Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-68/2023 05.05.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə2, müdafiəçi- Yevlax şəhər Vəkil Bürosunun vəkili X6, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakları ilə, xx.xx.2007-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ə “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Yevlax şəhəri 8 saylı orta məktəbin 10-cu sinif şagirdi xx.xx.2007-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə səhər təxminən saat 09:40 radələrində ictimai yer hesab edilən təhsil aldığı Yevlax şəhəri 8 saylı orta məktəbin inzibati binasının 3-cü mərtəbəsində yerləşən qapısının üzərində “9d” yazısı olan sinif otağında özü ilə məktəbə gətirdiyi soyuq silah hesab edilməyən bıçağı çıxardıb əlində saxlayaraq nümayiş etdirən zaman həmin məktəbin 10-cu sinif şagirdi xx.xx.2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs həmin bıçağı onun əlindən alaraq məktəbə bıçaq gətirməsinin düzgün olmadığını dedikdən sonra o, bıçağı Zərərçəkmiş şəxs əlindən geri alaraq nə üçün bıçağını onun əlindən almasını və sonuncunun ona niyə irad bildirməsini Zərərçəkmiş şəxs deyərək bəhanə edib əslində isə heç bir əsaslı səbəb olmadan sonuncu ilə mübahisə edərək öz şəxsiyyətini digərinin şəxsiyyətindən üstün tutmaqla ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış, ictimai, birgəyaşayış qaydalarına etinasızlıq göstərib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə ictimai yer hesab edilən sinif otağında olan digər şagirdlərin yanında əlində olan soyuq silah hesab edilməyən bıçaqla Zərərçəkmiş şəxs sol buduna və sol saidinə cəmi iki dəfə qəsdən vuraraq sonuncuya sol budun orta, sol saidin yuxarı 1/3-nin yan səthinin deşilmiş-kəsilmiş yaraları xəsarətləri ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri yetirməklə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək qəsdən silah qismində istifadə olunan əşyadan istifadə etməklə Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmədə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakı ilə vermiş olduğu ifadəsində göstərdi ki, 1-ci sinifdən etibarən Yevlax şəhər 8 nömrəli tam orta məktəbdə təhsil almağa başlayaraq 2022-ci ilin noyabr ayının 21-dək həmin məktəbin 10C sinifində təhsilini davam etdirmiş, sözügedən tarixdən sonra isə məktəbə getməmişdir. O, Zərərçəkmiş şəxs ilə bir sinifdə oxumuş, onun Zərərçəkmiş şəxsla əvvəllər aralarında hər hansı bir münaqişə olmamışdır. O, 21 noyabr 2022-ci il tarixdə səhər saatlarında dərsə gələrkən yaşadığı küçədən 1 (bir) ədəd açılıb-bağlanan bıçaq tapmış və həmin bıçaq xoşuna gəldiyi üçün evdə istifadə etmək üçün götürərək üzərində saxlamışdır. 21 noyabr 2022-ci il tarixdə o, təhsil aldığı 10C sinifində informatika dərsi bitdikdən sonra 08:50-də iki qrupa bölünərək Alman dili dərsində iştirak etmişdir. Turan və o alman dili dərsində bir sinifdə oturmuşdurlar. Ancaq alman dili dərsində onların aralarında heç bir narazılıq olmamışdır. Onlar alman dili dərsini məktəbin digər siniflərinin birində keçdikdən sonra dərs saatı başa çatdığı üçün saat 09:35-də sinifdən çıxaraq öz təhsil aldığı 10C sinifinə keçmişdir. O, öz sinif otağına keçdikdən sonra küçədən tapmış olduğu sapı sarı rəngli, üzərində qara xallar olan sapı kauçuk materialından olan açılıb-bağlanan bıçağı şalvarının sağ yan cibindən çıxardaraq digər cibinə qoymaq istəyərkən sinif yoldaşları bıçağı görmüşdür. O, da həmin bıçağı dərsə gələrkən tapdığını sinif yoldaşlarına danışmışdır. Həmin vaxt sinif otağında o, Turan, Amal, Mahmud, Nihad, Pünhan və Məhəmməd olmuşdur. Bir neçə dəqiqə sonra Turan onlara yaxınlaşmış və bıçağı qəflətən onun əlindən almışdır. Turan ona sinifə bıçaq gətirməyinin doğru olmadığını deyərək iradlar tutmağa başlamışdır. O isə Turana tutmuş olduğu iradların əsasız olduğunu deyərək bıçağı təsadüfən tapdığını deyərək bıçağı Turanın əlindən almışdır. O, bıçağı Turanın əlindən alan zaman Turan ona nə isə demişdir. O, həmin vaxt Turanın onu təhqir etdiyini zənn etmiş və əsəbləşərək sağ əlində olan bıçaqla Turanın sol ayağının bud nahiyəsindən bir dəfə vurmuşdur. Bu zaman Turan sol əli ilə onun sağ əlindən tutmuş və o, əlini geri çəkərkən bıçaq Turanın sol qolundan dəyərək Turanın qolunu kəsmişdir. Turanın qolu kəsildikdən sonra Turan onu itələmiş və Məhəmməd onları aralaşdırmışdır. O da sinifdən çıxaraq məktəbin həyətinə düşmüş və bir müddət sonra polis əməkdaşları gələrək onu Yevlax RPŞ-nə aparmışdırlar. O, üzərində olan, Turanı vuraraq xəsarət yetirdiyi bıçağı araşdırmaya təhvil vermişdir. Turanla münaqişələri təxminən 3-4 dəqiqə davam etmişdir. Münaqişələri xx.xx.2022-ci il tarixdə saat təxminən 09:40 radələrində 2-ci dərs saat ilə 3cü dərs saatının arasındakı böyük tənəffüsdə baş vermişdir. O, Turanı Turan ondan bıçağı icazəsiz aldığından və daha sonra Turanın onu təhqir etdiyini zəng etdiyi üçün bıçaq zərbəsi ilə vurmuşdur. Münaqişə baş verən zaman münaqişənin baş verdiyi sinif otağında Turanla ondan başqa digər sinif yoldaşları Amal, Mahmud, Nihad, Pünhan və Məhəmməd olmuşdur. Münaqişə sinif otağında yekunlaşmışdır. Münaqişə zamanı o, hər hansı bir xəsarət almamışdır. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə barışıq əldə etməsini bildirmiş, o həmçinin qeyd etmişdir ki, yetkinlik yaşına çatmayan olmasını və hazırda törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə iclasında yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Bəxdiyar oğlu qanuni nümayəndəsi Qanuni nümayəndə2 iştirakı ilə vermiş olduğu ifadəsində göstərdi ki, Yevlax şəhəri 8 saylı tam orta məktəbin 10C sinfində təhsil alır. O, 21 noyabr 2022-ci il tarixdə saat 08:00-da təhsil aldığı Yevlax şəhəri 8 saylı tam orta məktəbdə, öz sinifində 1-ci saat dərsində iştirak etdikdən sonra 2-ci saatda alman dili dərsində iştirak etmək üçün qruplara bölünmüşdürlər. O və Təqsirləndirilən şəxs da alman dili dərsində iştirak etmək üçün bir qrupa düşmüşdürlər. Onlar birlikdə məktəbin boş sinif otaqlarının birində alman dili dərsində iştirak etmişdirlər. Alman dili dərsində onların olduğu qrupda onunla birlikdə 10 nəfər şagir iştirak etmişdir. O, alman dili dərsində Təqsirləndirilən şəxs ilə bir masada əyləşmişdir. Alman dili dərsində və ya ondan öncə onun Təqsirləndirilən şəxs ilə aralarında heç bir narazılıq olmamışdır. Onlar alman dili dərsi saat 08:50-də başlamış və dərs saat 09:35-dək davam etmişdir. Saat 09:35-də böyük tənəffüs zəngi çalınmış və o, alman dili dərsini keçdiyi sinif otağından çıxmışdır. Sinif yoldaşlarının əksəriyyəti böyük tənəffüs olduğu üçün məktəbin həyətinə düşmüşdürlər. O, bir neçə dəqiqə koridorda dayandıqdan sonra öz sinif otağına daxil olmuşdur. O, sinif otağına daxil olduqda saat təxminən 09:40 radələri olmuşdur. O, sinif otağına daxil olduqda otağın sonunda sinif yoldaşı Təqsirləndirilən şəxs əlində olan bıçağı sinif yoldaşlarına göstərdiyini görmüşdür. Abdullah sinif otağında masaların arxasında əlindəki bıçağı ətrafında olan sinif yoldaşları Amal, Mahmud və Nihada göstərdiyini görmüşdür. O, Abdullahın yanına yaxınlaşdıqda Pünhan və Məhəmməd də onunla birlikdə onlara yaxınlaşmışdır. O, Abdullahın yanına gəldikdə bıçaq onun üçün maraqlı gəldiyindən bıçağı Abdullahın əlindən alaraq baxmışdır. O, bıçağa baxan zaman Abdullaha öz iradlarını bildirərək sinif otağında bıçaq çıxartmağının doğru olmadığını demişdir. Lakin Abdullah bıçağı özünə götürəcəyini zənn edərək ani hərəkətlə bıçağı onun əlindən dartaraq almışdır. O, Abdullaha bıçağı ona qaytarmaq istədiyini desə də Abdullah ona irad tutmağa haqqı olmadığını deyərək sağ əlində olan bıçaqla onun sol ayağının bud nahiyəsindən bir dəfə vurmuşdur. Abdullah onu vurduqdan sonra o, Abdullahın sağ bilək nahiyəsindən sol əli ilə tutmuşdur. Bu zaman Abdullah əlini geri çəkərkən bıçaq onun sol qolunun said nahiyəsindən dəymiş və nəticədə o, sol qol nahiyəsindən də xəsarət almışdır. Bıçaq zərbələrinin təsirindən onun sol ayağının bud nahiyəsindən və sol qolunun said nahiyəsindən qan axmağa başlamışdır. Abdullah onun sol qolundan vurduqdan sonra o, Abdullahı itələmiş və həmin vaxt orada olan sinif yoldaşları X7 tutaraq ondan kənarlaşdırmışdırlar. O, sinif otağından çıxaraq məktəbin həyətində olan bulağa gedərək sol qolunu yumuşdur. O, məktəbin inzibati binasına qayıtdıqda məktəbin direktoru Mehriban müəllimə onu görmüş və hadisə barədə ondan məlumat aldıqdan sonra məktəbin direktor müavini Svetlana müəlliməyə polis şöbəsinə məlumat verməsini istəmişdir. Bundan sonra məktəbin direktoru Mehriban müəllimə və həmin məktəbdə müəllimə işləyən bibisi Lamiyə onu məktəbin təsərrüfat işlərinə baxan Elçin dayının avtomobilinə əyləşdirərək Yevlax ŞMX-na aparmışdırlar. Yaşına çatmayan Təqsirləndirilən şəxs ilə isə hazırda barışıq əldə etdiyi üçün hazırda ondan hər hansı şikayət və tələbi yoxdur. Şahid6 məhkəməyə teleqram göndərərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, üzürlü səbəblərlə bağlı məhkəmə iclasına gələ bilməyəcəyini onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsindən görünür ki, Yevlax şəhər 8 saylı tam orta məktəbin direktoru vəzifəsində işləyir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun direktoru olduğu Yevlax şəhəri 8 saylı tam orta məktəbin 10C sinifinin şagirdləri olmuşdurlar. Tədris dövründə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ona və ya digər müəllimlərə heç bir şikayət daxil olmamışdır. 21 noyabr 2022-ci il tarixdə saat təxminən 10 radələrində Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs dalaşdıqlarını bilmişdir. O, məktəbin koridorunda olan zaman Zərərçəkmiş şəxs məktəbin həyətindən gələrək məktəbə daxil olduğunu görmüşdür. O, dərhal Turan Teymura yaxınlaşaraq ondan nə baş verdiyini soruşmuş və Zərərçəkmiş şəxs direktor müavini Şahid5 xidməti iş otağına aparmışdır. O, Zərərçəkmiş şəxsla söhbət edən zaman Zərərçəkmiş şəxs sinif yoldaşı Təqsirləndirilən şəxs öz siniflərində əlində olan bıçaqla onun ayaq nahiyəsindən və sol qolundan vuraraq xəsarət yetirdiyini bildirmişdir. Buna görə də o, Şahid5 polis şöbəsinə məlumat verməsini deyərək dərhal Zərərçəkmiş şəxs məktəbin təsərrüfat müdiri Elçin Hüseynova məxsus olan avtomobil ilə Yevlax ŞMX-na aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Yevlax şəhər 8 saylı tam orta məktəbin direktor müavini vəzifəsində işləyir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun direktor müavini olduğu Yevlax şəhəri 8 saylı tam orta məktəbin 10C sinifinin şagirdləri olmuşdurlar. Tədris dövründə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ona və ya digər müəllimlərə heç bir şikayət daxil olmamışdır. 21 noyabr 2022-ci il tarixdə saat təxminən 10 radələrində o, öz xidməti iş otağında olan zaman məktəbin direktoru Mehriban müəllimə Turan Səfərli ilə birlikdə onun xidməti iş otağına daxil olmuşdur. Bu zaman o, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə dalaşdığını və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqlayaraq xəsarət yetirdiyini bilmişdir. O, hadisə barədə məlumat aldıqdan sonra Mehriban müəllimə ondan polis şöbəsinə məlumat verməsini istəmişdir. Buna görə də o, DİN-in “102” xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid1 qanuni nümayəndəsi Qanuni nümayəndə3 iştirakı ilə verilmiş olduğu ifadəsində göstərdi ki, Yevlax şəhər 8 nömrəli tam orta məktəbin 10C sinifində təhsil alır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs də onunla birlikdə həmin sinifdə təhsil almışdır. 21 noyabr 2022-ci il tarixdə o, təhsil aldığı 10C sinifində baş verən hadisənin şahidi olmuşdur. Belə ki, 21 noyabr 2022-ci il tarixdə saat 09:35 dəqiqədə o, Alman dili dərsini tədris etdiyi sinifdən çıxmış təxminən 1-2 dəqiqə sonra öz sinif otağına daxil olmuşdur. O, sinif otağına daxil olduqda Abdullahla Turanın yaxalaşdığını görmüş və onlara yaxınlaşmışdır. O, Abdullahla Turana yaxınlaşan zaman Abdullah əlində olan bıçaqla Turanın sol ayaq nahiyəsindən vurmuşdur. Bu zaman Turan Abdullahın sağ əlindən tutmuş və Abdullahın əlində olan bıçaq Turanın sol qolundan dəyərək xəsarət yetirmişdir. O və sinif yoldaşı X8 kənarlaşdırmışdırlar. Turan ayağını və qolunu yumaq üçün məktəbin həyətinə düşmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid3 qanuni nümayəndəsi Qanuni nümayəndə5 iştirakı ilə verilmiş olduğu ifadəsində göstərdi ki, Yevlax şəhər 8 nömrəli tam orta məktəbin 10C sinifində təhsil alır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs də onunla birlikdə həmin sinifdə təhsil almışdırlar. 21 noyabr 2022-ci il tarixdə onun təhsil aldığı 10C sinifində baş verən hadisənin şahidi olmuşdur. Belə ki, 21 noyabr 2022-ci il tarixdə saat 09:35 dəqiqədə alman dili dərsindən çıxaraq öz sinifinə keçmişdir. O, sinif otağında olan zaman Abdullahla Turan arasında Abdullahın sinif otağına bıçaq gətirməsi səbəbindən münaqişə baş vermişdir. Münaqişə zamanı Abdullah əlində olan bıçaqla Turanı vurmuş və bununla münaqişə başa çatmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid2 qanuni nümayəndəsi Qanuni nümayəndə4 iştirakı ilə verilmiş olduğu ifadəsində göstərdi ki, Yevlax şəhər 8 nömrəli tam orta məktəbin 10C sinifində təhsil alır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs də onunla birlikdə həmin sinifdə təhsil almışdırlar. 21 noyabr 2022-ci il tarixdə onun təhsil aldığı 10C sinifində baş verən hadisənin şahidi olmuşdur. Belə ki, 21 noyabr 2022-ci il tarixdə saat 09:35 dəqiqədə alman dili dərsindən çıxaraq öz sinifinə keçmişdir. O, sinif otağına olan zaman Abdullahla Turanın yaxalaşdığını görmüş, lakin onlara yaxınlaşmamışdır. O, münaqişə bitdikdə Abdullahın Turanı bıçaq zərbəsi ilə vurduğunu bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid4 qanuni nümayəndəsi Qanuni nümayəndə6 iştirakı ilə verilmiş olduğu ifadəsində göstərdi ki, Yevlax şəhər 8 nömrəli tam orta məktəbin 10C sinifində təhsil alır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs də onunla birlikdə həmin sinifdə təhsil almışdırlar. 21 noyabr 2022-ci il tarixdə saat 09:35 dəqiqədə alman dili dərsindən çıxaraq öz sinifinə keçmişdir. O, sinif otağında çantasını yığan zaman sinifin arxa hissəsindən səs gəldiyini eşitmiş və geriyə çevrildikdə Turanla Abdullahın münaqişə edib ayrıldıqlarını görmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılması qərara alınmışdır. (iş vər. 1- 2); “götürmə və baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, təqsirləndiilən şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu bıçaqı təqdim etmişdir. (iş vər.11-12); məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 780 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər sol budun orta, sol saidin yuxarı 1/3nin yan səthinin deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin (əşyanın) təsirindən törənmişdir, törənmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər səhhətin qısa müddət pozulmasına səbəb olduğu üçün dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. (iş vər.24); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinin xx.xx.2022-ci il tarixli, 17/877 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik, təsərrüfat-məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 30.60 manatdır. (iş vər.30-31); X2 Yevlax rayon Narkoloji kabinetinin xx.xx.2022-ci il tarixli, 2140 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon Narkoloji kabinetdə qeydiyyatda durmur. (iş vər.34); Yevlax rayon Mərkəzi Xəstəxanası PHŞ-nin xx.xx.2022-ci il tarixli, PHŞ-8812/22 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon psixo-nevroloji kabinetdə qeydiyyatda dayanmır. (iş vər.35); “baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsinin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin Yevlax şəhəri 8 saylı orta məktəbin inzibati binasının 3-cü mərtəbəsində yerləşən qapısının üzərində “9d” yazısı olan sinif otağında baş verməsi müəyyən edilmiş yeri göstərmişdir. (iş vər.55-64); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. ( iş vər. 65); İfadənin yerində yoxlanılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsinin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin Yevlax şəhəri 8 saylı orta məktəbin inzibati binasının 3-cü mərtəbəsində yerləşən sinif otağında baş verdiyi yeri göstərmişdir. ( iş vər. 95-102); Qətimkan tədbiri seçmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində yetkinlik yaşına çatmayan nəzərət altına vermə qətimkan tədbiri seçilməsi qərara alınmışdır. ( iş vər. 107-109); Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bədən xəsarətləri yetirdiyi, bir ədəd zərfdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 X5 №1” mətninə malik ştampla ştamplanmış vəziyyətdə olan bir ədəd bıçaq saxlanılması üçün Yevlax rayon polis şöbəsinə təhvil verilmiş, kompakt disk isə cinayət işinin materiallarına əlavə edilmişdir.(iş vər.175-184); Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə2 Şiyavuş oğlunun iştirakı ilə verilmiş olduğu ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışlar və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, habelə şahidlərin iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər; 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır; 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər; 70.6-cı maddəsinə əsasən şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir; 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur; 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Yetkinlik yaşına çatmayanlara cinayətlərin və ya hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məcmuya daxil olan cinayətlərdən birinə görə on il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu halda qəti cəza az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin edilir; 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır; 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumu 8 dekabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət qanunvericiliyində məhkumun təyin edilmiş cəzanı çəkmədən, xüsusi qaydada islah olunması vasitələrindən biri kimi şərti məhkum etmə institutu nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoyur. Azərbaycan Respublikası Cinayət-prosessual Məcəlləsinin: 198.2-ci maddəsinə əsasən Məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan şəxs olduğundan, onun müstəqil qazancı olmadığından o, məhkəmə məsrəflərinin tutulmasından tam azad edilərək iş üzrə 30 (otuz) manat 60 (altmış) qəpik məbləğində ekspertiza xərci dəyərinin ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesaba keçirilməlidir. Şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM-59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq aradan qaldırılmasını (CM-59.1.13), cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi (59.1.2.), ilk dəfə cinayət törətməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq aradan qaldırılmasını, şəxsiyyətini müsbət səciyyələndirən halların məcmusunu, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gələlərək hesab olunur ki, sonuncunun cəza çəkmədən islah olunması mümkündür və ona təyin ediləcək cəza şərti olaraq tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3, 86) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, onun məsuliyyətini yüngülləşdirən halların məcmusu nəzərə alınaraq cəza çəkmədən islah olunması mümkün hesab edilib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti ilə şərti hesab edilməsi qanunamüvafiq hesab olunmalı, sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan bir ədəd bıçaq məhv edilməli, kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı (CPM-132), təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyərinin ödənilməsindən tam azad edilməli və həmin məsrəflər dövlət büdcəsinin vəsaiti hesabına aid edilməli (CPM-198.2.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 (bir) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılsın. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. İş üzrə maddi sübut olan və Yevlax Rayon Polis şöbəsində bir ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. “Axtarış və götürmə istintaq hərəkətini” əks etdirən kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə 30 (otuz) manat 60 (altmış) qəpik məbləğində ekspertiza xərci dəyərinin ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 6 (altı) saat müddətində hüquqi yardımın dəyərinin ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №1(039)-68/2023
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-68/2023
05.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver