Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-66/2022 05.04.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət İttihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1959-cu il tarixdə Yevlax rayonu, Xanabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində 27 yanvar 2022-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Yevlax rayonu, Xanabad kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə Yevlax rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş «Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları»nın 2-ci bəndinin 2.5.1 və 2.5.21-ci hissəsinin tələblərini pozaraq, yəni balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədi ilə 06 yanvar 2022-ci il tarixdə saat 18 radələrində Yevlax rayonu, Xanabad kəndi istiqamətində Mingəçevir su anbarının Xanabad körfəzinin sahilinə gələrək orada özü ilə gətirdiyi 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar, 01 ədəd rezin kombinezon, 02 ədəd hər birinin uzunluğu 30 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 20x20 mm olan jılka adlandırılan sintetik sapdan toxunmuş tordan istifadə etməklə 07 yanvar 2022-ci il tarixə saat 17:00-dək olan müddət ərzində 33 ədəd sıf balıqlarını qanunsuz tutaraq balıq ehtiyyatlarına xeyli miqdarda, yəni ümumilikdə 1089 (min səksən doqquz manat) manat məbləğində ziyan vurmuş və həmin tarixdə saat 17:20-də radələrində qanunsuz tutduğu balıqlarla birlikdə sahilə çıxarkən X7 İdarəsinin Mingəçevir XPM-nin əməkdaşları tərəfindən saxlanılmış və baxış zamanı ondan 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar, 01 ədəd rezin kombinezon, 02 ədəd hər birinin uzunluğu 30 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 20x20 mm olan jılka adlandırılan sintetik sapdan toxunmuş tor və 33 ədəd sıf balıqları aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə ona elan olunan ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, 06 yanvar 2022-ci il tarixdə saat 18 radələrində Yevlax rayonu, Xanabad kəndi istiqamətində Mingəçevir su anbarının Xanabad körfəzinin sahilinə gəlmiş və 1 ədəd taxta qayıqdan, 2 ədəd taxta avarlardan və 1 ədəd rezin kombinezondan istifadə edib su anbarına girmişdir. Sonra özünə məxsus olan jılka adlandırılan sintetik sapdan toxunmuş, hər birinin uzunluğu 30 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 20x20 mm. olan 2 ədəd balıq torlarını suda qurub yaşadığı evə qayıtmışdır. Ertəsi gün, yəni 07 yanvar 2022-ci il tarixdə təxminən saat 17:00-da qurduğu torları yoxlamaq məqsədi ilə yenidən Yevlax rayonu, Xanabad kəndi istiqamətində Mingəçevir su anbarının Xanabad körfəzinin sahilinə gəlmiş və su anbarına girmişdir. Torları qurduğu yerə gəldikdən sonra torları sudan çıxardıqda çoxlu sayda sıf balıqları tutduğunu görmüşdür. Saat 17:20-də tutuduğu balıqları torlarla birlikdə qayığa yığıb sahilə çıxarkən Su NPİ-nin Mingəçevir XPM-nin əməkdaşları onu saxlamışlar. Yoxlama zamanı polis əməkdaşları istifadə etdiyi 1 ədəd taxta qayığı, 2 ədəd taxta avarları, 1 ədəd rezin kombinezonu, jılka adlandırılan sintetik sapdan toxunmuş, hər birinin uzunluğu 30 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 20x20 mm. olan 2 ədəd torları və həmin torların vasitəsi ilə tutduğu sıf balıqlarını götürmüşlər. Sorğu zamanı polis əməkdaşlarına bildirmişdir ki, Yevlax rayonu, Xanabad kəndi istiqamətində Mingəçevir su anbarının Xanabad körfəzində torla balıq tutmaq üçün rəsmi icazəsi yoxdur. Dəvət olunmuş hal şahidlərinin iştirakları ilə özünə məxsus balıqovlama vasitələrinə və tutduğu sıf balıqlara baxış keçirilərkən məlum olmuşdur ki, balıqların sayı 33 ədəddir. Məhkəmədən son sözündə ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəməsini və əməlindən səmimi peşmançılığını nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. İş üzrə mülki iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə teleqram ünvanlayaraq Təqsirləndirilən şəxs tərəfindən təbiətə dəymiş ziyanın tam şəkildə ödənildiyini və Elbrus Əhmədovdan heç bir şiakyət və tələbinin olmadığının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 İdarəsinin Mingəçevir XPM-nin polis nəfəri Şahid4 ifadəsində göstərdi ki, 07 yanvar 2022-ci il tarixdə X7 idarəsinin Mingəçevir xətt polis məntəqəsinin əməkdaşları ilə birlikdə xidməti ərazidə qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli tədbir keçirilərkən, həmin tarixdə saat 17 radələrində Yevlax rayonu, Xanabad kəndi istiqamətində Mingəçevir su anbarının Xanabad körfəzində balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs saxlanılmışdır. Dəvət olunmuş hal şahidlərinin iştirakları ilə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar, 01 ədəd rezin kombinezon, 02 ədəd hər birinin uzunluğu 30 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 20x20 mm olan jılka adlandırılan sintetik sapdan toxunmuş tor və 33 ədəd sıf balıqları aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 33 ədəd sıf balıqlarını özünə məxsus 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar, 01 ədəd rezin kombinezon, 02 ədəd hər birinin uzunluğu 30 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 20x20 mm olan jılka adlandırılan sintetik sapdan toxunmuş tor vasitəsi ilə rəsmi icazəsi olmadan Yevlax rayonu, Xanabad kəndi istiqamətində Mingəçevir su anbarının Xanabad körfəzindən tutmuşdur. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, Yevlax rayonu, Xanabad kəndi istiqamətində Mingəçevir su anbarının Xanabad körfəzindən balıq tutmağa onun rəsmi icazəsi yoxdur. Baxışın keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş və həmin protokol tədbir iştirakçıları tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X7 İdarəsinin Mingəçevir XPM-nin polis nəfərləri Şahid2 və Şahid3 Şahid4 ifadəsinə oxşar eyni məzmunlu ifadə verdilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 10.01.2022-ci il tarixli balıq ehtiyatlarına vurulmuş ziyan barədə mütəxəssis arayışından görünür ki, 07.01.2022-ci il tarixdə Təqsirləndirilən şəxs 33 ədəd sıf balıqlarını qanunsuz tutması nəticəsində balıq ehtiyyatlarına 1089,00 (bir min səksən doqquz) manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmətinin 10.01.2022-ci il tarixli, 21/08 nömrəli məktubundan görünür ki, 10.01.2022-ci il tarixə kimi Yevlax rayonu, Xanabad kənd sakini Təqsirləndirilən şəxs Mingəçevir su anbarında balıq və digər su bioresurslarının sənaye ovuna balıqovlama bileti verilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Bank Respublika ASC tərəfindən verilmiş 09.03.2022 və 16.03.2022-ci il tarixli qəbzlərdən görünür ki, Əhmədov X4 və Təbii Sərvətlər Nazirliyinə vurmuş olduğu 1091 (bir min doxsan bir) manat ziyanı tam şəkildə ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən qəbzdən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar, 01 ədəd rezin kombinezon, 02 ədəd hər birinin uzunluğu 30 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 20x20 mm olan jılka adlandırılan sintetik sapdan toxunmuş tor X7 İdarəsinin Mingəçevir XPMnin rəisi, polis mayoru Şahid1, 33 ədəd sıf balıqları tez xarab olan ərzaq malı hesab edildiyi üçün 07.01.2022-ci il tarixdə "xxxx" ASC-yə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsi barədə ********* saylı material üzrə araşdırma aparılmış və 15.11.2021-ci il tarixdə Yevlax RPŞ-i tərəfindən ********* saylı material üzrə Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İHB-nın Ərəbbəsrə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X5 Departamenti 10 yanvar 2022-ci il tarixli iddia ərizəsi ilə ibtidai istintaq zamanı müraciət edərək, 33 ədəd sırf balığına görə dəymiş 1089 (bir min səksən doqquz) manat ziyanın Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesablaşma hesabına köçürülməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs balıqları qanunsuz tutması nəticəsində təbiətə vurmuş olduğu 1089 (bir min səksən doqquz) manat ziyanı tam şəkildə ödəmişdir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi tövsüf edilmiş və o, həmin maddə ilə də cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də işdə cəzanı ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs dəymiş ziyanı ödəməsini, əməlindən səmimi peşman olmasını və yaşadığı yer üzrə müsbət xasiyyətləndirilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 256.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinin tələbinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası CPM-nin 181.1.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanuni nəzərdə tutulmuş əməllə vurulduqda fiziki və hüquqi şəxslər vurulmuş ziyana görə mülki iddia qaldırmaq hüququna malikdir. Həmin Məcəllənin 181.2-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan halda isə əmlakın natura şəklində ödənilməsini əldə edə bilər. Təqsirləndirilən şəxs tərəfindən 1089 (bir min səksən doqquz) manat məbləğində mülki iddianın tam ödənilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar, 01 ədəd rezin kombinezon, 02 ədəd hər birinin uzunluğu 30 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 20x20 mm olan jılka adlandırılan sintetik sapdan toxunmuş tor dövlət nəfinə müsadirə edilməklə Azərbaycan Respublikası ETSN-nin BRAM Departamentinin Daxili Su X6 təhvil verilməlidir. İş üzrə 33 ədəd sırf balıqlarının "xxxx" ASC-yə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə, qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-354, 356, 358-ci maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmaqla, 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs islah işləri cəzasını əsas iş yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli işlədiyi və qazancından tutulmaların aparıldığı gündən (vaxtdan) hesablansın. Təqsirləndirilən şəxs tərəfindən 1089 (bir min səksən doqquz) manat məbləğində mülki iddianın tam ödənilməsi nəzərə alınsın. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs götürülmüş X7 İdarəsinin Mingəçevir xətt polis məntəqəsinin rəisi polis mayoru Şahid1 saxlanılan 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar, 01 ədəd rezin kombinezon, 02 ədəd hər birinin uzunluğu 30 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 20x20 mm olan jılka adlandırılan sintetik sapdan toxunmuş tor dövlət nəfinə müsadirə edilməklə Azərbaycan Respublikası ETSN-nin BRAM Departamentinin Daxili Su X6 təhvil verilsin. İş üzrə 33 ədəd sırf balıqlarının "xxxx" ASC-yə təhvil verilməsi nəzərə alınsın. Hökmün icrası Yevlax rayon İcra və Probasioya Şöbəsinə həvalə olunsun. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-66/2022
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-66/2022
05.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver