Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-7/2020 26.02.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyev Rəşad Şahsevər oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi X1 iştirakları ilə, xx xxxxxx 1969-cu il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum edilməmiş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Kəlbəcər rayonu Zar kəndində qeydiyyatda olmaqla, ünvan 1 mənzil 27 ünvanında yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd edilir ki, o, Yevlax rayonu, Aran qəsəbəsində yerləşən “xxxxxxxxxxxxxxxx” MMC-nin istifadəsində olan həmin MMCnin “Yevlax İnnovasiya” filialının Qarabağ kanalı üzərində yerləşən 1-ci nasos stansiyasının ərazisində, xx xxxxxxxx 2019-cu il tarixdə saat 13:30 radələrində mübahisə edib dalaşdığı, orada məskunlaşmış məcburi köçkünlər - Zərərçəkmiş şəxs2 və onun anası Zərərçəkmiş şəxs1 əllə-yumruqla dəfələrlə qəsdən vuraraq, Zərərçəkmiş şəxs2 səhhətin qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli, Zərərçəkmiş şəxs1 səhhətin qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək söyləmişdir ki, zərərçəkmiş şəxslər onun uzaq qohumlarıdır. Onlarla mehriban münasibətləri olmuşdur. Yevlax rayonunun Aran qəsəbəsində yerləşən “Kor çayı” adlanan ərazidə 50 hektar torpaq sahəsi vardır. Lakin, orada balıq gölü inşa etdirdiyi üçün həmin sahədən istifadə etmir. Balıq gölünü öz icarəyə götürdüyü yerdə qurduğu üçün hər hansı lisenziya almağa ehtiyac duymamışdır. Təxminən 15 il olar ki, Şahid3 öz mal-qarasını həmin torpaq sahəsində otarır. Lakin, onlara heç bir söz deməmiş, heç icarə haqqı da almamışdır. Mübahisədən 1 ay əvvəl özü həmin torpaq sahəsindən istifadə etmək qərarına gəlmişdir. Ona görə də, Şahid3 ailəsi ilə oradan çıxmasını tələb etmişdir. xx xxxxxxxx 2019-cu il tarixdə Aran bələdiyyəsinin işçisi Qəşəm Əkbərovun yanına gedərək Novruzgilin sahədən çıxarılmasında köməklik olunmasını xahiş etmişdir. Həmin vaxt ona Şahid3 oğlu Elgün kimi tanıdığı Zərərçəkmiş şəxs2 mobil telefon nömrəsini də vermişdir. Bundan sonra qohumu Şahid1la birlikdə həmin əraziyə getmişdir. Əraziyə çatanda mal-qaranın yenə də sahədə otlamasını görüb idarə etdiyi “Subaru” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobillə Novruzgilin yaşadığı evin arxasına getmişdir. Zərərçəkmiş şəxs2 avtomobilin yanına gələrək salam vermədən torpaq sahəsindən çıxmayacağını bildirmişdir. Əsəbiləşərək avtomobildən enərək onun yanına getmiş, Zərərçəkmiş şəxs2 onu söyüb təhqir edərək kənardan çomağı götürüb onu vurmaq istəyəndə özünü qorumaq məqsədi ilə onu itələmişdir. Bundan sonra əlbəyaxa olmuşlar. Oraya gələn Zərərçəkmiş şəxs1 da onları aralamağa cəhd etmişdir. Güman edir ki, həmin zaman hər ikisinə xəsarət yetirmişdir. Əməlindən peşman olduğunu, hazırda Nəhayət Abbasova və Zərərçəkmiş şəxs2 ilə barışdığını bildirərək, barəsində cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, xx xxxxxxxx 2019-cu il tarixdə, saat təxminən 13:30-da, uzaq qohumları olan və otlaq sahəsinə görə aralarında narazılıq yaranan Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə onların yaşadığı evin həyətinə gəlmişdir. Qeyd edilən torpaq sahəsini icarəyə vermək istədiyi Şahid1 da Təqsirləndirilən şəxs yanında olmuşdur. Təqsirləndirilən şəxs avtomobildən enərək, yenidən mal-qaranın otlaq sahəsində olmasına irad tutaraq onları söyüb təhqir etməyə başlamışdır. Mal-qaranı otlaq sahəsindən çıxarmağı oğlu Zərərçəkmiş şəxs2 göstəriş versə də, oğlu Zərərçəkmiş şəxs2 torpaq sahəsinin ona məxsus olmadığını deyərək onun göstərişinə əməl etməmişdir. Bu zaman onlar mübahisə edib əlbəyaxa olmuşlar. Onları sakitləşdirmək məqsədi ilə onlara yaxınlaşmışdır. Bu zaman Təqsirləndirilən şəxs əli ilə onun burnuna vurmuşdur. Təqsirləndirilən şəxsla artıq barışmışdır, ona qarşı hər hansı bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, xx xxxxxxxx 2019-cu il tarixdə, uzaq qohumu olan Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yaşadıqları evin həyətinə gəlmişdir. Yanında onların mal-qarasının otlaq sahəsi olan yeri icarəyə vermək istədiyi Şahid1 da olmuşdur. Təqsirləndirilən şəxs avtomobildən enərək mal-qaranın ona məxsus otlaq sahəsindən çıxarılmasını tələb etmişdir. Həmin sahənin ona məxsus olmadığını və buna görə də mal-qaranı oradan çıxarmayacağını bildirdikdə, Təqsirləndirilən şəxs onu və ailə üzvlərini söyüb təhqir etməyə başlamışdır. Bundan sonra isə onun üzərinə gələrək əli ilə onun üz nahiyəsindən vurmuşdur. Daha sonra isə boğazından tutub onu boğmağa başlamışdır. Bu zaman anası Zərərçəkmiş şəxs1 onlara yaxınlaşaraq onları aralamaq istəmişdir. Bir müddət sonra anasının burnundan qan gəldiyini görmüşdür. Ancaq Təqsirləndirilən şəxs anası Nəhayəti vurduğu anı görməmişdir. Təqsirləndirilən şəxsla artıq barışmışdır, ona qarşı hər hansı bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şahid3 zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Şahidlər Şahid1 və X2 ifadə verərək, xx xxxxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs Şahid3 və Zərərçəkmiş şəxs1 vurmasının bilavasitə şahidi olmadıqlarını qeyd etmişdirlər. Məhkəmə-tibb ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli 624 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində üst dodağın cərrahi tikişə ehtiyacı olan yarası və selikli qişasının qançırı ilə nəticələnən bədən xəsarətlərinin olduğu müəyyən edilmişdir. Qeyd olunan xəsarətlər küt alətin təsirindən əmələ gəlmişdir, xx xxxxxxxx 2019-cu il tarixdə əmələ gəlməyə xarakterikdir. Səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. (səh.22-23) Məhkəmə-tibb ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli 625 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində burun belinin qançırı, şişkinliyi, sol gözətrafı nahiyənin qançırı, dərialtı hematoması, sol gözün ağlı qişasına qansızma ilə nəticələnən bədən xəsarətlərinin olduğu müəyyən edilmişdir. Qeyd olunan xəsarətlər küt alətin təsirindən əmələ gəlmişdir, xx xxxxxxxx 2019-cu il tarixdə əmələ gəlməyə xarakterikdir. Səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər.(səh.24-25) Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli olması özünün etirafı, zərərçəkmiş şəxslərin ifadəsi, şahid ifadələri, ekspertiza rəyləri ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs, eləcə də zərərçəkmiş şəxslər Nəhayət Abbasova və Zərərçəkmiş şəxs2 ayrı-ayrılıqda ərizə təqdim edərək barışdıqlarını bildirməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Cinayət Məcəlləsi: Maddə 73.2. Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1 -ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Prosessual Məcəllə: Maddə 40.3. şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Maddə 43.1.2. CPM-nin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxslər Nəhayət Abbasova və Zərərçəkmiş şəxs2la artıq barışmasını nəzərə alaraq məhkəmə hesab edir ki, cinayət təqibinə xitam verilməlidir. Şərh olunanlara əsasən və Cinayət Prosessual Məcəlləsinin 321, 344 və 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından, xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №1(039)-7/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-7/2020
26.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver