Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-67/2022 24.05.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxx 1994-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli 1(039)-24/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, barəsində 29 dekabr 2021-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, R.İbrahimov küçəsi, ev 2-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qəsdən təkrarən yaşayış sahəsinə qanunsuz olaraq daxil olmaqla özgənin əmlakını qəsdən gizli olaraq talamışdır. Belə ki, Təqsirləndirilən şəxs qəsdən təkrarən özgənin əmlakını gizli talamaq məqsədi ilə, 2020-ci ilin oktyabr ayının sonunda istintaqla dəqiq müəyyən olunmayan gündə gecə saat 02 radələrində Zərərçəkmiş şəxs məxsus yaşayış sahəsi hesab olunan ünvan 1 ünvanında yerləşən evin həyətinin iki taylı giriş qapısının arasından keçməklə evin həyətinə qanunsuz daxil olaraq həyətdən evin birinci mərtəbəsində yerləşən hovuz olan otağa qapıdan daxil olmaqla həmin otağın içərisindəki köməkçi tikilidən bir ədəd 2500 manat dəyərində olan “Eca” markalı kombi aparatını, bir ədəd 100 litr su tutumuna malik 500 manat dəyərində olan “HOFFMAN” markalı su qızdırıcısını, evin birinci mərtəbəsindən-bir ədədinin qiyməti 500 manat olmaqla 7 ədəd ümumilikdə 3500 manat dəyərində 1.80 metr uzunluğunda olan kombi radiatorlarını, hər birindən bir ədəd olmaqla ümumilikdə 1000 manat dəyərində olan saunanın peçini və matorunu, hamam otağında olan bir ədəd 300 manat dəyərində olan caqquzi vannasının matorunu, bir ədəd 100 manat dəyərində olan duşu, divarda yerləşən bir ədəd 100 manat dəyərində olan elektrik lövhə-şitini, ikininci mərtəbədən- hamam otağında olan 2500 manat dəyərində olan asma tavanı, bir ədəd 300 manat dəyərində olan caqquzi vannasının matorunu və hər birindən bir ədəd olmaqla ümumilikdə 400 manat dəyərində olan caqquzi vannasının duşunu və şüşəsini, bir ədəd hamam otağında olan divara quraşdırılmış 200 manat dəyərində olan radiatoru, bir ədədinin qiyməti 500 manat olmaqla 6 ədəd ümumilikdə 3000 manat dəyərində 1.80 metr uzunluğunda olan kombi radiatorlarını, üçüncü mərtəbədən-bir ədədinin qiyməti 500 manat olmaqla 7 ədəd ümumilikdə 3500 manat dəyərində 1.80 metr uzunluğunda olan kombi radiatorlarını gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 17900 (on yeddi min doqquz yüz) manat məbləğində maddi ziyan vuraraq təkrarən yaşayış sahəsinə qanunsuz olaraq daxil olmaqla zərəçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla qəsdən təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs tanıyır. Əsədin evi onun yaşadığı küçədə yerləşir və o, həmin üç mərtəbəli evin tikintisi zaman fəhlə kimi orada işləmişdir. 2020-ci ilin oktyabr aylarında pulu olmadığı üçün Zərərçəkmiş şəxs məxsus Yevlax şəhəri, Rafiq İbrahimov küçəsində yerləşən evdən oğurluq etmək qərarına gəlmişdir. Evdə çoxlu sayda əşyaları, həmçinin radiatorun olduğunu görmüşdür. Lakin oğurladığı kombi ilə kifayətlənmiş və bir daha həmin evdən oğurluq etmək üçün evə daxil olacağını düşünməmişdir. Lakin kombini oğurladıqdan bir neçə gün sonra hansı ki, kombini sataraq əldə etdiyi pulu xərcələmiş, yenidən Zərərçəkmiş şəxs evindən oğurluq etmək qərarına gəlmişdir. 2020-ci ilin oktyabr ayının sonlarında, dəqiq yadında qalmayan gündə gecə saat 02 radələrində Zərərçəkmiş şəxs evinə, daha öncə girmiş olduğu qaydada, yəni evin iki taylı darvazası açıq, yəni aralı olduğu üçün oradan evin həyətinə, evin həyətindən evə bitişik olan su hovuzunun açıq olan qapısından evə daxil olmuşdur. Evin birinci mərtəbəsindəki otaqlardan bir ədədi 20 seksiyadan ibarət olan 5 ədəd radiatoru sökərək evin həyətinə yığmış və həmin gecə ərzində radiatorları daşıyaraq yaşadığı evə aparmışdır. Həmin günün sabahısı qohumu yəni, xalası qızının əri olan Nicata zəng edərək 5 ədəd satdıq radiator olduğunu demişdir. Nicat radiatorları hardan alığını dedikdə özünə məxsus olmadığını, dostuna məxsus olduğunu, özü hazırda Yevlax rayonunda olmadığı üçün satmağa görə ona verdiyini demişdir. Nicat ona ancaq radiatorları baxdıqdan sonra ala biləcəyini dediyi üçün o, həmin radiatorları özünə məxsus olan, lakin hazırda satmış olduğu “VAZ 21074” markalı, ** LT *** d.övlət qeydiyyat nişanlı avtomobilə qoyaraq Yevlax rayonu, Aran qəsəbəsində yerləşən və heç kimin yaşamadığı əmisi Emilin evinə aparmışdır. Həmin evin açarı onda da olmuşdur. O, Nicat ilə onun tanışını da ora çağırmışdır. Nicatın tanışı Mahir adlı şəxs radiatorlara baxmış və həmin 5 ədəd radiatora ümumilikdə 250 manat pul verə biləcəyini demişdir. O, Mahirlə razılaşmış və 250 (iki yüz əlli) manata 5 ədəd radiatoru ona satmışdır. Zərərçəkmiş şəxs məxsus Yevlax şəhəri, R.İbrahimov küçəsində yerləşən evdən bir ədəd kombi apartından və 5 ədəd radiatordan başqa hər hansı bir əşya oğurlamamışdır. Həmin radiatorların hər biri 20 seksiyadan ibarət olmuşdur. Zərərçəkmiş şəxs məxsus Yevlax şəhər R.İbrahimov küçəsində yerləşən üçmərtəbəli evdən oğurluq edən zaman hər hansı bir şəxslə qabaqcadan əlbir olmamış, oğurluq edən zaman onu heç kim görməmiş, heç kim ona köməklik göstəməmişdir. Mahir adlı şəxs və qohumu Nicat həmin radiatorların oğurluq olduğunu bilməmişdir. Məhkəmədən törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəməsini və hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, barəsində həbslə əlaqədar olmayan daha yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ünvan 3 ünvanında 3 mərtəbəli həyət evi vardır. Həmin evin tikintisi başa çatsa da içərisində təmir işləri tam başa çatmamışdır. 2020-ci ilin iyun ayının 13-də Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tutulduğu üçün evin təmir işləri dayanmışdır. Həmin vaxt evin içərisindən heç bir əşya oğurlanmamışdır. Lakin 2021-ci ilin iyul ayında azadlığa çıxdığı üçün iyul ayının 7-də evə baxmağa getdikdə evin içərisindən əşyaların oğurlanmasını aşkar etmişdir. O, bu barədə şikayət etmiş və onun şikayəti əsasında Yevlax RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanmışdır. Belə ki, evin birinci mərtəbəsindən 7 (yeddi) ədəd 1.80 metr uzunluğunda qızdırıcılar (radiatorlar), bir ədəd saunanın peçi və matoru, hamam otağındakı caqquzi vannasının matoru, bir ədəd duş, birinci mərtəbədəki divarda yerləşən işıq şiti (rubilnik), ikininci mərtəbədən-hamamın asma tavanı, caqquzi vannasının matoru, duşu və şüşəsi, bir ədəd divara qurlaşdırılmış paltar qurutmaq üçün hamam radiatoru, 1.80 metr uzunluğunda olan 6 (altı) ədəd qızdırıcılar (radiator), üçüncü mərtəbədən-7 (yeddi) ədəd 1.80 metr uzunluğunda qızdırıcılar (radiator), evin həyətindəki köməkçi tikilidə olan bir ədəd kombi aparatı və bir ədəd su qızdırcısı da oğurlanmışdır. O, bu səbəbdən şikayətçidir və onun evindən yuxarıda adlarını sadaladığım əşyaları oğurlamış şəxs və ya şəxslər də müəyyən olunaraq digər əşyaları oğurlamış şəxslər kimi cinayət məsuliyyətinə cəlb edilməsini istəyir. Həmin oğurluq hadisəsi 2020-ci ilin iyun ayının 13-dən 2021-ci ilin iyul ayının əvvəllərinə kimi baş vermişdir. O, həmin hadisə ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs Faxil oğlundan şübhələnir. Ona məxsus ünvan 4 ünvanında yerləşən evdən əvvəlki ifadələrində qeyd etiyi və hazırda yuxarıda adlarını sadaladığı əşyalardan başqa hər hansı bir əşya oğurlanmamışdır. Məhkəmədən Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın ödənildiyini və hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmamamsının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, Goranboy rayonu, Cinliboluslu kəndində ailəsi ilə birlikdə yaşayır. Hazırda evində olan kombi radiatorlarını Təqsirləndirilən şəxs almışdır. Belə ki, tanışı Şahid1la söhbət edən zaman Nicata evinə kombi qurlaşdırmaq istədiyini demişdir. Nicat ona Yevlax rayonunda yaşayan qohumu Nicat adlı şəxsin kombi radiatorları satdığını bildirmişdir. O, Şahid1 qohumu Təqsirləndirilən şəxs tanımamışdır. Şahid1 Təqsirləndirilən şəxs mobil telefon nömrəsini almış və ona zəng edərək radiatorlar barədə maraqlanmışdır. Nicat ona 1 ədəd 20 bölmədən (seksiyadan) ibarət olmaqla 5 ədəd 100 bölmədən (seksiyadan) ibarət olduğunu və bir bölməsini (seksiyanı) 7 manatdan satdığını demişdir. O, Nicata bu barədə fikirləşəcəyini demiş, Goran qəsəbəsinə gedərək radiatorlarla maraqlanmış və bir bölməsinin (seksiyanın) 9 manatdan satıldığını öyrənmişdir. O, təzə ilə işlədilmiş arasında bir fərq olmaz deyə düşünmüş və Nicata zəng edərək almaq istədiyini demiş və Şahid1 da götürərək Yevlax rayon Aran qəsəbəsinə getmişdir. Nicat həmin 5 ədəd radiatoru evin eyvanına yığmışdır. O, Nicata 650 manat pul vermiş və həmin 5 ədəd radiatoru Nicatdan almışdır. Təqsirləndirilən şəxs ona satmış olduğu 5 ədəd radiatorun oğurluq olması barədə onun hər hansı bir məlumatı olmamışdır. Nicat ona həmin radiatorları evində təmir işləri aparmış olduğu şəxsin hazırda həmin evdə yaşamadığı üçün, yəni Rusiya Federasiyasında yaşadığı üçün ona gördüyü işin qarşılığında vermiş olduğunu demişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 avqust 2021-ci il tarixli 9/5147 nömrəli rəyində göstərilmişdir ki, aparılmış ekspert tədqiqatı nəticəsində, Bakı şəhərində yerləşən ticarət şəbəkələrində, mağazalarda, inşaat materialları satışı məntəqələrində və köhnə əşyaların satışı məntəqələrində mövcud olan qiymətlərə əsasən, ekspertiza tədqiqatına təqdim edilməyən əvvələr istifadədə olmuş tədqiqat obyektlərinin, 2021-ci ilin mart-iyun aylarına, respublikadaxili orta bazar pərakəndə satış qiymətləri nəzəri hesablama yolu ilə şərti olaraq təxminən aşağıdakı kimi müəyyən olunur: 4 (dörd) ədəd 1,90 metr uzunluğunda, 70 sm enində olan plastik qapılar 400,00 manat. Ekspert qeyd edir ki, tədqiqata təqdim edilməyən, qərarın təsvir hissəsində göstərilən, lakin qiymətləndirilməyən aşağıdakı göstərilən digər əmlak, yəni beş ədəd fıstıq ağacından hazırlanmış 2.20 metr uzunluğunda, 12 enində qapıların kənar reykalarıplintuslar, on yeddi ədəd bir bağlamada olan reykalar, iyirmi ədəd 1.80 metr uzunluğunda kombinin radiatrları-qızdırıcıları; bir ədəd saunanın sobası və mühərriki; bir ədəd caqquzi vannasının mühərriki; bir ədəd caqquzi vannasının duşu və şüşəsi; bir ədəd duş; otuz ədəd fıstıq ağacından olan 64 pilləli pilləkənin 1.2 metr uzunluğunda, 3 sm enində, 4 sm qalınlığında, taxtadan olan pillələr; bir ədəd işıq şiti (rubilnik); bir ədəd divara quraşdırılmış paltar qurutmaq üçün nəzərdə tutulan hamam radiatoru; bir ədəd 1.4 metr uzunluğunda, 70 sm enində üzərində ağ sadə şüşə olan plastik pəncərə; hamamın asma tavan divarının içəri hissəsinin taxtadan olan ümumilikdə 21 metr uzunluğunda və 2.5 letr enində olan hissəsinin şam ağacından olan örtüyü, iki ədəd kombi aparatı və bir ədəd su qızdırıcısı faktiki ekspert baxışı keçirilmədən, onların konkrert olaraq markasını, modelini əmtəə görünüşünü, yararlığı, texniki göstəricilərini, hansı vəziyyətdə olmasını, mənəvi və fiziki köhnəlməyə hansı dərəcədə məruz qalmasını müəyyən etmədən və onlar barədə kifayət qədər məlumat olmadığından onlar üzrə tədqiqat və qiymətləndirmə aparılmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 fevral 2022-ci il 9/296 nömrəli rəyində göstərilmişdir ki, aparılmış ekspert tədqiqatı nəticəsində, respublikada yerləşən ticarət məntəqələrində mövcud olan qiymətlərə və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə, analoji mallara müvafiq olaraq ekspertiza təyini haqqında qərarda göstərilən və fotoşəkilləri təqdim edilmiş malların orta isitsmar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2020-ci ilə olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir : Səkkiz ədəd 10 seksiyadan ibarət olan və hər bir seksiyası 58 sm hündürlüyündə 0,8 sm enində kombi radiatoru 640 manat; İki ədəd 10 seksiyadan ibarət olan və hər bir seksiyası 44 sm hündürlüyündə 0,8 sm enində kombi radiatoru 140 manat; Beləliklə, ekspertiza təyini haqqında qərarda göstərilən və fotoşəkilləri təqdim edilmiş malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2020-ci ilin orta bazar qiyməti təxminən 780,0 manat müəyyən edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Mərkəzi Bazar ASC-nin 21 sentybar 2021-ci il tarixli 171 nömrəli məktubunda göstərilmişdir ki, Yevlax Ticarət mərkəzinin alqı-satqı bazarlarında-bir ədəd 1,80 metr uzunluğunda kombinin radiatrının-qızdırıcının qiyməti 450-500 manat olmaqla iyirmi ədədinin qiyməti 9000-10000 manat, bir ədəd saunanın peçi və matorunun qiyməti ***-**** manat, bir ədəd caqquzi vannasının matoru 250-300 manat olmaqla iki ədədinin qiyməti 500-600 manat, bir ədəd caqquzi vannasının duşu və şüşəsi 350-400 manat, bir ədəd duşun qiyməti 50-100 manat, bir ədəd fıstıq ağacından hazırlanmış 1,2 metr uzunluğunda, 30 sm enində, 4 sm qalınlığında pilləkən pilləsinin qiyməti 30-35 manat olmaqla ***-**** manat, bir ədəd işıq şitinin qiyməti 70-100 manat, bir ədəd hamam qızdırıcısının-radiatrın qiyməti 150-200 manat, bir ədəd 1,4 metr uzunluğunda, 70 sm enində üzərində ağ sadə şüşəsi olan plastik pəncərənin qiyməti 120-150 manat, hamamın asma tavanı 1500-2500 manat, divarın içəri hissəsinin taxtadan olan ümumilikdə 21 metr uzunluğunda və 2.5 metr enində olan hissəsinin şam ağacından olan örtüyü 1500-2000 manat, bir ədəd “Eca” markalı 600 kvadratlıq evi istimək üçün nəzərdə tutulmuş kombi aparatının qiyməti 2300-2500 manat olmaqla iki ədədinin qiyməti 4600-5000 manat, bir ədəd 100 letr su tutumuna malik “HOFFMAN” markalı su qızdırıcısının qiyməti 450-500 manatdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tələbnaməsindən və Yevlax rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli 1(039)-24/2022 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq haqqında 27 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12.00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 29 dekabr 2021-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İHB-nın 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xasiyyətləndirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İHB-nın 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax şəhəri, R.İbrahimov küçəsi, 2 saylı ev də qeydiyyatdadır. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs qəsdən təkrarən özgənin əmlakını gizli talamaq məqsədi ilə, Zərərçəkmiş şəxs ümumilikdə 17900 (on yeddi min doqquz yüz) manat məbləğində maddi ziyan vuraraq təkrarən yaşayış sahəsinə qanunsuz olaraq daxil olmaqla zərəçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla qəsdən təkrar oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin göstərilən əməli törətməkdə təqsirli olması özünün etiraf ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsilə düzgün tövsif olunmuşdur. Törətdiyi cinayətə görə ona cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CMnin 59.1.12 və 59.1.14-cü maddələrinə əsasən onun zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəməsi nəticəsində zərərçəkmiş şəxslə barışıq əldə etməsini, CM-nin 59.2-ci maddəsinə əsasən əməlindən səmimi peşman olmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs Yevlax rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli 1(039)- 24/2022 hökmü ilə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 10 ay 20 gün hissəsi Azərbaycan Respublikası CM-nin 66.2 və 66.5-ci maddələrinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan yəni, Yevlax rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli hökmünə əsasən cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan, 18 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut X3 Zərərçəkmiş şəxs məxsus ünvan 5 ünvanında yerləşən evdən oğurlayaraq Şahid2 satmış olduğu və hazırda Şahid2 yaşadığı Goranboy rayonu Cinliboluslu kəndində yerləşən evdə qauraşdırılmış hər biri 10 seksiyadan ibarət olmaqla 10 ədəd kombi radiatorları hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat təşkil edir, həmin məbləğ təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. (CPM-nin 193.2) İş üzrə mülki iddia verilməmişdir. Hökmün icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 27 dekabr 2021-ci il tarixdən 29 dekabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir gün iki gününə bərabər hesablanmaqla cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 il 05 ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Yevlax rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 10 ay 20 gün hissəsi Azərbaycan Respublikası CM-nin 66.2 və 66.5ci maddələrinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılsın və üzərində qəti olaraq 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Yevlax rayonu ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan Yevlax şəhəri, R.İbrahimov küçəsi, ev 2-də yerləşən evin ərazi hüdudlarını tərk etməmək, cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 18 aprel 2022-ci il tarixdən icraya yönəlsin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilməsin. Maddi sübut X3 Zərərçəkmiş şəxs məxsus ünvan 5 ünvanında yerləşən evdən oğurlayaraq Şahid2 satmış olduğu və hazırda Şahid2 yaşadığı Goranboy rayonu Cinliboluslu kəndində yerləşən evdə qauraşdırılmış hər biri 10 seksiyadan ibarət olmaqla 10 ədəd kombi radiatorları hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs qaytarılsın. Təqsirləndirilən şəxs X4 Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 8 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. İş üzrə mülki iddia verilməmişdir. Hökmün icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-67/2022
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-67/2022
24.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver