Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-66/2021 28.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs , Cinayət qanuni ilə nəzərdə tutulmuş şəxs əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1986-cı il tarixdə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş yekun protokolda qeyd olunur ki, o, xx.xx.2021-ci il tarixdə saat 03:15 radələrində öz yaşadıqları Yevlax şəhəri, Firdovsi küçəsi, 74 nömrəli evdə aralarında yaranmış mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs yumruq-təpik zərbələri ilə və dəmir çəkic il vuraraq ona xəsarət yetirmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü istinad edilən əməldə təqsirli bilərək söyləmişdir ki, Zərərçəkmiş şəxs ilə 2016-cı ildən faktiki nikah münasibətlərində olmuşdur. Bu münasibətlərdən bir azyaşlı övladı var. xx xxxx 2021-ci il tarixdə gecə saat təxminən 03:00-da qardaşı arvadı Aytəkin onu yuxudan oyadaraq Ülviyyənin Elmirlə birlikdə qonaq otağında olduğunu söyləmişdir. Yataqdan qalxıb, əynini geyinib qonaq otağına keçmiş və bu zaman Ülviyyə ilə Elmirin yanaşı oturaraq söhbət etdiklərini görmüşdür. Elmirin əynində yalnız alt paltarı olmuşdur. Bundan hiddətlənərək Elmirin üstünə gedib onu vurmaq istəsə də Elmirin onun əlindən çıxıb qaçmışdır. Gördüyü səhnədən çox əsəbi olduğundan Ülviyyənin bədəninin müxtəlif nahiyyələrindən vurmuşdur. Mübahisə zamanı səsə gələn qardaşı Ehtiram və anası Kifayət onları aralayıb sakitləşmişdir. Sonradan Ülviyyə ondan şikayət etmişdir. Hazırda arvadı Zərərçəkmiş şəxs ilə barışdığını bildirərək, barəsində cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxsla təxminən 4 ildir ki, faktiki nikah münasibətlərindədir və 1 azyaşlı qızları var. Təqsirləndirilən şəxs valideynləri, qardaşı Ehtiram və onun arvadı Aytəkinlə bir evdə yaşamışlar. xx xxxx 2021ci il tarixdə, təxminən gecə saat 01:00-də Aytəkin ondan xahiş etmişdir ki, onunla eyni otaqda yatsın. Onun xahişini nəzərə alıb Aytəkinin yatdığı otağa keçib həmin otaqda yatmışdır. Gecə saat təxminən 03:00-da yuxudan oyanmış və otaqda işığın yanmadığını görmüşdür. Aytəkin bildirmişdir ki, işıq həyətdən sönüb. Qaranlıq olduğundan otaqda kimin olduğunu görməmişdir. Bundan bir neçə dəqiqə sonra işığı yandıranda qayınanası Kifayətin qardaşı oğlu Qarakişi adı ilə tanınan X3 yarıçılpaq vəziyyətdə otaqda olduğunu görmüşdür. Elə bu zaman da əri İlkinin həmin otağa daxil olmuş və gördüyündən əsəbləşərək Elmiri vurmaq üçün onun üstünə getmişdir. Elmir onun əlindən çıxaraq otaqdan qaçıb getmişdir. İlkin əsəbi olduğundan onun üstünə gəlib onu bədənin müxtəlif nahiyyələrindən vurmağa başlamış, daha sonra isə dəmir çəkiclə onun ayaqlarından vuraraq ona xəsarət yetirmişdir. Səs-küyə qayınanası gəlib İlkini ondan aralaşdırmışdır. Təqsirləndirilən şəxsla artıq barışmışdır, ona qarşı hər hansı bir tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X1 bildirmişdir ki, oğulları Ehtiram və İlkinin ailələri ilə bir evdə yaşayırlar. xx xxxx 2021-ci il tarixdə, gecə öz yataq otağında yatan zaman, təxminən saat 03:00-da qonaq otağından yüksək səslərin gəldiyini eşitmiş və dərhal həmin otağa getmişdir. Otağa daxil olduqda oğlu İlkinin yerdə uzandığını, gəlini Ülviyyənin isə döyülmüş halda kənarda oturduğunu görmüşdür. Sonradan İlkin ona bildirmişdir ki, onun qardaşı oğlu X5 ilə bir otaqda yalnız alt paltarında gördüyündən hiddətlənmiş və Elmiri vurmaq istəyərkən Elmir orada qaçmışdır. Məhkəmə-tibb ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 663 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət-hər iki gözətrafı nahiyyənin, sağ yanağın, sol saidin aşağı 1/3-nin ön səthinin, sol əlin arxa səthinin, sağ saidin yuxarı 1/3-nin arxa səthinin, sağ bazunun yuxarı 1/3-nin yan səthinin, sol budun yuxarı 1/3-nin yan səthinin, sağ kürəkaltı nahiyyənin qançırları küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 13.03.21-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən sol budun qançırları səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa “yüngül” zərər vuran xəsarətə, qalan digər xəsarətlər sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. (səh.08- 09) Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli olması özünün etirafı, zərər çəkmiş şəxsin və şahidin ifadəsi, ekspertiza rəyi ilə tam sübuta yetirilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ayrı-ayrılıqda ərizə təqdim edərək barışdıqlarını bildirməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Cinayət Məcəlləsi: Maddə 73.2. Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Prosessual Məcəllə: Maddə 40.3. Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Maddə 43.1.2. Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə artıq barışmasını nəzərə alaraq məhkəmə hesab edir ki, cinayət təqibinə xitam verilməlidir. Şərh olunanlara əsasən və Cinayət Prosessual Məcəlləsinin 321, 344 və 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərər çəkmiş şəxslə barışdığından, xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə məhkəmə dövrü üçün 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №1(039)-66/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-66/2021
28.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver