Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-70/2023 05.04.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1973-cü ildə Kəlbəcər rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, Kəlbəcər rayon 60 saylı tam orta məktəbində müəllim işləyən, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu Cəmilli kəndidə qeydiyyatda olan və Goranboy rayonu Qaraçinar kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 29 sentyabr 2022-ci il tarixdə, saat 10:00 radələrində idarə etdiyi “Mercedes Benz C180” minik markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax-Gürcüstan sərhəd yolunun, Yevlax rayonu Səmədabad kəndi ərazisindən keçən 293-cü kilometrliyində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin, 42-ci maddəsinin 6-cı hissəsinin tələblərinə əsasən yəni, o, hadisə baş verən yerdə 3.19 “Geriyə dönmək qadağandır” yol nişanı ilə geriyə dönmə əməliyyatının aparılmasının qadağan olunmasını, arxadan sol zolaqla eyni istiqamətdə avtomobilin hərəkətdə olmasını nəzərə alaraq sağ zolaqla idarə etdiyi avtomobillə sola dönmə əməliyyatı aparmamalı, hərəkət üçün təhlükəli şərait yaratmamalı, eyni istiqamətdə hərəkətdə olan avtomobilə yol verməli, bundan sonra sola doğru yerdəyişmə aparmaqla sol kənar vəziyyət tutmalı, geriyə dönmə icazə verilən yerdən dönmə əməliyyatı aparmalı olduğu halda, idarə etdiyi avtomobillə hərəkətdə olduğu Bakı şəhər istiqamətinin sağ zolağından geriyə dönmə əməliyyatının aparılması qadağan olunan hissədə 30 km/saat sürətlə sola dönmə əməliyyatı apararaq ondan arxada Bakı şəhər istiqamətində yolun sol hərəkət zolağı ilə 90 km/saat sürətlə hərəkətdə olan Şahid1 idarə etdiyi “VAZ 21214” minik markalı M871QQ dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına daxil olmuş, “VAZ 21214” minik markalı avtomobilin qabaq sağ tərəfi “Mercedes Benz C180” minik markalı avtomobilin sol yan hissəsi ilə Bakı şəhər istiqamətinin solunda sarı xətt üzərində toqquşmuş, zərbənin təsirindən “VAZ 21214” minik markalı avtomobil aşmış, nəticədə o, ehtiyyatsızlıqdan “VAZ 21214” minik markalı avtomobildə olmuş sərnişin Zərərçəkmiş şəxs2 açıq kəllə beyin travması, baş beyinin yumşaq toxumalarına qansızma ilə ağırlaşan alın-gichah və kəllə əsası sümüklərinin xətti sınığı, bədən səthinin çoxsaylı sıyrıqları ilə müşayiət edilən həyat üçün təhlükəli, ölümlə birbaşa səbəbli əlaqəli olan ağır dərəcəli bədən xəsarətləri alaraq, aldığı xəsarətlərdən həmin günü yerləşdirildiyi Yevlax şəhər Mərkəzi Xəstəxanasında ölməsinə, bundan başqa “VAZ 21214” minik markalı avtomobildə olmuş digər sərnişin Zərərçəkmiş şəxs1 sağ bazu sümüyünün qapalı sınığı ilə müşayiət edilən, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarəti almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Kəlbəcər rayonu Cəmilli kəndində qeydiyyatdadır, Goranboy rayonu Qaraçinar kəndində yaşayır. Hazırda rəsmi olaraq Goranboy rayonu Qaraçinar kəndində yerləşən Kəlbəcər rayon 63 saylı tam orta məktəbdə biologiya müəllimi işləyir. “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır. Hadisə zamanı idarə etdiyi “Mercedes Benz C180” minik markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobil özünə məxsus olmaqla oğlu Nurlan Qafarovun adına sənədləşdirmişdir. Həmin avtomobili müvafiq etibarnamə əsasında idarə etmiş, 29 sentyabr 2022-ci il tarixdə o, idarə etdiyi “Mercedes Benz C180” minik markalı avtomobillə Bakı-Qazax yolu ilə Yevlax rayon istiqamətində hərəkətdə olmuşdur, Goranboy rayonundan Yevlax rayonu Duzdağ kəndinə getmk üçün yola çıxmışdır. Saat təxminən 10:00 radələrində idarə etdiyi avtomobillə 60-70 km/saat sürətlə yolun sağ hərəkət zolağı ilə hərəkətdə olmuş, sola dönüb əks istiqamətə daxil olub geriyə dönərək Duzdağ qəsəbəsinə getmək üçün sola dönmə işıq siqnalını yandırıb sürətini 30 km/saata qədər azaltmış, arxaya baxmadan sola dönərək geriyə qayıtmaq istəyərkən sol zolaqla gələn markasını və qeydiyyat nişanını sonradan bildiyi “VAZ 21214” minik markalı M871QQ dövlət qeydiyyat nişanlı hərbi avtomobili ilə toqquşmuşdur. “VAZ 21214” minik markalı avtomobilin qabaq sağ tərəfi ilə onun avtomobilinin qabaq sağ yan hissəsi dəyərək toqquşmuş, o, arxaya fikir vermədiyi üçün “VAZ 21214” minik markalı avtomobilin gəldiyini görməmişdir. Hadisə nəticəsində o, xəsarət almamışdır. Toqquşduğu avtomobil hadisədən sonra aşmış, sonradan avtomobildən düşərkən hərbi formalı bir şəxsin asfalt üzərində uzanıqlı ağır xəsarət aldığını görmüş və başa düşmüşdür ki toqquşmadan sonra həmin hərbiçi zərbənin təsirindən asfalta düşmüşdür. “VAZ 21214” minik avtomobilin hərbiçi sürücüsü və hərbiçi sərnişini də avtomobildən düşmüşlər. Onların köməkliyi ilə xəsarət almış sərnişini yoldan keçən markasını və qeydiyyat nişanını xatırlamadığı yol avtomobilinə qoyaraq Yevlax şəhər mərkəzi xəstəxanasına yola salmışlar. O, hadisə yerində qalmış, hadisə yerinə yol polis işçiləri və baş müstəntiq Ceyhun Axundov gəlmiş, onun və digər şəxslərin iştirakları ilə hadisə yerinə baxış keçirililmişdir, tərtib edilmiş protokola və sxemə imza etmişdir. O, hərəkətdə olduğu zolaqda “geriyə dönmək qadağandır” yol nişanı olduğuna fikir verməmişdir. Hadisə zamanı avtomobilində sərnişin və yük olmamışdır. Hadisə zamanı ayıq vəziyyətdə olmuş, spirtli içki qəbul etməmişdir. Toqquşduğu avtomobilin sürücüsünü əvvəllər tanımamış, düşmənçiliyi ədavəti olmamışdır. Qeyd olunanlarla yanaşı, cinayət hadisəsinin onun ehtiyatsızlığı üzündən baş verdiyini, törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə barışıq əldə etməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs hüquqi varisi X4 ifadəsində bildirmişdir ki, Ağsu rayonu Musabəyli kəndində yaşayır. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı vəfat etmiş Zərərçəkmiş şəxs2 onun oğludur. Valeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 6-cı hərbi polis bölməsində avtomobil müfəttişi vəzifəsində işləmişdir. Onlar birlikdə bir evdə yaşamışlar. 29 sentyabr 2022-ci il tarixdə oğlu Valeh işdə olmuş, həmin günü saat təxminən 11:30 radələrində ona bildirilmişdir ki, Bakı-Qazax yolunun Yevlax rayonu Səmədabad kəndi ərazisində oğlunun xidmətdə olduğu xidmət yoldaşı Şahid1 idarə etdiyi “VAZ 21214” minik markalı M871QQ dövlət qeydiyyat nişanlı avtomobil markasını və qeydiyyat nişanını sonradan bildiyi “Mercedes Benz C180” minik markalı **- CS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və hadisə nəticəsində aldığı xəsarətlərdən oğlu Yevlax rayon mərkəzi xəstəxanasında ölmüşdür. Bunu eşidəndən sonra o, Yevlax rayonuna getmiş, tibbi ekspertizadan sonra oğlu Namətin nəşini yaşadığı Ağsu rayonu Musabəyli kəndinə gətirmişlər, həmin günü Ağsu rayonu Musabəyli kənd qəbristanlığında dəfn etmişlər. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilmiş, sonuncu ilə barışıb və ona qarşı heç bir şikayət və ya tələbi yoxdur. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Yevlax rayonu Aqqıraq kəndində yaşayır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 6-cı hərbi polis bölməsində avtomobil müfəttişi vəzifəsində işləyir, gizirdir. 29 sentyabr 2022-ci il tarixdə o, xidmətdə olmuş, iş yoldaşı sürücü əsgər Şahid1 təhkim olunan hərbi polis bölməsinə məxsus olan “VAZ 21214” minik markalı M871QQ dövlət qeydiyyat nişanlı avtomobillə iş yoldaşı gizir Zərərçəkmiş şəxs2 ilə birlikdə Bakı-Qazax yolu ilə Bakı şəhər istiqamətində hərəkətdə olmuşlar. Tapşırıqları Ucar rayonu Müsülü kəndinə gedərək hərbi avtomobil kalonunu qarşılayıb Goranboy rayonu Borsunlu kəndi ərazisinə kimi müşahidə edib orada müşahidə üçün başqa əməkdaşlara təhvil vermək olmuşdur. Avtomobili Nəcəf idarə etmiş, o, avtomobildə arxada sağ tərəfdə oturmuş, Zərərçəkmiş şəxs2 isə avtomobildə qabaqda sağda oturmuşdur. Onlar Yevlax rayonu Səmədabada kəndi ərazisi ilə yolun sol hərəkət zolağı ilə avtomobilin sayrışan işıqları qoşulu vəziyyətdə hərəkətdə olmuşlar, görmüşdür ki, qarşıda yolun sağ hərəkət zolağı ilə hərəkətdə olan markasını və qeydiyyat nişanını sonradan bildiyi “Mercedes Benz C180” minik markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobil dönmə işığını yandırmadan hərəkətdə olduğu sağ zolaqdan sol zolağa dönmüş və onların avtomobilin qabaq sağ hissəsi həmin “Mercedes Benz C180” minik markalı avtomobilin sol yan hissəsi ilə toqquşmuşdur. Onların avtomobili yolun solunda olan beton arakəsməyə dəyib aşmışdır. Hadisə nəticəsində o, xəsarət almış, Valeh də ağır xəsarət almışdır, sürücü Nəcəf xəsarət almamışdır. Xəsarət alanları yol avtomobili Yevlax şəhər mərkəzi xəstəxanasına aparmışlar. Xəstəxanada məlum olmuşdur ki, Valeh aldığı xəsarətlərdən vəfat edibdir. Sonra o, müalicəsini stasioanr olaraq Bakı şəhərində Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında davam etdirmiş, 2022-ci ilin noyabr ayında müalicə aldıqdan sonra yaşadığı evə gəlmişdir. Təqsirləndirilən şəxs ilə barışıb və ona qarşı heç bir şikayət və ya tələbi yoxdur. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Goranboy rayonu Zeyvə kəndində yaşayır, evlidir, övladı yoxdur. Hazırda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 6-cı hərbi polis bölməsində sürücü əsgər vəzifəsində işləyir. “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır. Hadisə zamanı idarə etdiyi “VAZ 21214” minik markalı M871QQ dövlət qeydiyyat nişanlı avtomobil işlədiyi hərbi polis bölməsinə məxsusdur, avomobili yol vərəqəsi ilə idarə etmişdir. 29 sentyabr 2022-ci il tarixdə o, idarə etdiyi “VAZ 21214” minik markalı M871QQ dövlət qeydiyyat nişanlı avtomobillə iş yoldaşı rəhmətlik gizir Zərərçəkmiş şəxs2 və gizir Zərərçəkmiş şəxs1 ilə birlikdə Baki-Qazax yolu ilə Bakı şəhər istiqamətində hərəkətdə olmuşdur. Ucar rayonu Müsülü kəndinə getmək üçün yola çımışlar, belə ki, Ucar rayon Müsülü kəndi ərazisində hərbi avtomobil kalonunu qarşılayıb müşahidə edəcəklərmiş. Avtomobili o, idarə etmiş, Zərərçəkmiş şəxs2 avtomobildə qabaqda sağda oturmuş, Zərərçəkmiş şəxs1 isə arxada sağda oturmuşdur. O, idarə etdiyi avtomobillə 90 km/saat sürətlə avtomobilin üzərində sayrışan işıqları qoşulu vəziyyətdə Yevlax rayonu Səmədabada kəndi ərazisi ilə yolun sol hərəkət zolağı ilə hərəkətdə olan zaman, təxminən 25-30 metrdən görmüşdür ki, ondan qarşıda yolun sağ hərəkət zolağı ilə hərəkətdə olan markasını və qeydiyyat nişanını sonradan bildiyi “Mercedes Benz C180” minik markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobil dönmə işığını yandırmadan hərəkətdə olduğu sağ zolaqdan sol zolağa onun yoluna dönür, o, bunu görüb avtomobilin səs siqnalı ilə işarə versə də həmin avtomobil dayanmamış və toqquşmamaq üçün tormoz vermiş, avtomobilin qabaq sağ hissəsi ilə “Mercedes Benz C180” minik markalı avtomobilin sol yan hissəsi ilə toqquşmuş və yolun solunda olan beton arakəsməyə dəyib aşmışdır. Hadisə nəticəsində o, xəsarət almamış, lakin avtomobilində qabaqda oturan Valeh avtomobil aşan zaman avtomobildən kənara asfalt üzərinə düşmüşdür, ağır xəsarət almışdır. Vidadi də xəsarət almışdır. Toqquşduğu avtomobildə yalnız sürücü olmuşdur. O, orada olan tanımadığı şəxslərin köməyi ilə Valehi yoldan keçən markasını və qeydiyyat nişanını bilmədiyi yol avtomobili ilə Yevlax şəhər mərkəzi xəstəxanaya yola salmışdır. Vidadi də Yevlax şəhər mərkəzi xəsətəxanasına getmişdir. O, hadisə yerində qalmış, hadisə yerinə yol polis işçiləri və baş müstəntiq Ceyhun Axundov gəlmiş, onun və digər şəxslərin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir, tərtib edilmiş protokola və sxemə imza etmişdir. Hadisə zamanı avtomobilində yük olmamışdır. Hadisə zamanı ayıq vəziyyətdə olmuş, spirtli içki qəbul etməmişdir. Toqquşduğu avtomobilin sürücüsünü əvvəllər tanımamış, düşmənçiliyi ədavəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 6-cı hərbi polis bölməsinin təsərrüfat hissəsi rəisi vəzifəsində xidmət edir. 29 sentyabr 2022-ci il tarixdə Bakı-Qazax-Gürcüstan sərhəd yolunun, Yevlax rayonu Səmədabad kəndi ərazisindən keçən 293-cü kilometrliyində 6-cı hərbi polis bölməsinə məxsus “VAZ 21214” minik markalı M871QQ qeydiyyat nişanlı avtomobil “Mercedes Benz C180” minik markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduğunu, nəticədə bölməyə məxsus avtomobilin yararsız vəziyyətə düşdüyünü bilmişdir. Avtomobilə təxminən 12300 manat məbləğində zərər dəymişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, yol nəqliyyat hadisəsi baş vermiş avtomobil yolu asfalt-beton örtükdən ibarət olmaqla yolun hərəkət hissəsi üfüqi və düz profillidir, hadisə baş verən zaman avtomobil yolu quru vəziyyətdə olmuşdur. Yol-nəqliyyat hadisəsi Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Yevlax rayonu ərazisindən keçən 293-cü kilometrliyində baş vermişdir. Hərəkət hissəsində hərəkət baş verən yerdə 3.19 “Geriyə dönmək qadağandır” yol nişanı ilə geriyə dönmə əməliyyatının aparılmasının qadağan olunmasını, arxadan sol zolaqla eyni istiqamətdə avtomobilin hərəkətdə olmasını nəzərə alaraq sağ zolaqla idarə etdiyi avtomobillə sola dönmə əməliyyatı yerinə yetirməmişdir. (iş vər.6-29); Yevlax şəhər mərkəzi xəstəxanasından verilmiş 29 sentyabr 2022-ci il tarixli 595 № li “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Təqsirləndirilən şəxs 29 sentyabr 2022-ci il tarixdə saat 11:32-də müayinə olunarkən ayıq vəziyyətdə olmuşdur.(iş vər.31); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin xx.xx.2014-cü il tarixdə verdiyi BC seriyalı 612126 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və həmin vəsiqə xx.xx.2022-ci ilədək qüvvədədir. (iş vər.34); AD seriyalı 007649 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Mercedes Benz C180 Minik” markalı **-CS-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobil sahibi Təqsirləndirilən şəxsdur.(iş vər.35) məhkəmə-tibb ekspertizasının 29 sentyabr 2022-ci il tarixli 635 №li rəyindən görünür ki, 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 aşkar edilmiş xəsarət-sağ bazu sümüyünün qapalı sınığı – bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, əmələgəlmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir. Qeyd olunan xəsarət səhhətin uzun müddətə pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa az ağır zərər vuran xəsarətlərə aid edilir. (iş vər.71); məhkəmə-tibb ekspertizasının 29 sentyabr 2022-ci il tarixli 26 №li rəyindən görünür ki, 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs2 meyitində aşkar edilmiş xəsarətlər -açıq kəllə beyin travması, baş beyinin yumşaq toxumalarına qansızma ilə ağırlaşan alın-gichah və kəllə əsası sümüklərinin xətti sınığı, bədən səthinin çoxsaylı sıyrıqları – bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, həyatidir, ölümlə birbaşa səbəbli əlaqəlidir, sağlamlığa ağır zərər vurmaya xas əlamətlərə malikdirlər, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir. Mərhumun bilavasitə ölümünə səbəb açıq kəllə beyin travması nəticəsində baş beyinin yumşaq toxumalarına qansızma olmuşdur. Erkən meyit əlamətləri ölümün meyitin müayinəsindən 1-15 saat əvvəl baş verdiyini göstərir. (iş vər.72-74); zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X4 Zərərçəkmiş şəxs2 hüquqi varisi qismində tanınmışdır. (iş vər.87); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. ( iş vər. 99); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. ( iş vər. 106); zərərçəkmiş şəxsin hüquqi varisi X3 məhkəməyə ünvanladığı notarial qaydada təstiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. ( iş vər. 115); məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 23 yanvar 2023-cü il tarixli 8/3637 saylı rəyindən görünür ki, “Mercedes Benz C180” minik markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.19 “Geriyə dönmək qadağandır” yol nişanının), 42-ci maddəsinin 6-cı hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85 manatdır.(iş vər.144-146); maddi sübut kimi tanınma haqqında 01 fevral 2022-ci il tarixli qərardan görünür ki, “VAZ 21214” minik markalı M871QQ dövlət qeydiyyat nişanlı avtomobil və “Mercedes Benz C180” minik markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmışdır. (iş vər. 147-154); qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.( iş vər. 181-183); zərərçəkmiş şəxsin Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi notarial qaydada təstiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. MV № 018561 saylı xx.xx.2020-ci il tarixli Azərbaycan Qarabağı Müharibəsi Əlilləri, Veteranları və X6 Birliyinin Vəsiqələrinin surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs müharibə veterandır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, iş materiallarında olan maddi sübut, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində zərərçəkmiş şəxslə və digər zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini (CM-59.1.14), törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə və onun hüquqi varisi ilə barışıq əldə etməyə cəhd etməsini, müəlləm işləməsini, müharibə veteranı olmasını, ilk dəfə ehtiyatsızlıqdan törədilmiş əmələ görə cinayət məsuliyyətinə cəlb edilməsini, olmasını (CM-59.2) cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal (CM-61) müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib, 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış “VAZ 21214” minik markalı M871QQ dövlət qeydiyyat nişanlı avtomobil və “Mercedes Benz C180” minik markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 6 (altı) saat müddətində hüquqi yardımın dəyərinin ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №1(039)-70/2023
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-70/2023
05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver