Məhkəmə qərarları › İş №1(039)-68/2022

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-68/2022

08.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-68/2022 08.06.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcələsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş və qanunla müəyyən edilmiş qaydada götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, qəsdən özgənin əmlakını gizli talama məqsədi ilə 15 oktyabr 2021-ci il tarixdə saat 22 radələrində Yevlax şəhəri, C.Əzizov küçəsi ev 34-də yaşayan Zərərçəkmiş şəxs1 İsgəndər oğlunun yaşadığı evin həyət qapısını itələyib açmaqla həyətə daxil olub yaşayış evinin birinci mərtəbəsindəki yaşayış yeri hesab olunan otağa qanunsuz olaraq daxil olub oradan diş təmiri və düzəldilməsi avadanlıqları olan Rusiya Federasiyasında istehsal olunmuş işlək vəziyyətdə olan 100 manat dəyərində olan “Samson” markalı aparatı, 80 manat dəyərində “Valis” markalı aparatı, 120 manat dəyərində “Şilif” markalı aparatı, 90 manat dəyərində “Kölük” markalı aparatı, 70 manat dəyərində 5 kq olan dəmir sıxan aləti və 100 manat dəyərində 2 ədəd protez dişi bişirən “Küveyit” qablarını qəsdən gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 560 manat dəyərində maddi ziyan vuraraq qəsdən yaşayış yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,347 qram narkotik vasitə olan heroini istintaqa müəyyən olunmayan mənbədən və vaxtda əldə edib üzərində saxlamış, xx.xx.2021-ci il tarixdə saat 19:05-də narkotik vasitələri qanunsuz saxlamada şübhəli bilindiyinə görə Yevlax şəhəri, M.Müşviq küçəsində polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib üzərində həmin gün saat 19:55-dən saat 20:20-dək müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd sellofan bükümdə olan həmin narkotik vasitə olan heroin aşkar olunub, qanuna müvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən qəsdən özgənin əmlakını gizli talamaq məqsədi ilə 06 dekabr 2021-ci il tarixdə saat 23 radələrində Yevlax şəhəri, Q.Qarayev küçəsi, 14 B saylı evdə yaşayan Zərərçəkmiş şəxs2 Abddulla oğlunun yaşadığı evin həyətinə qapını itələyib açmaqla qanunsuz daxil olub həyətdə olan yaşayış evinin birinci mərtəbəsindəki otaqdan diş təmiri və düzəldilməsi avadanlıqları olan 250 manat dəyərində “Odontos LLC” markalı lazer aparatını və 220 manat dəyərində “Dema” markalı, RD- LİWFM modelli kiçik ölçülü aparatı başlığı ilə birlikdə qəsdən gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 470 manat dəyərində maddi ziyan vuraraq qəsdən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayaraq təkrar oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən qəsdən özgənin əmlakını gizli talamaq məqsədi ilə 21 dekabr 2021-ci il tarixdə saat 22 radələrində Yevlax şəhəri, C.Məmmədquluzadə küçəsi, 28 saylı evdə yaşayan Zərərçəkmiş şəxs3 yaşadığı evin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olub həyətdə olan saxlanc yeri hesab edilən yardımçı tikili olan otaqdan 350 manat dəyərində “Bosch” markalı işlək vəziyyətdə olan laqundanı, 200 manat dəyərində “Bosch” markalı pereferator-drel dəstini, 30 manat dəyərində işlənmiş vəziyyətdə “Fıratterm 2500 W” markalı plastik boruları qaynaq etmək üçün ütü aparatını və 100 manat dəyərində “Porce” markalı açar dəstini qəsdən gizli yolla talayaraq zərərçəkmiş şəxs Rəşad Abdulova ümumilikdə 680 manat dəyərində maddi ziyan vuraraq qəsdən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayaraq təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək söyləmişdir ki, bir müddət texnik kimi diş düzəltməklə məşğul olmuşdur. Lakin son zamanlar iş olmadığı üçün maddi çətinliklərlə üzləşmişdir. Ara sıra narkotik vasitələrdən də istifadə etmişdir. 15 oktyabr 2021-ci il tarixdə, axşam saat təxminən 22:00-da dayısı Zərərçəkmiş şəxs1gilə getmişdir. Həyətə daxil olduqda həyətdə kimsə olmamışdır. Lakin dayısıgil evin ikinci mərətbəsində olmuşlar. Bundan istifadə edərək evin birinci mərtəbəsinə daxil olmuş və oradan dayısına məxsus olan diş təmiri və düzəldilməsi avadanlıqlarını, müxtəlif aparatları, dəmir sıxan aləti və 2 ədəd protez dişi bişirən “Küveyit” qablarını götürüb həyətdən çıxmışdır. Daha sonra həmin əşyaları küçədə saxladığı avtomobillə öz evlərinə aparmışdır. Növbəti gün həmin əşyaları diş texniki işləyən Sənan adlı şəxsə aparıb göstərmiş, onların özünə məxsus olduğunu və pul lazım olduğu üçün 100 manata satmaq istədiyini bildirmişdir. Sənanla razılaşaraq əşyaları ona 70 manata satmışdır. 19 oktyabr 2021-ci il tarixdə polis əməkdaşları onu Yevlax şəhəri, M.Müşviq küçəsində saxlayaraq güc tətbiq edərək Yevlax Rayon Polis Şöbəsinə aparmışlar. Saxlanılan zaman küçədə olan şəxslər şahid olmuşlar ki, onun üzərində hər hansı narkotik vasitə olmamışdır. Şöbədə ona qarşı zor tətbiq edib məcbur etmişlər ki, üzərində narkotik vasitə olduğunu etiraf etsin. Ona qarşı tətbiq olunan işgəncəyə dözməyərək razılıq vermişdir ki, ona təqdim edilmiş narkotik vasitəni cibinə qoyacaq və müdafiəçinin iştirakı ilə video çəkiliş aparmaqla üzərinə baxış keçirilərkən üzərindən narkotik vasitənin olduğunu etiraf edəcək. Həmin tarixdə üzərində hər hansı narkotik vasitə olmamışdır. 06 dekabr 2021-ci il tarixdə, təxminən 23:00-da əvvəllər tanıdığı Zərərçəkmiş şəxs2gilə getmişdir. Belə ki, Baba diş texnikidir, əvvəllər onunla iş görmüşdür. Babagilin yaşadığı evin həyətinə girib onun iş otağına daxil olmuşdur. Oradan “Odontos LLC” markalı lazer aparatını və “Dema” markalı, RD-LİWFM modelli kiçik ölçülü aparatı başlığı ilə birlikdə götürüb həyətdən çıxmışdır. Həmin əşyaları tanımadığı bir şəxsə 80 manata satmışdır. 21 dekabr 2021-ci il tarixdə, axşam saat təxminən 22:00-da hasar qonşuları olan Zərərçəkmiş şəxs3 məxsus evin həyətinə girmişdir. Rəşidin usta olduğunu və özünə məxsus olan alətləri seyfdə gizlətdiyini bildiyindən həmin seyfin qapısını açmış və oradan işlək vəziyyətdə olan laqundanı, pereferator-drel dəstini, işlənmiş vəziyyətdə plastik boruları qaynaq etmək üçün ütü aparatını və açar dəstini götürüb həyətdən çıxmışdır. Küçədə tanımadığı bir avtomobili saxlamış və alətləri həmin avtomobillə 32-lər deyilən məhəlləyə aparmışdır. Orada həmin alətləri tanımadığı şəxsə 70 manata satmışdır. Zərər çəkmiş şəxslərlə razılıq əldə etməsini, ondan tələblərinin olmadığını nəzərə alaraq oğruluqla bağlı ona azadlıqdan məhrum etmə ilə əlaqəli olmayan cəzanın təyin edilməsini, narkotik saxlaması hissəsi ilə isə ona bəraət verilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 İsgəndər oğlu məhkəməyə ərizə təqdim edərək səhhəti ilə əlaqədar məhkəməyə gələ bilməyəcəyini, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını qeyd edərək işə iştirakı olmadan baxılmaısını xahiş etmişdir. Zərərçəkmiş şəxs1 istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, əvvəllər diş texniki kimi fəaliyyət göstərmiş və bu məqsədlə diş təmiri və düzəldilməsi avadanlıqları olan Rusiya Federasiyasında istehsal olunmuş işlək vəziyyətdə olan 100 manat dəyərində olan “Samson” markalı aparatı, 80 manat dəyərində “Valis” markalı aparatı, 120 manat dəyərində “Şilif” markalı aparatı, 90 manat dəyərində “Kölük” markalı aparatı, 70 manat dəyərində 5 kq olan dəmir sıxan aləti və 100 manat dəyərində 2 ədəd protest dişi bişirən “Küveyit” qablarını almış və işlətmişdir. Lakin sonradan səhhəti ilə əlaqədar işləməmiş və həmin əşyaları yaşadığı evin birinci mərtəbəsində olan otağa yığmışdır. 13 noyabr 2021-ci il tarixdə arvadı ona məlumat vermişdir ki, həmin avadanlıqlar otaqda yoxdur. Anlamışdır ki, bu əşyaları bacısı oğlu Təqsirləndirilən şəxs oğurlamışdır. Vüqara xəbər göndərmişdir ki, həmin əşyaları qaytarsın, lakin o bildirmişdir ki, əşyaları artıq satmışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 bildirmişdir ki, yaşadığı evin birinci mərtəbəsində olan otaqda diş həkimi kimi işləyir. Özünə məxsus olan diş düzəltmək üçün bütün avadanlığı da həmin otaqda saxlayır. Əvvəllər bir neçə dəfə Təqsirləndirilən şəxsla iş görmüşdür. 07 dekabr 2021-ci il tarixdə işlədiyi otağa daxil olduqda həmin otaqda 250 manat dəyərində “Odontos LLC” markalı lazer aparatının və 220 manat dəyərində “Dema” markalı, RD-LİWFM modelli kiçik ölçülü aparatının başlığı ilə birlikdə olmadığını aşkar etmişdir. Bu əşyaların kim tərəfindən oğurlandığını araşdırmış və müəyyən etmişdir ki, əşyaları Təqsirləndirilən şəxs oğurlamışdır. Ondan həmin əşyaları istəsə də, Vüqar onları qaytarmamışdır. Hazırda Vüqardan heç bir tələbinin olmadığını qeyd edərək nəzərə alınmasını xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 bildirmişdir ki, ev təmiri ilə məşğul olur. İstifadə etdiyi alətləri isə yaşadığı evin həyətində otaqdakı seyfdə saxlayır. 22 dekabr 2022-ci il tarixdə səhər saatlarında həmin otağa daxil olduqda seyfdə olan “Bosch” markalı işlək vəziyyətdə olan laqundanın, 200 manat dəyərində “Bosch” markalı pereferator-drel dəstinin, 30 manat dəyərində işlənmiş vəziyyətdə “Fıratterm 2500 W” markalı plastik boruları qaynaq etmək üçün ütü aparatını və 100 manat dəyərində “Porce” markalı açar dəstininin seyfdə olmadığı görmüş və anlamışdır ki, onlar oğurlanmışdır. Məlum olmuşdur ki, əşyaları qonşuları Təqsirləndirilən şəxs oğurlamışdır. Bir neçə dəfə Vüqargilə gedib onunla görüşmüş və alətlərinin qaytarmasını tələb etsə də, Vüqar alətləri qaytarmamışdır. Hazırda Vüqardan heç bir tələbinin olmadığını qeyd edərək nəzərə alınmasını xahiş etmişdir. Müdafiə tərəfinin vəsatəti üzrə dindirilmiş şahid X3 bildirmişdi ki, Yevlax Rayon Polis X1 Qrupunun baş inspektoru vəzifəsində işləyir. 19 oktyabr 2021-ci il tarixdə Şöbənin baş tədqiqatçısı Şamil Xəlilovun xahişi üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı video çəkiliş aparmışdır. Video çəkiliş zamanı Təqsirləndirilən şəxs təqdim edilmiş müdafiəçi Sevda Bəkirova da orada olmuşdur. Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etmək təklif olunduqda o, əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofandan bükülü çıxararaq təqdim etmişdir. Bükülünün içində isə toz formasında kütlə aşkar edilmişdir. Suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, bükülüdə olan kütlə narkotik maddə olan heroindir, özünə məxsusdur. Həmin zaman Təqsirləndirilən şəxs qarı hər hansı zor tətbiq edilməmişdir, o, səbəst ifadə vermişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 24 dekabr 2021-ci il tarixli 9/8954 saylı rəyində qeyd olunur ki, analoji malların markasına, modelinə, ölçüsünə, texniki göstəricilərinə müvafiq olaraq ekspertiza təyini haqqında qərarda göstərilən malların bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 180.00 manat müəyyən olunur. Digər ekspertiza mallar haqqında kifayət qədər məlumat (modeli, istehsal yeri, istehsal ili, istismar müddəti, keyfiyyəti, ölçüləri,v s) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. (səh. 59) Məhkəmə ekspertiza mərkəzi ekspertizasının 04 mart 2022-ci il tarixli 9/1048 saylı rəyində qeyd olunur ki, 01 ədəd “Firatterm 2500W” markalı plastik boruları qaynaq etmək üçün ütü aparatının orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 30.0 manat müəyyən edilir. Digər 5 adda mallar haqqında ətraflı məlumat (modeli, istehsalı, yeri, ölçüləri, təyinatı və s.) olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. (səhv 266). Məhkəmə Ekspertizası Mərkəzinin X2 20 oktyabr 2021-ci il tarixli 17/759 saylı ekspert rəyində qeyd olunur ki, üzərində “Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş bir ədəd şəffaf rəngli sellofana bükülmüş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi -0,347 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. (səh.107) Məhkəmə-narkoloji ekspertizasının 07 dekabr 2021-ci il tarixli 1523 saylı rəyində qeyd olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür.(səhv 167) Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını özündə əks etdirən video yazıya baxış keçirilmiş, Təqsirləndirilən şəxs, üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli şalvarın sağ yan cibindən aşkar edilmiş, içində olan toz halında kütlə olan bir ədəd sellofan bükülünün ona məxsus olduğunu və həmin kütlənin heroin olduğunu etiraf etmişdir. Tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcələsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdurş 18 avqust 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs tərəfindən Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3 maddələri ilə, yəni yaşayış sahələrinə təkrarən daxil olmaqla oğurluq etməsi özünün etirafı, zərər çəkmiş şəxslərin ifadəsi, ekspertiza rəyləri ilə tam olaraq sübuta yetirilmişdir. Lakin, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlamada özünü təqsirli bilməsə də, məhkəmə hesab edir ki, bu, özünü müdafiə xarakteri daşıyır, onun həmin maddə ilə təqsirli olması şahid ifadəsi, üzərindən narkotik vasitənin aşkar edilməsini təsdiq edən video çəkiliş, ekspertiza rəyləri ilə tam olaraq sübuta yetirilir. Qeyd olunanları nəzərə alaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1 maddələri ilə təqsirli bilinərək ona cinayət qaunvericiliyin tələblərinə uyğun olaraq həmin maddələrinin sanksiyalarında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsi: Maddə 18.1. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Maddə 65.2. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Maddə 83.1. Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Maddə 83.3. Aşağıdakı hallarda məhkumluq ödənilmiş hesab olunur: 83.3.3. az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə; Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, habelə törətdiyi əməldən peşman olmasını, zərər çəkmiş şəxslərin ondan tələbinin olmadığını, himayəsində üç azyaşlı övladının olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayətlərin residivini cəzasını ağırlaşdıran hal kimi nəzərə alır və hesab edir ki, ona, ayrı ayrılıqda müvafiq maddələrin sanksiyalarında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmayan cəza təyin edilməklə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza müəyyən edilməlidir. Şübhəli şəxs kimi saxlanıldığı müddət təyin edilmiş cəzadan çıxılmalı və cəzasının əvvəli barəsində həbs qətimkan tədbiri seçilməsi barədə məhkəmə qərarı ilə müəyyən edilmiş tarixdən hesablanmalıdır. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, narkoloji kabinetdə qeydə alınmalıdır. Hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübutlar, Yevlax Rayon Polis Şöbəsində saxlanılan “Samson” markalı aparat, “Valis” markalı aparat, “Şilif” markalı aparat, “Kölük” markalı aparat sahibinə qaytarılmalı, 0.297 qram narkotik vasitə olan heroin isə məhv edilməlidir. Ekspertiza tədqiqatının dəyəri 169.10 manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Müdafiəçi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü üçün 35 manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 03 (üç) il azadlıqdan məhrum etmə cəzası saxlanılsın. İstintaq müddətində şübhəli şəxs kimi saxlanıldığı 2 gün müddət təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 28 dekabr 2021-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan təbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübutlar Yevlax Rayon Polis Şöbəsində saxlanılan “Samson” markalı aparat, “Valis” markalı aparat, “Şilif” markalı aparat, “Kölük” markalı aparat Zərərçəkmiş şəxs1 qaytarılsın, 0.297 qram narkotik vasitə olan heroin isə məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 169 (bir yüz altmış doqquz) manat 10 (on) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba köçürülsün. Göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 35 manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Hüquq Bürosunu vəkili Müdafiəçi ödənilsin Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Sədrlik edən : Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar