Məhkəmə qərarları › İş №1(039)-66/2023

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-66/2023

07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-66/2023 07.03.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X7 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1978-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Yevlax şəhəri Məmmədəliyev küçəsi ev 7-də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 07 mart 2023-cü il tarixdə Yevlax rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuş və silah qismində istifadə olunan əşyalardan istifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərlə qəsdən xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 20 sentyabr 2022-ci il tarixdə saat 20:00 radələrində ünvan 1 ünvanında yerləşən yaşadığı evin qarşısındakı küçədə qonşuları və qohumluq münasibətində olduqları X5, Zərərçəkmiş şəxs2 və X8 ilə aralarında sonuncuların qardaşı Maksum adlı şəxsin onun evindən oğurluq etdiyini digər şəxslərin yanında deməsini ona irad tutmaları səbəbindən yaranmış mübahisə zamanı o, heç bir əsaslı səbəb olmadan öz şəxsiyyətini digərlərinin şəxsiyyətindən üstün tutmaqla ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış, ictimai, birgəyaşayış qaydalarına etinasızlıq göstərib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qəsdən hərəkətlər etməklə ictimai yer hesab edilən küçədə ucadan X2, Zərərçəkmiş şəxs2 və X6 ünvanlarına ucadan nalayiq söyüşlər söyərək orada olan çoxsaylı şəxslərin gözü qarşısında qəfildən əlində olan istintaqla müəyyən edilməyən silah qismində istifadə etdiyi ağac parçası ilə əvvəlcə Zərərçəkmiş şəxs2 vuraraq sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran sağ tərəf təpə nahiyəsinin əzilmiş yarası, sol kürək altı nahiyənin qançırı, sağ bazunun orta 1/3-nin ön səthinin qançır fonunda dişləmə izi xəsarətləri və X4 həmin silah qismində istifadə etdiyi ağac parçası ilə qəsdən xuliqanlıq niyyətilə vuraraq sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran bazu sümüyünün aşağı 1/3-nin qapalı sınığı və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən sol biləyin səthi kəsilmiş yarası xəsarətləri yetirməklə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmuş və silah qismində istifadə edilən əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə qəsdən xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, qonşusu yəni onun ögey qardaşı Muradın oğlu Maksum xx.xx.2022-ci il tarixdə yaşadığı evə girərək evdən oğurluq etmişdir. Sonradan Səlimin arvadı Bəsti evə gəldikdən sonra əşyaların yoxa çıxdığını görmüş və ondan həmin əşyaların harada olduğunu soruşmuş, o da heçnəyi bilməmişdir. Bundan sonra onun arvadı Bəsti Maksumun barəsində polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Saat təxminən 20:00 radələrində o arvadı ilə evdə olan zaman Murad, oğlanları Maksum, Mansur, kürəkəni Salam, qızları Gülpəri, Rəsmiyyə və Sveta onun yaşadığı evin qarşısına gəlmişlər. İlk öncə Gülpəri və digərləri küçədə dayanıb onun yaşadığı evin pəncərələrinə daş ataraq pəncərənin şüşəsini daşla vurub qırmışlar. Daha sonra həmin şəxslər onun yaşadığı evin həyətinə girərək onlara hücum çəkmişlər. Gülpəri onun arvadı Bəsti ilə mübahisə etmiş və arvadı Bəstiyə nalayiq söyüşlər söymüşdür. Muradın oğlu Mansurla kürəkəni Salam isə onun oğlunun arvadı Zivərlə mübahisə etdiklərini görmüşdür. Bundan başqa Maksumun ona hüçüm çəkdiyini və əlində olan ağaç parcası ilə onu vurmaq istədiyini, lakin Maksumun onu vura bilmədiyini, az sonra Rəsmiyyə və Sveta yaşadığı evin qarşısına gəldiklərini onlar onun arvadı Bəsti ilə mübahisə etməyə başladıqlarını və onlara yaxınlaşaraq sakitləşdirmək istəmişdir, lakin Rəsmiyyə ona qarşı nalaiq söyüş söymüş və o əsəbləşərək əlində olan ağac parcası ilə Rəsmiyyənin qolundan vurmuşdur. Bundan sonra hadisə yerinə polis əməkdaşlarının gəldiyini və həmin vaxt orada olan X11 Yardıma zəng etdiyini az sonra küçəyə X16 maşının gəldiyini Gülpərini Yevlax ŞMX-na apardıqlarını, dava-dalaş zamanı Gülpərini və Rəsmiyyəni o ağacla vurmuş olduğunu lakin Svetanın kim tərəfindən döyülməsini görməmişdir. Məhkəmədən son sözündə əməlindən səmimi olaraq peşman olmasını, bir daha belə hallara yol verməyəcəyini, zərərçəkmiş şəxslərlə barışdığını, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmamasını və himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan daha yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, qonşusu Hüseyn onun qardaşı Maksuma satması üçün bir ədəd yağ və iki ədəd şampun vermişdir. Həmin vaxt Hüseynin arvadı Bəsti Bakı şəhərində olmuş, Yevlax şəhərinə qayıdandan sonra isə Bəsti əri Hüseyndən yağı və şampunu soruşmuş, Hüseyn yalandan arvadı Bəstiyə yağı və şampunu qardaşı Maksumun oğurladığını bildirmişdir. Əsil həqiqətdə isə onun qardaşı yağı və şampunu oğurlamamışdır. Buna görədə onların arasında mübahisə yaranmışdır. xx.xx.2022-ci il tarixdə o, bacısı Sveta ilə bu məsələyə aydınlıq gətirmək üçün Bəsdi ilə Hüseynin yaşdığı evin qarşısına getmişlər. Onlar Hüseynin yaşadığı evin qarşısına çatan zaman bacısı Gülpərinin Hüseynin yaşadığı evin həyətinin qarşısında yerdə yatılı vəziyyətdə olmasının şahidi olmuşlar. Onlar bacıları Gülpərini yerdən qaldıraraq götürmək istəyən zaman Hüseyn əlinə ağac parçası alaraq onlara tərəf gəlmiş və onun sol qol nahiyəsinə bir dəfə bərk vurmuşdur. Bundan sonra həmin yerdə olan onun bacısı Sveta və digər şəxslər tibbi yardım çağıraraq onu və bacısı Gülpərini Yevlax ŞMX-na aparmışlar. O, həmin yerdə Hüseyn tərəfindən Gülpərinin vurulmasının şahidi olmamış, lakin xəstəxanada bacısı Gülpəri ona Hüseyinin onu ağacla baş və bel nahiyələrindən ağac parçası ilə vurduğunu, Həmçinin Hüseyinin qolunu dişlədiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə o, Maksumun məsələsinə aydınlıq gətirmək üçün Hüseynin yaşadığı ünvana getmişdir. O, həmin ünvana çatanda Bəsti onu görmüş və onun üstünə cumaraq onunla mübahisə etməyə başlamışdır. Bu zaman Bəstinin əri Hüseyn ağac parçası ilə onun bel nahiyəsinə vurduğunu və qolunu dişləmişdir. O isə yerə yıxılmış və özündən getmişdir. O, özünə gəldikdə isə bacıları Rəsmiyyə və Svetanın, qızı Sevginin, qardaşları Maksum və Mansurun onu yerdən qaldırdıqlarını görmüşdür. Bundan sonra onu və bacısı Rəsmiyyəni Yevlax ŞMX-na aparmışlar. Yolda o, bacısı Rəsmiyyənində xəsarət almasının şahidi olmuşdur. Lakin o, bacısının kimin tərəfindən vurulmasını görməmişdir. O, həmin yerdə Hüseyn və Bəstinin kiminsə tərəfindən döyülməsinin şahidi olmamış, həmin şəxslərdən heç birini döyməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə o, bacısı Rəsmiyyə ilə qardaşı Maksumun məsələsinə aydınlıq gətirmək üçün Bəsti ilə Hüseynin yaşadığı evin qarşısına getmiş onlar Hüseynin yaşadığı evin qarşısına çatanda, bacısı Gülpərinin Hüseynin yaşadığı həyətin qarşısında yerdə yatılı vəziyyətdə olmasının şahidi olmuşlar. Onlar bacıları Gülpərini yerdən qaldırıb götürmüşlər. Daha sonra onlar tibbi yardım ilə bacılar Gülpəri və Rəsmiyyəni Yevlax ŞMXna aparmışlar o, həmin yerdə Hüseyn tərəfindən bacısı Rəsmiyyənin sol qol nahiyəsinə ağac parçası ilə vurmasını gördüyünü və digər bacısı Gülpərinin də Hüseyn tərəfindən vurulmasını eşitdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə onun qızları Sveta, Rəsmiyyə Maksumun məsələsinə aydınlıq gətirmək üçün Bəsdi ilə Hüseynin yaşdığı evin qarşısına getmişlər. Onlar Hüseynin yaşadığı evin qarşısına çatan zaman Gülpərinin Hüseynin yaşadığı evin həyətinin qarşısında yerə uzanmış vəziyyətdə olmasının şahidi olmuşlar. O, qızı Gülpərini yerdən qaldırıb götürmüşdür. Bundan sonra onların aralarında mübahisə yaranmış və həmin vaxt Hüseyn əlinə ağac parçası alaraq gəlib onun qızı Rəsmiyyənin sol qol nahiyəsinə bir dəfə bərk vurmuşdur. Bundan sonra həmin yerdə olan qızı Sveta və digər şəxslər X16 çağıraraq onları yəni hər üçünü Yevlax ŞMX-na aparmışlar. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə-Tibbi Ekspertizasının xx.xx.2022-ci il tarixli, 618 saylı rəyindən görünür ki, X3 aşkar edilmiş xəsarətlərdən-bazu sümüyünün aşağı 1/3-nin qapalı sınığı küt alətin, sol biləyin səthi kəsilmiş yarası iti kənarlı alətin, ola bilsin bıçağın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən bazu sümüyünün sınığı səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa Az Ağır zərər vuran xəsarətlərə aid edilir. Səthi kəsilmiş yara sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, 620 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 aşkar edilmiş xəsarətlər sağ tərəf təpə nahiyyəsinin əzilmiş yarası, sağ bazunun orta 1/3nin ön səthinin qançır fonunda dişləmə izi, sol kürəkaltı nahiyənin qançırı məhdud təsir səthinə malik küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa Yüngül zərər vuran xəsarətlərə aid edilir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər İHB-nın 1 saylı İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə qismən müsbət xarakterizə olunur, və himayəsində bir azyaşlı övladı var. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa zərərçəkmiş şəxslərin, şahid ifadəsi, ekspert rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məclləsinin 127.2.3 və 221.3-cü maddələri ilə düzgün tövsüf olunmuşdur və o, törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini və onun şəxsiyyətinin digər xüsusiyyətlərini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 24-cü bəndinə qeyd olunur ki, CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin Qərarın 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Həmin qərarda cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəllənin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanı şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Həmin Məcəlləinin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə vəzifələr qoya bilər. Sınaq müddəti ərzində təqsirləndirilən şəxslərin üzərinə onların davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı zərəçəkmiş şəxslə barışıq əldə edərək, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərəçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və himayəsində bir azyaşlı uşağının olmasını CM-nin 59cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb təqsirli bilindiyi CM-nin 127.2.3 və 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməsini və barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməyi məqsədə müvafiq hesab edir. Sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxsin üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. İş üzrə mülki iddia verilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 5 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il azadlıqdan məhrum etmə cəzasına, CM-nin 221.3-cü maddəsi təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanılsın və üzərində qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək, həmin cəza 02 (iki) il müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. Hökmün icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia verilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 6 (altı) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar