Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-72/2023 28.03.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X4 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Müdafiəçi Zərərçəkmiş şəxs X2 və qanuni nümayəndəsi X3 iştirakı ilə xx.xx.2005-ci il tarixdə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, təhsilsiz, işsiz, məhkumluğu olmayan, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 28 mart 2023-cü il tarixdə Yevlax rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmuşdur. Belə ki, xx.xx.2005-ci il təvəllüdlü Təqsirləndirilən şəxs оğlu 20 mart 2022-ci il tarixdə həmin vaxtı yetkinlik yaşına çatmayan şəxs olaraq yaşadığı ünvan 1 ünvanında, aralarındakı yaş fərqi iki ildən çox olan xx xxxx 2007-ci il təvəllüdlü olmaqla həmin vaxt on altı yaşına çatmayan Zərərçəkmiş şəxs ilə təbii yolla cinsi əlaqədə olaraq onun qızlıq pərdəsinin tamlığını pozmuş və bundan sonra həmin hərəkətlərini davam etdirərək həmin tarixdən 2022-ci ilin sentyabr ayının əvvəlində istintaqla müəyyən edilməyən günədək mütəmadi olaraq qəsdən Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun arvadıdır. O, 20 mart 2022-ci il tarixdə Zərərçəkmiş şəxs ilə öz istəyi ilə və el adət-ənənəsilə evlənmişdir. O, Zərərçəkmiş şəxs sevdiyi üçün Baharla özü könüllü olaraq nikahdan kənar ailə həyatı quraraq evlənmişdir. Baharla evləndikdən sonra onlar onun Yevlax şəhəri Xətai küçəsində yerləşən evində qalmışlar. Bahar ilə evləndikdən sonra onunla könüllü razılığı ilə cinsi əlaqədə olmuşdur. Belə ki, Baharla ilk dəfə evləndikləri gün, yəni 20 mart 2022-ci il tarixdə cinsi əlaqədə olmuşlar. Həmin günü o, Baharın bakirəliyini pozmuşdur. Onların 18 yaşları tamam olmadığı üçün rəsmi nikah bağlamamış, Zərərçəkmiş şəxs 16 yaşının tamam olmadığını bilmiş, lakin 16 yaşı tamam olmamış qadınla cinsi əlaqədə olmağın cinayət məsuliyyəti yaratdığını bilməmişdir. Sonuncu dəfə arvadı Baharla sentyabr ayının əvvəllərində dəqiq yadında qalmayan gündə yaşadığı evdə cinsi əlaqdə olmuşdur. Belə ki, Bahar hamilə olduğundan onlar həmin vaxtdan sonra cinsi əlaqdə olmamışdırlar. O, Zərərçəkmiş şəxs onunla öz istəyi və arzusu ilə evlənmiş, həmçinin onun və baharın öz istəyi və arzusu ilə onunla cinsi əlaqdə olmuşdur. Məhkəmədən son sözündə əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxslə ailə kimi bir yerdə yaşamalarını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq ona qanunda nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin iştirakı ilə dindirilən yetkinlik yaşına çatmamış Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 20 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ilə öz istəyi ilə və el adət-ənənəsilə evlənmişdir. O, 2022-ci ilin mart ayında Əsədlə nikahdan kənar ailə həyatı quraraq evlənmişdir. O, Əsədlə evləndikdən sonra onun Yevlax şəhəri Xətai küçəsində yerləşən evində qalmışdır. Onlar el adət-ənənəsi ilə evləndikdən sonra cinsi əlaqədə olmuşlar. O, könüllü olaraq öz razılığı ilə Əsədlə təbii yolla cinsi əlaqədə olmuşdur. Əsədlə ilk dəfə evləndikləri gün, yəni 20 mart 2022-ci il tarixdə cinsi əlaqədə olmuş, və onun bakirəliyi pozulmuşdur. Onun 18 yaşı tamam olmadığı üçün rəsmi nikah bağlamamışlar. Təqsirləndirilən şəxs və yaxud da hər hansı bir şəxs tərəfindən ona Əsədlə evlənməsi, həmçinin cinsi əlaqədə olması üçün hər hansı bir fiziki olaraq və yaxud da psixioloji olaraq zor, təziq tətbiq edilməmişdir. Sonuncu dəfə əri Əsədlə sentyabr ayının əvvəllərində cinsi əlaqdə olmuşdur.Onun Təqsirləndirilən şəxsla evlənməsi və Əsədlə cinsi əlaqədə olması ilə bağlı heç kimdən hər hansı bir şikayəti və tələbi yoxdur.Hazırda bir azyaşlı ovladları var. Məhkəmədən təqsirləndirilən şəxslədən heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq təqdirləndirilən şəxs barəsində qanunda nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur və Zərərçəkmiş şəxs onun gəlinidir. Bahar və Əsəd 2022-ci ilin mart ayında öz razılıqları ilə evlənərək ailə həyatı qurmuşdurlar. Zərərçəkmiş şəxs oğlu Əsədlə evlənməsi ilə bağlı hər hansı bir şəxs tərəfindən hər hansı bir qaydada fiziki və ya psixi təsir, təziq olmamışdır. Baharla Əsəd evləndikdən sonra onlarla birlikdə eyni evdə yaşayırlar. Onların evliliyindən bir övladları doğulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2007-ci il tarixdə Yevlax şəhərində anadan olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan şübhəli şəxs qismində tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 25 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X7 Yevlax rayon şöbəsinin 07 fevral 2023-cü il tarixli 55 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində onun travma almasını göstərən obyektiv məhkəmə-tibb əlamətləri (qançır, sıyrıq və s.) aşkar edilmədi. Zərərçəkmiş şəxs Əsəd qızının qızlıq pərdəsinin tamlığı pozulmuşdur. Pozulma müddəti iki həfətədən (14 gündən) çoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İHB-nın Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspert rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə düzgün tövsüf olunmuşdur və o, törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Plenumunun “30” aprel 2021ci il tarixli qərarında göstərilmişdir ki, “cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, himayəsində azyaşlı övladının olmasılnı, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət əməli törətməsini, əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını və yaşayış yerindən müsbət xasiyyətləndirilməsini CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinin sanksiyasında nəzərdə tutullan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın həddini müəyyən edərkən, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, ilk dəfə az ağır cinayət törətməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, cəzanı çəkmədən islah olunmasının mümkünlüyünü nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsini tədbiq edilməsi və təyin edilmiş cəzanı şərti hesab olunmasını mümkün hesab edir. Məhkəmə yuxarıda qeyd edilən halları nəzərə alaraq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün hesab edir və onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək, sınaq müddəti müəyyən edilməklə təyin edilmiş cəza şərti olaraq tətbiq edilməlidir. Sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxsin üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəsini alan vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia verilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək, ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 6 (altı) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmün icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Sədrlık edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-72/2023
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-72/2023
28.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver