Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-70/2022 06.09.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə xx.xx.1995-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Yevlax şəhəri, 32-ci məhəllə, H.Cəbrayılov küçəsində qeydiyyatda olan və yaşayan, barəsində 17 may 2022-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilir ondan ötrü ki, qəsdən yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli yolla talamaqla təkrar oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs, 20 noyabr 2021-ci il tarixdə saat 14:00 radələrində qəsdən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Zərərçəkmiş şəxs2 məxsus Yevlax şəhəri, 32-ci məhəllədəki yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olduqdan sonra evə daxil olaraq oradan hər 1 metrinin qiyməti 60 qəpik olan 200 metr uzunluğunda, cəmi 120 manat dəyərində elektirik naqillərini, 60 metr uzunluğunda 50 manat dəyərində elektirik paylayıçısını, ümumi dəyəri 50 manat olan 3 metr uzunluğunda 3 ədəd 32-lik armaturları, 20 manat dəyərində 50 metr uzunluğunda mis naqilləri, ümumi dəyəri 400 manat olan 10 ədəd (toparada) işıqlanma elektirik naqillərini qəsdən gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 640 (altı yüz qırx) manat dəyərində maddi ziyan vuraraq qəsdən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən 22 noyabr 2021-ci il tarixdə saat 02:00 radələrində qəsdən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Zərərçəkmiş şəxs1 məxsus Yevlax şəhəri, 32-ci məhəllədəki yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olduqdan sonra evə daxil olaraq oradan 200 manat dəyərində 300 metr uzunluğunda elektirik naqillərini, hər birinin ayrı-ayrılıqda qiyməti 50 manat olan iki ədəd 60 metr uzunluğunda elektrik paylayıçısını, hər birinin ayrı-ayrılıqda qiymətləri 150 manat olmaqla 2 ədəd Rusiya istehasalı olan elektirikli laqondalarını, 150 manat dəyərində bir ədəd Rusiya istehsalı olan elektirik direlini, 200 manat dəyərində bir ədəd Rusiya istehsalı olan elektirikli pereforatorunu (deşicinin), 150 manat dəyərində bir ədəd Rusiya istehsalı olan elektirik mantaj ütüsünü gizli yolla talamaqla Zərərçəkmiş şəxs1 cəmi 1100 (min yüz) manat məbləğində ziyan vurmaqla qəsdən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talamaqla təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə günorta saat təxminən 14 radələrində pulu olmadığı üçün oğurluq edərək pul əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə yaşadığı evdən çıxıb 32-ci məhəllədə yerləşən İlham adlı şəxsin yeni inşa etdirdiyi həyət evinə hasardan keçmək yolu ilə daxil olmuşdur. Həyətə daxil olduqdan sonra evin qapısısının bağlı olduğunu görüb qolu ilə pəncərəni sındırıb evin içərisinə daxil olaraq, evdən iki ədəd 32-lik 3 metr uzunluğunda armatoru, 1 (bir) top mis məftil, 1(bir) ədəd mis kabeldən hazırlanmış 60 metr uzunluğunda olan tok paylayıcını oğurlayıb daxil olduğu yerdən evdən çıxmışdır. Sabahısı gün yəni 21 noyabr 2021-ci il tarixdə səhər saatlarında Yevlax şəhərində yerləşən mərkəzi bazarda 32-lik 3 metr uzunluğunda armatoru, 1 (bir) top mis məftili, 1(bir) ədəd mis kabeldən hazırlanmış 60 metr uzunluğunda olan tok paylayıcını tanımadığı şəxsə ümumilikdə 50 manata satıb evə qayıtmışdır. Oğurlayaraq əldə etdiyi əşyaları satıb əldə etdiyi pulları öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Oğurluq əməllərini maddi sıxıntısı olduğu üçün etmişdir. Bundan başqa 22 noyabr 2021-ci il tarixdən 23 noyabr 2021-ci il tarixə keçən gecə saat 02 radələrində pulu olmadığı üçün oğurluq edərək, pul əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə yaşadığı evdən çıxmış və 32-ci məhəllədə yerləşən yeni inşa olunan Ayselə məxsus həyət evinə hasardan keçmək yolu ilə daxil olmuşdur. Evin tam hazır olmadığını və evdə yaşayış olmadığını görmüşdür. Qapı qoyulması üçün nəzərdə tutulan açıq yerdən evin içərisinə daxil olmuş və həmin tam hazır olmayan tikilidən evə işiq xətti olaraq çəkilmiş mis kabelləri, 1 ədəd laqondanı, 1 ədəd preparatoru, 01 ədəd mantaj ütüsünü, 01 ədəd drel və 2 (iki) ədəd tok paylayıcını yəni “udilniteli” oğurlayıb daxil olduğu yerdən evdən bayıra çıxmışdır. Sabahısı gün yəni 23 dekabr 2021-ci il tarixdə səhər saatlarında Yevlax şəhərində yerləşən bazarda oğurlayaraq əldə etdiyi laqonda, preparator, mantaj ütüsü, dreli mis kabeli və 2 ədəd tok paylacını tanımadığı şəxsə ümumilikdə 95 manata satmışdır. Hazırda əməlindən səmimi olaraq peşmandır. Məhkəmədən son sözündə əməlindən səmimi peşmanlıq çəkməsini, zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanın tam şəkildə ödəməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq, barəsində həbslə əlaqədar olmayan daha yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Yevlax şəhəri 32-ci məhəllədə özünə məxsus torpaq sahəsində yeni həyət evi inşa etdirmişdir. Evin yeni inşa olunduğu üçün yəni, ev hazır olmadığından evdə yaşayış olmamışdır. Vaxtaşırı həyət evinə gedərək nəzarət etmişdir. Maddi vəziyyəti ilə əlaqədar olaraq xx.xx.2021-ci il tarixdə mənzildə ustaların işlərini dayandırmışdır. Buna baxmayaraq hər gün usta işləyən vaxt evə gedərək nəzarət etmişdir. xx.xx.2021-ci il tarixdə günorta saatlarında evdə olmamışdır. Həmin gün axşam saatlarında evə gəlmiş, yeni inşa etdirdiyi mənzilə daxil olmuş və mənzildə olan otaqların işıqlanması üçün çəkdirdiyi elektirik naqillərinin yerində olmadığını müəyyən etmişdir. Mənzilin tavan hisəsində yəni alçibanlara çəkdirdiyi işıqların naqillərinin və alçibanların yararsız vəziyyətdə olduğunu görmüşdür. Bu səbəbdən mənzildən oğurluq edildiyini bilmişdir. Bundan sonra digər otaqlara baxmış, mənzildən təxminən 200 metr uzunluğunda 1 metri 60 qəpik olan elektirik naqillərinin, 60 metr uzunluğunda 50 manat dəyərində elektirik paylayıcısının, 3 ədəd 32-lik 3 metr uzunluğunda 50 manat dəyəri olan armaturların, istifadə olunmuş 1 ədəd uzunluğu 50 metr dəyəri 20 manat olan mis naqillərin və 10 ədəd (toparada) ümumi dəyəri 400 manat olan işıqlanma elektirik naqilinin oğurlandığını görmüşdür. Həmin oğurluq hadisəsi nəticəsində ona 2500 manat maddi ziyan dəymişdir. Evdə oğurluq hadisəsindən əvvəl elektirik işləri, yəni mənzilin işıq xətti tam olaraq hazırlamışdır. Oğurluq edən şəxs mənzilin işıq xəttini tam olaraq kəsib aparmışdır. Bunun üçün ona əlavə xərc və yenidən həmin işləri görmək məcburiyyəti yaranmışdır. Həmin gün oğurluq hadisəsini müəyyən etdikdən dərhal sonra DİN-nin 102 xidmət mərkəzinə zəng edərək məlumat vermişdir. Məhkəmədən Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın tam şəkildə ödənildiyini, onunla barışdığını və hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Yevlax şəhəri 32-ci məhəllədə özünə məxsus torpaq sahəsində yeni həyət evi inşa etdirilmişdir. Bu məqsədlə evin yeni inşa olunduğu üçün və tam hazır olmadığından evdə yaşayış olmamışdır. xx.xx.2021-ci il tarixdə günorta saatlarında evdə olmamışdır. Həmin gün axşam saatlarında evə gəldikdə yeni inşa etdirdiyi mənzilə daxil olduqda mənzildə olan elektirik naqillərinin yerində olmadığını müəyyən etmişdir. Sonra mənzilə bir daha baxdıqda mənzildə olan özünə məxsus uzunluğu 300 metr olan dəyəri 200 manat olan elektirik naqillərinin, 2 ədəd markasını bilmədiyi Rusiya istehasalı oaln 300 mannat dəyərində elektirik laqondasının, 2 ədəd 60 metr uzunluğunda 2 ədədin ümumi dəyəri 100 manat olan elektirik paylayıçısının, 1 ədəd Rusiya istehsalı olan 150 manat dəyərində elektirik direlinin və 1 ədəd Rusiya istehsalı olan 200 manat dəyərində elektirik pereforatoun “deşiyiçinin” və 1 ədəd Rusiya istehsalı olan 150 manat dəyərində elektirik mantaj ütüsünün oğurlandığını aşkar etmişdir. Həmin vaxt orada olan yaxın qohumu İlkin Kərimova bildirmişdir ki, baş vermiş hadisə ilə əlaqədar öz mobil telefonu ilə DİN-nin 102 xidmətinə məlumat versin. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilkdə 1100 manat məbləğində ziyan dəymişdir. Məhkəmədən Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın tam şəkildə ödənildiyini, onunla barışdığını və hazırda ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 mart 2022-ci il tarixli 9\1479 saylı rəydən görünür ki, ekspertizaya təyini haqqında qərarda göstərilən malların 2021-ci ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən olunur: 1) 3 metr uzunluğunda, istifadə olunmuş 32-lik armatur-12,00 (3mx4man.) manat; 2) 1 ədəd istifadə olunmuş montaj ütüsü-20, 00 manat Digər 07 adda mallar haqqında kifayət qədər məlumat (markası, modeli, istehsal ili, istehsal yeri, istismar müddəti, ölçüləri və s.) haqqında məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən şübhəli şəxs qismində tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 26 dekabr 2021-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Yevlax rayon Məhkəməsinin 04.05. 2022-ci il tarixli, 1(039)-70/2022 saylı qərarının surətindən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində məcburi gətirilmə tətbiq edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Yevlax rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(039)-70/2022 saylı qərarının surətindən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə həbs edilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Yevlax rayon Polis Şöbəsinin 18 avqust 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Yevlax RPŞ-nin polis əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq 2 saylı İstintaq Təcridxanasına təhvil verilməsi üçün Yevlax RPŞ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş olan ziyanın tam şəkildə ödənildiyini və Təqsirləndirilən şəxs heç bir şikayət və tələbilərinin olmadığını bildirmişlər. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli talamaq məqsədilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddələrinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən əməli törətməkdə təqsirli olmaları öz etirafedici ifadələrindən başqa, zərərçəkmiş şəxslərin ifadələri, ekspert rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onun zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tam ödəmələri nəticəsində zərərçəkmiş şəxslərin ondan şikayətçi olmamalarını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Həmçinin Təqsirləndirilən şəxs törətdiyi əmələ görə səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətmələrini, onun cəzasını yüngülləşdirən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, onlara təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs 24 dekabr 2021-ci il tarixdən 26 dekabr 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət və 18 avuqst 2022-ci il tarixdən 06 sentyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 21 (iyirmi bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu bir gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla cəmi 01 (bir) ay 12 (on iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclası zalından həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Hökmün icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir və həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia verilməmiş, maddi sübut isə yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 24 dekabr 2021-ci il tarixdən 26 dekabr 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət və 18 avuqst 2022-ci il tarixdən 06 sentyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 21 (iyirmi bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu bir gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla cəmi 01 (bir) ay 12 (on iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 10 (on) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və dərhal məhkəmə iclası zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Yevlax rayon ərazisini, eləcə də saat 22:00-dan saat 07:00-dək yaşayış yeri olan Yevlax şəhəri, 32-ci məhəllə, H.Cəbrayılov küçəsində yerləşən evin ərazi hüdudlarını tərk etməmək, cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İşdə olan 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Təqsirləndirilən şəxs cəzasının əvvəli Yevlax rayon İcra və Probasiya Şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 6 (altı) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-70/2022
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-70/2022
06.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver