Məhkəmə qərarları › İş №1(039)-68/2021

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-68/2021

22.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-68/2021 22.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi- Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Yevlax Rayon Mərkəzi Xəstəxanasında xadiməçi işləyən, əvvəllər məhkum olunmamış, Yevlax rayonu Qoyunbinəsi kəndində qeydiyyatda olan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət 177.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxxxxx 2021-ci il tarixdə saat 01:35 radələrində işdə olan zaman heç bir səlahiyyəti olmadığı halda xidməti otaqların qapılarının açarlarının saxlanıldığı şkafdan Yevlax rayon mərkəzi xəstəxanası X6 inzibati binasının 1-ci mərtəbəsində yerləşən, həkim-kardioloq Zərərçəkmiş şəxs 21 saylı xidməti iş otağının qapısının açarını götürərək həmin iş otağının qapısını açarla açmaqla qanunsuz olaraq otağa daxil olub Zərərçəkmiş şəxs xx xxxxxx 2021-ci ildə saat 16:00 radələrində otaqda olan stolun saxlanc yeri hesab edilən şkaf gözünün siyirməsinə qoyduğu sonuncuya məxsus olan 1500 manat pulu, siyirməni əli ilə açıb oradan götürməklə qəsdən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahid ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, 2021-ci ilin yanvar 5-dən 6-na keçən gecə işlədiyi Yevlax rayon mərkəzi xəstəxanasında növbətçi olmuş, saat təxminən 01:00 radələrində xəstəxanada xadiməçi işləyən və həmin gün növbətçi olan Gülnar adlı şəxslə birlikdə Sənubər həkimin 1-ci mərtəbədə yerləşən otağında olan çarpayını götürmək qərarına gəlmiş, Sənubər həkimin otağının açarı xəstəxanada şkafda olmuş, oradan açarı götürüb qapını açmış, otaqdan çarpayını götürüb qapını bağlamış və çarpayını 26 nömrəli otağa qoymuşdurlar. Həmin vaxt əlində olan əlcəklər cırılmış, ona görə də, təxminən 35-40 dəqiqə sonra yenidən əlcək götürmək üçün Sənubər həkimin otağına qayıtmış, əlcək axtarmaq üçün Sənubər həkimin iş stolunun yanında olan şkafın siyirməsini açan zaman orada pul olduğunu görmüş, bu zaman pulu saymış, 15 ədəd yüz manat olmaqla 1500 manat olduğunu bilmiş, ehtiyacı olduğu üçün 1500 manat pulu götürüb otaqdan çıxmışdır. Təxminən iki-üç gün sonra yaşadığı evdə 1500 manat pulu Elminə verərək ona olan borcunu ödəmiş, xəstəxanada oğurluq etməyindən heç kəsin xəbəri olmamış, heç kəslə əlbir olmamış, Elminin də 1500 manat pulun oğurluq olmasından xəbəri olmamışdır. Hazırda törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödədiyini və onunla barışıq əldə etdiyini bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, xx xxxxxx 2021-ci il tarixdə saat 15:00 radələrində işlədiyi Yevlax rayon mərkəzi xəstəxanasında növbəyə getmiş, həmin gün axşam saat 21:00 qədər növbədə olmuş, saat təxminən 16:00 radələrində özündə olan özünə məxsus lotereya pulunu, 1500 manat pulu 1-ci mərtəbədə yerləşən 21 saylı xidməti otağında yerləşən şkafın siyirməsinə qoymuşdur. Həmin pulu ona xx xxxxxx 2021-ci il tarixdə saat təxminən 15:15 radələrində Arzu həkim vermiş, həmin pul da loterayadan olan şəxsi pulu olmuş, yanvar ayının 6-da yenə işdə olmuş, ancaq pulu qoyduğu şkafın siyirməsinə baxmamışdır. Ayın 7-i günü işdə olmamış, xx xxxxxx 2021-ci il tarixdə isə saat 09:00 radələrində işə gələn zaman dərhal 1500 manat pulu qoyduğu şkafın siyirməsinə baxmış, həmin vaxt 1500 manat pulun şkafda olmadığını görmüş, pulu axtarmış, ancaq tapa bilməmiş, bir müddət gözlədikdən sonra isə pulunun oğurlanmasından şübhələnib xəstəxananın ümumi şöbəsinə bu barədə məlumat vermişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam şəkildə ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alaraq məhkəmədən Təqsirləndirilən şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən 3-4 ildir ki, tanıyır. Təqsirləndirilən şəxs ilə qohumluq münasibəti vardır. Təhminə əvvəllər ondan bir neçə dəfə borc pul almış, sonra da həmin pulları qaytarmışdır. Təxminən 2019-cu ilin yay aylarından Təhminə ondan 1500 manat borc pul istəmiş, həmin vaxt Təhminə ərindən boşanmış, övladlarını geri almaq üçün Yevlax Rayon Məhkəməsində boşanma işi gedən zaman özünə vəkil tutmuş, həmin ərəfələrdə, yəni 2019-cu ilin yay aylarında maddi cəhətdən çətinlikləri olduğu üçün pula ehtiyacı olmuş, buna görə də ondan borc pul istəmiş, o da Təhminəyə 1500 manat borc pul vermişdir. Təhminə pulu alan zaman 5-6 aya borcunu qaytaracağını bildirmiş, Təhminə maddi cəhətdən kasıb olduğu üçün pulu vaxtında qaytara bilməmiş, ondan möhlət istəmiş, Təhminəyə imkanın olanda pulu qaytararsan demişdir. Təhminə təxminən bir ildən çox müddətdə borcunu qaytara bilməmiş, təxminən 2021-ci ilin yanvar ayının 9-da Təhminə yaşadığı Yevlax şəhəri, Qaçaq Nəbi küçəsində yerləşən kirayədə qaldığı evdə 1500 manat borcunu ona qaytarmış, həmin 1500 manat pulun oğurluq olmasından xəbəri olmamış, həmin pulu öz şəxsi ehtiyaclarına xərcləmiş, həmin pullar 15 ədəd 100 manatlıq formasında olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs Yevlax rayon mərkəzi xəstəxanasında kardioloq işləyir, Təqsirləndirilən şəxs isə Yevlax rayon mərkəzi xəstəxanasında xadiməçi işləyir. xx xxxxxx 2021-ci il tarixdə saat təxminən 01:00 radələrində Yevlax rayon mərkəzi xəstəxanasında növbədə olmuş, həmin vaxt Təqsirləndirilən şəxs da onunla birgə növbədə olmuş, Zərərçəkmiş şəxs 1-ci mərtəbədə yerləşən otağında çarpayı olmuş, Təhminə açarlar yerləşən şkafdan Sənubər həkimin otağının açarını götürmüşdür. Təhminə Sənubər həkimin otağını açmış, Təhminə ilə birlikdə Sənubər həkimin otağından çarpayını götürüb üzbəüz otağa qoymuş, Təhminə tez-tez otaqdan çölə çıxmış, yata bilmirəm, dincələ bilmirəm demişdir. Təxminən səhər saat 06:00 radələrində çarpayını Sənubər həkimin otağına qaytarıb qoymuş, bir neçə gün sonra Sənubər həkimin otağından 1500 manat pul oğurlandığını bilmiş, Sənubər həkimin otağından 1500 manat pulun oğurlanması ilə bağlı heç bir məlumatı olmamış, təxminən 2021-ci ilin fevral ayının əvvəllərində Sənubər həkimin otağından 1500 manat pulun Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs Yevlax rayon mərkəzi xəstəxanasında kardioloq işləyir, Təqsirləndirilən şəxs isə Yevlax rayon mərkəzi xəstəxanasında xadiməçi işləyir, hər ikisi ilə münasibəti normaldır. Hərdən Zərərçəkmiş şəxs otağını təmizləyir, ancaq daimi olaraq onun otağını təmizləmir. Təxminən xx xxxxxx 2021-ci il tarixdə Zərərçəkmiş şəxs otağından 1500 manat pulun oğurlandığını bilmiş, həmin vaxt 1500 manat pulun kim tərəfindən oğurlanmasını bilməmiş, sonradan 2021-ci ilin fevral ayının əvvəllərində Sənubər həkimin otağından 1500 manat pulu Təqsirləndirilən şəxs oğurladığını bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid4 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx xxxxxx 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:00-da şübhəli şəxs qismində tutulmuşdur.(iş vər. 28); “ifadənin yerində yoxlanması haqqında” xx xxxxxx 2021-ci il tarixli protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon mərkəzi xəstəxanasında oğurluq əməlini törətdiyi yeri və başvermə mexanizmini, o cümlədən oğurluq etdiyi otağın giriş qapısını, həmin otağın açarını götürdüyü şkafı göstərmişdir. (iş vər. 53-57); “qətimkan tədbiri seçmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxxxx 2021-ci il tarixdə başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir.( iş vər. 51); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2021-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. ( iş vər. 63); “Yevlax rayon Mərkəzi Xəstəxanası” X6 xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hal hazırda xx.xx.2016-ci il tarixdən Yevlax rayon Mərkəzi Xəstəxanası” X6 Poliklinika şöbəsində Sanitar vəzifəsində işləyir.(iş vər.86); Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənilmiş və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM-59.1.12), cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq ödəməsini (CM-59.1.13), törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, şübhəli şəxs qismində saxlanıldığı 1 (bir) gün müddət cəzasından çıxılmalı, cəzaçəkmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalı, təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və AzərbaycanRespublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 gün həbsdə qaldığı müddət 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla hesablanmış 2 gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 23:00-dan saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Yevlax rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 12 (on iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar