Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-73/2022 10.05.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, Müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi3 iştirakları ilə xx xxxxxx 1993-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, barəsində 10 noyabr 2021-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş, Gəncə şəhəri, Qurtuluş küçəsi, ev 51, mənzil 35-də qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 03 oktyabr 1983-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, barəsində 10 noyabr 2021-ci il tarixdə «ev dustaqlığı» qətimkan tədbiri seçilmiş, Gəncə şəhəri, Kəpəz rayonu, Qurtuluş küçəsi, döngə 1, ev 49 A, mənzil 20-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qəsdən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 2021-ci ilin sentyabr ayının əvvəllərində istintaqla müəyyən edilməyən gündə və vaxtda hər biri ayrı-ayrılıqda 25 manat, cəmi 50 manat pulun müqabilində qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 12,25 qram narkotik vasitə olan qurudulmuş marixuananı istintaqla müəyyən olunmayan mənbədən əldə edib Təqsirləndirilən şəxs1 etibarnamə əsasında idarə etdiyi VAZ-21074 markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön oturacaqlarının arasında qoyulmuş dirsək altı kimi istifadə olunan əşya qutusundakı kağız materialdan olan stəkanın içərisinə qoyaraq saxlamış, Təqsirləndirilən şəxs1 həmin avtomobillə Bakı şəhərindən Gəncə şəhəri istiqamətində hərəkətdə olan zaman 16 sentyabr 2021-ci il tarixdə saat təxminən 10 radələrində DİN-nin BDYPİ-nin YPXA-nın 722 saylı stasionar postunda Yevlax RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq həmin gün saat 10:20-dən saat 11:15-dək olan müddət ərzində video çəkilişlə həmin avtomobilə keçirilmiş baxış zamanı avtomobilin əşya qutusundan 01 ədəd kağız materialdan olan stəkanın içərisində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxladıqları təmiz çəkisi 12,25 qram narkotik vasitə qurudulmuş marixuana aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs2 qəsdən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 2021-ci ilin sentyabr ayının əvvəllərində istintaqla müəyyən edilməyən gündə və vaxtda hər biri ayrı-ayrılıqda 25 manat, cəmi 50 manat pulun müqabilində qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 12,25 qram narkotik vasitə olan qurudulmuş marixuananı istintaqla müəyyən olunmayan mənbədən əldə edib Təqsirləndirilən şəxs1 etibarnamə əsasında idarə etdiyi VAZ-21074 markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön oturacaqlarının arasında qoyulmuş dirsək altı kimi istifadə olunan əşya qutusundakı kağız materialdan olan stəkanın içərisinə qoyaraq saxlamış, Təqsirləndirilən şəxs1 həmin avtomobillə Bakı şəhərindən Gəncə şəhəri istiqamətində hərəkətdə olan zaman 16 sentyabr 2021-ci il tarixdə saat təxminən 10 radələrində DİN-nin BDYPİ-nin YPXA-nın 722 saylı stasionar postunda Yevlax RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq həmin gün saat 10:20-dən saat 11:15-dək olan müddət ərzində video çəkilişlə həmin avtomobilə keçirilmiş baxış zamanı avtomobilin əşya qutusundan 01 ədəd kağız materialdan olan stəkanın içərisində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxladıqları təmiz çəkisi 12,25 qram narkotik vasitə qurudulmuş marixuana aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs1 özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitə olan marixuanadan və psixotrop maddə olan metamfetamindən hərdənbir istifadə etmişdir. Təqsirləndirilən şəxs2 və Şahid3 tanıyır. Mirini uzun müddətdir ki, tanıyır lakin onunla yaxın münasibəti olmamışdır. Mirinin narkotik vasitələrdən mütəmadi olaraq istifadə etdiyini bilmişdir. 2021-ci ilin sentyabar ayının əvvəllərində sosial şəbəkə vasitəsi ilə bir nəfər şəxslə tanış olmuşdur. Həmin şəxs 50 manat pul qarşılığında marixuana sata biləçəyini demiş və o, bu bardə dostu Turala bildirmişdir. Tural ilə birgə razılaşaraq hər biri 25 manat pul qoymuş ümumi 50 manata marixuna almaq qərarına gəlmişlər. Bundan sonra Turaldan almış olduğu 25 manata pulun üzərinə özü də 25 manat pul qoyduqdan sonra 50 manata qurudulmuş marixuananı almışdır. Onlar həmin 50 manata almış olduqları marixunadan Tural ilə birlikdə bir qədər istifadə etmişlər. Lakin narkotik vasitə marixuananın yaxşı təsirli olmadığından onların xoşuna gəlməmişdir. Həmin marixuandan istifadə etdikdən sonra qalan bir hissəsini Turalla birlikdə istifadə etmək məqsədi ilə onun idarə etdiyi VAZ 2107 markalı avtomaşının qoltuq altısına qoymuşlar. 2021-ci ilin sentyabr ayının 15-də saat 21 radələrində Gəncə şəhərində özünə məxsus olan etibarnamə əsasında idarə etdiyi VAZ-2107 markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan zaman istifadəsində olan ***- ***-**-** saylı mobil nömrə ilə Turalın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək onunla görüşmək istədiyini bildirmişdir. Tural razılaşaraq onun yaşadığı binanın yaxınlığına gəlmiş və orada görüşmülər. Tural ilə söhbət edən zaman “patı” adı ilə tanınan metamfetamin psixotrop maddəsindən söhbət düşmüş və metamfetamin psixotrop maddəsindən istifadə etmək qərarına gəlmişlər. Bu məqsədlə Tural və o, əvvəllər tanıdığı Miri adlı şəxsə istifadəsində olan mobil nömrə ilə zəng etmişlər. Miridən telefon vasitəsilə metamfetamin psixotrop maddəsini istəmişlər. Həmin gün saat təxminən 22 radələrində Miri ilə görüşən zaman Miridən bir daha istifadə etmək üçün metamfetamin psixotrop maddəsi istəmişlər. Miriyə onalara metamfetamin psixotrop maddəsi verəcəyi halda ona 60 manat pul verəcəklərini demişlər və Miri onlarla razılaşmışdır. O, Miriyə metamfetamin psixotrop maddəsi verməsi müqabilində 60 manat pul vermişdir. Həmin 60 manat pulun 30 manatını metamfetamin psixotrop maddəsi almaq üçün Tural ona vermişdir. Miri 16 sentyabr 2021-ci il tarixdə onlara metamfetamin verəcəyini demişdir. Daha sonra Miri ondan onu avtovağzal ərazisinə aparmağı xahiş etmişdir. Mirini dediyi kimi avtovağzal ərazisinə aparmış, avtovağzal ərazisinə çatdıqdan sonra Miri Bakı şəhərinə getmək istədiyini deyərək onu 65 manat müqabilində Bakı şəhərinə aparmağı xahiş etmişdir. Miri ilə razılaşmış və üçü birlikdə saat təxminən 23 radələrində Bakı şəhərinə getmişlər. Bakı şəhərinə çatmağa az qalmış təxminən saat 03 radələrində Miri avtomobili Xırdalan qəsəbəsinə sürməyi bildirmişdir. Oraya çatdıqdan sonra Xırdalan qəsəbəsinin girişində Mirinin avtomobildən düşmüş və onu gözləməyi xahiş etmişdir. O, Turalla təxminən 15 dəqiqə avtomobildə gözlədikdən sonra Miri əlində yaşıl rəngli sellofan torba ilə gəlib avtomobilə əyləşmişdir. Mirinin əlində olan sellofan torbada nə olduğunu bilməmişdir. Miri avtomobilə oturduqdan sonra o, avtomobili Gəncə istiqamətinə sürməyə başlamışdır. Bakı şəhərinin çıxışında Miri sellofan torbanın içərisindən metamfetamin psixotrop maddəsini çıxartmış və onlar Bakı şəhərinə gələn zaman Mirinin marketdən aldığı şüşə lampanın içərisinə qoymuşlar. Mirinin şüşə lampanın içərisinə qoymuş olduğu metamfetamin psixotrop maddəsindən onlar növbəli şəkildə hər üçü istifadə etmişlər. Gəncə şəhəri istiqamətində hərəkətdə olan zaman Yevlax rayonu stasionar YPX postundan keçən vaxt YPX əməkdaşları onun idarə etdiyi avtomobilə saxla işarəsi vermişlər. YPX əməkdaşları ondan avtomobilə dair sənədləri istəmişlər. O, sənədləri YPX əməkdaşlarına təqdim etdikdən sonra onlar hər üçünün danışıqlarından şübhələndikləri üçün Yevlax RPŞ-nə məlumat vermişlər. Məlumat verən zaman Miri onun avtomobilindən düşərək əlində olan sellofan torbanı qoyub qaçıb getmişdir. Yevlax RPŞ-nin əməkdaşları stasionar posta gəldikdən sonra onun öz razılığı ilə videoçəkiliş vasitəsilə avtomobilə baxış keçirmişlər. Baxış zamanı avtomobilin qabaq sağ oturacağının altından və saxlanc yerindən Miriyə məxsus sellofan torbanın içərisində narkotik vasitə heroin və marixuana, psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Baxış zamanı aşkar olunan heroin narkotik vasitə və metamfetamin psixotrop maddəsinin Miriyə, marixuananın isə tanışı Turalla ona məxsus olmuşdur. Mirinin Bakı şəhərində narkotik vasitə və psixotrop maddə almış olduğu şəxsi görməmişdir. Məhkəmədən son sözündə əməlindən səmimi olaraq peşman olmasını, əvvəllər məhkum olunmamasını, himayəsində İİ qrup əlil atasının olmasını və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, ona həbslə əlaqədar olamayan cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs2 elan edilmiş CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, marixuanadan və psixotrop maddə olan metamfetamindən hərdənbir istifadə etmişdir. 2-ci Qarabağ müharibəsi qazisidir. Təqsirləndirilən şəxs1 və Şahid3 tanıyır. Ceyhunla qonşu olmuşlar və münasibətləri yaxşı olmuşdur. Mirini də uzun müddətdir tanıyır, lakin onunla yaxın münasibəti olmamışdır. Mirinin narkotik vasitələrdən mütəmadi olaraq istifadə etdiyini bilmişdir. Dostu Təqsirləndirilən şəxs1 ilə birlikdə hərdən bir marixuanadan istifadə etmişlər. 2021-ci ilin sentyabar ayının əvvəllərində Ceyhun sosial şəbəkə vasitəsi ilə bir nəfər şəxslə tanış olduğunu və həmin şəxsin 50 manat pul qarşılığında marixuana sata biləçəyini bildirmişdir. Onlar birgə razılaşaraq hər biri 25 manat pul qoymuş və ümumi 50 manata marixuna almaq qərarına gəlmişlər. Ceyhunun bundan sonra ondan almış olduğu 25 manata pulun üzərinə 25 manat pul qoyduqdan sonra 50 manata qurudulmuş marixuananı almışdır. Onlar həmin marixunadan Ceyhun ilə birlikdə bir qədərin istifadə etmişlər. Qalan marixuananın yaxşı təsiri olmadığından onların xoşuna gəlməmişdir. Sonra marixuananın qalan bir hissəsini isə qərara gəlmişlər ki, Ceyhunun idarə etdiyi VAZ 2107 markalı avtomaşının qoltuq altına qoyaraq orada saxlasınlar və lazım olsa birgə istifadə etsinlər. 2021-ci ilin sentyabr ayının 15-də saat 21 radələrində Gəncə şəhərində olarkən dostu Ceyhun istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək onunla görüşmək istədiyimi bildirmişdir. Ceyhunun özünə məxsus olan VAZ-2107 markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun yaşadığı binanın yaxınlığına gəlmiş və orada görüşmüşlər. Ceyhun ilə söhbət edən zaman “patı” adı ilə tanınan metamfetamin psixotrop maddəsindən söhbət düşmüş və onlar hər ikisi metamfetamin psixotrop maddəsindən istifadə etmək qərarına gəlmişlər. Bu məqsədlə Ceyhun və o, əvvəllər tanıdığı Miri adlı şəxsə istifadəsində olan mobil nömrəyə zəng edərək metamfetamin psixotrop maddəsini istəmişlər. Həmin gün saat təxminən 22 radələrində Miri ilə görüşmüşlər, görüşən zaman Miridən bir daha istifadə etmək üçün metamfetamin psixotrop maddəsi istəmişlər. Miri metamfetamin psixotrop maddəsi verəcəyi halda 60 manat pul verəcəklərini demişdir. Miriyə metamfetamin psixotrop maddəsi verməsi müqabilində 60 manat pul vermişlər və həmin 60 manat pulun 30 manatını Ceyhun ona vermişdir. Miri 16 sentyabr 2021-ci il tarixdə onlara metamfetamin verəcəyini demiş və daha sonra Miri Ceyhundan onu mərkəzi avtovağzal ərazisinə aparmağı xahiş etmişdir. Avtovağzal ərazisinə çatdıqdan sonra Miri Bakı şəhərinə getmək istədiyini bildirərək Ceyhuna 65 manat müqabilində Bakı şəhərinə aparmağı xahiş etmişdir. Ceyhun Miri ilə razılaşmış və onlar üçü birlikdə saat təxminən 23 radələrində Bakı şəhərinə getmişlər. Bakı şəhərinə çatmağa az qalmış təxminən saat 03 radələrində Miri avtomobili Xırdalan qəsəbəsinə sürməyi bildirmişdir. Oraya çatdıqdan sonra Xırdalan qəsəbəsinin girişində Mirinin avtomobildən düşmüş və onu gözləməyi xahiş etmişdir. Ceyhunla təxminən 15 dəqiqə avtomobildə gözlədikdən sonra Miri əlində yaşıl rəngli sellofan torba ilə gəlib avtomobilə əyləşmişdir. Mirinin əlində olan sellofan torbada nə olduğunu bilməmişdir. Miri avtomobilə oturduqdan sonra Ceyhunun idarə etdiyi avtomobili Gəncə şəhəri istiqamətinə sürməyə başlamışdır. Bakı şəhərinin çıxışında Miri sellofan torbanın içərisindən metamfetamin psixotrop maddəsini çıxarmış və onlar Bakı şəhərinə gələn zaman Miri marketdən aldığı şüşə lampanın içərisinə qoymuş və metamfetamin psixotrop maddəsindən növbəli şəkildə hər üçü istifadə etmişlər. Gəncə şəhəri istiqamətində hərəkətdə olan zaman Yevlax rayonu ərazisində YPX postunun YPX əməkdaşları avtomobilə saxla işarəsi vermişlər. Ceyhun avtomobili saxlamış, YPX əməkdaşları Ceyhundan avtomobilə dair sənədləri istəmişlər. YPX əməkdaşları onların hər üçünün danışıqlarından şübhələndikləri üçün Yevlax RPŞ-nə məlumat vermişlər. Bu zaman Miri Ceyhunun idarə etdiyi avtomaşının qabaq oturacağından düşərək əlində olan sellofan torbanı qoyub qaçıb getmişdir. Yevlax RPŞnin əməkdaşları stasionar posta gəldikdən sonra Ceyhunun razılığı ilə videoçəkiliş vasitəsilə avtomobilə baxış keçirmişlər. Baxış zamanı avtomobilin qabaq sağ oturacağının altından və saxlanc yerindən Miriyə məxsus sellofan torbanın içərisində narkotik vasitə heroin, marixuana və psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Lakin marixuana tanışı Ceyhunla ona məxsus olmuşdur. Özünə məxsus olan marixuananı 2021-ci ilin sentyabr ayının əvvəllərində Gəncə şəhərində tanımadığı yəni sosial şəbəkə vasitəsi ilə Ceyhunun tanış olduğu şəxsdən almışdır. Ceyhunun avtomobilində narkotik vasitə olan marixuana olması barədə Mirinin məlumatı olmamışdır. Stasionar postda avtomobilə baxış keçirildikdən sonra Yevlax RPŞ-nin əməkdaşları onu və Ceyhunu Yevlax RPŞ-yə gətirmişlər. Məhkəmədə son sözündə əməlindən səmimi olaraq peşman olmasını, 2-ci Qarabağ müharibəsi qazisi olduğunu, əvəllər məkum olunmamasını və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini xahiş etdi. İş üzrə şahid DİN-nin BDYPİ-nin YPXA-nın polis baş serjantı Şahid1 Təvəkül oğlu məhkəməyə ərizə ünvanlayaraq işi ilə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyini və ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən iş üzrə şahid DİN-nin BDYPİ-nin YPXA-nın polis baş serjantı Şahid1 Təvəkül oğlu ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Yevlax rayon ərazisindən keçən 722 saylı stasianar posda postda posd yoldaşı Şahid2 ilə birlikdə xidmətdə olarkən, Bakı- Qazax avtomagistralının 280-ci km-də Gəncə şəhəri istiqamətində hərəkətdə olan VAZ 2107 markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini post yoldaşı Şahid2 saxlatmışdır. Həmin vaxt o, nəqliyyat vasitəsinə yaxınlaşaraq özünü təqdim etmiş, bu zaman nəqliyyat vasitəsində olan şəxslərin yəni sürüçü və sərnişinlər özlərini şübhəli apardıqları üçün onlara nəqliyyat vasitəsini postun duracaq meydançasına sürməsini bildirmişdir. Bundan sonra polis əməkdaşı Şahid2 Yevlax rayon polis şöbəsinə xidmət etdikləri ərazidə şübhəli nəqliyyat vasitəsinin olması və nəqliyyat vasitəsinə baxış keçirilməsi barədə barədə məlumat vermişdir. Onlar orada gözləyən zaman Miri adlı şəxs qaçaraq uzaqlaşmışdır. Bundan sonra nəqliyyat vasitəsinə baxış keçirilmiş və baxış zamanı nəqliyyat vasitəsindən sellofan torbanın içərisində narkotik vasitə heroin, qurudulmuş marixuana, eyni zamanda eloktron tərəzi və psixotrop maddə metamfetamin, 13 ədəd metadon həbləri və üzərlərinə Dekcalqin və Mejezik yazılımış həblərin aşkar olunaraq götürülmüşdür. Avtomobili idarə edən Ceyhun adlı sürüçü həmin aşkar olunmuş narkotik vasitə heroin eyni zamanda eloktron tərəzi və psixotrop maddə metamfetamin, 13 ədəd metadon həblərinin Miri adlı şəxsə məxsus olduğunu, lakin qurudulmuş marixuananın isə özünə və Turala məxsus olduğunu bildirmişdir. İş üzrə şahid DİN-nin BDYPİ-nin YPXA-nın polis baş serjantı Şahid2 məhkəməyə ərizə ünvanlayaraq işi ilə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyini və ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən iş üzrə şahid DİN-nin BDYPİ-nin YPXA-nın polis baş serjantı Şahid2 ibtidai istintaq zamanı Şahid1 Təvəkül oğlunun ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. İş materiallarına əlavə olunmuş hadisə yerinə baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında protokoldan və ona əlavə edilmiş video çəkilişdən görünür ki, VAZ 2107 markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış zamanı avtomobilin əşya qutusundan 01 ədəd kağız materialdan olan stəkanın içərisində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxladıqları təmiz çəkisi 12,25 qram narkotik vasitə qurudulmuş marixuana aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib götürülmüşdür. Tədqiqata təqdim edilmiş, üzərində “Vət Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomaşından götürülmüş narkotik vasitəyə aid əşyalar” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kağız materialdan olan stəkanın içərisindəki təmiz çəkisi-12,25 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Həmin stəkanın içərisindəki təmiz çəkisi -1,10 qram olan bitki mənşəli kütlə narkotik vasitələrə aid deyildir. Tədqiqata təqdim edilmiş, üzərində “Vət Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomaşından aşkar edilmiş dərman və digər şübhə doğuran əşyalar” Sözləri və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd elektron tərəzidə və 01 (bir) ədəd baş hissəsi kəsilmiş şüşə flakonda olan maddə hissəcikləri-heroin hissəcikləridir. Həmin zərfin içərisindəki şüşə lampada olan maddə hissəcikləri-metamfetamin hissəcikləridir. 01 (bir) ədəd şpristdə narkotik və psixotrop maddə hissəcikləri aşakar edilmədi. Heroin hissəcikləri və metamfetamin hissəcikləri cüzi miqdarda olduğundan onların təmiz çəkisini müəyyən etmək mümkün olmadı. Tədqiqata təqdim edilmiş, üzərində “Vət Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomaşından aşkar edilmiş narkotik vasitələrə bənzər vasitələr” sözləri və imzaları yazılmış zərfin içərisindəki dərman həblərinin tədqiqatını müvafiq laboratoriya cihazı olmadadığından aparmaq mümkün olmadı. Tədqiqata təqdim edilmiş metamfetaminlər tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş heroinlər tərkiblərinə görə eynidirlər. Marixuananın təmiz çəkisi 12,25 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 12,20 qram. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə kimyəvi ekspertizasının 14 dekabr 2021-ci il tarixli 6/5336 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N85”, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsi TƏDQİQAT OBYEKTİ №3” dairəvi möhür əksi, “vət.Təqsirləndirilən şəxs1” “Yevlax RPŞ-nin Rəy 17/697” yazı və imzalar olan zərfdə 1 ədəd konvalyut kəsiyində 5 ədəd üzərində “F/M40” qəhvəyi rəngli, dairəvi formalı həb və 1 ədəd üzərində “F/M40” yazılan konvalyutda 10 ədəd qəhvəyi rəngli dairəvi formalı həb sintetik narkotik vasitə-metadondur. Təqdim olunmuş 15 ədəd həbin tərkibində metadonun təsir ediçi maddənin ümumi miqdarı 0,6 qramdır (həbin üzərində olan göstəriçiyə əsasən 1ədəd həbdə metadon təsir maddəsinin miqdarı 0,04 qramdır). Həmin zərfdə olan 1 ədəd üzərində “deksalqin” yazılan konvalyut kəsiyində 1 ədəd ağ rəngli dairəvi formalı həb və 2 ədəd üzərində “Majezik” yazılan konvalyutda ümumi sayı 10 ədəd olan oval formalı göy rəngli həblər narkotik vasitə və psxotrop maddələrə aid deyildir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına (Siyahı ll) daxildir. Deksalqin və Mojazik dərman peraparatları 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, ha belə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına, lisenziya “xüsusi razılıq tələb olunan perekursorların siyahılar”na və 18 Mart 2016-cı il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən və zərərli maddələrin siyahısı”na daxil deyil. Qeyd : Metadon həbləri 15 ədəd, tədqiqata sərf edildi 2 ədəd, qalıq 3 ədəd. Deksalqin həbi 1 ədəd, tədqiqata sərf edildi 2/1 ədəd, qalıq ½ həb. Majezik həbi 10 ədəd, tədqiqata sərf edildi 2 ədəd, qalıq 8 ədəd həb. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan məhkəmənarkoloji ekspertizasının 08 dekabr 2021-ci il tarixli 1474 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitədən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən və metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan məhkəmənarkoloji ekspertizasının 07 fevral 2022-ci il tarixli 158 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 3-cü qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi malicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 16 sentyabr 2021-ci il tarixli cinayət törətməkdə şübhəli şəxs qismində tutma protokolundan görünür ki, həmin tarixdə saat 11:40-da Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 18 sentyabr 2021-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 16 sentyabr 2021-ci il tarixli şübhəli şəxs qismində tutma protokolundan görünür ki, həmin tarixdə saat 14:50-da Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 18 sentyabr 2021-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Yevlax rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli 4(039)-173/2021 saylı qərarının surətindən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində 02 ay 06 gün müddətinə həbs qətimakn tədbiri seçilmiş və həbsetmənin əvvəli 10 noyabr 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Yevlax rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli 4(039)-172/2021 saylı qərarının surətindən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində 02 ay 06 gün həddində yəni, istintaq müddətinin sonunadək müəyyən edilmiş və əvvəli 10 noyabr 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Gəncə şəhər İcra hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalab Birliyinin 12 nömrəli xidmət sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən DSMF-nin Gəncə şəhəri, Kəpəz rayon Şöbəsi tərəfiindən verilmiş 025494 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 atası X3 müddətsiz 1-ci qrup əlildir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən DSMF-nin Gəncə şəhəri, Kəpəz rayon Şöbəsi tərəfiindən verilmiş 025493 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 qardaşı X4 2-ci qrup əlildir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə Psixiatrik ekspertizasının Məhkəmə Psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 99 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 ona şamil edilən hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər(Gəncə şəhər Psixonevroloji Dispanserindən verilmiş xx.xx.2021-ci tarixli 6106 saylı arayış), anamnestik məlumatlar və hazırki, ekspertiza( ekspertiza zamanı onda emisionaldavamsızlıq aşkar edilməsi, bir qədər hövsələsiz olması, tez qıcılqlanması, xırda qıcığa nevrotik reaksiya ilə cavab verməsi və s.) imkan verir. Təqsirləndirilən şəxs1 müşahidə edilən xarakteroloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik çizgiləri) baxmayaraq o, ona şamil edilən hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun barəsində tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə Psixiatrik ekspertizasının xx.xx.2021-ci il tarixli 779 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 postrravmatik stress pozuntusu, pokommotsion sindrom XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatın 10-cu baxış) F43.1, F07.2 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və az ifadəli olması səbəbindən o, ona şamil edilən hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun barəsində tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən şəxsiyyəti təsdiq edən sənəd üzrə axtarışdan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar İİİ dərəcəli əlildir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlamaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri məhkəmə istintaqı zamanı verdikləri etirafedici ifadələri, habelə şahid ifadələri, baxış protokolu, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, ona görə də onlar həmin maddədə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzalanmalıdırlar. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə düzgün olaraq ittiham verilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi, onların barəsində CM-nin 62 və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, eləcə də işdə cəzanı ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlini səmimi etiraf edib peşman olmasını, humayəsində 1-ci qrup əlil atası, 2-ci qrup əlil olan qardaşının olmasını və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, Təqsirləndirilən şəxs2 əməlini səmimi etiraf edib peşman olmasını və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2-ъи Гарабаь мцщарибясиндя İİİ dərəcəli əlil olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onların cəzalarını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 10 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi dövrdə narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə, qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs2 16 sentyabr 2021-cu il tarixdən 18 sentyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı və 10 noyabr 2021-ci il tarixdən 10 may 2022ci il tarixədək ev dustaqlığında olduğu 06 (altı) ay 02 (iki) gün müddətin 01 günü Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 02 gün hesablanmaqla 01 (bir) il 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs2 qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nın 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Təqsirləndirilən şəxs2 üzərinə cəza müddəti ərzində yaşadığı Gəncə şəhər Kəpəz rayonu ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan Gəncə şəhəri, Kəpəz rayonu, Qurtuluş küçəsi, döngə 1, ev 94 A, mənzil 20-də yerləşən evin ərazi hüdudlarını tərk etməmək, cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 İİİ qrup əlil olduğu üçün narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilə bilməz, Təqsirləndirilən şəxs2 narkoloji kobinetdə qeydiyyata alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, Təqsirləndirilən şəxs2 qızının cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə Gəncə şəhəri, Kəpəz rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış ekspertiza tətqiqatından sonra qalan ümumi təmiz çəkisi 12,20 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 103 (bir yüz üç) manat 65 (altmış beş) qəpik təşkil edir, həmin Təqsirləndirilən şəxs1dn, tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə köçürülməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. (CPM-nin 193.2) İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 16 sentyabr 2021-ci il tarixdən 18 sentyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 10 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 narkoloji kobinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 16 sentyabr 2021-cu il tarixdən 18 sentyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı və 10 noyabr 2021-ci il tarixdən 10 may 2022ci il tarixədək ev dustaqlığında olduğu 06 (altı) ay 02 (iki) gün müddətin 01 günü Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 02 gün hesablanmaqla 01 (bir) il 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə cəza müddəti ərzində yaşadığı Gəncə şəhəri, Kəpəz rayonu, ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan Kəpəz rayonu, Qurtuluş küçəsi, döngə 1, ev 49 A, mənzil 20-də yerləşən evin ərazi hüdudlarını tərk etməmək, cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 cəzasının əvvəli Gəncə şəhəri, Kəpəz rayon İcra və Probasiya Şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 narkoloji kobinetdə qeydiyyata alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə Gəncə şəhər, Kəpəz rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut kimi tanınmış ekspertiza tətqiqatından sonra qalan ümumi təmiz çəkisi 12,20 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İşdə olan 103 (bir yüz üç) manat 65 (altmış beş) qəpik ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Təqsirləndirilən şəxs1 Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 5 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilsin. Təqsirləndirilən şəxs2 Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3 göstərdiyi 7 (yeddi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 42 (qırx iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3 ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-73/2022
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-73/2022
10.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver