Məhkəmə qərarları › İş №1(039)-72/2022

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-72/2022

27.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-72/2022 27.04.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxx 1995-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 fevral 2017-ci il tarixli hökm ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2 maddəsi ilə təqsirli bilinərək 05 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 avqust 2019-cu il tarixli qərarı ilə barəsində “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu tətbiq edilərək həmin cəza azaldılaraq 04 il 06 ay hədində müəyyən edilmiş, 18 mart 2021-ci il tarixdə cəza müddətinin başa çatması ilə əlaqədar azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində Yevlax Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 19 yanvar 2022-ci il tarixdən hesablanmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Məmməd oğluna qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq 1 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə şəxsi istehlak miqdarından artıq cəmi 0,774 qram miqdarından kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib əynindəki şalvarının sağ cibində saxlamış, 19 yanvar 2022-ci il tarixdə Yevlax şəhər Avtovağzalının yaxınlığında qanunsuz narkotik dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb Yevlax Rayon Polis Şöbəsinə gətirilərək saat 20:34-dən 20:52-dək müddətdə müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində üzərində olan həmin psixotrop maddə olan metamfetamin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, narkotik vasitələrdən və psixotrop maddə olan metamfetamindən mütəmadi olaraq istifadə edir. Bakı şəhərində, Lökbatan qəsəbəsində olan zaman yerdən bir bükülü tapmışdır. Həmin bükülünü açdıqda içində psixotrop maddə olan metamfetamin olduğunu aşkar etmişdir. Həmin bükülünü sonra istifadə etmək üçün cibinə qoyub saxlamışdır. 19 yanvar 2022-ci il tarixdə axşam saatlarında Yevlax şəhər Avtovağzalının yaxınlığında olarkən ona polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim edib onu polis şöbəsinə dəvət etmişlər. Bunun səbəbi kimi narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmişlər. Şöbədə ona müdafiəçi təqdim edilmiş və bildirilmişdir ki, video çəkiliş aparılmaqla onun üstünə baxış keçiriləcəkdir. Baxış zamanı saxladığı, işində metamfetamin olan bükülünü çıxarıb təqdim etmiş və etiraf etmişdir ki, bükülünün içində olan maddə metamfetamindir. Əməlindən peşman olduğunu bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Şahid1 Rafail oğlu bildirmişdir ki Yevlax rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 19 yanvar 2022-ci il tarixdə Yevlax şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu məlumat əsasında şöbənin rəhbərliyi tərəfindən əməliyyat qrupu yaradılmışdır. Həmin gün, saat təxminən 19:30-da, əməliyyat qrupunun üzvləri tərəfindən Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək o, Yevlax şəhər Avtovağzalı yaxınlığında saxlanılmış və polis şöbəsinə dəvət edilmişdir. Yevlax Rayon Polis Şöbəsinin inzibati binasında ona müdafiəçi təqdim edilmiş və video çəkiliş aparılmaqla onun üzərinə baxış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ cibindən 1 ədəd gümüşü-ağ rəngli kağız büküm aşkar edilmişdir. Həmin bükülünün içində isə şəxsi istehlak miqdarından artıq cəmi 0,774 qram miqdarında psixotrop maddə olan metamfetaminə bənzər maddə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, bükülünün içindəki maddə psixotrop maddə olan metamfetamindir, 19 yanvar 2022-ci il tarixdə günorta saatlarında Bakı şəhərində yerdən tapmış və özü istifadə etmək üçün üzərində saxlamışdır. Şahid X2 bildirmişdir ki, Yevlax RPŞ İTB sahə polis nəfəri vəzifəsində işləyir. 19 yanvar 2022-ci il tarixdə məlumat əsasında yaradılmış əməliyyat qrupunun üzvü kimi Təqsirləndirilən şəxs saxlanılmasında və üzərinə baxış keçirilməsində iştirak etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən içində psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs etiraf etmişdir ki, bu, psixotrop maddə olan metamfetamindir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını özündə əks etdirən video yazıya baxış keçirilmiş, onun üzərində şəxsi axtarış aparılan zaman əynindəki şalvarın sağ yan cibindən bir ədəd bükülünün aşkar olunması müəyyən edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin X1 20 yanvar 2022-ci il tarixli 17/75 saylı ekspert rəyində qeyd olunur ki, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs Məmməd oğlunun üzərindən aşkar olunaraq götürülmüş ...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi – 0,774 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. (səh.39) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserin 09 mart 2022-ci il tarixli 296 nömrəli rəyində qeyd olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (səh.121) Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 fevral 2017-ci il tarixli hökmünün surəti ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2 maddəsi ilə təqsirli bilinərək 05 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (səh.112-117) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 avqust 2019-cu il tarixli qərarının surəti ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu tətbiq edilərək həmin cəza azaldılaraq 04 il 06 ay hədində müəyyən edilmişdir. (səh. 118-120) Tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs cəza müddəti 18 mart 2021ci il tarixdə bitmişdir. (səh. 77-78) Cinayət Məcəlləsi: Maddə 18.1. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Maddə 65.2. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Maddə 83.1. Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Maddə 83.3. Aşağıdakı hallarda məhkumluq ödənilmiş hesab olunur: 83.3.3. az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə; Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, yəni satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlamada təqsirli olması özünün etirafı, şahidin ifadəsi, ekspertiza rəyləri ilə tam sübuta yetirilmişdir və buna görə ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, törətdiyi əməldən peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayətlərin residivini cəzasını ağırlaşdıran hal kimi nəzərə alır və ona, müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmayan cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş və X3 saxlanılan 0,724 qram miqdarında psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalıdır. Ekspertiza tədqiqatının dəyəri 71.94 manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Müdafiəçi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü üçün 90 manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM Е T D İ: Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 19 yanvar 2022-ci il tarixdən hesablansın . Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Maddi sübut - X3 saxlanılan 0,724 qram çəkidə narkotik vasitə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən : Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar