Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-7/2023 25.01.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 və onların müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs4 və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1986-cı il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Yevlax şəhəri, Nizami prospekti, 249 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə xx xxx 1989-cu il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, Yevlax şəhəri, Nizami prospekti, 249 ünvanında faktiki yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx xxxxxx 1986-cı ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Yevlax şəhəri, Nizami prospekti, 249 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx xxxxxx 1981-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Yevlax Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin hökmlə təyin edilmiş cəzadan 09 ay 26 gün çəkilməmiş olaraq qalmış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs4 qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 11 fevral 2022-ci il tarixdə saat təxminən 06 radələrində ünvan 3 ünvanda yaşayan Zərərçəkmiş şəxs2 məxsus evin həyətinə giriş qapısını açıb qanunsuz daxil olub yaşayış sahəsi hesab edilən evə qapını açmaqla qanunsuz daxil olmaqla oradan sonuncuya məxsus ümumilikdə 130 manat dəyərində “Blaumann BL-3421” markalı 10 ədəd qazan dəstini, ümumilikdə 400 manat dəyərində 4 ədəd büllur qənd qablarını, ümumilikdə 175 manat dəyərində büllur meyvə qablarını, 70 manat dəyərində 4 litr su tutan “Bergamo” markalı elektriklə işləyən samovarı və ümumilikdə 60 manat dəyərində 6 ədəd “Korkmaz” markalı bıçaq dəstini qəsdən gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 cəmi 835 manat dəyərində maddi ziyan vuraraq qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli yolla talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, tanışı Təqsirləndirilən şəxs4 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 11 fevral 2022-ci il tarixdə saat təxminən 06 radələrində ünvan 3 ünvanda yaşayan Zərərçəkmiş şəxs2 məxsus evin həyətinə giriş qapısını açıb qanunsuz daxil olub yaşayış sahəsi hesab edilən evə qapını açmaqla qanunsuz daxil olmaqla oradan sonuncuya məxsus ümumilikdə 130 manat dəyərində “Blaumann BL-3421” markalı 10 ədəd qazan dəstini, ümumilikdə 400 manat dəyərində 4 ədəd büllur qənd qablarını, ümumilikdə 175 manat dəyərində büllur meyvə qablarını, 70 manat dəyərində 4 litr su tutan “Bergamo” markalı elektriklə işləyən samovarı və ümumilikdə 60 manat dəyərində 6 ədəd “Korkmaz” markalı bıçaq dəstini qəsdən gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 cəmi 835 manat dəyərində maddi ziyan vuraraq qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli yolla talamaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 qardaşı Təqsirləndirilən şəxs2 və dayısı Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən özgənin əmlakını təkrarən gizli olaraq talamaq məqsədilə 03 aprel 2022-ci il tarixdə saat təxminən 01 radələrində Zərərçəkmiş şəxs3 məxsus ünvan 4 saylı evin həyətinə hasarından aşmaq yolu ilə qanunsuz daxil olub saxlanc yeri hesab edilən yardımçı tikili olan otağa qapını açmaqla qanunsuz daxil olaraq oradan sonuncuya məxsus 1,000 manat dəyərində işlənmiş vəziyyətdə olan 40 metr uzunluqda mis materialdan olan elektrik naqilləri ilə birlikdə “Kemppi Pro-4200” markalı qaynaq aparatı, 35 manat dəyərində 40 litr su tutan alüminium qabı içərisində 21 manat dəyərində 30 kq çəkidə taxıl ilə birlikdə qəsdən gizli yolla talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 cəmi 1,056 manat maddi ziyan vuraraq qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli yolla talamaqla təkrarən oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 10 aprel 2022-ci il tarixdə, saat təxminən 02 radələrində Yevlax şəhəri, İ.Dəmirov küçəsi, ev 3, mənzil 1-də yaşayan Zərərçəkmiş şəxs1 məxsus Yevlax şəhəri, C.Kərimov küçəsi, 127 nömrəli evin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olub yaşayış sahəsi hesab edilən evə qapını açmaqla qanunsuz daxil olmaqla oradan sonuncuya məxsus hər birinin ayrı-ayrılıqda qiymətləri 100 manat, cəmi 600 manat dəyərində 6 ədəd qaz tükündən olan balıncları, 200 manat dəyərində 1 ədəd 3x4 metr ölçüsündə “Merinos” firmasının istehsal etdiyi xalçanı, 100 manat dəyərində 2 ədəd 042721-166980 kodlu çılçıraqları, 200 manat dəyərində 1 ədəd “Merinos” firmasının istehsal etdiyi 6 metr uzunluqda kilimi, hər birinin ayrı-ayrılıqda qiyməti 5 manat, cəmi 50 manat dəyərində 10 ədəd “Sandıq tekstil” firmasının istehsal etdiyi əl dəsmallarını, hər birinin ayrı-ayrılıqda qiyməti 8 manat, cəmi 80 manat dəyərində 10 dəst yorğan üzlərini, 100 manat dəyərində “Horalay” firmasının istehsal etdiyi 10 metr uzunluqda pərdəni, 80 manat dəyərində 200 metr uzunluqda iki xətli mis naqilləri, 70 manat dəyərində 60 diaqonal “Samsunq” markalı televizoru, 30 manat dəyərində “Çinar” markalı soyuducunun mühərrikini, 70 manat dəyərində “Beko” markalı elektrik süpürgəsini qəsdən gizli yolla talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 cəmi 1,580 manat dəyərində maddi ziyan vuraraq qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli yolla talamaqla təkrar oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 dayısı Təqsirləndirilən şəxs3 ilə birlikdə təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 06 aprel 2022-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs4 məxsus Yevlax şəhəri, Neft kəməri küçəsində olan evin həyətinə hasarından aşmaq yolu ilə qanunsuz daxil olub yaşayış sahəsi hesab edilən evə pəncərəni açaraq qanunsuz daxil olmaqla oradan sonuncuya məxsus 750 manat dəyərində 8 ədəd “Zwilling” markalı qazan dəsti, 100 manat dəyərində Bosch MFW 2515 W markalı ət çəkən maşın, 150 manat dəyərində 45 qram çəkidə gümüş üzük, sırğa, qolbağı dəsti və iki ədəd hər birinin ayrıayrılıqda qiyməti 25 manat, cəmi 50 manat dəyərində “İngco Hadw131128” markalı açarları qəsdən gizli yolla talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 1,050 manat maddi ziyan vuraraq qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli yolla talamaqla təkrar oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən qəsdən özgənin əmlakını ələ keçirmək məqsədilə 17 aprel 2022-ci il tarixdə saat təxminən 23 radələrində Yevlax şəhəri, Nizami prospekti, bina 39A mənzil 12-də yaşayan Zərərçəkmiş şəxs6 məxsus Yevlax şəhəri, Neft kəməri küçəsində yerləşən yaşayış olmayan evin həyətinə hasarından aşmaq yolu ilə qanunsuz daxil olub həyətdə olan evin 150 manat dəyərində 5 mm-lik metal laydan hazırlanmış 1x2 metr seyf qapısını çərçivəsi ilə birlikdə qəsdən gizli yolla talayaraq Zərərçəkmiş şəxs6 cəmi 150 manat dəyərində maddi ziyan vuraraq qəsdən saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli yolla talamaqla təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o qardaşı Təqsirləndirilən şəxs1 və dayısı Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən özgənin əmlakını təkrarən gizli olaraq talamaq məqsədilə 03 aprel 2022-ci il tarixdə saat təxminən 01 radələrində Zərərçəkmiş şəxs3 məxsus ünvan 4 saylı evin həyətinə hasarından aşmaq yolu ilə qanunsuz daxil olub saxlanc yeri hesab edilən yardımçı tikili olan otağa qapını açmaqla qanunsuz daxil olaraq oradan sonuncuya məxsus 1,000 manat dəyərində işlənmiş vəziyyətdə olan 40 metr uzunluqda mis materialdan olan elektrik naqilləri ilə birlikdə “Kemppi Pro-4200” markalı qaynaq aparatı, 35 manat dəyərində 40 litr su tutan alüminium qabı içərisində 21 manat dəyərində 30 kq çəkidə taxıl ilə birlikdə qəsdən gizli yolla talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 cəmi 1,056 manat maddi ziyan vuraraq qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli yolla talamaqla təkrarən oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 qardaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 10 aprel 2022-ci il tarixdə, saat təxminən 02 radələrində Yevlax şəhəri, İ.Dəmirov küçəsi, ev 3, mənzil 1-də yaşayan Zərərçəkmiş şəxs1 məxsus Yevlax şəhəri, C.Kərimov küçəsi, 127 nömrəli evin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olub yaşayış sahəsi hesab edilən evə qapını açmaqla qanunsuz daxil olmaqla oradan sonuncuya məxsus hər birinin ayrı-ayrılıqda qiymətləri 100 manat, cəmi 600 manat dəyərində 6 ədəd qaz tükündən olan balıncları, 200 manat dəyərində 1 ədəd 3x4 metr ölçüsündə “Merinos” firmasının istehsal etdiyi xalçanı, 100 manat dəyərində 2 ədəd 042721-166980 kodlu çılçıraqları, 200 manat dəyərində 1 ədəd “Merinos” firmasının istehsal etdiyi 6 metr uzunluqda kilimi, hər birinin ayrı-ayrılıqda qiyməti 5 manat, cəmi 50 manat dəyərində 10 ədəd “Sandıq tekstil” firmasının istehsal etdiyi əl dəsmallarını, hər birinin ayrı-ayrılıqda qiyməti 8 manat, cəmi 80 manat dəyərində 10 dəst yorğan üzlərini, 100 manat dəyərində “Horalay” firmasının istehsal etdiyi 10 metr uzunluqda pərdəni, 80 manat dəyərində 200 metr uzunluqda iki xətli mis naqilləri, 70 manat dəyərində 60 diaqonal “Samsunq” markalı televizoru, 30 manat dəyərində “Çinar” markalı soyuducunun mühərrikini, 70 manat dəyərində “Beko” markalı elektrik süpürgəsini qəsdən gizli yolla talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 cəmi 1,580 manat dəyərində maddi ziyan vuraraq qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli yolla talamaqla təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, qəsdən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 25 mart 2022-ci il tarixdə saat təxminən 01 radələrində Zərərçəkmiş şəxs5 Namiq oğluna məxsus Yevlax şəhəri Bakıxanov küçəsi 109 saylı evin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olub yaşayış sahəsi hesab edilən evə pəncərəni açaraq qanunsuz daxil olmaqla oradan sonuncuya məxsus bir ədəd 2014-cü il buraxılışlı, 270 manat dəyərində işlənmiş vəziyyətdə olan 82 diaqonallı “Samsunq” markalı televizor, bir ədəd 2015-ci il buraxılışlı, işlənmiş vəziyyətdə olan 235 manat dəyərində “Termet” markalı su qızdırıcı, iki ədəd 2018-ci il buraxlışlı, işlənmiş vəziyyətdə, hər birinin ayrı-ayrılıqda qiymətləri 50 manat, cəmi 100 manat dəyərində kiçik ölçülü "Bosch” markalı laqunda, 1 ədəd 2018-ci il buraxılışlı, 40 manat dəyərində işlənmiş vəziyyətdə olan kiçik ölçülü “Bosch” markalı direl, 80 metr uzunluqda, 75 manat dəyərində işlənmiş vəziyyətdə olan iki jilalı mis naqil, 2 ədəd hər birinin ayrı-ayrılıqda 230 manat, cəmi 460 manat dəyərində işlənmiş vəziyyətdə olan 3x4 ölçülərdə kilimləri qəsdən gizli olaraq talayaraq Zərərçəkmiş şəxs5 cəmi 1,180 manat məbləğində maddi ziyan vuraraq qəsdən yaşayış yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli yolla talamaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs3 bacısı oğulları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən özgənin əmlakını təkrarən gizli olaraq talamaq məqsədilə 03 aprel 2022-ci il tarixdə saat təxminən 01 radələrində Zərərçəkmiş şəxs3 məxsus ünvan 4 saylı evin həyətinə hasarından aşmaq yolu ilə qanunsuz daxil olub saxlanc yeri hesab edilən yardımçı tikili olan otağa qapını açmaqla qanunsuz daxil olaraq oradan sonuncuya məxsus 1,000 manat dəyərində işlənmiş vəziyyətdə olan 40 metr uzunluqda mis materialdan olan elektrik naqilləri ilə birlikdə “Kemppi Pro-4200” markalı qaynaq aparatı, 35 manat dəyərində 40 litr su tutan alüminium qabı içərisində 21 manat dəyərində 30 kq çəkidə taxıl ilə birlikdə qəsdən gizli yolla talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 cəmi 1,056 manat maddi ziyan vuraraq qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli yolla talamaqla təkrarən oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs3 bacısı oğlu Təqsirləndirilən şəxs1 ilə birlikdə təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 06 aprel 2022-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs4 məxsus Yevlax şəhəri, Neft kəməri küçəsində olan evin həyətinə hasarından aşmaq yolu ilə qanunsuz daxil olub yaşayış sahəsi hesab edilən evə pəncərəni açaraq qanunsuz daxil olmaqla oradan sonuncuya məxsus 750 manat dəyərində 8 ədəd “Zwilling” markalı qazan dəsti, 100 manat dəyərində Bosch MFW 2515 W markalı ət çəkən maşın, 150 manat dəyərində 45 qram çəkidə gümüş üzük, sırğa, qolbağı dəsti və iki ədəd hər birinin ayrıayrılıqda qiyməti 25 manat, cəmi 50 manat dəyərində “İngco Hadw131128” markalı açarları qəsdən gizli yolla talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 1,050 manat maddi ziyan vuraraq qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli yolla talamaqla təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs4 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək söyləmişdir ki, Təqsirləndirilən şəxs1 onun qohumudur. Zərərçəkmiş şəxs2 da tanıyır. Lakin, nə Təqsirləndirilən şəxs1lə birlikdə, nə tək olaraq heç vaxt Zərərçəkmiş şəxs2 yaşadığı Yevlax şəhəri, E.Ağayev küçəsi, döngə 2, ev 97 A ünvanda yerləşən evdə olmamış, oradan oğurluq etməmişdir. İstintaq zamanı ona polis əməkdaşları tərəfindən psixoloji təzyiqlər olduğundan məcbur olaraq həmin evdən Təqsirləndirilən şəxs1lə birlikdə oğurluq etdiyini söyləmişdir. Ona göstərilmiş bu təzyiq barədə qorxduğundan istintaq zamanı müdafiəçisinə və sonradan məhkəməyə bildirməmişdir. Onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclası zamanı ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək söyləmişdir ki, 03 aprel 2022-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs2lə birlikdə maddi çətinlikləri olduğu üçün oğurluq etməyi qərara almışlar. Bu məqsədlə Bakıxanov küçəsində yerləşən, sonradan adını öyrəndiyi Zərərçəkmiş şəxs3 yaşadığı evin qarşısına getmişlər. Siyasətlə birlikdə darvazının üstündən aşaraq həyətə daxil olmuşlar. Evin arxa tərəfindəki əl damından aliminum su qabın içərisində taxıl və qaynaq aparatın naqili ilə birlikdə götürərək oradan Yevlax şəhəri, E.Ağayev küçəsində, mərhum nənəsinə məxsus yaşayış olmayan həyətə aparmışlar. Qaynaq aparatı ilə su qabın əzərək yararsız hala salmışlar. Növbəti gün həmin əşyaları götürərək Kür çayının Yevlax rayonu ərazisindən keçən hissəsində olan köhnə körpünün yaxınlığında yerləşən “Yolkalıq” adlanan ərazidə metal qəbul edən Əhliman adlı şəxsin metal qəbul etdiyi yerə gedərək Əhlimanla görüşüb həmin əşyaların özlərinin olduğunu deyərək 27 manata ona satmışlar. Həmin pulu bölüb xərcləmişlər. 10 aprel 2022-ci il tarixdə gecə saatlarında qardaşı Təqsirləndirilən şəxs2lə birlikdə evdə olarkən xərcləməyə pulları olmadığı üçün oğurluq edib pul əldə etmək qərarına gəlmişlər. Bu məqsədlə yaşadıqları C.Kərimov küçəsində, Zərərçəkmiş şəxs1 məxsus 127 nömrəli evin qarşısına getmişlər. Evdə heç kimin olmadığını görüb evin hasarından həyətə daxil olmuşlar, evin otaqlarının açıq qapısından otağa daxil olaraq oradan 1 ədəd xalça, 2 ədəd çılçıraq, 6 metr olan kilim, 10 ədəd əl dəsmalı, 10 dəst yorğan üzünü, 2 ədəd elektrik süpürgəsini, bir ədəd televizorun və soyuducunun mühərrikin sökdükdən sonra həmin əşyaları yenə də mərhum nənəsinə məxsus olmuş, yaşayış olmayan həyətə aparmışlar. 11 aprel 2022-ci il tarixdə saat 11 radələrində soyuducunun mühərrikin, tozsorandan, televizordan sökdüyümüz hissələri və çılçırağı götürərək Kür çayının Yevlax rayonu ərazisindən keçən hissəsində olan köhnə körpünün yaxınlığında yerləşən “Yolkalıq” adlanan ərazidə metal qəbul edən Əhliman adlı şəxsin metal qəbul etdiyi yerə gedərək Əhlimanla görüşüb həmin əşyaların özlərinin olduğunu deyərək 25 manata ona satmışlar. Təqsirləndirilən şəxs4la birlikdə və ya tək Yevlax şəhəri, E.Ağayev küçəsi, döngə 2, ev 97 A ünvanda yerləşən, Zərərçəkmiş şəxs2 yaşadığı evə, habelə dayısı Təqsirləndirilən şəxs3la birlikdə ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs3, habelə nə tək, nə onunla birlikdə Yevlax şəhəri, Neft kəməri küçəsində yerləşən Zərərçəkmiş şəxs4 məxsus evə, habelə tək olaraq həmin küçədə Zərərçəkmiş şəxs6 yaşadığı evə daxil olmamış, orada oğurluq etməmişdir. İstintaq zamanı polis əməkdaşları ona qarşı təzyiq göstərərək həmin ünvanlardan da oğurluq etməsini tələb etmişlər və bu səbəbdən o, həmin oğurluğu da etiraf etməyə məcbur olmuşdur. Bununla bağlı, heç bir yerə müraciət etməmişdir. Vurulmuş maddi ziyanı ödəməyə maddi imkanı yoxdur. Ona yüngül cəzanın təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək söyləmişdir ki, 03 aprel 2022-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs1lə birlikdə pul əldə etmək üçün oğurluq etməyə qərar vermişlər. Birlikdə Bakıxanov küçəsində yerləşən, sonradan adını öyrəndiyi Zərərçəkmiş şəxs3 yaşadığı evin qarşısına getmişlər. Səxavətlə birlikdə darvazının üstündən aşaraq həyətə daxil olmuşlar. Evin arxa tərəfindəki əl damından alüminium su qabın içərisində taxıl və qaynaq aparatın naqili ilə birlikdə götürərək oradan Yevlax şəhəri, E.Ağayev küçəsində, mərhum nənəsinə məxsus yaşayış olmayan həyətə aparmışlar. Səhəri günü həmin əşyaları Kür çayının Yevlax rayonu ərazisindən keçən hissəsində olan köhnə körpünün yaxınlığındakı “Yolkalıq” adlanan ərazidə metal qəbul edən Əhliman adlı şəxsə 27 manata ona satmışlar. Əldə etdikləri pulu bölüb xərcləmişlər. 10 aprel 2022-ci il tarixdə gecə saatlarında qardaşı Səxavətlə birlikdə yenə də oğurluq edib pul əldə etmək qərarına gəlmişlər. Bu məqsədlə yaşadıqları C.Kərimov küçəsində qonşuları olan, Zərərçəkmiş şəxs1 məxsus 127 nömrəli evin qarşısına getmişlər. Evdə heç kimin olmadığına əmin olduqdan sonra evin hasarından həyətə daxil olmuşlar. Evin otaqlarının açıq qapısından otağa daxil olaraq oradan 1 ədəd xalça, 2 ədəd çılçıraq, 6 metr olan kilim, 10 ədəd əl dəsmalı, 10 dəst yorğan üzünü, 2 ədəd elektrik süpürgəsini, bir ədəd televizorun və soyuducunun mühərrikin sökdükdən sonra həmin əşyaları yenə də mərhum nənəsinə məxsus olmuş, yaşayış olmayan həyətə aparmışlar. Növbəti gün isə həmin əşyaların bir hissəsini yenə də metal qəbul edən Əhlimana satmışlar. ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs3 evinə girən zaman dayısı Təqsirləndirilən şəxs3 onlarla olmamışdır. Polis əməkdaşları istintaq zamanı ona qarşı təzyiq göstərdiyindən dayısının da onlarla olduğunu bildirmişdir. Bununla bağlı, heç bir yerə müraciət etməmişdir. Vurulmuş maddi ziyanı ödəməyə maddi imkanı yoxdur. Ona yüngül cəzanın təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək söyləmişdir ki, heç bir yerdə işləmir, maddi qazancı yoxdur. 25 mart 2022-ci il tarixdə oğurluq edib pul əldə etmək qərarına gəlmişlər. Bu məqsədlə gecə saatlarında Bakıxanov küçəsi ilə gedərkən həmin yaşayan, sonradan adını öyrəndiyi Zərərçəkmiş şəxs5 yaşadığı evin qarşısından keçərkən evdə heç kimin olmadığını anlamış və qərara almışdır ki, həmin evə girsin. Darvazanın üstündən aşaraq həyətə keçərək evin pəncərəsini əli ilə itələyib açmış və evə daxil olmuşdur. Evdən bir ədəd xalça götürərək yaşadığı evə aparmışdır. Həmin xalçanı tanıdığı İsmayıl adlı şəxsə satmış və pulu xərcləmişdir. Ona qarşı irəli sürülmüş ittihamda qeyd olunan ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs3 yaşadığı, habelə Yevlax şəhəri, Neft kəməri küçəsində yerləşən, Zərərçəkmiş şəxs4 yaşadığı evlərə girməmiş və oradan oğurluq etməmişdir. İstintaq zamanı polis əməkdaşlarının ona qarşı etdiyi təzyiq nəticəsində qeyd etdiyi ünvanlardan oğurluq etdiyini etiraf etmişdir. Bu barədə heç bir orqana müraciət etməmişdir. Ona yüngül cəzanın təyin edilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 bildirmişdir ki, ünvan 6 ünvanda həyətdə iki ev mövcuddur. Qızına aldığı cehiz əşyalarını evin birinin birinci mərtəbəsində yerləşən otağa yığıb saxlamışdır. 11 fevral 2022-ci il tarixdə evin birinci mərtəbəsinə enəndə ona məlum olmuşdur ki, evin birinci mərtəbəsində yerləşən otaqdan cehiz əşyaları, 275 manat dəyərində “Blaumann BL-3421” markalı 10 ədəd qazan dəsti, 400 manat dəyərində 4 ədəd büllur qənd qabı, 175 manat dəyərində büllur meyvə qabları, 100 manat dəyərində 4 litr su tutan “Bergamo” markalı elektriklə işləyən samovar, 150 manat dəyərində “Korkmaz” markalı 6 ədəd bıçaq dəsti oğurlanıb. O, evindən oğurluq olması barədə polis şöbəsinə şikayət etmiş və Sonradan bilmişdir ki, evindən oğurluğu qaraçı millətindən olan Nurlan və Səxavət adlı şəxslər etmişdir. Belə ki, onları tanımır və həmin şəxslər onun evində heç vaxt qonaq kimi olmayıblar. Ona vurulmuş ziyan ödəniməsə də təqsirləndirilən şəxslərə qarşı hər hansı bir şikayəti yoxdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 bildirmişdir ki, Yevlax şəhəri C.Kərimov küçəsi, 127 nömrəli ev ona məxsus olsa da orada yaşamır. Lakin özünə məxsus əşyaları orada saxlayır. 15 aprel 2022-ci il tarixdə evə gedərkən ona məlum olmuşdur ki, evindən oğurluq ediblər. Müəyyən etmişdir ki, evdə olan 600 manat dəyərində 6 ədəd hər biri 3 kq qaz tükündən hazırlanmış balınclar, 500 manat dəyərində 1 ədəd 3x4 metr ölçüdə Türkiyə Respublikasında istehsal olunmuş “Merinos” firmasının istehsal etdiyi xalça, 140 manat dəyərində 2 ədəd 042721-166980 kodlu çılçıraq, 200 manat dəyərində 1 ədəd 6 metr olan “Merinos” firmasının istehsal etdiyi kilim, 50 manat dəyərində “Sandıq tekstil” firmasının istehsal etdiyi 10 ədəd əl dəsmalı, 80 manat dəyərində 10 dəst yorğan üzləri, 100 manat dəyərində “Horalay” firmasının istehsal etdiyi 10 metr uzunluqda tül pərdə, 100 manat dəyərində 200 metr uzunluqda iki xətli mis naqil, 100 manat dəyərində 60 düyümlü “Samsunq” markalı televizor, 200 manat dəyərində 1988-ci ildə Bakı şəhərində istehsal olunmuş işlək vəziyyətdə olan Çinar markalı soyuducunun mühərriki və 150 manat dəyərində işlək vəziyyətdə olan “Beko” markalı elektrik süpürgəsi oğurlanmışdır. Hesab edir ki, həmin əşyalar bir neçə dəfəyə oğurlanmıdır. Belə ki, həmin ünvan üzrə qonşuları olan Səxavət və Siyasəti bir dəfə ona məxsus həmin evin həyətində şəxsən görmüşdür. Oğurluq barədə polis orqanlarına ərizə ilə müraciət etmişdir. Ona vurulmuş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxslərə qanunla müəyyən edilmiş cəza təyin edilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 məhkəmə ərizə təqdim edərək bildirmişdir ki, ona dəymiş ziyanı ödənilməmişdir. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və qeyd etdiyi halın nəzərə alınmasını xahiş etmişdir. İstintaq zamanı Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, 03 aprel 2022-ci il tarixdə səhər saat 07 radələrində yuxudan durub evin həyətinə düşmüş və toyuqlara dən verərkən əl damında olan 80 manat dəyərində 40 ltir su tutan alüminium qab və içərisində 21 manat dəyərində 30 kq buğda yerində yoxdur, qabı axtarmış və tapa bilməmişdir. Həmin vaxt evin küçə qapısının açıq olduğunu görmüşdür. Yenidən həyətə baxarkən əl damında olan 1,000 manat dəyərində işlək vəziyyətdə olan “Kemppi Pro-4200” markalı qaynaq aparatın, 40 metr naqili ilə birlikdə yerində olmadığını görmüş və onda bilmişdir həyətdən oğurluq ediblər. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 Namiq oğlu məhkəmə ərizə təqdim edərək bildirmişdir ki, ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmə iclasının onun iştirakı olmadan keçirib qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İstintaq zamanı Zərərçəkmiş şəxs5 ifadəsində bildirmişdir ki, Yevlax şəhəri Bakıxanov küçəsi 109 saylı evi olsa da, həmin evdə təmir işləri apardığına görə orada yaşamır, ancaq evin bütün əşyaları orada saxlayır. xx.xx.2022-ci il tarixdə ona məlumat vermişlər ki, evinin pəncərəsi açıqdır. Ona görə o, evinə gəlmiş evin içərisinə baxarkən görmüşdür ki, bir ədəd 2014-cü il buraxılışlı, 290 manat dəyərində işlənmiş vəziyyətdə olan 82 ekran “Samsunq” markalı televizor, bir ədəd 2015-ci il buraxılışlı, işlənmiş vəziyyətdə olan 259 manat dəyərində “Termet” markalı su qızdırıcı, 2 ədəd 2018-ci il buraxılışlı, işlənmiş vəziyyətdə olan 120 manat dəyərində kiçik ölçülü “Bosch” markalı laqunda, 1 ədəd 2018-ci il buraxılışlı, 50 manat dəyərində işlənmiş vəziyyətdə olan 1 ədəd kiçik ölçülü “Bosch” markalı drel, 80 metr 86 manat dəyərində işlənmiş vəziyyətdə olan iki xətli mis naqilin və 2 ədəd 500 manat dəyərində işlənmiş vəziyyətdə olan 3x4 kilimlər yerində yoxdur və həmin əşyalar oğurlanıb. O, əsəbiləşərək polis şöbəsinə şikayət etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 məhkəmə ərizə təqdim edərək bildirmişdir ki, istintaqa verdiyi ifadəsini təsdiq edir, şikayətçi deyil. Nəzərə alınmasını xahiş etmişdir. İstintaq zamanı Zərərçəkmiş şəxs6 ifadəsində bildirmişdir ki, Yevlax şəhəri, Nizami prospekti, bina 39A, mənzil 12-də yaşasa da, Yevlax şəhəri Neft kəməri küçəsində evi var. Ancaq həmin evdə heç kim yaşamır. xx.xx.2022-ci il tarixdə saat 10 radələrində ona məlumat vermişlər ki, evin otağının 200 manat dəyərində olan beşlik metal laydan hazırlanmış 1x2 metr seyf qapını oğurlayıblar. Ona görə bu barədə polis şöbəsinə şikayət etmişlər. Şahid1 ifadəsində bildirmişdir ki, yaşadığı evin həyətində işlənmiş materialları qəbul edir. Təqsirləndirilən şəxs1 tanıyır. 2022-ci ilin aprel ayında Səxavət iki dəfə onun yanına gələrək özünə məxsus ərinmiş metal satdığını bildirmişdir. Həmin metal ərintilərini tərəzidə çəkərək dəyərini Səxavətə vermişdir. Metal ərintisinin çəkisini və Səxavətə verdiyi pulun qədərini xatırlamır. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 24 may 2022-ci il tarixli 9/2974 saylı rəyində qeyd olunur ki, 03 adda malların orta istismar müddəti və orta istismar imtensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin mart ayına olan bazar qiyməti və ümumi dəyəri nəzəri qaydada təxminən 260.00 manat müəyyən edilir. Digər 02 adda mallar tədqiqata təqdim edilmədən həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün deyildir. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. (cild 2, səh. 191, 192) Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 20 iyun 2022-ci il tarixli 9/3674 saylı rəyində qeyd olunur ki, analoji mallara müvafiq olaraq ekspertiza təyini haqqında qərarın təsviri hissəsində göstərilən malların 2022-ci ilin aprel ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir: Yevlax şəhəri İ.Dəmirov küçəsi bina 3 mənzil 1-də yaşayan Zərərçəkmiş şəxs1 məxsus Yevlax şəhəri C.Kərimov küçəsi, 127 nömrəli evindən oğurlanmış 07 adda mallar - 570,00 manat, digər 04 adda mallar haqqında kifayət qədər məlumat (ölçüləri, çəkisi, istehsal yeri və s. ) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. Yevlax şəhəri Bakıxanov küçəsi 79 saylı evdə yaşayan X1 yaşadığı evin həyətindən oğurlanmış 02 adda mallar - 35,00 manat. Digər istifadədə olmuş 40 metr naqili ilə birlikdə “Kemppi Pro-4200” markalı qaynaq aparatının texniki göstəriciləri, istehsal yeri, istismar müddəti barədə məlumat və 30 kq taxılın növü, istehsal ölkəsi barədə məlumatlar olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. Yevlax şəhəri, Neft kəməri küçəsində yaşayan Zərərçəkmiş şəxs4 evindən oğurlanmış 1 ədəd Bosch MFW 2515 W markalı ət çəkən maşının istifadədə olması nəzərə alınaraq - 100,00 manat. Digər 03 adda mallar haqqında kifayət qədər məlumat (ölçüləri, çəkisi, istehsal yeri. İstismar müddəti, gümüş dəstin əyarı və s.) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. Yevlax şəhəri Q.Quliyev küçəsi ev 3 A-da yaşayan X2 məxsus Yevlax şəhəri Neft kəməri küçəsində yerləşən yaşayış olmayan evindən oğurlanmış 1 ədəd istifadədə olmuş, beşlik metal listdən hazırlanmış 1x2 metr ölçüdə seyf qapı çərçivə ilə birlikdə -150,00 manat. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Tədqiqat obyektləri tədqiqata təqdim edilmədiyi üçün müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir.(cild 2, səh. 195-197) Məhkəmə-ballistik və trasoloji ekspertizasının 18 may 2022-ci il tarixli 3/551 saylı rəyində qeyd olunur ki, təqdim edilmiş 1, 3, 4, 6 ”a”, ”b” saylı daktilolentlərin səthindəki əlbarmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdırlar. Təqdim edilmiş 2 və 5 saylı daktilolentlərin səthlərindəki papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə, kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdırlar. Təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs1 sağ əlinin çeçələ barmağından, 3 saylı daktilolentin səthindəki əl-barmaq izi onun sağ əlinin adsız barmağından,4 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs4 sağ əlinin şəhadət barmağından, 6”a” saylı daktilolentin səthindəki əl-barmaq izi onun sol əlinin orta barmağından, 6 “b” saylı daktilolentin səthindəki əl-barmaq izi isə onun sol əlinin şəhadət barmağından qalmışdır. (cild 2, səh. 201-208) Yevlax Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli hökmündən müəyyən olunur ki, həmin hökmlə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Yevlax rayon icra və probasiya şöbəsinin 23 noyabr 2022-ci il tarixli, 145/2 nömrəli məktubunda qeyd edilir ki, Təqsirləndirilən şəxs3 Yevlax Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli 1(039)-97/2021 saylı hökmü ilə təyin edilmiş cəzadan 09 ay 26 gün çəkilməmiş olaraq qalmışdır. Mövcud sübutlara hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 qarşı irəli sürülmüş ittihamda qeyd edilən cinayət əməllərinin onlar tərəfindən törədilməsi təsdiqini tapır. Belə ki, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 məhkəmə iclası zamanı ünvan 3 ünvanda Zərərçəkmiş şəxs2 yaşayan evdən oğurluq etmədiklərini bildirsələr də, məhkəmə-ballistik və trasoloji ekspertizasının 18 may 2022-ci il tarixli 3/551 saylı rəyi ilə təsdiq olunur ki, hadisə yerindən aşkar olunmuş barmaq izləri ilə onların barmaq izləri eynilik təşkil edir. Lakin, hər ikisi əvvəllər həmin evdə ümumiyyətlə olmadıqlarını bildirirmişdirlər. Bundan başqa, hər ikisi istintaq zamanı Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 3 ünvanda yerləşən evdən birlikdə oğurluq etdiklərini etiraf etmişlər. Eyni zamanda Təqsirləndirilən şəxs3 da, ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs3 yaşadığı, habelə Yevlax şəhəri, Neft kəməri küçəsində yerləşən, Zərərçəkmiş şəxs4 yaşadığı evlərdən Təqsirləndirilən şəxs1lə və Təqsirləndirilən şəxs2lə birlkdə oğurluq etmədiyini, sonuncular da ifadələrində bunu təsdiq etsələr də, istintaq zamanı birlikdə həmin oğurluqları etdiklərini bildirmişlər. Ümumiyyətlə təqsirləndirilən şəxslərin hər biri istintaq zamanı onlara qarşı irəli sürülmüş ittihamda özlərini tam olaraq təqsirli bilmişlər. Məhkəmə iclası zamanı isə biri digərinə zidd olan ifadələr verməklə istintaq zamanı təzyiq altında bu cinayətləri etiraf etdiklərini bildirmişlər. Halbuki, istintaq zamanı onlara təsir göstərilməsi barədə vəkillərinə məlumat verməmiş, müvafiq orqanlara şikayətlə müraciət etməmişlər. Bu səbəbdən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin bu ifadələri özlərini müdafiə etmək, habelə öz məsuliyyətlərini yüngülləşdirməklə digərlərini məsuliyyətdən yayındırmaq məqsədi daşıyır. Beləliklə, Təqsirləndirilən şəxs4 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3 maddələri ilə təqsirli olması tam sübuta yetirilmişdir. Bu səbəbdən onlara ittiham olunduqları maddələr üzrə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs4 barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, himayəsində yetkinlik yaşına çatmayan övladlarının olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və ona, müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Cəzasının əvvəli barəsində həbs qətimkan tədbiri seçilməsi barədə məhkəmə qərarı ilə müəyyən edilmiş tarixdən hesablanmalıdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, himayəsində yetkinlik yaşına çatmayan övladlarının olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və ona, müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Cəzasının əvvəli barəsində həbs qətimkan tədbiri seçilməsi barədə məhkəmə qərarı ilə müəyyən edilmiş tarixdən hesablanmalıdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, habelə törətdiyi əməldə peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan övladlarının olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və ona, müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Cəzasının əvvəli barəsində həbs qətimkan tədbiri seçilməsi barədə məhkəmə qərarı ilə müəyyən edilmiş tarixdən hesablanmalıdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir Təqsirləndirilən şəxs3 barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, habelə törətdiyi əməldən peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan övladlarının olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və ona, müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, habelə Yevlax Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın xx.xx.2022-ci il tarixə çəkilməmiş 09 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1 maddələrinə əsasən 2 gün azadlığın məhdudlaşdırılması cəzasının 1 gün azadlığın məhrum etmə cəzasına bərabər tutulmaqla hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirməklə üzərində qəti cəzanın təyin edilməsini məqsədə müvafiq hesab edir. Cəzasının əvvəli barəsində həbs qətimkan tədbiri seçilməsi barədə məhkəmə qərarı ilə müəyyən edilmiş tarixdən hesablanmalıdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir Məhkəmə xərcləri ilə əlaqədar məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, iş üzrə məhkəmə xərci ekspertiza tədqiqatının dəyərinin 260 (iki yüz altmış) manat təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin müvafiq hesabına köçürülməlidir. Məhkəmə zamanı dövlət vəsaiti hesabına göstərdikləri hüquqi yardıma görə müdafiəçilər Müdafiəçi1 20 saat və Müdafiəçi2 5 saat hesablanmaqla hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs4 11 fevral 2022-ci il tarixdən 13 fevral 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 gün ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan təbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 26 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 11 fevral 2022-ci il tarixdən 13 fevral 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 gün ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 3 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan təbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 19 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3 ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan təbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 18 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Yevlax Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş 09 ay 26 gün azadlığın məhdudlaşdırılması hissəsi 04 ay 28 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirməklə üzərində qəti olaraq 3 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan təbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 09 may 2022-ci il tarixdən hesablansın. Ekspertiza tədqiqatının dəyəri 260 (iki yüz altmış) manat Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba köçürülsün. Göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi1 və 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi2 ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №1(039)-7/2023
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-7/2023
25.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver