraq gəzdirdiyini etiraf etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş şahid Yevlax rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən X2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2020-ci il fevralın 03-də ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik saxlayıb gəzdirməsi barədə alınmış məlumat əsasında qəbul edilmiş “Əməliyyat tədbirlərinin" keçirilməsi barədə qərar qəbul edildikdən sonra həmin gün saat təxminən 13:00 radələrində Yevlax rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili X3 ilə birlikdə Yevlax şəhər H.Əliyev prospektinə getmişlər, Turalı izləmişlər və sonra ona yaxınlaşıb rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində təhqiqatçi tərəfindən vəkil dəvət edilmiş, Turala hüquq və vəzifələrini izah etdikdən sonra video çəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı Turalın əynindəki göy rəngli şalvarının sol yan cibindən siqaret kağızına bükülmüş bükülünün içərisində narkotik maddə olan heroinə bənzər ağ-sarımtıl kütlə aşkar etmişlər. Sorğu zamanı Tural bükülünün içərisindəkinin narkotik vasitə olan heroin olduğunu, həmin heroini xx.xx.2020ci il tarixdə saat 18:00 radələrində Pişəvəri küçəsində yerdən taparaq özü istifadə etmək üçün cibinə qoyub saxlayaraq gəzdirdiyini etiraf etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:00-də şübhəli şəxs qismində tutulmuşdur. (iş vər. 17-18); şəxsi axtarış və götürmə haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynində olan göy rəngli şalvarın sol yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükülünün içərisindəki narkotik maddə olan heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. (iş vər. 24-31); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx xxxxxx 2020-ci il tarixli 20/152a nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş gümüşü kağız bükümdə, təmiz çəkisi 0,386 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (tədqiqata istifadə olundu 0,005 qram, qalıq 0,381 qram) (iş vər. 38-39); qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxxxx 2020-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (iş vər. 61-62); məhkəmə kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli 101 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş və tədqiqata təqdim edilmiş üzərində: “vət Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri yazılmış, 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi-0,368 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroinin təmiz çəkisi – 0,368 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq- 0,318 qram təşkil etmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 69,10 manatdır. (iş vər. 80-81); maddi sübut kimi tanınma haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş, tədqiqatdan sonra qalan təmiz çəkisi 0,318 qram olan heroin və kompakt disk iş üzrə maddi sübut kimi tanınmışdır. Heroin saxlanılması üçün Yevlax rayon Polis Şöbəsinə təhvil verilmiş, baxış zamanı aparılmış videoçəkilişi əks etdirən disk cinayət işinə əlavə edilmişdir. (iş vər. 82) məhkəmə narkoloji ekspertizasının xx xxxxx 2020-ci il tarixli 284 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs heroindən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. (iş vər. 94); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Qazax Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir.( iş vər.65); Qazax Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmündən görünür ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.(iş vər. 72-75) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi ifadəsi, şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli hesab etməyərək, üzərində tapılan narkotik vasitənin ona məxsus olmaması, ibtidai istintaq zamanı ona hədə-qorxu gəlinərək verilmiş ittiham üzrə özünü təqsirli bilməyə məcbur edilməsi ilə bağlı ifadələrinə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Bununla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin olunmuş, üzərində şəxsi axtarış aparılarkən müdafiəçiyə ona qarşı hədə-qorxu gəlindiyini, narkotik vasitənin ona məxsus olmamasını bildirməmiş, ona qarşı edilən “qanunsuz hərəkətlərlə” bağlı müvafiq orqanlara müraciət etməmiş və verilmiş ittihamı təkzib edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan ifadələr, eləcə də, məhkəmə baxışının gedişatında şahidlər tərəfindən verilmiş ifadələrin qarşılıqlı şəkildə tədqiqi, ibtidai istintaq zamanı keçirilmiş istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadələri ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin qeyd olunan hallara istinad edilməklə qurulmuş müdafiəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmasını, üzərindən məhkumluğunun götürülmədiyi və ödənilmədiyi halda yenidən qəsdən cinayət törətməsini, yəni cinayətin residivini iş üzrə cəzanı ağırlaşdıran hal kimi (CM-61.1.1) nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın yarısından az olmamalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən (müəyyən edilməmişdir) və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həmdə hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyinin əzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs Rzayev X5 Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (müəyyən edilməmişdir) və ağırlaşdıran hallarhabelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət cəzasından çıxılmalı (CM- 69.3), cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablanmalı (CPM- 158.2.1, 158.6), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin qalığı məhv edilməli, kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı (CPM- 132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməklə Təqsirləndirilən şəxs məhkəmə zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. İş üzrə maddi sübut olan və Yevlax rayon Polis şöbəsində saxlanılan 0,318 qram çəkidə narkotik vasitə-heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə 69 (altmış doqquz) manat 10 (on) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaqda göstərdiyi 38 (otuz səkkiz) saat, məhkəmədə göstərdiyi 12 (on iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 300 (üç yüz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və protesti verilmədiyi halda, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar