Məhkəmə qərarları › İş №1(039)-71/2021

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-71/2021

18.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-71/2021 18.05.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxx 1990-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, barəsində 12 yanvar 2021-ci il tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, C.Kərimov küçəsi, ev 130-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq 1 ədəd ağ rəngli kağız bükümdə 0,266 qram şəxsi istehlak miqdarından artıq miqdarında narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib özündə saxlamış, 10 yanvar 2021-ci il tarixdə saat 19:00 radələrində Yevlax şəhəri R.Balakişiyev küçəsində Təqsirləndirilən şəxs qanunsuz narkotik dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb Yevlax rayon polis şöbəsinə gətirilərək saat 19:25 radələrində müdafiəçinin iştirakı və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində üzərində olan həmin 0,266 qram miqdarında narkotik vasitə olan heroin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, son vaxtlar narkotik vasitə olan heroindən istifadə etməyə başlamışdır. 09 yanvar 2021-ci il tarixdə axşam saatlarında yaşadığı Yevlax şəhəri, C.Kərimov küçəsi ilə yaşadığı evə gedərkən yerdə bir ədəd kağız bükülü görmüşdür. Həmin kağız bükülünü götürüb içərisinə baxmış və içərisində narkotik vasitə olan heroin olduğunu görmüşdür. O, narkotik vasitə istifadəçisi olduğu üçün həmin bükülülərdəki heroini özü istifadə etmək üçün götürüb pul kisəsinin içərisinə qoyaraq əynindəki şalvarın sağ yan cibinə qoyaraq saxlamışdır. Səhəri gün yəni, 10.01.2021-ci il tarixdə saat təxminən 19 radələrində Yevlax şəhəri, R.Balakişiyev küçəsi ilə piyada yaşadığı evə gedərkən Yevlax rayon polis şöbəsinin polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitə istifadə etməkdə və üzərində saxlamaqda şübhəli olduğunu deyərək onu Yevlax rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində təhqiqatçı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli olduğunu bildirərək onu tutmuşdur. O, Yevlax şəhər Vəkil Bürosunun vəkillərinin siyahısı ilə tanış olaraq Müdafiəçi özünə vəkil seçmişdir. Bundan sonra təhqiqatçı Müdafiəçi Yevlax rayon polis şöbəsinə dəvət etmiş və ona təqdim etmişdir. Təhqiqatçı hüquq və vəzifələrini izah etmiş və üzərində axtarışa başlamışdır. Bir nəfər polis əməkdaşı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Təhqiqatçı üzərində olmuş qanunsuz əşyaları çıxararaq təqdim etməyini təklif etmişdir. Həmin vaxt o, içərisində narkotik vasitə olan pul kisəsini əynindəki şalvarın sağ yan cibindən çıxardaraq təqdim etmişdir. O, pul kisəsinin içərisində kağız bükümdə narkotik vasitə olan heroin olduğunu, özü istifadə etmək üçün üzərində saxladığını və yerdən tapdığını demişdir. Polis əməkdaşları bükülünün içərisindəki kütləyə baxaraq narkotik vasitə olan heroinə bənzədiyini demişlər. Təhqiqatçı həmin bükülüdə olan heroini kağız bükümlə birlikdə elektron tərəzidə çəkmiş, çəkisi 0,42 qram olmuşdur. Təhqiqatçı həmin heroini kağız bükümlə birlikdə ağ rəngli zərfə qoymuş və zərfin açıq yerini yapışdıraraq 85 nömrəli möhürlə möhürləmişdir. O və müdafiəçisi Müdafiəçi zərfin üzərinə imza çəkmişlər. Təhqiqatçı heroini zərflə götürüb tərkibini müəyyən etmək üçün ekspertizaya göndərəcəyini demişdir. Təhqiqatçı tərtib etdiyi protokolu oxumuş, protokol düzgün olduğu üçün imzası ilə təsdiq etmişdir. Məhkəmədən əməlindən səmimi olaraq peşman olmasını, bir daha belə hallara yol verməyəcəyini və himayəsində üç azyaşlı uşağının olmasını nəzərə alaraq, ona həbslə əlaqədar olmayan daha yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin PPXB-nün polis nəfəri Şahid2 ifadəsində göstərdi ki, 10 yanvar 2021-ci il tarixdə Yevlax rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 ona Yevlax şəhəri, C.Kərimov küçəsi, ev 130-da yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlaması barədə Yevlax rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olduğunu, həmin məlumatı raportla Yevlax rayon polis şöbəsinin rəhbərliyinə məruzə etdiyini, rəhbərlik tərəfindən Turalın barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verildiyini demişdir. Şahid1 Turalın barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. Yevlax rayon polis şöbəsinin 10 yanvar 2021-ci il tarixli əmri ilə onun, Şahid1 və X6un iştirakı ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. Saat 19 radələrində o, polis əməkdaşı Şahid1lə birlikdə Yevlax şəhəri, R.Balakişiyev küçəsində Turalın yolun kənarı ilə getdiyini görmüşlər və ona yaxınlaşmışlar. Şahid1 Turala qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu, saxlanılaraq üzərinə baxış keçirilməsi üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etdiyini, üzərinə baxış keçirilməli olduğunu izah etmişdir. Tural üzərinə baxış keçirilməsinə heç bir etirazının olmadığını demişdir. Bundan sonra onlar Turalı Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirərək X6a təhvil vermişlər. Şahid1 Turalın gətirilməsi barədə raport yazmışdır. X8 tərtib etdiyi sənədlər əsasında Turalı şübhəli şəxs qismində tutmuşdur. Tural Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən hüquqlarının müdafiə edilməsini istədiyini bildirmişdir. Bundan sonra Müdafiəçi Yevlax rayon polis şöbəsinə dəvət edilmişdir. Xidməti iş otağında Elnur Cəlilov onun, Şahid1 və Müdafiəçi iştirakı ilə Turalın üzərində şəxsi axtarış aparmışdır. X12 hüquq və vəzifələrini izah etmişdir. O və digər iştirakçılar özlərini təqdim etmişlər. Yevlax rayon polis şöbəsinin kriminalistik tədqiqatlar qrupunun kriminalist köməkçisi X5 “Panasonic” markalı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Şəxsi axtarış zamanı Tural əynindəki şalvarın sağ yan cibindən bir pul kisəsini çıxardaraq masanın üzərinə qoymuşdur. Pul kisəsinin içərisinə baxış keçirən zaman oradan bir ədəd ağ rəngli kağız büküm aşkar ounmuşdur. Tural bir ədəd kağız bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, heroini yaşadığı Yevlax şəhəri, C.Kərimov küçəsində yerdən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Elnur Cəlilov bükülünü açmış, bükülüdə heroinə bənzər kütlənin olduğunu görmüşdür. Elnur Cəlilov həmin kütləni kağız bükümlə birlikdə elektiron tərəzidə çəkmiş, çəkisi 0,42 qram olmuşdur. X6 həmin kütləni kağız bükümlə birlikdə ağ rəngli zərfə qoymuş və zərfin açıq yerini yapışdırmış və üzərində qeydiyyat aparmışdır. Tural və müdafiəçisi Sevda xanım zərfin üzərinə imza çəkmişlər. Elnur Cəlilov zərfə bir neçə ədəd “zərflər üçün №85” möhürü yapışdırmışdır. Elnur Cəlilov zərfdə qablaşdırdığı maddənin heroin olub-olmadığını müəyyən etmək üçün ekspertizaya təqdim olunacağını bildirmişdir. Bundan sonra Turalın üzərinə keçirilmiş şəxsi axtarış başa çatmışdır. Elnur Cəlilov protokol tərtib etmiş və protokolu iştirakçılara oxumuşdur. O, protokolun doğruluğunu digər iştirksçılarla birlikdə imzası ilə təsdiq etmişdir. Turalın üzərindən aşkar edilmiş cəmi 0,266 qram miqdarında heroini haradan əldə etdiyini bilməmiş və Turalın üzərindən aşkar edilmiş heroini hər hansı bir şəxsdən alması, narkotik vasitənin satışı ilə məşğul olması barədə ona məlumat daxil olmamışdır. Sorğu zamanı Tural həmin heroini Yevlax şəhəri, C.Kərimov küçəsində yerdən tapdığını və narkotik vasitə istifadəçisi olduğu üçün həmin heroini özü istifadə etmək üçün əldə etdiyini bildirmişdir. Turalla qohumluğu, ədavət və düşmənçiliyi olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən şahid Yevlax RPŞ-nin CABnin əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlaması barədə 10 yanvar 2021-ci il tarixdə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. O, Turalın şəxsiyyəti barədə məlumatları yoxlamış, sonuncunun xx.xx.1990-cı il tarixdə Yevlax şəhərində doğulduğunu, Yevlax şəhəri, C.Kərimov küçəsi 130-da qeydiyyatda olmaqla yaşadığını müəyyən etmişdir. O, daxil olmuş məlumatı həmin gün raportla Yevlax rayon polis şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən Turalın barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Bundan sonra o, Turalın barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. Yevlax rayon polis şöbəsinin 10 yanvar 2021-ci il tarixli Ə-15-195-21 saylı əmri ilə onun, Yevlax rayon polis şöbəsinin PPXB-nün polis nəfəri polis serjantı Şahid2 və Yevlax rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X3 iştirakı ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. Yevlax rayon polis şöbəsinin CAB-nin rəisi, polis mayoru X7 həmin qrupun rəhbəri təyin edilmişdir. Həmin gün saat 19 radələrində o, polis əməkdaşı Şahid2lə birlikdə Yevlax şəhəri, R.Balakişiyev küçəsində olarkən Turalın yolun kənarı ilə getdiyini görmüşlər və ona yaxınlaşmışlar. O, Turala qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu, saxlanılaraq üzərinə baxış keçirilməsi üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etdiyini, üzərinə baxış keçirilməli olduğunu izah etmişdir. Tural üzərinə baxış keçirilməsinə heç bir etirazının olmadığını demişdir. Bundan sonra o, polis əməkdaşı Şahid2lə birlikdə Turalı Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirərək X6a təhvil vermişlər. O, Turalın gətirilməsi barədə raport yazmışdır. X4 tərtib etdiyi sənədlər əsasında Turalı şübhəli şəxs qismində tutmuşdur. Tural Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən hüquqlarının müdafiə edilməsini istədiyini bildirmişdir. Bundan sonra Müdafiəçi Yevlax rayon polis şöbəsinə dəvət edilmişdir. Xidməti iş otağında Elnur Cəlilov onun, Şahid2 və Müdafiəçi iştirakı ilə Turalın üzərində şəxsi axtarış aparmışdır. X12 hüquq və vəzifələrini izah etmişdir. O və digər iştirakçılar özlərini təqdim etmişlər. Yevlax rayon polis şöbəsinin kriminalistik tədqiqatlar qrupunun kriminalist köməkçisi X5 “Panasonic” markalı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Şəxsi axtarış zamanı Tural əynindəki şalvarın sağ yan cibindən bir pul kisəsini çıxardaraq masanın üzərinə qoymuşdur. Pul kisəsinin içərisinə baxış keçirən zaman oradan bir ədəd ağ rəngli kağız büküm aşkar ounmuşdur. Tural bir ədəd kağız bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, heroini yaşadığı Yevlax şəhəri, C.Kərimov küçəsində yerdən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Elnur Cəlilov bükülünü açmış, o, bükülüdə heroinə bənzər kütlənin olduğunu görmüşdür. Elnur Cəlilov həmin kütləni kağız bükümlə birlikdə elektiron tərəzidə çəkmiş, çəkisi 0,42 qram olmuşdur. X6 həmin kütləni kağız bükümlə birlikdə ağ rəngli zərfə qoymuş və zərfin açıq yerini yapışdırmış və üzərində qeydiyyat aparmışdır. Tural və müdafiəçisi Sevda xanım zərfin üzərinə imza çəkmişlər. Elnur Cəlilov zərfə bir neçə ədəd “zərflər üçün №85” möhürü yapışdırmışdır. Elnur Cəlilov zərfdə qablaşdırdığı maddənin heroin olub-olmadığını müəyyən etmək üçün ekspertizaya təqdim olunacağını bildirmişdir. Bundan sonra Turalın üzərinə keçirilmiş şəxsi axtarış başa çatmışdır. Elnur Cəlilov protokol tərtib etmiş və protokolu iştirakçılara oxumuşdur. O, protokolun doğruluğunu digər iştirksçılarla birlikdə imzası ilə təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması haqqında protokoldan və ona əlavə edilmiş video çəkilişdən görünür ki, axtarış aparılarkən Təqsirləndirilən şəxs narkotik vasitə heroini əynindəki şalvarın sağ yan cibindən çıxarıb özü könüllü olaraq təqdim etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə bioloji ekspertizasının 11 yanvar 2021-ci il tarixli 17/17 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərəindən aşkar edilmiş kütlə“ sözləri yazılmış içərisindəki 01 (bir) ədəd ağ rəngli kağız bükümdə, təmiz çəkisi-0,266 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata sərf edildi-0,050 qram, qalıq 0,216 qram. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan məhkəmənarkoloji ekspertizasının 25 mart 2021-ci il tarixli 298 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon Məhkəməsinin 13 sentyabr 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinib, 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə və 3000 (üç min) manat cərimə cəzasına məhkum edilmişdir. 19 sentyabr 2014-cü il tarixdə Nizami rayon Məhkəməsinin 18 sentyabr 2014-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. 05 iyun 2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 20.05.2016-cı il tarixli amnistiya qərarının 1.8-ci bəndinə əsasən təyin edilmiş 3000 (üç min) manat cərimə cəzasından azad edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş 23 mart 2021-ci il tarixli 98/2 saylı məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 7(007)-581/2014 saylı 13 sentyabr 2014-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 03 (üç) ay 22 (iyirmi iki) gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzasını 26 sentyabr 2014-cü il tarixdə çəkib qurtarmışdır. Yevlax rayon Məhkəməsinin 1(039)-80/2010 13 sentyabr 2010-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2 və 237.1-ci maddələri ilə təqsirli bilinərək 3000 (üç min) manat cərimə cəzasına məhkum edilmiş və ona “28 May Respublika günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Qərarının 1.8 bəndi tətbiq edilməklə cəzadan azad olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 10 yanvar 2021-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 19:00-da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 12 yanvar 2021-ci il tarixli təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər İHB-nın 1 saylı İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xasiyyətləndirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2010-cu il təvəllüdlü Xeyransa, 2015-ci il təvəllüdlü Arif və 2017-ci il təvəllüdlü Ümüd adlı üç azyaşlı uşağı var. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə, məhkəmə iclasında toplanmış sübutların toplusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsüf edilmişdir. O, həmin maddənin sanksiyası həddində təqsirli bilinib cəzalandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, ona düzgün olaraq CM-nin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, onun barəsində CM-nin 62 və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də işdə cəzanı ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılığını, himayəsində üç azyaşlı uşağının olmasını və yaşadığı yer üzrə müsbət xasiyyətləndirilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 10 yanvar 2021-ci il tarixdən 12 yanvar 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu bir gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Yevlax rayon ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan Yevlax şəhəri, C.Kərimov küçəsi, ev 130-da yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulmalı, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan Yevlax rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz 0,216 qram olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməlidir, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə keçirilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 10 yanvar 2021-ci il tarixdən 12 yanvar 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir gün iki gününə bərabər hesablanmaqla cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Yevlax rayon ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan ünvan 1 ünvanda yerləşən evin ərazi hüdudlarını tərk etməmək, cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının əvvəli Yevlax rayon İcra və Probasiya Şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kobinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Yevlax rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz çəkisi 0,216 qram olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İşdə olan 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 12 (on iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar