Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-69/2022 16.06.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X5 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri X6 Müdafiəçi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə xx xxxxxxx 1987-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində 10 dekabr 2021-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Gəncə şəhəri, R.Qasımov küçəsi, ev 17-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs qəsdən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda ziyan vurmaqla əmlakını ələ keçirib təkrar dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını vahid niyyətlə ələ keçirmək məqsədi ilə 2020-ci ilin avqust ayının sonlarında istintaqla müəyyən edilməyən gündə və saatda, Yevlax rayonu, Səmədabad kəndində Zərərçəkmiş şəxs1 və onun qohumu Şahid1 xəstəliyi ilə əlaqədar olaraq əlillik dərəcəsi düzəldəcəyi adı ilə Zərərçəkmiş şəxs1 yalandan vəd verərək, həmin işin qarşılığında Zərərçəkmiş şəxs1 2020-ci ilin avqust ayının sonlarında istintaqla müəyyən edilməyən gündə və saatda sonuncunun Yevlax rayonu Səmədabad kəndində yaşadığı evdə 1000 manat, 2020-ci ilin sentyabr ayının sonlarında istintaqla müəyyən edilməyən gündə və saatda Yevlax rayonu, Səmədabad kəndində sonuncunun yaşadığı evdə 4200 manat, 2020-ci ilin oktyabr ayının sonlarında istintaqla müəyyən edilməyən gündə və saatda Yevlax rayonu, Səmədabad kəndində sonuncunun yaşadığı evdə 2000 manat, 2020-ci ilin noyabr ayının sonlarında istintaqla müəyyən edilməyən gündə və saatda, Yevlax rayonu, Səmədabad kəndində sonuncunun yaşadığı evdə 2000 manat və 2021-ci ilin yanvar ayının sonlarında istintaqla müəyyən edilməyən gündə və saatda Yevlax rayonu, Səmədabad kəndində sonuncunun yaşadığı evdə 800 manat, cəmi 10000 manat pulunu vahid niyyətlə aldadıb ələ keçirərək vədinə əməl etməməklə Zərərçəkmiş şəxs1 xeyli miqdarda, yəni 10000 manat pulunu ələ keçirib qəsdən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qəsdən ələ keçirmək məqsədi ilə 2020-ci ilin avqust ayının sonlarında istintaqla müəyyən edilməyən gündə və saatda Yevlax rayonu, Səmədabad kəndində X8 “qüvvədə olan əlillik dərəcəsinin müddəti başa çatandan sonra yenidən uzadılmasına köməklik göstərəcəyi” adı ilə yalandan vəd verərək, həmin işin qarşılığında Könül Hüseynovadan 2020-ci ilin avqust ayının sonlarında istintaqla müəyyən edilməyən gündə və saatda Yevlax rayonu, Səmədabad kəndində Zərərçəkmiş şəxs1 yaşadığı evdə 2500 manat pulunu aldadıb alaraq vədinə əməl etməməklə Könül Hüseynovanın 2500 manat pulunu pulunu ələ keçirib qəsdən təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını vahid niyyətlə qəsdən ələ keçirmək məqsədi ilə 2020-ci ilin sentyabr ayının 26-da istintaqla müəyyən edilməyən saatda Yevlax rayonu, Səmədabad kəndində Zərərçəkmiş şəxs2 övladı X4 xəstəliyi ilə əlaqədar olaraq əlillik dərəcəsi düzəldəcəyi adı ilə yalandan vəd verərək həmin işin qarşılığında Zərərçəkmiş şəxs2 2020ci ilin sentyabr ayının 26-da istintaqla müəyyən edilməyən saatda sonuncunun Yevlax rayonu, Səmədabad kəndində yaşadığı evdə 2500 manat, 2020-ci il oktyabr ayının 13-də istintaqla müəyyən edilməyən saatda Yevlax rayonu, Səmədabad kəndində sonuncunun yaşadığı evdə 3000 manat və 2020-ci ilin noyabr ayının sonlarında istintaqla müəyyən edilməyən gündə və saatda Yevlax rayonu, Səmədabad kəndində sonuncunun yaşadığı evdə 2000 manat, cəmi 7500 manat pulunu vahid niyyətlə aldadıb ələ keçirərək vədinə əməl etməməklə Zərərçəkmiş şəxs2 xeyli miqdarda, yəni 7500 manat pulunu ələ keçirib qəsdən təkrar dələduzluq etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 10000 manat, Zərərçəkmiş şəxs2 7000 manat və Könül Hüseynovadan isə 2300 manat alıb həmin şəxslərə təqaüd düzəldəcəyinə söz vermişdir. Belə ki, Zərərçəkmiş şəxs1 Gəncə şəhərində yaşayan bacısı qızı Natiqə ilə Gəncə şəhərində tanış olmuş, bir-iki dəfə Natiqəgilin yaşadığı evə də getmişdir. Natiqəgildə olan zaman Natiqə ona xalası Aynura təqaüd düzəldirmək istədiyini bildirmişdir. O da Natiqəyə Aynura təqaüd təyin olunmasında köməklik göstərəcəyini, lakin bunun xərci olacağını bildirmişdir. Natiqə ona “xərci nə etsə xalam düzəldib verər” demişdir. 2020-ci ilin avqust ayının sonlarında Aynurun bacısı qızı Natiqə ilə birlikdə Yevlax rayonu, Səmədabad kəndində yaşayan Aynurgilə getmişlər. Aynur xəstəliyi ilə bağlı olan sənədləri ona göstərmiş, o, Aynurun təqdim etdiyi tibbi sənədlərə baxmış və tibbi sənədlərdə Aynurun bir neçə dəfə cərrahi əməliyyat olunduğunu, həmçinin Aynurun xəstəliyinin olmasını görmüşdür. Aynura təqaüd düzəlməsində köməklik edə biləcəyini, ancaq bunun müqabilində 6000 manat pul verməli olmasını bildirmişdir. Aynur da onunla razılaşmış və ona əvvəlcə 100 manat pul verib yerdə qalan pulu da sonra verəcəyini bildirmişdir. Həmin vaxt Aynurun qonşusu Könül də Aynurgilə gəlmiş və söhbət zamanı o, Aynura təqaüd düzəlməsində köməklik göstərəcəyini demişdir. Söhbət zamanı Könül də aldığı təqaüdün etibarlıq müddətinin başa çatdığını bildirmişdir. O da Könülə təqaüdünün etibarlıq müddətinin uzadılmasında köməklik edə biləcəyini və bunun müqabilində isə 3000 manat pul verməli olduğunu bildirmişdir. Könül də onunla razılaşmış və Könül ona əvvəlcə 500 manat pul vermişdir. Könüldən də 500 manat pulu alıb Gəncə şəhərinə qayıtmışdır. Daha sonra bir neçə dəfə Aynurgilə getmiş, Aynurgildə olan zaman Aynurun qonşusu Zəhra da Aynurgilə gəlmişdir. Söhbət zamanı Zəhra ona yaşlı qızının xəstə olmasını bildirmiş və Zəhradan qızına təqaüd düzəlməsinə köməklik göstərəcəyi müqabilində 7000 manat pul verməli olmasını bildirmişdir. Zəhra da onunla razılaşmış və əvvəlcə ona 1000 manat vermiş, daha sonra isə hissə-hisə olmaqla ümumilikdə 7000 manat pul vermişdir. Ümumiyyətlə 2020-ci ilin avqust ayından başlayaraq 2021-ci ilin yanvar ayına qədər hissəhissə Aynurdan 10000 manat, Könüldən 2300 manat, Zəhradan isə 7000 manat pul almışdır. Həmin ərəfələrdə qızı bir neçə dəfə əməliyyat olduğu üçün Aynurdan, Könüldən və Zəhradan aldığı pulları qızının müalicəsinə və əməlyatlarına xərcləmişdir. Ona görə də Aynurgilin və digər adlarını çəkdiyi şəxslərin təqaüdü düzəlməmiş, nədə ki, həmin şəxslərin pulunu qaytara bilməmişdir. Aynurgilin pulunu qaytarmağa imkanı olmadığından Aynurgil ondan şikayət etmişdir. Etdiyi əməldən peşimandır, hazırda zərərçəkmiş şəxslərlə barışmışdır və onlara dəymiş olan ziyanı tam şəkildə ödəmişdir. Məhkəmədən törətdiyi cinayət əmlindən səmimi olaraq peşman olmasını, zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmamasını, homayəsində iki qız övladının olmasını və əvvəllər məhkum olunmamasını nəzərə alaraq, barəsində həbslə əlaqədar olmayan daha yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, təxminən 3 il əvvəl səhəti ilə əlaqədar cərrahi əməliyyat olunmuşdur. X15 şəhərində yaşayır. 2020-ci ilin avqust aynnın sonlarında bacısı tanışı Təqsirləndirilən şəxs ilə birlikdə onun yaşadığı evə qonaq gəlmişdir. Söhbət əsnasında Lamiyə onun səhətində olan narahatçılıqla bağlı bir neçə dəfə cərrahi əməliyyat olunduğunu eşitmişdir. Lamiyə ona demişdir ki, “sən bu qədər cərrahi əməliyyat olunmusan, gəl sənə köməklik edim sənə əlilik qurupu alım». O da Lamiyəyə demişdir ki, “düzəldə bilsən yaxşı olar”. Lamiyə ona demişdir ki, “7 min manat pul verərsən sənə 1-ci qrup əlillik düzəldərəm ayda 300 manat əlillik pulu alarsan”. O da Lamiyə ilə razılaşmış, həmin vaxt yaşadığı evdə Lamiyəyə 1000 manat pul vermiş və yerdə qalan qalan pulu da sentyabr ayının sonlarına kimi verəcəyini bildirmişdir. Həmin gün qonşusu Könül də onlarda olmuşdur. Söhbət zaman Lamiyə Könülün 2-ci qrup əllilliyə görə təqaüd almasını, sonradan əlilliyə görə aldığı təqaüdü dayandırıldığını öyrənmişdir. Lamiyə Könülə “2500 manat pul verərsən sənin təqaüdünü bərpa edəcəm, əvvəlki kimi təqaüdünü alacaqsan”demişdir. Könül də Lamiyə ilə razılaşmış və Könül onun evində Lamiyəyə 2500 manat pul vermişdir. 2020-ci ilin sentyabr ayının sonlarında Lamiyə onların yaşadığı evə gəlmiş və ona “qalan pulu da ver, sənin əlillik qrupunu danışmışam düzələcək” demişdir. O da yaşadığı evdə 4200 manat pulu Lamiyəyə vermişdir. Lamiyə də qısa müddətdə ona əlillik qrupu verilməsində köməklik edəcəyini və əlilliyə görə ayda 300 manat təqaüd alacağını bildirmişdir. Həmin gün qonşusu Zəhra da onlarda olmuş, Lamiyə Zəhranın qızına əlillik düzəltməsinə də söz verərək Zəhradan da 7500 manat pul istəmişdir. Zəhra da pulu hissə-hissə verə biləcəyini bildirmişdir. Qonşusu Zəhra hissə-hissə olmaqla Lamiyəyə ümumilikdə 7500 manat pul vermişdir. Həmin ərəfələrdə Lamiyə ona qohumlarından da kim istəsə əlillik dərəcəsi düzəldə biləcəyini bildirmiş, o, qaynı Elxanın da heç biryerdə işləmədiyini bildirmiş, həmin vaxt Lamiyə onun qaynı Elxana da əlillik düzəldəcəyi adı ilə 5000 manat pul istəmiş, Elxanın pulu olmadığı üçün o, Elxanın yerinə də hissə hissə cəmi 4800 manat Lamiyəyə pul vermiş, Lamiyə Elxana da əlillik düzəlməsində köməklik göstərəcəyinə söz vermişdir. Lamiyə həm ona, həm qonşusu Könülə və Zəhraya, o cümlədən qaynı Elxana 6 ay ərzində təqaüd düzəlməsində köməklik göstərəcəyinə söz vermişdir. Lakin 6 ay keçsə də Lamiyə söz verdiyi vədinə əməl etməyərək onlara əlillik təyin olunması ilə bağlı heç bir köməklik göstərməmişdir. Onlar dəfələrlə Lamiyənin mobil telefonuna zəng etsələr də Lamiyə hər dəfə müxtəlif bəhanələr gətirərək onlara təqaüd təyin olunmasında heç bir köməklik göstərməmiş və pullarını geri qaytarmamışdır. Ona görə də o, qonşuları Könül və Zəhra ilə birlikdə Lamiyənin dələduzluq etməsi ilə bağlı Yevlax rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Lamiyəyə cəmi hissə hissə 10000 manat pul vermişdir. O, Lamiyəyə yaşadığı evdə 2020ci ilin avqust ayının sonlarında 1000, manat, 2020-ci ilin sentyabr ayının sonlarında 4200 manat, oktyabr ayının sonlarında 2000 manat, noyabr ayının sonlarında 2000 manat, 2021-ci il yanvar ayının axırlarında isə 800 manat pul vermişdir. Qonşuları Zəhra və Könül Lamiyəyə pul verən zaman o da yanlarında olmuşdur. Belə ki, Könül 2500 manat pulu Lamiyəyə onun yaşadığı evdə yanında vermişdir. Zəhra da hissə-hissə olmaqla ümumilikdə 7500 manat pulu öz evlərində onun yanında Lamiyəyə vermişdir. Həmin ərəfədə qaynı Elxanın pulu olmadığı üçün Elxanın da yerinə o, öz pulunu Lamiyəyə vermiş, yəni maddi ziyan Elxana deyil ona dəymişdir. Hazırda ona dəymiş olan ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın tam şəkildə ödənildiyini, hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 2020-ci ilin sentyabr ayında ayında qonşusu Aynurgildə olan zaman söhbət əsasında Gəncə şəhər sakini Lamiyə adlı qadının təqaüd düzələ bildiyini öyrənmişdir. Aynurgildə Lamiyəni görmüş, söhbət zamanı Lamiyə ondan təqaüd alıb almamasını soruşmuş, o isə Lamiyəyə özünün təqaüd aldığını, lakin 56 yaşında qızı X1 olmasını, onun yanında yaşamasını, lakin təqaüd almadığını bildirmişdir. Lamiyə ona demişdir ki, “qızına 1-ci qrupp əlillik düzəldərəm 300-350 manat təqaüd alar, ancaq xərci var». Lamiyədən nə qədər xərci olduğunu soruşduqda Lamiyə ona “7500 manat pul verərsən düzəldərəm” demişdir. Lamiyəyə nəğd pulu olmadığını, pulu hissə-hissə verə biləcəyini bildirmiş və Lamiyə də onunla razılaşmışdır. Bundan sonra o, hissə-hissə olmaqla Lamiyəyə cəmi 7500 manat pul vermişdir. İlk dəfə 26 sentyabr 2020-ci il tarixdə Lamiyə onun yaşadığı evə gəlmiş, yaşadığı evdə Lamiyəyə 2500 manat, 2-ci dəfə 13 oktyabr 2020-ci il tarixdə yaşadığı evdə 3000 manat, 3-cü dəfə isə 2020-ci il noyabr ayının sonlarında yaşadığı evdə 2000 manat pul vermişdir. Lamiyə ondan başqa qonşuları Aynura və Könülə də təqaüd düzəldəcəyini vəd verib aldadaraq pullarını ələ keçirmişdir. Lamiyə onlara nə təqaüd düzəltməmiş, nədə ki, onların pulunu qaytarmamışdır. Hazırda ona dəymiş olan ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın tam şəkildə ödənildiyini, hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs X9 məhkəməyə ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın tam şəkildə ödənildiyini, hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmamasını, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs X9 ibtidai istintaq zamanı vermiş oğlduğu ifadəsində göstərmişdir ki, 2020-ci ilin sentyabr ayında ayında qonşusu Aynurgildə olan zaman söhbət əsasında Gəncə şəhər sakini Lamiyə adlı qadının təqaüd düzəlməsinə köməklik etməsini öyrənmişdir. Həmin ərəfələrdə Aynurgildə Lamiyəni görmüş, söhbət zamanı Lamiyə ondan təqaüd alıb-almamadığını soruşmuş, o isə Lamiyəyə təqaüd almasını, lakin 2021-ci ilin iyul ayında təqaüdünün kəsiləciyini bildirmişdir. Lamiyə isə ona 2500 manat pul müqabilində yenidən sosial həkim komissiyasından keçirərək təqaüd müddətinin uzadılmasında köməklik edə biləcəyini bildirmişdir. Lamiyəyə inanaraq 2500 manat pulu 2021-ci ilin sentyabr ayının sonlarında qonşusu Aynurgildə Lamiyəyə vermişdir. Lamiyə ondan başqa qonşuları Aynuru və Zəhranı da aldadaraq təqaüd düzəldəcəyini söz cerib pullarını almış, lakin nə təqaüd düzəltməmiş, nədə ki, onların pulunu verməmişdir. Ona görə də özü, qonşusu Zəhra və Aynur əvvəlcə 102 xidmətinə zəng edərək Laiyyənin onları aldadaraq əmlaklarını ələ keçirməsi barədə məlumat vermiş, daha sonra isə Yevlax rayon polis şöbəsinə gələrək Lamiyə barəsində ərizə ilə müraciət etmişlər. Lamiyə ondan cəmi 2500 manat pul almışdır. Həmin pulu 2020-ci ilin sentyabr ayının sonlarında qonşusu Aynurgildə Aynurun yanında Lamiyəyə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 qardaşının həyət yoldaşıdr. Zərərçəkmiş şəxs1 təxminən 3 il əvvəl səhəti ilə əlaqədar cərrahi əməliyyat olunmuşdur. Aynurun bacısı Gəncə şəhərində yaşayır. 2020-ci ilin avqust aynnın sonlarında Aynurun bacısı tanışı Təqsirləndirilən şəxs ilə birlikdə Aynurgilə qonaq gəlmişdir. Lamiyəgil gedəndən sonra Aynur ona Lamiyənin 1-ci qrup əlillik düzəldəcəyini söz verməsini və başqa kim istəsə həmin şəxsə əlillik dərəcəsi düzəlməsində köməklik edə biləcəyini bildirmişdir. Səhətində narahatçılıq olduğu üçün Aynur Lamiyəyə onun səhətində narahatçılıq olmasını bildirmiş, Lamiyə Aynura ona 5000 manat müqabilində əlillik dərəcəsinin düzəlməsinə köməklik edə biləcəyini və buna görə ona məxsus zəruri sənədləri verməli olduğunu bildirmişdir. Həmin ərəfələrdə onun pulu olmadığı üçün Aynur özünə və ona əlilik düzəltmək üçün Lamiyəyə hissə-hissə olmaqla cəmi 10 000 manat pul vermişdir. Bundan başqa Lamiyə aldadaraq həmkəndliləri Könüldən 2500 manat, Zəhradan isə 7500 manat pul almışdır. Lakin Lamiyə onlara əllik dərəcəsinin təyin olunması ilə bağlı heç bir köməklik göstərməmiş, nədəki onlardan aldığı pulları geri qaytarmamışdır. İş üzrə Şahid2 məhkəməyə ərizə ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyini və ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid2 ibtidai istintaq zamanı vermiş oğlduğu ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun doğma bacısıdır, Zərərçəkmiş şəxs2 ilə Könül Hüseynova isə bacısı Aynurun qonşularıdır. Təqsirləndirilən şəxsnnın onun qızı Natiqə ilə yaxın münasibəti olduğu üçün Lmiyəni onların yaşadığı evə gəlib gedəndə tanımışdır. Belə ki, 2020-ci ilin əvvəllərində qızı Gəncə şəhərində paltar mağazasında olan zaman təsadüfən Lamiyə ilə tanış olmuşdur. Bundan sonra Lamiyə onun qızı Natiqə ilə bir neçə dəfə onların yaşadığı evə gəlib getmişdir. 2020-ci ilin təxminən avqust aynda Lamiyə onlara gəlmiş, həmin vaxt o, Yevlax rayonu, Səmədabad kəndində yaşayan bacısıgilə getdiyini bildirmişdir. Lamiyə ona bildirmişdir ki, Bakı şəhərinə gedəcək, istəsə onu da yolüstü bacısıgildə düşürüb gedər. Lamiyə onu özünə məxsus avtomobillə Yevlax rayonu, Səmədabad kəndində yaşayan bacısı Aynurgilə aparmışdır. Onlar bacısıgilə gedən zaman bacısı Aynur Lamiyəni də çay içmək üçün evə dəvət etmişdir. O, Lamiyə ilə birlikdə bacısı Aynurun evində çay içib söhbət etmiş, söhbət zamanı Lamiyə onun bacısı Aynura sosial yardım və təqaüd düzəldə bildiyini bildirmişdir. Bir qədər söhbət edəndən sonra Lamiyə çıxıb getmişdir. Sonradan Lamiyənin bacısı Aynurdan, Aynurun qonşuları Könüldən və Zəhradan müxtəlif məbləğdə pul alaraq onlara təqaüd düzəldəcəyini vəd verməsini, lakin Lamiyənin vədinə əməl etmədiyini, adlarını çəkdiyi şəxslərə təqaüd düzəldə bilmədiyini və həmin şəxslərdən aldığı pulları geri qaytarmadığını eşitmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Cananşir qızı əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 10 dekabr 2021-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cananşir qızının barəsində həmin tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Gəncə şəhər Nizami rayon İHB-nın 2 nömrəli inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Cananşir qızı yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Gəncə şəhər Nizami rayon İHB-nın 2 nömrəli inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2005-ci il təvəllüdlü Günel və 2006-cı il təvəllüdlü Gülsüm adlı iki yetkinlik yaşına çatmayan uşağı var. Cinayət işində olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və X7 məhkəməyə təqdim etdikləri ərizələrindən görünür ki, onlara dəymiş olan ziyan tam şəkildə ödənildiyinə görə onların Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbləri yoxdur. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını vahid niyyətlə ələ keçirmək məqsədi ilə 2020-ci ilin avqust ayının sonlarında Yevlax rayonu, Səmədabad kəndində Zərərçəkmiş şəxs1 və onun qohumu Şahid1 xəstəliyi ilə əlaqədar olaraq əlillik dərəcəsi düzəldəcəyi adı ilə Zərərçəkmiş şəxs1 cəmi 10000 manat pulunu, X8 “qüvvədə olan əlillik dərəcəsinin müddəti başa çatandan sonra yenidən uzadılmasına köməklik göstərəcəyi” adı ilə yalandan vəd verərək, Könül Hüseynovanın 2500 manat pulunu və Zərərçəkmiş şəxs2 övladı X4 xəstəliyi ilə əlaqədar olaraq əlillik dərəcəsi düzəldəcəyi adı ilə yalandan vəd verərək cəmi 7500 manat pulunu vahid niyyətlə aldadıb ələ keçirərək vədinə əməl etməməklə Zərərçəkmiş şəxs2 xeyli miqdarda, yəni 7500 manat pulunu ələ keçirib qəsdən təkrar dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilənin göstərilən əməli törətməkdə təqsirli olması özünün etiraf ifadəsindən başqa, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə ona cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CMnin 59.1.12 və 59.1.13-cü maddəsinə əsasən onun zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tam ödəməsi nəticəsində zərərçəkmiş şəxslərin ondan şikayətçi olmamaları onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən əməlindən səmimi peşmançılıq çəkməsini və əvvəllər məhkum olunmamasını məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. İş üzrə mülki iddia verilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, 7000 (yeddi min) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilsin. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilməsin. Hökmün icrası Gəncə şəhər Nizami rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-69/2022
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-69/2022
16.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver