Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-7/2025 06.02.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Ruslan Fehruz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 2435,0 qram narkotik vasitə olan qurudulmamış marixuananı istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə əldə edib saxlamış, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə 12 avqust 2023-cü il tarixdə saat 21:00-da Yevlax şəhəri C.Mustafayev küçəsində Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilib üzərində həmin gün saat 21:55-dən 22:20-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və video çəkilişlə Yevlax rayon polis şöbəsində keçirilmiş şəxsi-axtarış nəticəsində Təqsirləndirilən şəxs əlində olan 1 (bir) ədəd ağ rəngli sintetik kisədə qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxladığı 2435,0 qram miqdarında narkotik vasitə olan qurudulmamış marixuana aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, O, narkotik vasitə istifadə etməmiş və istintaq orqanının iddia etdiyi narkotik vasitə onun üzərindən aşkar olunmamışdır. Belə ki, o, xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən cinayət işinin materialında qeyd edilən C.Mustafayev küçəsində deyil, Yevlax şəhəri 31-ci məhəllədə saxlanılmışdır. O, xx.xx.2023-cü il tarixdə həmin 31-ci məhəllədə yaşayan Samirə adlı qadının yaşadığı binanın blokunda polis əməkdaşları tərəfindən tutulmuşdur. Bu zaman yanında Şahid3 və Şahid4 adlı dostları da olmuşlar. O, saxlanan zaman üzərində hər hansı bir narkotik vasitə olmamışdır. Polis əməkdaşları onu rayon polis şöbəsinə gətirdikdən sonra təzyiq göstərək üzərinə narkotik vasitə qoymuşlar. O, saxlanılan zaman üzərində ***-***-**-** saylı mobil nömrəsi olmuşdur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, polis əməkdaşlarının narkotik vasitəni üstünə qoymaqda məqsədlərinin nə olmasını bilmir. Narkotik vasitəni polis əməkdaşları tərəfindən onun üzərinə çəkilişdən qabaq qoyulmuşdur. Əvvəllər dəfələrlə məhkumluq həyatı yaşadığından ibtidai istintaq zamanı ona təziq edilməməsi və işgəncə verilməməsi üçün əlində olan ağ kisədəki 2435,0 qram miqdarında narkotik vasitə olan qurudulmamış marixuananın ona məxsus olduğunu söylədiyini bildirmişdir. Həqiqətdə isə həmin narkotikin ona heç bir aidiyyatı yoxdur, polis əməkdaşları tərəfindən ona verilmişdir. Təqsiri olmadığı və ona qarşı irəli sürülmüş ittiham uydurma, əsasssız olduğu üçün məhkəmədən ona bəraət verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 Rəfail oğlu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, daşınması, saxlanması və istehlakı barədə 12 avqust 2023-cü il tarixdə əməliyyat məlumatı almış, ona görə də həmin tarixdə bu barədə şöbə rəhbərliyinə raportla məruzə etmiş, şöbə rəhbərliyi də Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə və saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılmasına icazə verdikdən sonra Yevlax rayon Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və Yevlax Rayon Polis Şöbəsinin TB-nin baş təhqiqatçısı, polis mayoru X3 və onun daxil olduğu əməliyyat qurupu yaradılmışdır. Bundan sonra əməliyyat-axtarış qurupunun üzvləri birlikdə Yevlax şəhəri ərazisinə getmiş və 12 avqust 2023-cü il tarixdə Yevlax şəhəri, C.Mustafayev küçəsində Təqsirləndirilən şəxs piyada hərəkətdə olmasını görmüş ona yaxınlaşıb xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmişlər. Sonra isə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmişlər. Bundan sonra onu Yevlax RPŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs da heç bir etiraz etmədən onlarla birlikdə rayon polis şöbəsinə gəlmiş, rayon polis şöbəsində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil təyin edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində video və foto çəkilişlə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü olaraq masanın üzərinə qoymaq təklif edilmişdir. Təqsirləndirilən şəxs sağ əlində saxladığı 01 ədəd ağ rəngli kisəni təqdim etmişdir. Baş təhqiqatçı Şamil Xəlilov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi ağ rəngli kisənin içərisindəki kütlənin nə olması soruşulmuşdur. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs həmin ağ rəngli kisənin içərisində olan kütlənin narkotik vasitə olan qurudulmamış marixuana olmasını, həmin maddəni xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Yevlax şəhəri ərazisindən keçən Kür çayının sahilindən tapdığını, özü istifadə etmək üçün üstündə saxladığını, satmaq məqsədinin olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs əlində aşkar olunmuş həmin ağ rəngli kisədə olan narkotik vasitə olan qurudulmamış marixuanaya bənzər kütlə maddi sübut əhəmiyyəti kəsb etdiyindən ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və möhürlənərək götürülmüşdür və tərtib olunmuş protokolu imzalarıyla təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 Şahid1 Rəfail oğlunun ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi vəsatəti əsasında məhkəməyə dəvət olunmuş Şahid3 ifadəsində göstəmişdir ki, 12 avqust 2023-cü il tarixdə o, Təqsirləndirilən şəxs və Şahid4 adlı dostları sonuncunun Toyota markalı avtomobillə Yevlax şəhəri, 31-ci məhəlldə yerləşən Samirə adlı qadının yaşadığı binaya getmişlər. Həmin vaxt o, maşında gözləmiş, Elçin və Anat isə binanın podyezdinə daxil olmuş, təxmini yarım saat, qırx dəqiqə sonra polis əməkdaşları Elçini saxlayaraq polis şöbəsinə aparmışlar, həmin vaxt Elçinin əlində heç bir narkotik vasitə olmamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi vəsatəti əsasında məhkəməyə dəvət olunmuş Şahid4 ifadəsində göstəmişdir ki, 12 avqust 2023-cü il tarixdə ona məxsus olan Toyota Prado markalı maşınla Elçin ilə birlikdə Yevlax şəhəri, 31-ci məhəlləyə gedən zaman yolda Şahid3 görmüş, onuda maşına götürərək həmin məhəlləyə getmişlər. Elçin ilə birlikdə Samirə adlı qadının yaşadığı binaya qalxmışlar. Həmin ünvana getməkdə məqsəd Samirənin birgə yaşadığı Bəxdiyar adlı bir şəxsin Elçinə olan pul borcunu almaq olmuşdur. Bəxtiyar evdə olmadığından söhbət edə bilməmiş və aşağı düşmüşlər. Bu zaman binanın blokunda polis əməkdaşları Elçini saxlayaraq polis şöbəsinə aparmışlar, həmin vaxt Elçinin əlində heç bir narkotik vasitə olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi başlanması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* №-li cinayət işi başlanılması və icraatına qəbul edilməsi qərara alınmışdır (iş vər.01); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:00-da şübhəli şəxs qismində tutulmuşdur (iş vər.18-19); Şəxsi axtarış və götürmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən sağ əlində saxladığı bir ədəd ağ rəngli kisənin içərisində narkotik vasitə olan qurudulmamış marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür (müvafiq DVD disk əlavə olunub) (iş vər. 27-35); Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 17/608 nömrəli rəyindən görünür ki, üzərində Təqsirləndirilən şəxs sağ əlində saxladığı zaman aşkar edilmiş.. qurudulmamış halda marixuanaya oxşar kütlələr....” sözləri, adlar və imzalar yazılmış sintetik kisənin içərisindəki, təmiz çəkisi – 2435,0 qram olan nəm vəziyyətdə bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuanadır. Qurudulmamış marixuananın təmiz çəkisi 2435.0 qram tədqiqata sərf edildi 0,10 qram qalıq 2434.9 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 35,97 manatdır (iş vər.43-47); Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (iş vər.73-74); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:00-da şübhəli şəxs qismində tutulmuşdur (iş vər.103-104); Şəxsi axtarış və götürmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən iki ədəd kibrit qutusunun içərisində iki ədəd siqarət kağıza bükülmüş bükülünün içərisində ağ rəngli psixotrop maddə olan bir ədəd metafataminə, bir ədəd qəhvəyə rəngli narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür (müvafiq DVD disk əlavə olunub).(iş vər.112-120); Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 17/608 nömrəli rəyindən görünür ki, üzərində “şübəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş heroinə bənzər kütlə 1 ədəd.” sözlər adlar və imzalar yazılmış zərfin içərisindəki 01 ədəd qırmızı-ağ rəngli kağıza bükülmüş 01 ədəd şəffaf sellofan bükümdə. təmiz çəkisi-0.119 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim olunmuş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 01 ədəd metamfetaminə mənzər kütlə.” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağıza bükümdə, təmiz çəkisi- 0,025 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. A) Heroinin təmiz çəkisi -0,119 qram tədqiqata sərf edildi -0,02 qram qalıq- 0,099 qram. B) Metamfetaminin təmiz çəkisi-0,025 qram tədqiqata sərf edildi -0,01 qram qalıq- 0,015 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 69,10 manatdır (iş vər.127-131); Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (iş vər.73-74); AZ-İİ seriyalı 222293 nömrəli və AZ-İİ seriyalı 541012 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il təvəllüdlü Taleh və xx.xx.2010-cu il təvəllüdlü Zümrüd adlı iki uşağı vardır.(iş vər.146); Əşyanın maddi sübut kimi tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqindən sonra xalis çəkisi 2434.9 qram qalan qurudulmamış marixuana və xx.xx.2023-cü il tarixdə aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqindən sonra xalis çəkisi 0,099 qram qalan narkotik vasitə olan heroin, ekspertiza tədqiqindən sonra xalis çəkisi 0,015 qram qalan psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Yevlax rayon Polis Şöbəsinə təhvil verilmişdir (iş vər. 153-155); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 08 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinin qərarına əsasən AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiyan qərarına əsasən hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 06 ay azadılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edimişdir ( iş vər.170-180); Məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1815 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Hal hazırda narkotik abstinensiya (narkotik vasitələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür (iş vər.189); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 806 №li məhkəmə psixiatrik ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu, özünükəsmələrlə XBT 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F60.3 xəstəliyi keçirmişdir və keçirir. Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu, özünükəsmələrlə XBT 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F60.3 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətlərinin az ifadəli olması səbəbindən ona şamil edilən cinayət hadisəsi törədərkən öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Hazırda Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu, özünükəsmələrlə XBT 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F60.3 xəstəliyindən əziyyət çəksə də o, öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür və onun tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs anlaqlılığını istisna etməyən psixi pozuntu vəziyyətində olmamışdır. O, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmiş və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 22-ci maddəsinin təsiri altına düşmür (iş vər.217-219); Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il ay 08 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (iş vər.223-225); xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 09:30-da Yevlax Rayon Polis Şöbəsinin İstintaq bölməsinə künüllü gələrək axtarıldığından məlumatı omamasını, səhhəti ilə əlaqədar olaraq Bakı şəhərində müalicə olduğunu, müalicəsi yekunlaşdığı üçün evinə qayıtdığını, axtarışda olması barədə məlumat aldığı üçün dərhal gəldiyini və axtarışda olmasından hər hansı bir məlumatının olmamasını bildirmişdir (iş vər.201); Yevlax rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saxlanılaraq 2 saylı İstintaq Təcridxanasına təhvil verilməsi üçün Yevlax Rayon Polis Şöbəsinin MSY-nə təqdim edilmişdir. Məhkəmənin sorğusuna əsasən "xxxx" MMC-dən təqdim olunmuş xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli cavablardan və CD disklərdən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 20-21 radələrində Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 344-77-10 saylı mobil telefonun əhatə dairələri təqsirləndirilən şəxsin istinad etdiyi ərazinin əhatə dairəsi ilə uyğun olmamışdır. Məhkəmənin sorğusuna əsasən "xxxx" MMC-dən təqdim olunmuş xx.xx.2024-cü il, tarixli cavabdan görünür ki, texniki səbəblərdən internet üzərindən həyata keçirilmiş informasiya mübadiləsini əks etdirən ərazi göstəriciləri ilə real zəng zamanı abunəçinin olduğu əhatə dairəsinə dair göstəricilər fərqli əks oluna bilər. Zəngin tipi sütununda MOC, MTC, SMSMT, SMSMO abreviaturalarla eyni sətirdə göstərilən anten məlumatları, zəng və digər informasiya mübadiləsini zamanı həmin siqnalı ötürən baza stansiyaların yerləşdiyi ünvanları əks etdirir. Hər hansı inzibati ərazi vahidi və ya onun bir hissəsində mövcud olan şanların əhatə dairəsi müvafiq inzibati ərazi vahidinin sərhədləri ilə üst-üstə düşməyə bilər, o cümlədən müxtəlif şanların əhatə dairəsi kəsişə də bilər. Bundan başqa telekommunikasiya xidmətlərindən istifadə zamanı, cihazın yeni nəsil texnologiyaları dəsdəkləməyindən və eyni zamanda konkret əhatə dairəsində həmin an ünün mövcud olan istifadəçilərin siyandan, həmçinin cihazda paralel aparılan istifadə yüklələmələrin sayından, cihazın keyfiyyət göstəricilərindən və sair hallardan, xüsusən də kənar mane mənbələrinin təsirinə məruz qalmasından asılı olaraq, cihazdan istifadə zamanı yerləşdiyi nöqtədə siqnal əngəl törədən hər hansı bir maneə (döngə, dağ, bina və s.) olarsa bu zaman danışıq daha uzaq məsafədə yerləşən, lakin siqnal səviyyəsi qənaət bəxş olan digər stansiyalardan davam etdirilir. Həmçinin şəhər şəraitində baza stansiyalarının siqnal ötürmə radiusu təqribi 30-32 km qədər (landşaftdan asılı olaraq) ərazini əhatə etmək imkanındadır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özü etiraf etməsə də, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 09.2-ci qrafasına əsasən psixotrop maddə sayılan 25 qram qurudulmayan marixuana (kannabis) xeyli miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmamış marixuana təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi, yəni şəxsi axtarış zamanı üzərindən narkotik vasitə olan qurudulmamış marixuana aşkar edilməməsi, habelə onun ittiham aktında göstərilən yerdə deyil Yevlax şəhəri, 31-ci məhəllədə saxlanılması barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş: - “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 12 avqust 2023cü il tarixli protokoldan və həmin əməliyyat tədbirinin videoçəkilişindən görünür ki, Təqsirləndirilən şəxs sağ əlində bir ədəd ağ rəngli kisənin içərisində olan qurudulmamış halda olan marixuanaya bənzər kütüləni könüllü olaraq təqdim edir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, könüllü təqdim etdiyi bir ədəd ağ rəngli kisənin içərisində olan qurudulmamış halda olan marixuanadır. O, həmin qurudulmamış marixuananı xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Yevlax şəhəri ərazisindən keçən Kür çayının sahilindən tapdığını və özünün istifadəsi üçün saxlamışdır; - İstintaq zamanı Təqsirləndirilən şəxs etirafedici ifadə vermişdir. Həmin ifadədən görünür ki, O, 12 avqust 2023-cü il tarixdə axşam saatlarında Yevlax şəhəri C.Mustafayev küçəsində olarkən iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq onu saxlamış, özlərini təqdim edərək Yevlax RPŞ-nin əməkdaşları olduqlarını bildirmiş və ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu deyərək onu Yevlax rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində onun seçimi ilə Yevlax şəhər Vəkil Bürosunun vəkili X5 ona müdafiəçi təyin edilmişdir. Həmin günü, yəni 12 avqust 2023-cü il tarixdə Yevlax RPŞ-də vəkili X4 iştirakı ilə və videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən, yəni sağ əlində daşıdığı bir ədəd ağ rəngli sintetik kisənin içərisindən narkotik vasitə olan qurudulmamış marixuana aşkar olunmuş və həmin narkotik vasitə olan qurudulmamış marixuana içərisində olduğu sintetik kisə ilə birlikdə elektron tərəzidə çəkilmiş, qablaşdırılmış, möhürlənmiş və götürülmüşdür. Bundan başqa onun üzərindən başqa hər hansı bir əşya, həmçinin dövriyyəsi qanunsuz olan əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir. Onun üzərindən 12 avqust 2023-cü il tarixdə aşkar edilərək götürülmüş 01 ədəd sintetik kisədə olan narkotik vasitə olan qurudulmamış marixuana ona məxsusdur. O, üzərindən 12 avqust 2023-cü il tarixdə aşkar edilərək götürülmüş 01 ədəd sintetik kisədə olan narkotik vasitə olan qurudulmamış marixuananı özü istifadə etmək üçün üzərində saxlamışdır. O, narkotik vasitə və psixotrop maddə istifadəçisidir. O, narkotik vasitələrin, psixotrop maddələrin və güclü təsir edən maddələrin satışı ilə məşğul olmamış və onun həmin narkotik vasitəni satmaq kimi bir fikri, niyyəti olmamışdır. O, həmin narkotik vasitədən heç kimə satmamış və verməmişdir. Bu barədə hər hansı bir şəxsin məlumatı olmamışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhəri X2 məcburi-narkoloji tibbi yoxlama haqqında xx.xx.2023-cü il tarixli 1815 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Hal hazırda narkotik abstinensiya (narkotik vasitələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür; - Müdafiə tərəfinin vəsatəti əsasında dəvət olunmuş Şahid3 və Şahid4 təqsirləndirilən şəxsin Yevlax şəhəri 31-ci məhəllə deyilən ünvandan polis əməkdaşları tərəfindən aparıldığını bildirmələri ilə bağlı isə məhkəmə sözügedən hər iki şəxsin Təqsirləndirilən şəxs dostları olması ilə əlaqədar sonuncunun xeyrinə ifadə vermələri qənaətinə gəlir ; CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətlədirərək Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib üzərində saxlayaraq daşıması ilə bağlı verilmiş ittihamın məhkəmə istintaqında öz təsdiqini tapması nəticəsinə gəlir və onun ifadəsini məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilən ifadə kimi qiymətləndirir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 59.1.4. cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hallardandır; 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olmasını cəzasını yüngülləşdirən hal kimi da nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmasını, üzərindən məhkumluğunun götürülmədiyi və ödənilmədiyi halda yenidən qəsdən cinayət törətməsini, yəni cinayətin residivini cəzasını ağırlaşdıran hal kimi (CM-61.1.1) nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından olmamalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən (iki azyaşlı uşağının olması) və ağırlaşdıran (cinayətin residivi) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi əməl cəmiyyət tərəfindən mənfi qarşılanır və belə şəxslərin azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalar doğurur. Şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər alternativ cəzaya münasibətdə isə məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hazırkı işin hallarına əsasən Təqsirləndirilən şəxs yalnız maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını çəkməklə islah oluna bilər ki, bununla da Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunan cəzanın məqsədinə çatmaq mümkündür. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (iki azyaşlı uşağının olması) və ağırlaşdıran hallar (residiv müəyyən edilmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 17 noyabr 2024-cü il tarixdən hesablanmalı (CPM- 158.2.1. 158.6), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə olan qurudulmamış marixuananın qalığı məhv edilməli, “Axtarış və götürmə” əks etdirən üç ədəd kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 12 avqust 2023-cü il tarixdən 14 avqust 2023-cü il tarixədək və 20 avqust 2023-cü il saat 19:00 radələrindən 21 avqust 2023-cü il saat 18:00 radələrindək şübhəli şəxs qismində saxlandığı 3 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 il 11 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 17 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yevlax Rayon Polis şöbəsində saxlanılan 2434.9 qram qurudulmamış marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. “Axtarış və götürmə istintaq hərəkətini” əks etdirən kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №1(039)-7/2025
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-7/2025
06.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver