Məhkəmə qərarları › İş №1(039)-7/2021

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-7/2021

13.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-7/2021 13.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, birinci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1987-ci il tarixdə Yevlax rayonu Nərimanabad kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Yevlax rayonu, Nərimanabad kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında, Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı ittiham irəli sürülmüşdür ona görə ki, o, 05 sentyabr 2013cü il tarixdə anadan olmuş Oktayın və 27 yanvar 2015-ci il tarixdə anadan olmuş Ömərin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 24 oktyabr 2018-ci ildən etibarən hər uşağa görə 120 manat olmaqla, hər ay cəmi 240 manat məbləğində sabit aliment pulun X2 ödənilməsinə dair Yevlax Rayon Məhkəməsinin 20 noyabr 2018-ci il tarixli, 2(039)- 2720/2018 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə həmin rayon məhkəməsinin 10 iyul 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada on gün müddətinə həbs edilməsinə və ona icra sənədindəki tələbi icra etməsi üçün yeni müddət təyin olunmasına, həmçinin ona məsuliyyəti barədə 23 iyul 2019-cu il, 25 sentyabr 2019-cu il və 24 yanvar 2020-ci il tarixlərində rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, hərəkətlərindən nəticə çıxarmamış, cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 05 fevral 2020-ci il tarixədək şəxsi maraqları naminə cəmi 3,250 (üç min iki yüz əlli) manat məbləğində aliment borcunu tələbkara qərəzli olaraq ödəməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, Yevlax Rayon Məhkəməsinin 20 noyabr 2018-ci il tarixli, 2(039)-2720/2018 saylı qətnaməsi ilə övladları, 05 sentyabr 2013-cü il təvəllüdlü Oktayın və 27 yanvar 2015-ci il təvəllüdlü Ömərin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ondan 24 oktyabr 2018ci ildən etibarən hər uşağa görə 120 manat sabit pul məbləğində alimentin Nəzirin Allahverdiyevaya ödənilməsi qət edilmişdir. Qətnamə qüvvəyə mindikdən sonra Yevlax Rayon İcra və Probasiya Şöbəsindən qeyd edilən alimentin tələbkara ödənilməsi üçün ona rəsmi qaydada bildirişlər və xəbərdarlıqlar göndərilmişdir. Lakin heç yerdə işləmədiyindən və hər hansı başqa gəliri olmadığından məhkəmə qətnaməsini tam olaraq icra edə bilməmişdir. Barəsində inzibati tədbir görüldükdən sonra icra məmuru ünvanına yeni bildirişlər göndərərək qətnamənin icrası üçün ona yenidən müddət təyin etmişdir. Lakin, yenə də qeyd etdiyi səbəblərdən qətnaməni tam icra edə bilməmiş və bunun nəticəsində 3,250 manat borc yaranmışdır. Lakin, artıq işə düzəlmiş, gələcəkdə hər ay 300 manat ödəməklə borcun tam ödənilməsi üçün tədbirlər görəcəkdir. Əməlindən peşman olduğunu bildirmiş, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Nəzirin Allahverdiyeva ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs buna maddi imkanı olsa da, Yevlax Rayon Məhkəməsinin 20 noyabr 2018-ci il tarixli, 2(039)-2720/2018 saylı qətnaməsini qərəzli olaraq icra etməkdən boyun qaçırır. Belə ki, ona dəfələrlə borcun ödənilməsi barədə xəbərdarlıq edilsə də, o, müxtəlif bəhanələrlə bundan yayınmışdır. Birgə nikahlarından olan övladları 05 sentyabr 2013-cü il təvəllüdlü Oktay və 27 yanvar 2015-ci il təvəllüdlü Ömər onun himayəsindədir. Özü işləmir, bu səbəbdən uşaqlarının təminatını tam olaraq ödəyə bilmir. 3,250 manat borc 05 fevral 2020-ci il tarixə yaranmışdır, lakin bu müddətdən sonra da Təqsirləndirilən şəxs borcu ödəməmiş, hazırda onun borcu 4,900 manatdan artıqdır. Barəsində qanunvericiliklə nəzərdə tutulmuş ciddi cəzanın təyin edilməsini xahiş etmişdir. Şahid, Şahid1 ifadəsində bildirmişdir ki, Yevlax rayon icra və probasiya şöbəsinin böyük icra məmurudur. Yevlax Rayon Məhkəməsinin 20 noyabr 2018-ci il tarixli, 2(039)- 2720/2018 saylı qətnaməsi icraatına daxil olduqdan sonra Təqsirləndirilən şəxs tələbin könüllü icra olunmasına dair bildiriş göndərilmiş, ona məhkəmə qərarını icra etməsi üçün dəfələrlə şifahi və rəsmi xəbərdarlıqlar olunmuşdur. Buna baxmayaraq onun tərəfindən məhkəmə qərarı qərəzli olaraq icra olunmamışdır. Bundan sonra barəsində inzibati məsuliyyətə cəlb olunması üçün inzibati protokol tərtib edilmiş və Yevlax Rayon Məhkəməsinin 10 iyul 2019-cu il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 gün müddətinə həbs edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin tələblərinə əsasən ona icra üçün yeni müddət təyin edilmiş, habelə həmin müddət keçdikdən sonra borclu olduğu alimentin ödənilməsi tərəfindən təmin edilməsə, barəsində qanunvericiliyə müvafiq qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq orqana təqdimat veriləcəyinə dair xəbərdarlıqlar olunmuş, lakin borclu yenə də, borcu ödəməkdən yayınmışdır. 05 fevral 2020-ci il tarixə icra sənədi üzrə cəmi 3,250 manat borc yaranmışdir. Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Şahid3 ifadəsində bildirmişdir ki, Nəzirin Allahverdiyeva onun qızıdır və nəvələri 05 sentyabr 2013-cü il təvəllüdlü Oktay və 27 yanvar 2015-ci il təvəllüdlü Ömər, qızı Nəzirinin himayəsindədir. Qızı, dəfələrlə Təqsirləndirilən şəxslə telefonla danışaraq ondan alimentin ödənilməsini tələb etsə də, Təqsirləndirilən şəxs qətnaməyə də məhəl qoymamış, müxtəlif bəhanələrlə boyun qaçıraraq alimenti ödəməmişdir. Yevlax Rayon Məhkəməsinin 20 noyabr 2018-ci il tarixli, 2(039)-2720/2018 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, bu qətnamə ilə 05 sentyabr 2013-cü il təvəllüdlü X3, 27 yanvar 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 24 oktyabr 2018-ci il tarixdən başlayaraq hər ay hər bir uşaq üçün cavabdeh Təqsirləndirilən şəxs 120 manat sabit pul məbləğində alimentin iddiaçı Nəzirin Allahverdiyevaya ödənilməsi qət edilmişdir. Həmin qətnamə əsasında verilmiş icra vərəqəsi üzrə icra məmuru tərəfindən 17 dekabr 2018-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Məhkəmə qərarının icra edilməli olması barədə dəfələrlə Təqsirləndirilən şəxs xəbərdarlıq edilmişdir. Yevlax Rayon Məhkəməsinin 10 iyul 2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ilə Təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinmiş və o, 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Yevlax Rayon Məhkəməsinin 8(039)-133/2019 saylı, 28 avqust 2019-cu il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Dövlət Məşğulluq Xidmətinin Yevlax rayon Məşğulluq Mərkəzinin 24 sentyabr 2019cu il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs mərkəzə müraciət etməmiş və iş axtaran kimi qeydiyyata alınmamışdır. Məhkəmə işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli olması, yəni qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməsi, özünün etirafı ilə yanaşı, zərər çəkmiş şəxs Nəzirin Allahverdiyevanın, şahidlərin ifadələri və işin digər halları ilə tam sübuta yetirilmiş və ona, həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xaraktеrini və ictimai təhlükəlilik dərəcəsini, оnun şəxsiyyətini, cəzanı ağırlaşdıran və yüngülləşdirən halların оlmadığını nəzərə alaraq hesab edir ki, оna, ittiham оlunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum еtmə cəzası təyin edilməlidir. Müdafiəçi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü üçün 72 manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). İş üzrə məhkəmə xərcləri, maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 21 sentyabr 2020-ci il tarixdən 22 sentyabr 2020-ci il tarixədək həbsdə saxlanıldığı bir gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 07 oktyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Hüquq Bürosunu vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Sədrlik edən : Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar