Məhkəmə qərarları › İş №1(039)-71/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-71/2022

26.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-71/2022 26.04.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs X2 Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxx 1999-cu il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində 17 mart 2022-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, Zərdabi küçəsi, ev 25 A-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismar qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az-ağır zərər vurulmasına səbəb olmuş yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs 06 dekabr 2021-ci il tarixdə, saat təxminən 20 radələrində Şahid məxsus “Khazar Peugeot minik” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobillə avtomobili idarə etmə hüquq verən BD 203280 seriyalı sürüçülük vəsiqəsi əsasında Yevlax şəhəri, H.Əliyev prospekti ilə şəhərin mərkəzi istiqamətində təxminən 55 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni nizamlanan piyada keçidinə yaxınlaşarkən avtomobilin sürətini hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi həddə qədər azaltmalı, piyada keçidinə daxil olmuş piyadaya yol verməli və bundan sonra hərəkətin təhlükəsizliyinin təmin olunacağına əmin olaraq hərəkətini davam etdirməli olduğu halda buna əməl etməyib piyada keçidi ilə yolun sol kənarından sağ kənarına doğru hərəkətdə olan piyada Qax rayon Qaşqaçay dairəsində qeydiyyatda olmaqla Yevlax şəhərində yaşayan, 1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs idarə etdiyi Khazar Peugeot minik” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ kənarı ilə vurmuş və nəticədə ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs sağlamlığına sağ bazunun qapalı sınığı və çıxığı, alın nahiyəsinin dərialtı hematoması xəsarətləri ilə müşayət olunan, dərəcəsinə görə səhətin uzun müddət pozulmasına səbəb olan sağlamlığa az-ağır zərər vuran bədən xəsarətləri yetirilməklə, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az-ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 263.1 maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, “Khazar Peugeot minik” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMCyə məxsus olmuşdur. Avtomobil lizinq müqaviləsinə əsasən qohumu Şahid həvalə edilmişdir. Müxtəlif vaxtlarda avtomobili Sənan yanında olmaq şərtilə idarə etmiş və sürücülük vəsiqəsi olmuşdur. 06 dekabr 2021-ci il tarixdə saat təxminən 20 radələrində qohumu Sənan ilə birlikdə işlədiyi "xxxx" MMC-dən çıxıb Bakı şəhərinə sənəd göndərmək üçün Yevlax rayon avtovağzalına getmişdir. Həmin tarixdə saat təxminən 21 radələrində qohumum Sənan ilə birlikdə Yevlax şəhər avtovağzalından Yevlax şəhəri, H.Əliyev prospekti istiqamətində hərəkət etməyə başlamışdır. Avtomobili özü idarə etmiş, Sənan isə avtomobildə qabaq sağ oturacaqda əyləşmişdir. Avtomobili Yevlax şəhəri, H.Əliyev prospektində təxminən 55 km/saat surətlə idarə etmişdir. Prospektdə “Zəfəran” aptekin qarşısında piyada keçidinə yaxınlaşmağa təxminən 6 metr qalmış, keçidin üzəri ilə Yevlax şəhəri, H.Əliyev prospektindən Yevlax şəhəri istiqamətinə doğru yolun sol kənarından sağ kənarına doğru tanımadığı bir nəfər şəxsin hərəkətdə olduğunu görmüşdür. Avtomobili saxlamaq üçün əyləci basmış, yer yaş olduğu üçün avtomobil sürüşməyə başlamışdır. Keçidin üzərində olan piyada avtomobiliin onu vuracağını görüb geriyə hərəkət etməyə başlamışdır. İdarə etdiyi avtomobili yolun sol kənarına çəkmiş və piyadını Yevlax şəhər istiqamətinə görə yolun sol kənarında vurmuşdur. Piyadanı vurduqdan sonra piyada yerə yıxılmış və Sənanla birlikdə avtomobildən düşərək, piyadanın geyim formasından onun polis əməkdaşı olduğunu bilmişlər. Sonra X4a zəng etmişlər və X4 avtomobili gəlmədiyi üçün Elnur adlı polis əməkdaşını yol ilə keçən qırmızı rəngli VAZ-2107 markalı avtomobil ilə Yevlax ŞMX-na aparmışlar. Hazırda zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəmişdir və onunla barışımışdır. Məhkəmədən törətdiyi əməldən səmimi olaraq peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəməsini və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, hazırda Yevlax RPŞ-nin TB-nin təhqiqatçısı vəzifəsində işləyir. 06 dekabr 2021-ci il tarixdə axşam saat 20 radələrində işlədiyi Yevlax rayon polis şöbəsindən işdən çıxıb yaşadığı evə piyada gedən zaman Yevlax şəhəri, H.Əliyev prospektinə çatdıqda asta yerişlə piyada keçidi üçün ayrılmış yerdən, yolun sol tərəfindən sağ tərəfinə doğru yolu keçməyə başlamışdır. Bu zaman yüksək sürətlə hərəkətdə olan “Khazar Peugeot minik” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil onu piyada keçidinin yəni piyadaların keçməsi üçün nəzərdə tutulmuş yerdə vurmuşdur. O, zərbənin təsirindən ikin olaraq avtomaşının qabaq sağ hissəsinə sonra isə örtük şüşəsinə dəymiş və yerə yıxılmışdır. Yerə yıxıldıqdan sonra oraya çoxlu sayda insanların toplaşmış və onu oradan dərhal Yevlax rayon mərkəzi xəstəxanasına aparmışlar. Yol nəqliyyat hadisəsi zamanı sağ ayağından və alın nahiyəsindən xəsarət almışdır. Həmin vaxtdan təxminən uzun müddət uzanıqlı vəziyyətdə yəni yataq rejimində olmuşdur. Hazırda təqsirləndirilən şəxs Salman Məmmədliyevlə barışmışdır. Məhkəmədən Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın ödənilməsini, hazırda Təqsirləndirilən şəxslə barışdığını və ondan heç bir şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən iş üzrə Şahid ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır və onunla qohumluq əlaqələri var. Zərərçəkmiş şəxs tanımamış və onunla heç bir əlaqəsi olmamışdır. “Khazar Peugeot minik” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. Belə ki, həmin avtomaşına hər ay aylıq pul ödənişini etmiş və avtomaşını öhdəliklərin ötürülməsi müqaviləsi MAS-997 saylı müqavilə əsasında idarə etmişdir. Həmin müqavilə üzrə avtomaşına məxsus bütün öhdəliklər ona məxsus olmuşdur. 06 dekabr 2021-ci il tarixdə saat 20 radələrində qohumu Salman ilə birlikdə idarə etdiyi avtomaşını Salmana idarə etmək məqsədi ilə vermiş və həmin vaxt o, özü Salmanın yanında yəni avtomaşının salonunda sağ oturaçaqda əyləşmişdir. Onlar birlikdə Yevlax rayon Mərkəzi avtovağzalın yanından düzünə şəhərin H.Əliyev prospektinə doğru gedərkən, Salman həmin vaxt idarə etdiyi avtomaşını təxminən 50-60 km saat sürətlə hərəkət etdirmişdir. Yevlax şəhəri, H.Əliyev prospektində piyadaların keçməsi üçün nəzərdə tutulmuş yolda Salman yolun sol kənarından sağ kənarına doğru hərəkətdə olan piyadanı vurmuş və onlar dərhal avtomaşından yerə düşmüşlər. Xəsarət almış piyadanı yəni sonradan adını bildiyi Elnuru tanımadığı şəxsin idarə etdiyi VAZ 2107 markalı avtomaşınla xəstəxanaya yola salmışlar. Sonra o, Salman ilə birlikdə hadisə yerində gözləmişlər və az sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Salmanla birlikdə hadisə yerinin müayinəsində iştirak etmiş və sonradan ona məlum olmuşdur ki, xəsarət almış şəxsin qılçası sınmışdır. Yol nəqliyyat hadisəsi zamanı avtomaşına dəymiş maddi ziyanla bağlı heç bir şikayət və tələbi olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyinin Yevlax rayon Şöbəsinin xx.xx.2021-ci il tarixli, 830 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ bazunun qapalı sınığı və çıxığı, alın nahiyəsinin dərialtı hematoması olmuşdur. Bu xəsarətlər bərk küt alətin təsirindən törənmişdir. xx.xx.2021-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı piyadanın vurulması nəticəsində törənməsi istisa edilmir. Qeyd olunan xəsarət səhhətin uzun müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa az-ağır zərər vuran xəsarətlərə aid edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş yol nəqliyyat hadisəsi ekspertizasının 17 yanvar 2022-ci il tarixli 8/18 nömrəli rəyindən görünür ki, “Khazar Peugeot minik” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2021-ci il tarixdə verilmiş BD203280 nömrəli sürücülük vəsiqəsinin surətindən dən görünür ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi var. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsində bildirilir ki, Bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın ödənilməsini, hazırda Təqsirləndirilən şəxslə barışdığını və ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət Prosessual Məcəllə: Maddə 39.1.11. cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Maddə 40.3. Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Maddə 43.1.2. Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alaraq məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin 263.1 maddəsi ilə onun barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.8, 43.1.2, 321.2.1 və 384.1-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət təqibinə təqsirləndirlən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı ödədiyindən, barəsində olan cinayət işinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar