Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-67/2021 25.05.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxsin nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə xx.xx.1973-cü ildə Yevlax rayonu, Əkşəm kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, Yevlax rayonu Əkşəm kənd tam orta məktəbində bədən tərbiyəsi müəllimi işləyən, əvvəllər məhkum olunmamış, barəsində 12 mart 2019-cu il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, Yevlax rayonu, Əkşəm kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.1, 179.2.2,179.2.3, 179.2.4, 308.1 və 313cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 25 may 2021-ci il tarixdə Yevlax rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 01 yanvar 2014-cü il tarixdən 13 fevral 2020-ci il tarixədək Yevlax Rayon Təhsil Şöbəsinin Əkşəm kənd tam orta məktəbinin direktoru vəzifəsində işlədiyi müddətdə vəzifəli şəxs kimi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib sair niyyətlə dövlətin qanunla qorunan mənafeyinə mühüm zərər vurmuş, vəzifəli şəxs olmaqla qəsdən tamah və sair şəxsi niyyətlə vəzifə saxtakarlığı edərək, öz qulluq mövqeyindən istifadə etməklə, qabaqcadan əlbir olduğu qeyri şəxs (şəxslər) ilə birlikdə bir qrup şəxs halında xeyli miqdarda özgə əmlakı olan dövlət büdcə vəsaitini təkrarən mənimsəmə və israf etmə yolu ilə talamışdır. Belə ki, o, tamah niyyəti ilə etibar edilmiş özgənin əmlakını vahid niyyətlə talama məqsədilə 01 yanvar 2014-cü il tarixdən 13 fevral 2020-ci il tarixədək Yevlax Rayon Təhsil Şöbəsinin Əkşəm kənd tam orta məktəbinin direktoru vəzifəsində işlədiyi müddətdə “Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu” kitabçası ilə müəyyən edilmiş “Ümumtəhsil məktəblərinin nümunəvi əsasnaməsi”nə və təhsil müəssisəsinin Nizamnaməsinə əsasən məktəb direktoru kimi əmək funksiyalarına uyğun olaraq dövlət tərəfindən məktəbə ayrılan vəsaitin səmərəli, məqsədyönlü istifadəsini təmin etməyərək vəzifəli şəxs olmaqla öz qulluq mövqeyindən istifadə edərək 01 iyun 2014-cü il tarixli, 06 nömrəli əmrlə Əkşəm kənd tam orta məktəbində kompyuter laborantı vəzifəsinə təyin edilmiş, 01 sentyabr 2019-cu il tarixli, 208 nömrəli əmrlə işdən azad edilmiş Şahid2 Niyazi qızının 01.06.2014-cü il tarixdən 01.09.2019-cu il tarixədək məktəbdə kompyuter laborantı kimi vəzifəsini icra etmədiyi halda, həmin tarixlərdə tərtib edilmiş məktəbin əmək haqqı ödəniş cədvəllərinə onun adını daxil etməklə məktəbin möhürü ilə təsdiq edib imza etməklə rəsmi sənədlərə tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı edib, Şahid2 adına olan və ondan götürərək üzərində qanunsuz sahibliyini müəyyən etmək yolu ilə özündə saxladığı **********4064625268 nöməli bank hesabına bağlı olan plastik bank kartına köçürülmüş cəmi 8310,00 (səkkiz min üç yüz on) manat məbləğində əməkhaqqı və digər ödənişlər şəklində dövlət əmlakını, yəni özgə əmlakı olan dövlətin büdcə vəsaitini qulluq mövqeyindən sui istifadə etməklə “xxxx” ASC-nin bankomatından nağdlaşdıraraq götürüb mənimsəmə yolu ilə talayaraq şəxsi istifadəsinə xərcləməklə dövlətin qanunla qorunan mənafeyinə, həmçinin təhsil sistemini nüfuzdan salan qeyd edilən hərəkətləri ilə hüquqi şəxs olan Yevlax rayon Təhsil şöbəsinin hüquqlarına və qanuni mənafelərinə xeyli miqdarda ziyan vurmuşdur. Bundan başqa o, 01 yanvar 2014-cü il tarixdən 13 fevral 2020-ci il tarixədək Yevlax Rayon Təhsil Şöbəsinin Əkşəm kənd tam orta məktəbinin direktoru vəzifəsində işlədiyi müddətdə “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa, “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X3”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının “20” dekabr 2017-ci il tarixli, 18-1 nömrəli qərarına, “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli 103 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 sentyabr 2020-ci il tarixli, 361 nömrəli Qərarına, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli, 5 nömrəli Qərarına, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən «30» iyun 2010-cu il tarixdə təsdiq edilmiş “Azərbaycan Respublikası ümumtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydalarına əsasən, məktəb direktoru kimi əmək funksiyalarına uyğun dövlət tərəfindən məktəbə ayrılan vəsaitin səmərəli, məqsədyönlü istifadəsinə, dərs planı və praktiki iş normalarının yerinə yetirilməsinə, habelə dərsdənkənar və fakültativ məşğələlərin, dərnəklərin keçirilməsinə nəzarət etməli, tarifləşmə cədvəlinin (tarifikasiyanın) düzgün təsdiq olunmasını təmin etməli, icbari ümumi orta təhsilin həyata keçirilməsini təmin etməli, müəssisənin təsərrüfat fəaliyyətini, avadanlığın uçotunu və mühafizəsini, onlardan təlim-tərbiyə prosesində düzgün və səmərəli istifadə olunmasını təmin etməli, dövlət tərəfindən ayrılan, habelə müəssisənin büdcəsinə qanunla qadağan edilməyən digər mənbələrdən daxil olan büdcədənkənar vəsaitin səmərəli, məqsədyönlü istifadəsini təmin etməli, məktəbdə siniflərin komplektləşdirilməsini düzgün təşkil etməli olduğu halda, vəzifəli şəxs kimi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq sair niyyətlə istifadə edib rəhbərlik etdiyi məktəbdə müəllimlər üçün əlavə dərs saatları ayırmaqla özünün onların yanında nüfuzunu yüksəltmək məqsədi ilə Şahid3 2015/2016-cı dərs ilində faktiki 6 saat dərs tədris etdiyi halda əmək haqqı cədvəlində 8 saat, yəni 2 saat artıq, fakültətiv məşğələ aparmadığı halda 7 saat və İİ yarımildə 4 məşğələ saatı artıq, 2016/2017-ci dərs ilində faktiki 6 saat dərs tədris etdiyi halda əmək haqqı cədvəlində 9 saat, yəni 3 saat artıq dərs saatı yazmaqla, habelə 2015/2016-2019/2020-ci dərs illərində seçki komissiyalarına, siyahıya alınmaya və digər dövlət tədbirlərinə cəlb olunmuş müəllimlərin dərs saatlarının əvəzçilik qaydasında digər 3 əvəzçi müəllimə, yəni Şahid3, Şahid5 və X11 verilməsinə baxmayaraq, faktiki olaraq qeyd edilən müəllimlər tərəfindən dərslərin keçirilmədiyi halda dərs bölgüsünün verilməsinə dair göstərilən dövrdə 01.11.2014-cü il tarixli, 34 nömrəli, 01.01.2015-ci il tarixli, 38 nömrəli, 15.09.2015-ci il tarixli, 66 nömrəli, 12.01.2018-ci il tarixli, 153 nömrəli, 21.10.2019-cu il tarixli, 224 nömrəli, 22.01.2020-ci il tarixli, 234 nömrəli əmrlər verib, qeyd edilən müəllimlərin adından sinif jurnallarında dərslərin keçirilməsinə dair qeydlər aparmaqla, məktəbdə dərs demədikləri halda həmin tarixlərdə tərtib edilmiş məktəbin əmək haqqı ödəniş cədvəllərinə Şahid3, Şahid5 və X9 adını daxil etməklə, 2017/2018-ci dərs ilində 18 şagirdin bir sinif komplektində birləşdirilməli olduğu halda bunu etməyərək 15 sentyabr 2017-ci il tarixli, 145 nömrəli əmrlə İ sinifdə 10, İİİ sinifdə 8 şagird olmaqla qeyd edilən siniflərdə müəllimlər X7 və X12 tərəfindən müxtəlif dərslər tədris edilməklə 2 sinif komplekti təşkil etməklə, məktəbin təsərrüfat işləri üzrə direktor müavini Şahid4 01.03.2018-01.10.2019-cu il tarixlərdə işə gəlməməsinə baxmayaraq sonuncunun həmin tarixlərdə işdə olması ilə bağlı həmin tarixlərdə tərtib edilmiş məktəbin əmək haqqı ödəniş cədvəllərinə onun adını daxil etməklə, eləcə də 01.04.2016-cı il tarixdən sonrakı dövrdə müəssisənin təsərrüfat fəaliyyətini, avadanlıqların uçotunu və mühafizəsini təmin etməli olduğu halda bunu etməyərək maddi aktivlərin uçotunu aparmamaqla, eləcə də qabyuyan və sair materialları məktəbə qəbul etmədən 12.01.2017-ci il tarixli, 375500 nömrəli, 27.04.2018-ci il tarixli, 001133 nömrəli, 08.10.2019-cu il tarixli, 016056 və 016057 nömrəli, 16.09.2019-cu il tarixli, 015790 nömrəli qaimə fakturalara yazılanları və yuxarıda göstərilən sənədləri məktəbin möhürü ilə təsdiq edib imza etməklə rəsmi sənədlərə sair şəxsi niyyətlə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı edib, vahid niyyətlə 2015/2016-2016/2017-ci dərs illərində dərs keçmədikləri halda məktəbin müəllimi Şahid3 1904,62 manat, 2015/2016-2019/2020ci dərs illərində məktəbin müəllimləri Şahid5 84,99 manat, X11 222,17 manat, Şahid3 1444,77 manat olmaqla, cəmi 1751,93 manat, 2017/2018-ci dərs ilində İ və İİİ siniflərdə dərs deyən müəllimlər X7 və X10 ümumilikdə 5658,32 manat, 01.03.2018-01.10.2019-cu il tarixlərdə Şahid4 282,02 manat köçürülməsini və həmin şəxslər tərəfindən əmək haqqı olaraq alınmasını təmin etməklə, o cümlədən 241,90 manat dəyərində maddi aktivlərin (inventarların) uçotunu aparmamaqla, 157,97 manat dəyərində materiallar olmadığı halda onların məktəbə gətirilməsinə dair aktlar tərtib etməklə, əmək haqqı və digər ödənişlər şəklində dövlət əmlakı olan büdcə vəsaitini qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olduğu, qeyri şəxs (şəxslər) ilə birlikdə bir qrup şəxs halında israf etmək yolu ilə qəsdən talayaraq, dövlətin qanunla qorunan mənafeyinə, həmçinin təhsil sistemini nüfuzdan salan qeyd edilən hərəkətləri ilə hüquqi şəxs olan Yevlax rayon Təhsil şöbəsinin hüquqlarına və qanuni mənafelərinə ümumilikdə təkrarən 9996,76 (doqquz min doqquz yüz qoxsan altı manat yetmiş altı qəpik) manat məbləğində mühüm zərər vurmuşdur. Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-in 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4, 308.1 və 313-cü maddələri ilə özünü təqsirli bildi ifadəsində göstərdi ki, Rəna Mirəzliyevanın əri Rasim adlı şəxs 2014-cü il tarixdə ona arvadı Rənanın iş stajının getməsi üçün Rənanı işə götürməsini xahiş etmiş, o da bacısı qızı Əfsanə Cavadova analıq məzuniyyətində olduğu üçün Rənanı müddətli əmək müqaviləsi ilə kompüter labortatı kimi işə götürmüşdür. Şahid2 yoxlama olan vaxtlarda məktəbə gəlmiş, digər vaxtlarda isə ümumiyyətlə işə gəlməmişdir. Şahid2 işə daxil olarkən əmək haqqı kartını ona vermiş, həmin vaxtdan Şahid2 işdən çıxana qədər Rənanın əmək haqqı kartı onda olmuş və həmin əmək haqqı kartından pulları bonkamatdan özü çıxarıb şəxsi məqsədlər üçün istifadə etmişdir. 2017/2018-ci dərs ilində İ sinifdə 10, İİİ sinifdə 8 şagird olmaqla, 18 şagirdi 1 sinif komplektində birləşdirməli olduğu halda birləşdirməyərək həmin siniflərdə dərs deyən müəllimlərə əsassız olaraq 5658,32 manat əməkhaqqı hesablanıb ödənilməsinə səbəb olmuşdur. 2015/2016 və 2016/2017-ci dərs illərində dərs keçmədiyi və fakültətiv məşğələ aparmadığı halda qardaşı Şahid3 ümumilikdə 1904,62 manat əmək haqqı hesablanaraq ödənilmişdir. Xəqani müəllim dərsləri tədris etməsə də həmin əmək haqqını özü almışdır. O və bacısı Həcər Cavadova qeyd edilən illərdə seçki komissiyalarına, siyahıya alınmaya və digər dövlət tədbirlərinə cəb edilmiş, həmin dövrə aid dərs jurnallarındakı dərs saatlarını öz adlarından yazsalar da, həmin dərs saatları əvəzçi müəllimlər olan Şahid5, Yasin Cavadov və Şahid3 tərəfindən tədris edilməmiş, buna baxmayaraq həmin dərs saatlarına görə hesablanmış ümumilikdə 1751,93 manat əmək haqqı adları qeyd edilən 3 əvəzçi müəllimə ödənilmiş, həmin əmək haqqını da həmin müəllimlər özləri almışlar. Şahid4 01.03.2018-01.10.2019-cu il tarixədək olan dövrdə ayda 18-20 gün işdə olmuş, qalan günlərdə Nurlan şəxsi işi ilə əlaqədar olaraq məktəbdə işə gəlməmişdir. Buna baxmayaraq Nurlana işə gəlmədiyi günlər üçün əmək haqqı hesablanaraq onun adı əmək haqqı cədvəlinə salınmış, nəticədə əsassız olaraq Nurlan müəllimə 282,02 manat əmək haqqı hesablanıb ödənilməsinə səbəb olmuşdur. Öhdəsində olan 811,05 manat dəyərində futbol bölməsi, idman kostyumları və ofis kreslosu istifadə edilmiş, ona görə də yarasız hala düşmüşdür, lakin silinmə aktı yazılmadığı üçün çatışmazlıq kimi qeyd edilmişdir. Həmin inventarlardan 569,15 manat dəyərindəki əşyaları məktəbə təhvil vermiş, öhdəsində 241,90 manat dəyərində inventar çatışmazlığı qalmışdır. Məktəbdə 4 kub, yəni 280 manat dəyərində odun yanacağı məktəbdə təsərrüfat işləri üzrə direktor müavini Şahid4 öhdəsində olmuşdur. Məktəbə 157,97 manat dəyərində kafel təmizləyicisi, qabyuyan maye və sair materialın verilibverilmədiyini xatırlamamışdır, lakin təhvil təslim aktına qəbul etməsi bağlı imza etmişdir. Buna baxmayaraq həmin materialların məktəbdə istifadəsi mümkün olmamışdır. Məhkəmədən son sözündə əməlindən səmimi olaraq peşman olmasını, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəməsini və zərərçəkmş şəxsin nümayəndəsinin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin nümayəndəısi Qanuni nümayəndə ifadəsində göstərdi ki, 2004-cü il tarixdən hal-hazıradək Yevlax rayon Təhsil Şöbəsinin məsləhətçisi vəzifəsində işləyir. Maliyyə Nazirliyinin əməkdaşları tərəfindən Yevlax rayonunun Əkşəm kənd orta məktəbinin maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılarkən tərtib edilmiş akta əsasən məktəbin direktoru Təqsirləndirilən şəxs tərəfindən dövlət büdcəsindən pul vəsaitlərinin əsassız olaraq mənimsnilməsi və israf edilməsi halları aşkar edilmişdir. Bununla əlaqədar olaraq Yevlax rayon Təhsil Şöbəsi zərərçəkmiş şəxs qismində tanınmışdır, o da nümayəndə qismində təyin edilmişdir. Onların tələbi ondan ibarətdir ki, dövlət büdcəsindən əsassız olaraq mənimsənilmiş və israf edilmiş pul vəsaitləri dövlət büdcəsinə geri qaytarılsın. Hazırda təqsirləndirilən şəxs tərəfindən Təhsil Şöbəsinə dəymiş olan ziyan ödənilmişdir. Məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs tərəfindən Təhsil Şöbəsinə dəymiş olan ziyan tam şəkildə ödənildiyindən, cinayət işi üzrə Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirərək, ərizəsinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid5 ifadəsində göstərdi ki, 2016/2017-ci dərs ilində sinif jurnallarında yazılmış dərs saatlarının müəllimlərə əmək haqqı ödənilməsi üçün təsdiq edilmiş tarifləşmə cədvəlində nəzərdə tutulmuş dərs saatları arasında ziddiyyət olduğu qeyd edilsə də, o, dərsləri icra etmiş, nəticədə 834,96 manat və 1308,96 manat pul vəsaiti məbləğində əmək haqqını özü almışdır. 2014/2015-ci dərs ilində ixtisasına uyğun olmadığı halda ona Coğrafiya və İqtisadiyyat fənləri üzrə ümumilikdə 13 saat dərs yazılmış, nəticədə 1669,92 manat və 500,88 manat, 2015/2016cı dərs ilində ixtisasına uyğun olmadığı halda HBƏT və Fiziki tərbiyə fənləri üzrə ümumilikdə 05 saat dərs yazılmış, nəticədə 166,92 manat və 667,92 manat, 2016/2017-ci dərs ilində ixtisasına uyğun olmadığı halda HBƏT və Fiziki tərbiyə fənləri üzrə ümumilikdə 05 saat dərs yazılmış, nəticədə 186,96 manat və 747,96 manat pul vəsaiti məbləğində əmək haqqı hesablanmış, həmin dərs saatlarını icra etmiş və əmək haqlarını özü almışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, Babək Bəkiron onun doğma qardaşıdır. 2015/2016-cı dərs ilində ona faktiki 6 saat dərs tədris etdiyi halda tarifikasiyada 8 saat, yəni 2 saat artıq, fakültətiv məşğələ aparmadığı halda 7 saat yazılmaqla 630,62 manat, İİ yarımildə 4 məşğələ saatı artıq yazılmaqla 630,00 manat, 2016/2017-ci dərs ilində faktiki 6 saat dərs tədris etdiyi halda tarifikasiyada 9 saat, yəni 3 saat artıq yazılmaqla 630,00 manat olmaqla, ümumilikdə 1904,62 manat pul vəsaiti məbləğində əmək haqqı hesablanmışdır, həmin əmək haqqını özü almışdır. Məktəbdə dərs saatı az olduğundan və dolana bilmədiyindən Zərərçəkmiş şəxs sabiq müdiri Zərifə Məmmədovadan ona artıq dərs saatının verilməsini xahiş etmiş, Zərifə xanım da Babək müəllimə ona əlavə dərs saatı verməsini tapşırmışdır. 2016/2017-ci dərs ilində Yevlax rayonu Yuxarı Bucaq kənd məktəbində müəllim çatışmazlığı olduğu üçün onu orada dərs deməyə dəvət etmişlər. Ona qeyd edilən dərs ilində 1273,23 manat pul vəsaiti məbləğində əmək haqqı hesablanmış, həmin dərs saatlarını icra etmiş və əmək haqqını özü almışdır. Babək müəllim 01.11.2014-cü il tarixli, 34 nömrəli, 15.09.2015-ci il tarixli, 66 nömrəli əmrlə, 12.01.2018-ci il tarixli, 153 nömrəli əmrlə, 21.10.2019-cu il tarixli, 224 nömrəli əmrlə və 22.01.2020-ci il tarixli, 234 nömrəli əmrlə müxtəlif dövlət tədbirinə cəlb olunduğu üçün sonuncunun dərs saatları tədrsi olunması üçün əvəzçilik qaydasında ona verilmişdir. O, qeyd edilən dərs saatlarını icra etməmişdır. Jurnalda həmin dərs saatlarının Babək müəllim tərəfindən icra edilməsi barədə qeydlər aparılmışdır, həmin dərs saatları Babək müəllim seçkiyə cəlb olunduğu üçün sonuncu tərəfindən də tədris olunmamışdır. Qeyd edilənlərə müvafiq olaraq 207,31 manat, 255,13 manat, 73,75 manat, 615,94 manat və 292,64 manat pul vəsaiti məbləğində əmək haqqı hesablanıb ona ödənilmişdir, lakin həmin dərs saatlarını icra etməmiş, buna baxmayaraq əmək haqqını özü almışdır. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən Şahid2 Niyazi qızı ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 2014-cü il tarixdən 2019-cu il tarixədək Yevlax rayon Əkşəm kənd tam orta məktəbində kompyuter lobarantı işində adı getsə də o, heç vaxt məktəbə işə getməmişdir. Belə ki, 2014-cü ilin sentyabr ayında əri Rasim Mirzəliyev ona iş staji yazılması üçün Əkşəm kənd tam orta məktəbinin direktoru Təqsirləndirilən şəxsla danışmışdır. Bundan sonra xxxxndan adına verilmiş əmək haqqı kartını götürmək üçün o, Təqsirləndirilən şəxsla birlikdə banka getmişdir. Əmək haqqı kartını götürdükdən sonra Babək müəllimin maşınında kartı ona vermişdir. 2014-cü il tarixdən 2019-cu il tarixədək məktəbdə adı kompyuter lobarantı kimi getsə də o, heç vaxt işə getməmişdir. Əmək haqqı kartı da Babək müəlimdə olmuşdur. Əmək haqqını Babək müəllim kartdan özü çıxarmışdır. O, həmin əmək haqqından heç bir məbləğdə pul almamışdır. Əfsanə Cavadova adlı kompyuter laborantı analıq məzuniyyətində olduğu üçün onun əvəzinə müqavilə ilə işə götürülmüşdür. 2019-cu il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək məktəbə çağırmış, o da məktəbə getmişdir. Babək müəllim ona Əfsanə Cavadovanın analıq məzuniyyətindən geri qayıtdığını, buna görə də onunla bağlanılmış əmək müqaviləsinə xitam verdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin mütəxəssislərinin keçirdikləri yoxlamanın nəticəsinə dair rayon prokurorluğuna daxil olmuş akt və onun əsasında təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının 08.02.2021-ci il tarixli 9/452 saylı rəylərindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli 5 nömrəli qərarı ilə təsdiq olunmuş “Ümumtəhsil məktəblərinin nümunəvi Nizamnaməsi”nin və həmin nizamnaməyə 19 yanvar 2012-ci il tarixli 10 nömrəli qərarla edilmiş dəyişikliklərin tələblərinə Zərərçəkmiş şəxs Əkşəm kənd tam orta məktəbinin ibtidai siniflərinin komplektləşdirilməsi zamanı əməl edilməmişdir. Məktəbdə ibtidai təhsil pillələsində şagirdlərin say həddi müəyyən edilmiş 20 şagirddən az olduğu halda siniflər 1 sinif komplektində birləşdirilməlidir, lakin 2017/2018-ci dərs ilində İ sinifdə 10, İİİ sinifdə 8 şagird olmaqla 18 şagird 1 sinif komplektində birləşdirilməmiş, ayrı-ayrılıqda saxlanılaraq artıq saxlanılmış 1 sinif komplekti üçün 5658,32 manat, 2018/2019-cu dərs ilində isə İİ sinifdə 9 və İV sinifdə 7 şagird olmaqla 16 şagird 1 sinif komplektində birləşdirilməmiş, ayrı-ayrılıqda saxlanılaraq artıq saxlanılmış 1 sinif komplekti üçün 6462,92 manat, cəmi 2 sinif komplektinin artıq saxlanılması hesabına müəllimlərə 12121,24 manat əməkhaqqı hesablanıb ödənilmişdir. Lakin təqdim olunmuş əlavə sənədlərdən göründüyü kimi, Yevlax Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin 12.02.2021-ci il tarixli məktubuna əsasən 28 m2 lik sinif otagında 18 şagirdin yerləşdirilməsi mümkün deyildir. Ona görə də Yevlax ŞTŞ-nin Əkşəm kənd tam orta məktəbində 2018/2019-cu dərs ilində İİ sinifdə 9 və İV sinifdə 7 şagird olmaqla, 16 şagird 1 sinif komplektində birləşdirilməsə də hesablanan 6462,92 manat əməkhaqqı çatışmazlıq kimi qiymətləndirilmir. Eyni zamanda Yevlax ŞTŞnin Əkşəm kənd tam orta məktəbində 2017/2018-ci dərs ilində İ sinifdə 10, İİİ sinifdə 8 şagird olmaqla 18 şagirdin 1 sinif komplektində birləşdirilməməsi nəticəsində hesablanan 5658,32 manat əməkhaqqı isə çatışmazlıq kimi qiymətləndirilir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 03 aprel 2007-ci il 46-04-1723/16 №-li məktubunda Əkşəm kənd tam orta məktəbində kompyüterlərin sayı təsdiq edilmiş normadan aşağı olduğundan (faktiki 2 ədəd) kompyüterlər üçün laborant ştatı nəzərdə tutulmamış, Əkşəm kənd tam orta məktəbinin Zərərçəkmiş şəxsndən və 9 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzindən maliyyələşdiyi 2016-2020-ci illərdə məktəbdə 1 vahid kompyüter laborantı ştatı saxlanılaraq X6 6421,72 manat, X2 2434,68 manat, cəmi 8856,40 manat əməkhaqqı hesablanıb ödənilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 03 aprel 2007-ci il, 46-04-1723/16 №-li məktubunda Əkşəm kənd tam orta məktəbində kompyüterlərin sayı təsdiq edilmiş normadan aşağı olduğundan (faktiki 2 ədəd) kompyüterlər üçün laborant ştatı nəzərdə tutulmamış, Yevlax RİHB-nın Havarlı kənd İƏD-dən maliyyələşdirildiyi 01.09.2014-cü il tarixdən 01.01.2016-cı il tarixədək olan dövrdə məktəbdə 1 vahid kompyüter laborantı ştatı saxlanılaraq X6 1888,28 manat əməkhaqqı hesablanıb ödənilmişdir. 01.01.2016-cı il tarixdən sonra məktəbin maliyyələşməsi Zərərçəkmiş şəxsnə verilmiş və həmin ştatlar saxlanılaraq əməkhaqqı ödənilmişdir. Lakin iş materiallarında olan şahid ifadəsinə əsasən həmin komputer laborantı vəzifəsini icra etmiş, əmək haqqının hesablanması və X8 tərəfindən alınması müəyyən olunur. Ona görə də, komputer laborantı vəzifəsini icra etdiyinə görə hesablanmış 2434,68 manat əmək haqqı çatışmazlıq kimi qiymətləndirilməməlidir. İş materiallarında olan şahid ifadələrinə, habelə X5 özünün ifadəsinə əsasən onun kompyuter laborantı işini icra etmədiyini nəzərə alaraq yuxarıda göstərilən epizodla bağlı X6 8310,00 manat (1888,28 + 6421,72) əmək haqqının hesablanıb ödənilməsi isə hazırki tədqiqatla çatışmazlıq kimi qiymətləndirilməlidir. Əkşəm kənd tam orta məktəbində hərbi rəhbər vəzifəsində işləyən Şahid3 2015/2016-cı dərs ilində faktiki 6 saat dərs tədris etdiyi halda tarifikasiyada 8 saat, 2 saat artıq, fakultativ məçğələ aparmadığı halda 7 saat, İİ yarımildə 4 məşğələ saatı artıq, 2016/2017-cı dərs ilində faktiki 6 saat dərs tədris etdiyi halda tarifikasiyada 9 saat yazılaraq, 3 saat artıq dərsin tarifləşdirilməsi hesabına cəmi 1904,62 manat artıq əmək haqqı ödənilmişdir. Lakin iş materiallarında olan şahid ifadəsinə əsasən Şahid3 tarifikasiya cədvəlində adına artıq yazılmış dərs saatlarını icra etmədiyini bildirməsi müəyyən olunur. Ona görə də, Şahid3 tərəfindən tarifikasiya cədvəlində adına artıq yazılmış dərs saatlarının icra edilmədiyini nəzərə alınaraq ona hesablanıb ödənilmiş 1904,62 manat artıq əmək haqqı çatışmazlıq kimi qiymətləndirilməlidir. Yevlax Rayon Təhsil Şöbəsinin Əkşəm kənd tam orta məktəbi üzrə 2015/2016-2019/2020-ci dərs illərində seçki komissiyalarına, siyahıya alınmaya və digər dövlət tədbirlərinə cəlb olunmuş müəllim Təqsirləndirilən şəxs və Həcər Cavadova dərs saatlarının əvəzçilik qaydasında digər müəllimlərə verilməsinə baxmayaraq jurnallarda dərslərin tədrisinə dair qeydlər həmin müəllimlər tərəfindən yazılmış və nəticədə əvəzçi müəllimlər tərəfindən keçirilməyən dərslərə görə 3 nəfər əvəzçi müəllimə gəlir vergisi nəzərə alınmaqla 1751,93 manat əməkhaqqı hesablanıb ödənilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Yevlax rayon Əkşəm kənd tam orta məktəbi üzrə 2015/2016-2019/2020-ci dərs illərində seçki komissiyalarına, siyahıya alınmaya və digər dövlət tədbirlərinə cəlb olunmuş müəllimlərin dərs saatları əvəzçilik qaydasında digər müəllimlərə verilsə də, həmin müəllimlər tərəfindən dərslər tədris edilməmişdir. Ona görə də üzrə 2015/2016- 2019/2020-ci dərs illərində əvəzçi müəllimlər tərəfindən tədris edilməyən dərs saatlarına görə hesablanıb ödənilmiş 1751,93 manat əməkhaqqı çatışmazlıq kimi qiymətləndirilməlidir. Əkşəm kənd tam orta məktəbin təsərrüfat müdiri Şahid4 izahatında özünün 01.03.2018-01.10.2019-cu il tarixədək olan dövrdə ayda 18-20 gün işdə olduğunu, qalan günlər işdə olmadığını bildirmiş, lakin ona işdə olmadığı günlər üçün 282,02 manat əməkhaqqı ödənilmişdir. İş materiallarında olan şahid ifadələrinə, habelə Şahid4 özünün ifadəsinə əsasən onun 01.03.2018-01.10.2019-cu il tarixədək olan dövrdə ayda 18-20 gün işdə olduğunu, qalan günlər işdə olmadığını nəzərə alaraq yuxarıda göstərilən epizodla bağlı Şahid4 işdə olmadığı günlər üçün hesqablanıb ödənilmiş 282,02 manat əmək haqqı hazırki tədqiqatla çatışmazlıq kimi qiymətləndirilməlidir. Hazırki dövrdə aparılmış inventarizasiya nəticəsində aşkar olunmuş faktiki material qiymətliləri 01.04.2016-cı il tarixdən sonrakı dövr üzrə 9 saylı ƏMHM-dən alınmış material qiymətlilərinin yoxlama gününə olan mühasibat uçot qalığı ilə üzləşdirildikdə sabiq məktəb direktoru Təqsirləndirilən şəxs öhdəsində 8 ədəd 224,00 manat dəyərində futbol bölməsi, 5 ədəd 345,15 manat dəyərində idman kastyumu, 1 ədəd 241,90 manat dəyərində ofis kreslosu, cəmi 811,05 manat inventar, 4 kub metr 280,00 manat dəyərində odun yanacağının çatışmazlığı, 8 adda 617,22 manat dəyərində maddi aktivlərin artıqlığı müəyyən edildi. Yevlax ŞTŞ-də 01.01.2016-cı il tarixdən əvvəl alınmış material qiymətlilərin, maddi aktivlərin uçotu olmadığından 29.12.2015-ci il tarixdə məktəbdə aparılmış inventarizasiya aktında göstərilən qalıqla üzləşdirildikdə həmin dövr üzrə maddiməsul şəxs Şahid4 hesabında 20 adda 4307,18 manat dəyərində maddi aktivlərin çatışmazlığı və 1550,00 manat artıqlığı müəyyən edilmişdir. İnventarizsaiya nəticəsində Təqsirləndirilən şəxs öhdəsində çatışmazlıq müəyyən edilmiş 8 ədəd 224,00 manat dəyərində futbol bölməsi, 5 ədəd 345,15 manat dəyərində idman kastyumu, cəmi 569,15 manat dəyərində inventar, Şahid4 öhdəsində əskik gəlmiş maddi dəyərlilərdən 13 adda 3390,18 manat dəyərində maddi aktivlərin bərpası qismən təmin edildi. Beləliklə yuxarıda göstərilənlərə əsasən Yevlax ŞTŞ-də ümumilikdə 1158,90 manat məbləğində (241,90+917,00) maddi aktivlərin çatışmazlığı müəyyən edilir. Maddi aktivlərin silinməsinin düzgünlüyünü yoxladıqda məktəbdə kafel vurulmuş divar, döşəmə və eləcədə məktəb bufeti olmadığı halda istifadəsi mümkün olmayan kafel təmizləyicisi, qabyuyan maye və sair 157,97 manat dəyərində materiallar alınaraq əsassız silindiyi müəyyən edilir. İş materiallarından görünür ki, məktəbdə kafel vurulmuş divar, döşəmə və eləcədə məktəb bufeti olmadığı halda istifadəsi mümkün olmayan kafel təmizləyicisi, qabyuyan maye və sair 157,97 manat dəyərində materiallar alınaraq əsassız silinmışdır. Ona görə də, məktəbdə istifadəsi mümkün olmayan materiallara görə hesablanıb silinmiş 157,97 manat pul vəsaiti çatışmazlıq kimi qiymətləndirilməlidir. Qeyd olunanları nəzərə alaraq Yevlax rayonu Əkşəm kənd tam orta məktəbində ümumilikdə 19223,76 manat (5658,32+8310,00+1904,62+1751,93+282,02+1158,90+157,97) məbləğində pul vəsaiti çatışmazlıq kimi qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Yevlax rayon Təhsil şöbəsinin 05.03.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 29.10.2002-ci il tarixdə 104/3 saylı əmrlə Yevlax rayonunun Əkşəm kənd tam orta məktəbinin direktoru vəzifəsinə təyin edilmiş, 13.02.2020-ci il tarixdə 11/2 saylı saylı əmrlə vəzifəsindən azad edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Yevlax rayon Təhsil şöbəsi tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs işlədiyi dövrdə xidmət yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 12.03.2021 il tarixli BPM**********29 saylı mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs 10000 (on min) manat məbləğində pul vəsaitini dövlət büdcəsinə ödəmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 17.05.2021 il tarixli BPM**********39 mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs 8310 (səkkiz yüz min üç yüz on) manat məbləğində pul vəsaitini dövlət büdcəsinə ödəmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 12 mart 2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Yevlax şəhər İHB-nın Havarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin göstərilən əməli törətməkdə təqsirli olması özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələri və ekspert rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 179.2.1, 179.2.2,179.2.3, 179.2.4, 308.1 və 313-cü 314.2 və 313-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Törətdiyi cinayətlərə görə təqsirləndirilən şəxsə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanı şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Həmin Məcəlləinin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə vəzifələr qoya bilər. Sınaq müddəti ərzində təqsirləndirilən şəxslərin üzərinə onların davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinin tələbinə görə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.2-ci maddəsinin tələbinə görə törədilmiş cinyətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı zərəçəkmiş şəxslə barışıq əldə edərək, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini CM-nin 59.1.12-ci maddəsinə əsasən, əməlindən səmimi peşman olmasını və iş və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb, rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə təqsirli bilindiyi CM-nin 179.2.1, 179.2.2,179.2.3, 179.2.4, 308.1 və 313-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməsini və barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməyi məqsədə müvafiq hesab edir. Sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxsin üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvəssini alan vaxtadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktublarından göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 150 (bir yüz əlli) manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir və maddi sübut yoxdur. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-n178.2.1, 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 308.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətinə müəyyən rəhbər vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 313-cü maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanılmaqla, üzərində qəti olaraq 01 (bir) il müddətinə müəyyən vəzifə tutmaq və müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş əsas cəzaya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək, 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə 150 (bir yüz əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 25 (iyirmi beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 150 (bir yüz əlli) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs hökmü aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-67/2021
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-67/2021
25.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver