Məhkəmə qərarları › İş №1(039)-69/2025

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-69/2025

11.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-69/2025 11.06.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə. 09 avqust 1992-ci ildə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Yevlax rayonu Hacıselli kəndində qeydiyyatda olan və həmn ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 430,0 qram narkotik vasitə olan qurudulmuş marixuananı istintaqla müəyyən olunmayan vaxtda və mənbədən əldə edib üzərində saxlamış, xx.xx.2025-ci il tarixdə saat 15:48-də Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz saxlamada şübhəli bilindiyinə görə Yevlax rayonu Cırdaxan kənd ərazisində, kanal qırağı adlanan ərazidə Yevlax rayon polis şöbəsinin polis əməkdaşları tərəfindən saxlanılaraq orada həmin gün saat 15:48-dən 15:58-dək olan müddət ərzində video çəkilişlə Təqsirləndirilən şəxs üstünün yoxlanılması nəticəsində Təqsirləndirilən şəxs əlindəki 01 (bir) ədəd sellofan torbanın içərisindəki satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı 430,0 qram xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Yevlax rayonunun Hacıselli kəndində yaşayır. Sahədə ot yığan zaman sahənin kənarında yaban halda bitmiş çətənə kollarının yarpaqlarını yığaraq, sahənin kənarında gizlətmişdir. 03 fevral 2025-ci il tarixdə həmin əraziyə gedərək, gizlətdiyi çətənə kolunun yarpaqlarını aparmaq üçün qablaşdrıb gedən zaman polis əməkdşları ilə rastlaşmışdır. Polis əməkdaşları onu saxlamış və üzərinə baxış keçirilmişdir. Həmin narkotik vasitə olan marixuananı özü istifadə etmək məqsədi ilə yığıb qurutmuşdur. Saxlanılan zaman polis əməkdaşları tərəfindən ona heç bir təziq göstərilməmişdir. Hazırda əməlindən peşmandır və yeni ailə qurmuşdur. Qeyd edilənlərin nəzərə alınaraq, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri özünün etirafı, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, Yevlax rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləmiş, hazırda həmin polis şöbəsinin İTB-nin polis sahə rəisi vəzifəsində işləyir. 03 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Cəlilabad rayon Polis Şöbəsinə narkotik vasitələrin qanunsuz dövriyyəsində, daşınmasında və saxlanmasında şübhəli bilinməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat tədbiri keçirilmiş və X4 rayonunun Cırdaxan kəndinin ərazisində tərəflərindən saxlanılmışdır. Natiq Əliyevin üzərinə videoçəkilişlə baxış keçirilmiş və ondan 400 qramdan artıq narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Həmin kütlə Natiq Əliyevin iştirakı ilə elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərişdir ki, Yevlax RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 03 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində Yevlax rayonunun Cırdaxan kəndi yaxınlığında üzərində qanunla daşınması və saxlanması qadağan olunmuş narkotik vasitə olan marixunaya bənzər kütlə olması barədə məxvi mənbədən məlumat daxil olmuşdur. Tərəflərindən şöbə rəhbərliyinə bu barədə raportla məruzə olunmuş və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə o da daxil edilmiş və birlikdə Yevlax rayonu Cırdaxan kəndinə getmişlər. Qeyd edilən Həmin ünvanda Təqsirləndirilən şəxs piyada hərəkət etdyini görərək, ona yaxınlaşmışlar və onu saxlamışlar. Təqsirləndirilən şəxs özlərini təqdim edərək, saxlanma səbəbini izah etmişlər. Təqsirləndirilən şəxs üzərində qanunla daşınması, saxlanması qadağan olunmuş əşya və ya narkotik vasitə varsa təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs də üzərində olan narkotik vasitəni onlara təqdim etmişdir. Tərəflərindən videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə götürülmüş, bu barədə şöbə rəhbərliyinə məruzə edilmiş və sonra digər zəruri hərəkətlər yerinə yetirilmişdir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin X2 04 fevral 2025-ci il tarixli 17/79 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, “Saxlanılan şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin olduğu sellofan torba.” yazısı, adlar və imzalar yazılmış 01(bir) ədəd zərfin içərisindəki 01(bir) ədəd sellofan torbada, təmiz çəkisi- 430,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (Marixuananın təmiz çəkisi 430,0 qram, tədqiqata sərf edildi 0,10 qram, qalıq- 429,90 qram). Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən şahid ifadələri və ekspert rəyləri biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və buna görə də ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşdə Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya İdarəsi tərfindən icra olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir və məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmadığını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına, ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. İşdə olan Yevlax rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Yevlax rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə, məhkəmə iclası zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Yevlax Rayon Polis şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 429,90 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə 34,55 (otuz dörd manat əlli beş qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə dövrü üçün göstərilən 5 (beş) saat hüquqi yardıma görə 55 (əlli beş) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 fevral 2025-ci ildən 05 fevral 2025-ci ilədək 2(iki) gün müddətə həbsdə saxlanılması nəzərə alınmaqla, həmin müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 9 (doqquz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli 11 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından həbsə alınsın. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Yevlax Rayon Polis şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 429,90 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 34,55 (otuz dörd manat əlli beş qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN ********** müxbir hesab AZ 41 NABZ01 **********00003944, SFİFT. Bİk CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN**********,hesab AZ34CTRE ********************) ödənilsin. Məhkəmə dövrü üçün göstərilən 5 (beş) saat hüquqi yardıma görə 55 (əlli beş) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Şəkil Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim:Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar