Məhkəmə qərarları › İş №1(039)-67/2023

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-67/2023

07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-67/2023 07.03.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.2002-ci ildə Yevlax şəhərində anadan olmuş, natamam orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkumluğu olmayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 07 mart 2023-cü il tarixdə Yevlax rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilir ondan ötrü ki, o, qəsdən yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla təkrar oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs, 2022-ci ilin noyabr ayının 10-da qəsdən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən evinin həyətinə darvazadan qəsdən qanunsuz daxil olaraq evin həyətində yerləşən anbar kimi istifadə edilən yardımçı tikilidən Zərərçəkmiş şəxs məxsus olan 1 ədəd 130 manat dəyərindəki “Zubr” markalı direli və bir ədədinin qiymət 3,50 manat olan ümumi dəyəri 77 manat olan cəmi 22 ədəd elektrik yuvası və elektrik açarı avadanlıqlarını gizli yolla talamaqla Zərərçəkmiş şəxs cəmi 207 (iki yüz yeddi) manat məbləğində ziyan vurmaqla özgənin əmlakını gizli yolla talamaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, 2022-ci ilin noyabr ayının 27-də qəsdən təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən evinin həyətinə darvazadan qanunsuz olaraq daxil olaraq evin həyətində yerləşən anbar kimi istifadə edilən yardımçı tikiliyə qanunsuz olaraq daxil olmaqla oradan Zərərçəkmiş şəxs məxsus olan 1 ədəd 180 manat dəyərindəki “Desna 2” markalı velosipedi gizli yolla talamaqla Zərərçəkmiş şəxs 180 (yüz səksən) manat məbləğində ziyan vurmaqla qəsdən yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talamaqla təkrar oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onunla qonşu küçədə yaşayır. 10 noyabr 2022-ci il tarixdə o, Zərərçəkmiş şəxs məxsus olan evin həyətinə açıq darvazadan keçərək evin həyətində olan yardımçı tikili, anbar kimi istifadə edilən hamam otağına daxil olmuş və hamam otağından bir ədəd un kisəsinin içərisinə baxdıqda kisənin içərisində direl olduğunu görmüş, və həmin un kisəsinin yanında isə bir ədəd qara rəngli sellofan torbada elektrik avadanlıqlarının yəni, elektrik yuvası və elektrik açarı olduğunu görmüşdür. O, həmin elektik avadanlıqlarını içərisində olduğu torba ilə birlikdə un kisəsinin içərisinə qoyaraq evin həyətindəki hamam otağından çıxmışdır. O, Zərərçəkmiş şəxs evinin həyətində yerləşən hamam otağından çıxdıqdan sonra evin həyət darvazasından çıxaraq oğurladığı əşyaları Yevlax şəhəri Nizami prospektinə aparmış və orada təsadüfən gördüyü şəxsə oğurladığı 1 ədəd direli və 22 ədəd elektirk avadanlığını cəmi 30 manat pula satmışdır. Daha sonra xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə açıq olan həyət darvazasından daxil olmuş və evin həyətindəki anbar kimi istifadə edilən hamama daxil olaraq oradan bir ədəd 24-lük “desna 2” velosipedini götürərək çıxmışdır. O, Zərərçəkmiş şəxs evinin həyətindəki anbardan velosiped oğurladıqdan sonra həmin velosipedi öz yaşadığı evə apararaq evə qoymuşdur. Zərərçəkmiş şəxs onun barəsində polis şöbəsinə şikayət etdikdən sonra anası Şahid1 həqiqəti bilmiş və ona öz iradlarını bildirdikdən sonra velosipedi Zərərçəkmiş şəxs geri qaytarmışdır. O, 1 ədəd direl və elektrik avadanlıqlarını satdığı şəxsi tanımır. Oğurladığı velosipedi anası Şahid1 30 noyabr 2022-ci il tarixdə yaşadığı evdən götürərək aparıb Zərərçəkmiş şəxs vermişdir. Məhkəmədə son sözündə əməlindən səmimi peşmanlıq çəkməsini, himayəsində azyaşlı uşağının olması zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanın ödənilməsini və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə axşam saat 18 radələrində o, yaşadığı evin həyətində yerləşən anbar kimi istifadə etdiyi hamama baxdıqda bir ədəd un kisəsinin içərisində olan direlinin və 1 ədəd qara rəngli sellofan torbada olan 22 ədəd elektrik avadanlığının, yəni 6 ədəd elektik açarı (kulçatr) və 16 ədəd elektrik yuvası (razetka) oğurlandığını aşkar etmişdir. Lakin oğurluq hadisəsi olması barədə heç kimsəyə məlumat verməmişdir. Bu hadisədən sonra yəni xx.xx.2022-ci il tarixdə onun yaşadığı evin həyətindən hamamın içindən 1 ədəd 24-lük “desna 2” markalı velosipedinin oğurlandığını aşkar etmişdir. Oğurluq hadisəsindən sonra yəni xx.xx.2022-ci il tarixdə saat 00:30 radələrində kürəkəni Elvin onlarla qonşu küçədə yaşayan Təqsirləndirilən şəxs ona məxsus olan velosipedi yaşadığı küçədə “donba beli” adlanan ərazidə aparmasını gördüyünü bildirmişdir. Bundan sonra o, Səlimin anası Şahid1 məlumat verərək Səlimin velosipedini oğurladığını deyərək Səlimin velosipedini gətirməsini tələb etmişdir. Lakin bir gün gözləməsinə baxmayaraq Səlim velosipedini qaytarmadığından o, xx.xx.2022-ci il tarixdə ərizə ilə Yevlax RPŞ-nə müraciət etmişdir. Onun müraciətindən sonra Səlimin anası Şahid1 ona məxsus olan velosipedi gətirərək qaytarmışdır. Məhkəmədən təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın tam şəkildə ödənilməsini və hazırda ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. 27 noyabr 2022-ci il tarixdə oğlu Təqsirləndirilən şəxs yaşadığı evə bir ədəd velosiped gətirərək həmin velosipedi özü üçün istifadə etmək məqsədi ilə aldığını bildirmişdir. Ancaq bir neçə gün sonra Zərərçəkmiş şəxs onu küçədə görərək oğlu Təqsirləndirilən şəxs onun evinin həyətindəki anbar kimi istifadə edilən hamamdan 27 noyabr 2022-ci il tarixdə 1 ədəd velosiped və 10 noyabr 2022-ci il tarixdə isə bir ədəd direl ilə 22 ədəd elektrik avadanlığı oğurladığını bildirmişdir. O, bundan sonra oğlu Təqsirləndirilən şəxsla görüşərək ondan məsələ barəsində məlumat almışdır. O, oğlu Təqsirləndirilən şəxs ilə söhbət edən zaman Təqsirləndirilən şəxs həqiqətən də Zərərçəkmiş şəxs evinin həyətindəki anbar kimi istifadə edilən hamamdan 1 ədəd direl, 22 ədəd elektrik avadanlığı və 1 ədəd velosiped oğurladığını deyərək evə gətirdiyi velosipedin Zərərçəkmiş şəxs məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs utandığını deyərək velosipedi 30 noyabr 2022-ci il tarixdə apararaq Zərərçəkmiş şəxs vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən mütəxəsis tərəfindən əmlakın qiymətləndirilməsi ilə bağlı verilmiş 26 dekabr 2022-ci il tarixli ƏQ-241/2022 saylı rəydə göstərilmişdir ki, 2022-ci ilin noyabr ayına 1 ədəd “Zubr” markalı elektrik direlin qiyməti 130 (yüz otuz) manat, 1 ədəd elektrik yuvasının qiyməti 3,50 (üç manat əlli qəpik), 1 ədəd elektrik açarının qiyməti 3,50 (üç manat əlli qəpik) olmaqla, ümumilikdə 22 ədəd elektrik avadanlığının (16 ədəd elektrik yuvası və 6 ədəd elektrik açarı) qiyməti 77 (yetmiş yeddi) manat, 1 ədəd “Desna 2” markalı velosipedin qiyməti 180 (yüz səksən) manat təşkil edir.Ümumi bazar dəyəri 387 (üç yüz səksən yeddi) manat təşkil edir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Yevlax şəhər İHB-nın 1 saylı İƏD tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə qismən yaxşı xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağı var. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən şübhəli şəxs qismində tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 03 dekabr 2022-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli talamaq məqsədilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddələrinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid ifadələri, mütəxəsis rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən əməli törətməkdə təqsirli olması öz etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahid ifadələri, mütəxəsis rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən himayəsində üç az yaşlı uşağın olması onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onların cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsi, cəzasını yüngülləşdirən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq azadlığın məhdudlaşdırılması cəzasına 1 günə 2 gün hesablanmaqla təyin edilmiş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilməməlidir. Hökmün icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu ağırlşaşdıran halın olmamasını nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü-azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “desna 2” markalı velosiped Zərərçəkmiş şəxs saxlanılması nəzərə alınmalıdır. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. X3 01 dekabr 2022-ci il tarixdən 03 dekabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı iki gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 04 gün hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Yevlax rayonu ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan Yevlax şəhəri, Neftkəməri küçəsindəki evin ərazi hüdudlarını tərk etməmək, cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “desna 2” markalı velosiped Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 7 (yeddi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 42 (qırx iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar