Məhkəmə qərarları › İş №1(039)-68/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-68/2020

25.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-68/2020 25.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X5 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə xx xxxxxxx 1959-cu il tarixdə Yevlax rayonu, Xanabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Yevlax rayonu, Xanabad kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə saat 18:00 radələrində Yevlax rayonu, Xanabad kəndi istiqamətində Mingəçevir su anbarının Xanabad körfəzinin sahilinə gələrək özünə məxsus 1 ədəd taxta qayıqla suya girmiş, orada hər birinin uzunluğu 30 metr, eni 3 metr, gözlərinin ölçüsü 32x32 mm. olan, balıq ovunda istifadəsi qadağan edilmiş, jilka adlandırılan sintetik sapdan toxunmuş 3 ədəd torları suya səpərək sahilə qayıtmış, 15 fevral saat 08:30-dək olan müddət ərzində ayrı-ayrılıqda vurduğu ziyanın məbləği hər biri 11 manat olmaqla ümumi dəyəri 407 manat təşkil edən 37 ədəd çapaq balıqlarını xeyli miqdarda, yəni 407 manat məbləğində ziyan vurmaqla qanunsuz tutmuş, həmin gün qanunsuz tutduğu balıqları sahilə çıxararkən X13 X7 Polis Məntəqəsinin, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və X8 əməkdaşları tərəfindən saxlanılıb baxış keçirilən zaman ondan 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, balıq ovunda istifadəsi qadağan edilmiş, jilka adlandırılan sintetik sapdan toxunmuş 3 ədəd tor və həmin torlarla Yevlax rayonu, Xanabad kəndi istiqamətində Mingəçevir su anbarının Xanabad körfəzindən qanunsuz tutduğu 37 ədəd çapaq balıqları aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə ona elan olunan ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Yevlax rayonu, Xanabad kəndində qeydiyyatdadır və ailəsi ilə birlikdə həmin ünvanda daimi yaşayır. Halhazırda heç bir yerdə işləmir. Maddi vəziyyəti ağır olduğu üçün balıq tutmaqla məşğul olur və bununla da ailəsinə qida əldə edir. xx xxxxxx 2020-ci il tarixdə saat 18:00 radələrində özünə məxsus 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, hər birinin uzunluğu 30 metr, eni 3 metr, gözlərinin ölçüsü 32x32 mm. olan jilka adlandırılan sintetik sapdan toxunmuş 3 ədəd torlardan ibarət balıqovlama vasitələrini götürüb, Yevlax rayonu, Xanabad kəndi istiqamətində Mingəçevir su anbarının Xanabad körfəzinin sahilinə gəlmişdir. Orada özü ilə gətirdiyi taxta qayıqdan istifadə edərək Mingəçevir su anbarına girmiş və özünə məxsus 3 ədəd torları suya səpərək yaşadığı evə qayıtmışdır. Ertəsi gün, yəni xx xxxxxx 2020-ci il tarixdə saat 08:00 radələrində yenidən Yevlax rayonu, Xanabad kəndi istiqamətində Mingəçevir su anbarının Xanabad körfəzinin sahilinə gələrək taxta qayıqdan istifadə etməklə su anbarına girmiş və qurmuş olduğu torların yanına gəlmişdir. Torları yoxlayarkən xeyli sayda balıq tutduğunu görmüşdür. O, həmin balıqları torlarla birlikdə qayığa yığaraq sahilə çıxmaq istəyərkən saat 08:30 radələrində X13 X7 Polis Məntəqəsinin, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və X8 əməkdaşları yaxınlaşıb onu saxlamışlar. Polis əməkdaşlarına demişdir ki, X12n balıq tutmaq üçün onun rəsmi icazəsi yoxdur. Baxış zamanı həmin əməkdaşlar istifadə etdiyi 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, hər birinin uzunluğu 30 metr, eni 3 metr, gözlərinin ölçüsü 32x32 mm. olan jilka adlandırılan sintetik sapdan toxunmuş 3 ədəd torlardan ibarət balıqovlama vasitələrini və qanunsuz tutduğu balıqları aşkar edib maddi sübut kimi götürmüşlər. Həmin balıqlar sayıldıqda onların 37 ədəd çapaq balıqlarından ibarət olmaları müəyyən edilmişdir. Sorğu zamanı maddi vəziyyəti ağır olduğu üçün məcburiyyət qarşısında qalıb ailəsinə qida əldə etməkdən ötrü həmin balıqları aşkar edilmiş balıqovlama vasitələri ilə Yevlax rayonu, Xanabad kəndi istiqamətində Mingəçevir su anbarının Xanabad körfəzindən qanunsuz tutmuşdur. X12n balıq tutmağa onun rəsmi icazəsi yoxdur. Rəsmi icazə olmadan balıq tutmanın qadağan edildiyini və bunun cinayət olduğunu bilmişdir. Lakin, başqa çıxış yolu olmadığına görə, ailəsinə qida əldə etməkdən ötrü həmin cinayəti törətməyə məcbur olmuşdur. Bu barədə polis əməkdaşları müvafiq protokol tərtib etmişlər, həmin protokolu ucadan oxumuşlar və o həmin protokolu düzgün yazıldığı üçün imzalamışdır. Hazırda əməlindən səmimi olaraq peşmandır və bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Məhkəmədən son sözündə zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı qismən ödəməsini və əməlindən səmimi peşmançılığını nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında mülki iddiaçının nümayəndəsi X6 cinayət işi ilə bağlı mülki iddianın təmin olunmasını və xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və X8 nəzrət qrupunun baş mütəxəssisi vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə X13 X7 Polis Məntəqəsinin, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və X8 əməkdaşları ilə birlikdə xidməti ərazidə ekoloji cinayətləri törədənlərə qarşı mübarizə xarakterli tədbir keçirirmişlər. Həmin gün tədbir keçirilərkən saat 08:30 radələrində Yevlax rayonu, Xanabad kəndi istiqamətində Mingəçevir su anbarının Xanabad körfəzində balıq tutan Təqsirləndirilən şəxs torla balıq tutmasını görüb onu saxlamışlar. Keçirilmiş yoxlama nəticəsində Təqsirləndirilən şəxs 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, hər birinin uzunluğu 30 metr, eni 3 metr, gözlərinin ölçüsü 32x32 mm. olan jilka adlandırılan sintetik sapdan toxunmuş 3 ədəd tor və 37 ədəd çapaq balıqları aşkar edilərək maddi sübut kimi götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin balıqları aşkar edilmiş 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar və jilka adlandırılan sintetik sapdan toxunmuş 3 ədəd torun vasitəsi ilə Yevlax rayonu, Xanabad kəndi istiqamətində Mingəçevir su anbarının Xanabad körfəzindən qanunsuz tutmuşdur. Eyni zamanda Təqsirləndirilən şəxs izah etmişdir ki, Mingəçevir su anbarının Xanabad körfəzindənbalıq tutmağa onun rəsmi icazəsi, yəni balıqovlama bileti yoxdur. Hal şahidlərinin iştirakları ilə Təqsirləndirilən şəxs götürülmüş balıqovlama vasitələrinə və balıqlara baxış keçirilmişdir. Bu barədə müvafiq protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs qanunsuz tutduğu 37 ədəd çapaq balıqları tez xarab olan ərzaq malı hesab edildiyi üçün xx.xx.2020-ci il tarixdə Mingəçevir şəhərində yerləşən «xxxxxxxxxx» X15 təhvil verilmişdir. Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar və hər birinin uzunluğu 30 metr, eni 3 metr, gözlərinin ölçüsü 32x32 mm. olan jilka adlandırılan sintetik sapdan toxunmuş 3 ədəd torlardan ibarət balıqovlama vasitələri isə müvəqqəti saxlanılması üçün maddi sübut kimi polis əməkdaşları tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs əvvəllər tanımırmış, onunla heç bir münasibəti və ədavəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X13 X7 Polis məntəqəsinin polis nəfəri Şahid4 ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə X13 X7 Polis məntəqəsinin, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və X8 sməkdaşları ilə birlikdə xidməti ərazidə ekoloji cinayətləri törədənlərə qarşı mübarizə xarakterli töir keçirmişlər. Həmin gün tədbir keçirilərkən saat 08:30 radələrində Yevlax rayonu, Xanabad kəndi istiqamətində Mingəçevir su anbarının Xanabad körfəzində balıq tutan Təqsirləndirilən şəxs torla balıq tutmasını görüb onu saxlamışlar. Keçirilmiş yoxlama nəticəsində Təqsirləndirilən şəxs oğlundan 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, hər birinin uzunluğu 30 metr eni 3 metr, gözlərinin ölçüsü 32x32 mm. olan jilka adlandırılan sintetik sapdan toxunmuş 3 ədəd tor və 37 ədəd çapaq balıqları aşkar edilərək maddi sübut kimi götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin balıqları aşkar edilmiş 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar və jilka adlandırılan sintetik sapdan toxunmuş 3 ədəd torun vasitəsi ilə Yevlax rayonu, Xanabad kəndi istiqamətində Mingəçevir su anbarının Xanabad körfəzindən qanunsuz tutmuşdur. Mingəçevir su anbarının Xanabad körfəzindən balıq tutmağa onun rəsmi icazəsi, yəni balıqovlama bileti yoxdur. Hal şahidlərinin iştirakları ilə Təqsirləndirilən şəxs götürülmüş balıqovlama vasitələrinə və balıqlara baxış keçirilmişdir. Bu barədə müvafiq protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs qanunsuz tutduğu 37 ədəd çapaq balıqları tez xarab olan ərzaq mah hesab edildiyi üçün xx.xx.2020-il tarixdə Mingəçevir şəhərində yerləşən «xxxxxxxxxx» X15 təhvil verilmişdir. Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar və birinin uzunluğu 30 metr, eni 3 metr, gözlərinin ölçüsü 32x32 mm. olan jilka adlandırılan ta ctetik sapdan toxunmuş 3 ədəd torlardan ibarət balıqovlama vasitələri isə müvəqqəti saxlanılması üçün maddi sübut kimi tərəflərindən götürülmüşdür. İş üzrə şahid X13 X7 Polis məntəqəsinin polis nəfəri Şahid3 Şahid4 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və X8 xx xxxxxx 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, X1 37 ədəd çapaq balıqlarını qanunsuz tutması nəticəsində təbiətə (balıq ehtiyatlarına vurulan ziyan) 407 (dörd yüz yeddi) manat ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Kapital Bank ASC-nin Mingəçevir filialı tərəfindən verilmiş xx.xx.2020-cu il tarixli qəbzdən görünür ki, Hüseynov X4 və Təbii Sərvətlər Nazirliyinə vurmuş olduğu ziyandan 200 (iki yüz) manat ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən qəbzdən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd taxta qayıq, 2 ədəd taxta avarlar, hər birinin uzunluğu 30 metr, eni 3 metr, gözlərinin ölçüsü 32x32 mm olan jilka adlandırılan sintetik sapdan toxunmuş 3 ədəd tor saxlamaq üçün müvəqqəti olaraq X13 X7 polis məntəqəsinin rəisi polis mayoru Şahid1 təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ejkologiya və Təbii Sərvətlər Nazirliyi Su Hövzələrində X3 və Mühafizəsi departamentinin xx xxxxxx 2020-ci il tarixli 28/49 nömrəli məktubundan görünür ki, xx xxxxxx 2020-ci il tarixə kimi Yevlax rayon sakini Təqsirləndirilən şəxs balıq və və digər su bioresurslarının sənaye ovuna balıqovlama bileti verilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X10 Departamenti xx xxxxxx 2020-ci il tarixli iddia ərizəsi ilə ibtidai istintaq zamanı müraciət edərək dəymiş 407 (dörd yüz yeddi) manat ziyanın təqsirləndirilən şəxsdən alınaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X10 Departamentinin hesablaşma hesabına köçürülməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi tövsüf edilmişdir. Məhkəmə iclasında Dövlət ittihamçısı vəsatət verərək Hüseynov X2 barəsində “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxx 2020-ci il tarixli, 68-VİQD saylı Qanununun məhkum barəsində tətbiq edilməsini təklif etdi. xx xxxx 2020-ci il tarixdən qanuni qüvvəyə minmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256-cı maddəsinin qeyd hissəsinə edilmiş dəyişikliyə əsasən bu Məcəllənin 256.1 -ci maddəsində “xeyli miqdar” dedikdə min manatdan yuxarı, lakin yeddi min manatdan artıq olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1 -ci maddəsinə görə cinayət məsuliyyəti balıq və digər su bioresusrlarının qanunsuz tutulması zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə yaranır. Göründüyü kimi, Təqsirləndirilən şəxs qeyd edilən cinayəti törədərkən zərərçəkmiş şəxsə yetirilən maddi ziyan 407 manat təşkil etmiş və həmin vaxt üçün bu məbləğ xeyli miqdar hesab edilməklə cinayət məsuliyyətinə səbəb olmuşdur. Hazırda isə Təqsirləndirilən şəxs törətmiş olduğu əməl dəyişikliyə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsinin tərkibini yaratmır. xx xxxx 2020-cı il tarixdə qüvvəyə minmiş "Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının xx xxx 2020-cı il tarixli 68-VİQD saylı Qanununun 2.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək məhkum edilmiş və hazırda cəzasını çəkən və ya cəzasını çəkmiş, lakin məhkumluğu olan şəxslərin vəziyyəti bu Qanunla yaxşılaşdırılırsa, həmin məsələlərə, habelə bu Qanunun 2.2- ci maddəsində nəzərdə tutulmuş məsələlərə hökm çıxarmış məhkəmə və ya məhkumun cəza çəkdiyi yer üzrə məhkəmə tərəfindən, cəzanı icra edən müəssisə və ya orqanın təqdimatı və ya məhkumun ərizəsi əsasında, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında baxılır. Belə olan halda, məhkəmə hesab edir ki, cinayət qanununa edilmiş dəyişiklik Təqsirləndirilən şəxs əməlinin cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldırdığından Təqsirləndirilən şəxs barəsində başlanmış cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs qanunsuz tutduğu 37 ədəd çapaq balıqları, X12 balıqçılıq fəaliyyəti ilə məşğul olan “xxxxxxxxxx.” X11 təhvil verilməsi nəzərə alınmalı, habelə istifadə etdiyi 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, hər birinin uzunluğu 30 metr, eni 3 metr, gözlərinin ölçüsü 32x32 mm. olan jilka adlandırılan sintetik sapdan toxunmuş 3 ədəd torlardan ibarət balıqovlama vasitələri məhv edilməlidir. İş üzrə mülki iddia qismən təmin edilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321.2.1, 344, 349, 358 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxx 2020-ci il tarixli, 68-VİQD saylı Qanunu tətbiq edilsin və CM-nin 256.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilərək, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası İXM-nin tərkib əlamətlərinin olması hallarının araşdırıması üçün qərarın surəti ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən Yevlax rayon prokuroruna göndərilsin. İş üzrə mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs 207 (iki yüz yeddi) manat tutularaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X10 Departamentinin hesabına köçürülsün. İş üzrə maddi sübut 37 ədəd çapaq balıqlarının X12 balıqçılıq fəaliyyəti ilə məşğul olan “xxxxxxxxxx.” X11 təhvil verilməsi nəzərə alınsın. Habelə 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, jilka adlandırılan sintetik sapdan toxunmuş 3 ədəd torlardan ibarət balıqovlama vasitələri məhv edilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 8 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar