Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-68/2025 20.05.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Mədətov Samir Yusif oğlunun katibliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1960-cı il tarixdə Yevlax rayonu, Hacımahmudlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta-ixtisas təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində xx.xx.2024-cü il tarixdə “həbs” qətimkan tədbiri seçilmiş, Yevlax rayonu, Hacımahmudlu kəndində qeydiyyatda olan, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə əvvəllər tanıdığı Zərərçəkmiş şəxs Vəliyyədin oğlunu 2000 manat pul müqabilində müharibə veteranı kimi adını sistemdə qeyd etdirəcəyinə və pensiya düzəldəcəyinə vəd verib aldatmaqla vahid niyyətlə 2023-cü ilin oktyabr ayında istintaqla müəyyən edilməyən gündə və saatda Yevlax rayonu, Hacımahmudlu kəndində özünün yaşadığı evin həyətində Zərərçəkmiş şəxs 500 manat pulunu, 2023-cü ilin noyabr ayının ortalarında istintaqla müəyyən edilməyən gündə və saatda Yevlax rayonu, Hacımahmudlu kəndində özünə məxsus evin qarşısında Zərərçəkmiş şəxs 700 manat pulunu və 2024-cü ilin yanvar ayının sonlarında istintaqla müəyyən edilməyən gündə və saatda Yevlax rayonu, Hacımahmudlu kəndində özünə məxsus evin qarşısında Zərərçəkmiş şəxs 800 manat pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs vahid niyyətlə cəmi 2000 (iki min) manat maddi ziyan vurmaqla qəsdən etibardan suiistifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-in 178.1-ci maddəsi ilə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Tərtər rayon sakini Zərərçəkmiş şəxs 2023-cü ilin oktyabr ayında onun evinin həyətində fəhlə kimi işləmişdir. Evinin həyətində olan açıq vəziyyətdəki 19 ton taxılı kisələrə yığaraq həmin kisələri evinin həyətində olan anbara yığmışdır. Zərərçəkmiş şəxs gördüyü işin müqabilində razılaşnalarına əsasən ona 500 manat pul verməli olmuşdur. Lakin həmin vaxt pulu olmadığından Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək onun pulunu ələ keçirmək qərarına gəlmiş və Zərərçəkmiş şəxs işləri yekunlaşdırdıqdan sonra Nurəlidən hərbi xidmətdə olub-olmadığını soruşmuşdur. Zərərçəkmiş şəxs ona müharibə dövründə hərbi xidmətdə olduğunu, lakin gənc əskər olduğundan döyüş əməliyyatlarında iştirak etmədiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs onun döyüş əməliyyatlarında iştirak edib-etməməsinin heç bir əhəmiyyət kəsb etmədiyini, tanışlarının olduğunu və onun adını müharibə iştirakçısı kimi qeydiyyata aldıraraq ona müharibə veteranı kimi pensiya düzəldə biləcəyini, bunun müqabilində ona 2000 manat pul verməli olduğunu demişdir. Bu təklifindən sonra Zərərçəkmiş şəxs onunla razılaşmışdır. Zərərçəkmiş şəxs hər ay 80 mant pensiya alacağını bildirmişdir. Zərərçəkmiş şəxs ona 2000 manat pulu hissə-hissə verə biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs ilə razılaşaraq ilkin ödəniş olaraq ona verməli olduğu 500 manat pulu götürəcəyəni yerdə qalan 1500 manat pulu isə yaxın vaxtlarda verməsini istəmişdir. Buna görə də Zərərçəkmiş şəxs ondan gördüyü fəhləlik işinin müqabilində almalı olduğu 500 manat pulu almamışdır. Həmin 500 manat pulu ilkin ödəniş kimi qəbul etmişdir. Bundan sonra təxminən 2023-cü ilin noyabr ayının ortalarında Zərərçəkmiş şəxs onun evinin qarşısında ona 700 manat pul vermişdir. Daha sonra isə Zərərçəkmiş şəxs 2024-cü ilin yanvar ayının sonlarında onun evinin qarşısında ona 800 manat pul vermişdir. Beləliklə o, Zərərçəkmiş şəxs veteranlıq, pensiya düzəldəcəyi vədini verməklə ümumilikdə Zərərçəkmiş şəxs 2000 (iki min) manat pulunu ələ keçirmişdir. O, Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək ələ keçirdiyi 2000 (iki min) manat pulu öz şəxsi işləri üçün xərcəmişdir. Sonradan Zərərçəkmiş şəxs bir neçə dəfə ondan işini həll etməsini və ya pulunu geri qaytarmasını tələb etsə də o, hər dəfə Zərərçəkmiş şəxs müxtəlif bəhanələr gətirərək onun aldatmışdır. Hazırda törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs ilə barışmış və ona dəymiş ziyan tamamilə ödənilmişdir. Həmçinin zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəməyə ərizə təqdim edərək Zərərçəkmiş şəxs ilə barışdığnı, ona dəymiş olan ziyanı tam şəkildə ödədiyini və hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, günəmuzd fəhlə kimi işləyərək qazanc əldə edir. 2023-cü ilin oktyabr ayında Yevlax rayonu, Hacımahmudlu kənd sakini Təqsirləndirilən şəxs Yevlax rayonu, Hacımahmudlu kəndində yerləşən evinin həyətində fəhlə kimi işləmişdir. Təqsirləndirilən şəxs evinin həyətində olan açıq vəziyyətdəki 19 ton taxılı kisələrə yığaraq həmin kisələri Təqsirləndirilən şəxs evinin həyətində olan anbara yığmışdır. Gördüyü işin müqabilində razılaşamalarına əsasən Təqsirləndirilən şəxs ona 500 manat pul verməli idi. Lakin o, işləri yekunlaşdırdıqdan sonra Təqsirləndirilən şəxs ondan hərbi xidmətdə olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs müharibə dövründə hərbi xidmətdə olduğunu, lakin gənc əskər olduğundan döyüş əməliyyatlarında iştirak etmədiyini bildirmişdir. Qiyas Pəanhov onun döyüş əməliyyatlarında iştirak edib-etməməsinin heç bir əhəmiyyət kəsb etmədiyini, tanışlarının olduğunu və onun adını müharibə iştirakçısı kimi qeydiyyata aldıraraq ona müharibə veteranı kimi pensiya düzəldə biləcəyini və bunun müqabilində ona 2000 manat pul verməli olduğunu demişdir. Təqsirləndirilən şəxs nüfuzlu şəxs olduğunu və həqiqətən də ona pensiya düzəldəcəyinə inandığı üçün Təqsirləndirilən şəxsla razılaşmışdır. Təqsirləndirilən şəxs onun hər ay 80 manat pensiya alacağını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs 2000 manat pulu ona hissə-hissə verə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs onunla razılaşaraq ilkin ödəniş olaraq ona verməli olduğu 500 manat pulu götürəcəyəni, yerdə qalan 1500 manat pulu isə bir neçə aya verməsini istəmişdir. Buna görə də Təqsirləndirilən şəxs almalı olduğu 500 manat pulu almamışdır. Bundan sonra təxminən 2023-cü ilin noyabr ayının ortalarında Təqsirləndirilən şəxs sonuncunun evinin qarşısında 700 manat pul vermişdir. Daha sonra isə 2024-cü ilin yanvar ayının sonlarında Təqsirləndirilən şəxs sonuncunun evinin qarşısında 800 manat pul vermişdir. Beləliklə Təqsirləndirilən şəxs ona veteranlıq, pensiya düzəldəcəyi vədini verməklə ümumilikdə onun 2000 (iki min) manat pulunu ələ keçirmişdir. O, 2000 (iki min) manat pulu verdikdən sonra Təqsirləndirilən şəxs dəfələrlə pulunu tələb etsə də Təqsirləndirilən şəxs hər dəfə müxtəlif bəhanələr gətirərək onu aldatmış, işinin tezliklə həll ediləcəyini bildirmiş, lakin ona verdiyi vədə əməl etməmiş və ya onun 2000 (iki min) manat pulunu geri qaytarmamışdır. Təqsirləndirilən şəxs pensiya düzəltməsi üçün 2000 (iki min) manat pul verməsindən anasının məlumatı olmuşdur. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş olan ziyan tam şəkildə ödənilmiş və sonuncudan heç bir şikayəti, tələbi yoxdur. Məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş olan ziyan tam şəkildə ödənildiyini və hazırda ondan heç bir şikayəti və tələbinin olmamasının nəzərə alaraq Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışı ifadəsi elan edilməklə tədqiq edilən Şahid ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur. Yevlax rayonu, Hacımahmudlu kənd sakini Təqsirləndirilən şəxs onun oğlu Zərərçəkmiş şəxs müharibə veteranı kimi pensiya düzəldəcəyi vədini verərək aldatmışdır. Buna görə də oğlu Zərərçəkmiş şəxs 2023-cü ilin oktyabr ayından 2024-cü ilin yanvar ayınadək olan müddət ərzində hissə-hissə olmaqla ümumilikdə Təqsirləndirilən şəxs 2000 (iki min) manat pul vermişdir. Belə ki, ilk öncə Təqsirləndirilən şəxs işlədiyi işin müqabilində almalı olduğu 500 (beş yüz) manat pulu almamış, daha sonra isə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 1500 (bir min beş yüz) manat pul vermişdir. Lakin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs etibarından sui-istifadə etməklə onu aldatmış və oğlunun 2000 (iki min) manat pulunu ələ keçirmişdir. Zərərçəkmiş şəxs bir neçə dəfə onun yanında Təqsirləndirilən şəxsla mobil telefonla danışmış, mobil telefon danışıqları zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs pensiya işini həll edəcəyini desə də bu günədək oğlu Zərərçəkmiş şəxs pensiyaya çıxartmamış və ya pulunu geri ödəməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 182.3.2 və 192.1-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 182.3.2 və 192.1-ci maddələri təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. Yevlax rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(039)-90/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 182.3.2 və 192.1-ci maddələri Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2025-ci il tarixli ibtidaimistintaq müddətinin uzadılması barədə qərardan görünür ki, Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini İİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov tərəfindən Yevlax rayon PŞ-nin istintaq bölməsində Azərbaycan Respublikası CM-nin 182.3.2 və 192.1-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cnayət işi üzrə ibtidai istintaq müddəti 04 (dörd) ay olmaqla, 08 ayadək, yəni xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək uzadılmışdır. Yevlax rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(039)-17/2025 saylı qərarından görünür ki, Yevlax rayon X3 Bölməsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.3.2 və 192.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 03 (üç) ay yəni 16 may 2025-ci il tarixədək uzadılmışdır. xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərdan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 182.3.2 və 192.1-ci maddələrinin tərkib əlamətləri olmadığından həmin maddələr ilə onun barəsində cinayət təqibinə xitam verilmiş və cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinə tövsif edilmişdir. xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 17 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 182.3.2 və 192.1-ci maddələri ilə elan edilmiş ittiham dəyişdirilmiş, o, Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2024-cü il tarixdə Yevlax rayon İHB-nın Qaramanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs kənd arasında sələmçi kimi tanınır və onun barəsində nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş, təqsirləndirilən şəxslə barışmış, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, zərərçəkmiş şəs Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş ziyanı tam şəkildə ödəmiş, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi qalmamışdır. Ona görə də, məhkəmədən barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan CM-in 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, CM-in 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs iş üzrə Zərərçəkmiş şəxs ilə barışaraq ona dəymiş ziyanı tamamilə ödəmişdir. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə, hesab edir ki, CM-in 73-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. CPM-in 162.1.1-ci maddəsinə əsasən şəxs məhkəmənin qərarına əsasən təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlinə görə ittiham təsdiq edilmədikdə və ya məhkəmədə cinayət işi üzrə icraata xitam verildikdə həbsdən azad edilməlidir. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, X2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmalıdır. Müdafiəçi2 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 4 (dörd) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə xx.xx.2025-ci il tarixli 141 saylı Qərara əasaən vəkilin sərf etdiyi hər saat üçün 11 (on bir) manat miqdarında əmək haqqı ödənilməlidir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 4 (dörd) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 4 (dörd) saat hüquqi yardıma görə Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 44 (qırx dörd) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışması ilə əlaqədar barəsində olan cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 4 (dörd) saat hüquqi yardıma görə Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 44 (qırx dörd) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərar elan edildiyi andan 20 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-68/2025
Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-68/2025
20.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver