Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-73/2024 02.07.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar qızının sədrliyi, Mədətov Samir Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1932-ci ildə Yevlax rayonu Aşağı Qarxun kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, məhkumluğu olmayan, təqaüdçü, Yevlax rayonu Aşağı Qarxun kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam.” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət 259.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 10 oktyabr 2023-cü ildə gün ərzində Yevlax rayonu Aşağı Qarxun kəndində yerləşən Yevlax rayon X4 mülkiyyətinə aid torpaq sahəsində əkilmiş meşə fonduna daxil olmayan diametri 30 sm olan 1 ədəd 300 manat dəyərində tut ağacını, diametri 28 sm olan 1 ədəd 250 manat dəyərində tut ağacını, diametri 14 sm olan 1 ədəd 150 manat dəyərində tut ağacını , diametri 20 sm olan 1 ədəd 180 manat dəyərində tut ağacını, diametri 10 sm olan 2 ədəd 240 manat dəyərində tut və qaraağac ağacını, 12 sm olan 2 ədəd 240 manat dəyərində tut ağacını , 18 sm olan 1 ədəd 180 manat dəyərində tut ağacını, diametrləri 12 sm olan 1 ədəd 120 manat dəyərində qaraağac ağacını, 18 sm olan 1 ədəd 180 manat dəyərində qaraağac ağacını, 46 sm olan 1 ədəd 700 manat dəyərində qaraağac ağacını, 26 sm olan 2 ədəd 500 manat dəyərində qaraağac ağacını, 38 sm olan 1 ədəd 400 manat qaraağac ağacı olmaqla ümumilikdə meşə fonduna daxil olmayan 15 ədəd kök üstə yaş müxtəlif cinsli ağacları qəsdən kəsərək təbiətə cəmi 3440 (üç min dörd yüz qırx) manat məbləğində xeyli miqdarda ziyan vurmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, ekspert rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, 15 ədəd müxtəlif növ ağaclar onun tərəfindən kəsilmişdir. Onun həmin ağacları kəsməkdə hər hansı bir şəxsi məqsədi olmamışdır. Təqsirləndirilən şəxs Yevlax rayon Aşağı Qarxun kəndində ona məxsus 0014 nömrəli Torpağa dair mülkiyyət hüququna dair Dövlət aktı ilə ona verilmiş torpaq sahəsində keçən il arpa əkmiş, indi bu il isə yonca əkmiş.O,onun özünə məxsus olan mülkiyyətimdə olan torpaq ərazisində əkin işləri görmüş. 10 oktyabr 2023-cü ildə həmin ona məxsus pay torpağında əkinə hazırlaq aparmaq üçün ağacların təxminən 15 dənə qaraağac və tut cisli ağacların budaqlarını kəsib mühafizə üçün çəpər kimi sahənin qırağına qoymuşdur.Həmçinin məhkəmədən bu əməlinin düzgün olmadığını, və 200 ağac əkəcəyini söyləmişdir. Məhkəmədə iclasında zərərçəkmiş şəxsinin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Yevlax rayonu Aşağı Qarxun kəndində Yevlax şəhər Bələdiyəsinin sədr köməkçisi vəzifəsində işləyir. Yevlax rayon Aşağı Qarxun kəndində bələdiyyə mülkiyyətində olan müxtəlif növ yaş olmaqla ağac və kollar kəsilmiş və nəticədə təbiətə zərər dəymişdir. Ona hazırda məlumdur ki, həmin ağac və kollar Yevlax rayonu Aşağı Qarxun kəndində yaşayan Təqsirləndirilən şəxs tərəfindən kəsilmişdir. Həmin ərazidə olan ağacların kəsilməsi ilə bağlı Təqsirləndirilən şəxs tərəfindən Yevlax rayon X5 rəsmi və yaxud da qeyri-rəsmi olaraq hər hansı bir məlumat verilməmişdir. Yevlax rayon Aşağı Qarxun kənd bələdiyyəsinin mülkiyyətindəki ümumi istifadədə olan torpaq sahəsində olan 15 növ ağac və kolların Yevlax rayon X4 məlumatı olmadan qanunsuz olaraq kəsildiyini bildirmişdir. Hacıyev X3 Qnyazdan heç bir şikayətlərinin olmadığını, və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadələrində Yevlax rayon Aşağı Qarxun kəndində kənd sakini Təqsirləndirilən şəxs məxsus pay torpaq sahəsində və torpaq sahəsinin kənarında ağacların kəsilməsi barədə daxil olmuş məlumat əsasında 12 oktyabr 2023-cü il tarixdə həmin kənd icra nümayəndəsi Şahid3 və Yevlax rayon X4 Rövşən Bostanovun , həmçinin Təqsirləndirilən şəxs özünün iştirakı ilə həmin kəndə gedib baxış keçirtmişlər.Baxış zamanı müəyyən edilmişdir ki, ağacın kəsildiyi ərazi kənd sakini Təqsirləndirilən şəxs məxsus pay torpaq sahəsi və həmin torpaq sahəsinin hüdudlarında kənarında ümumi istifadədə olan bələdiyyə ərazisidir.Əraziyə baxış zamanı tut və qarağac cinsli müxtəlif diametrli köküstü yaş halda 15 ədəd ağacların kök boğaz hissəsindən kəsilərək məhv edilməsi müəyyən edilmişdir.Həmin kəsilərək məhv edilmiş diametri 30 sm olan 1 ədəd, diametri 28 sm olan 1 ədəd, diametri 14 sm olan 1 ədəd, diametri 20 sm olan 1 ədəd, diametri 10 sm olan 2 ədəd, 12 sm olan 2 ədəd, 18 sm olan 1 ədəd tut cinsli (cəmi 9 ədəd ), eləcədə diametrləri 12 sm olan 1 ədəd, 18 sm olan 1 ədəd, 46 sm olan 1 ədəd, 26 sm olan 2 ədəd, 38 sm olan 1 ədəd köküstə yaş halda qarağac cinsli (cəmi 6 ədəd )ağacların kəsilərək məhv edildiyi müşahidə edilmişdir.Həmçinin baxış zamanı ağaclar kəsilərkən yaş halda və bioloji inkişafda olduğu müəyyən edilmişdir.Həmçinin əraziyə baxış zamanı həmin ağacların fotoşəkilləri də çəkilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş digər şahid X2, Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdirlər. Məhkəmə iclasında iştirak edə bilməyən və ibtidai istintaq dövründəki ifadəsi elan olunmuş Şahid1 digər şahidlərlə eyni məzmunlu ifadə vermişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 8 saylı RETSİ-si tərəfindən tərtib edilmiş xx.xx.2023-ci il tarixli, 81556 №-li aktda Yevlax rayon Aşağı Qarxun kənd ərazisində bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsində meşə fonduna daxil olmayan, diametri 30 sm olan 1 ədəd, diametri 28 sm olan 1 ədəd, diametri 14 sm olan 1 ədəd, diametri 20 sm olan 1 ədəd, diametri 10 sm olan 2 ədəd, 12 sm olan 2 ədəd, 18 sm olan 1 ədəd tut cinsli (cəmi 9 ədəd ), eləcədə diametrləri 12 sm olan 1 ədəd, 18 sm olan 1 ədəd, 46 sm olan 1 ədəd, 26 sm olan 2 ədəd, 38 sm olan 1 ədəd köküstə yaş halda qarağac cinsli (cəmi 6 ədəd ) ağacların yəni ümumilikdə 15 ədəd kök üstə yaş halda müxtəlif cinsli ağacların qanunsuz kök boğazından kəsilərək təbiətə dəymiş ziyanın məbləği nəzəri qaydada 3440,00 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 23 yanvar 2024-cü il tarixli, 9/146 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına 8 saylı RETSİ-si tərəfindən tərtib edilmiş xx.xx.2023-ci il tarixli, 81556 №-li aktda Yevlax rayon Aşağı Qarxun kənd ərazisində bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsində meşə fonduna daxil olmayan, diametri 30 sm olan 1 ədəd, diametri 28 sm olan 1 ədəd, diametri 14 sm olan 1 ədəd, diametri 20 sm olan 1 ədəd, diametri 10 sm olan 2 ədəd, 12 sm olan 2 ədəd, 18 sm olan 1 ədəd tut cinsli (cəmi 9 ədəd ), eləcədə diametrləri 12 sm olan 1 ədəd, 18 sm olan 1 ədəd, 46 sm olan 1 ədəd, 26 sm olan 2 ədəd, 38 sm olan 1 ədəd köküstə yaş halda qarağac cinsli (cəmi 6 ədəd ) ağacların yəni ümumilikdə 15 ədəd kök üstə yaş halda müxtəlif cinsli ağacların qanunsuz kök boğazından kəsilərək təbiətə dəymiş ziyanın məbləği nəzəri qaydada 3440,00 manat müəyyən edilmişdir. 04 mart 2024-cü il tarixdə qəbul edilmiş “qətimkan tədbiri seçilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspert rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə düzgün tövsüf olunmuşdur və o, törətdiyi cinayətə görə cəza almalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət əməli törətməsini, əməlindən səmimi peşmançılığını, 92 yaşda olmasını CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsinin sanksiyasında nəzərdə tutullan islah işləri növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın həddini müəyyən edərkən, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, ilk dəfə az ağır cinayət törətməsini,92 yaşda olmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin olmamasını, cəzasının ağırlaşdıran hal olmamasını, əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, cəzanı çəkmədən islah olunmasının mümkünlüyünü nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsini tədbiq edilməsi və təyin edilmiş cəzanı şərti hesab olunmasını mümkün hesab edir. Məhkəmə yuxarıda qeyd edilən halları nəzərə alaraq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün hesab edir və onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək, sınaq müddəti müəyyən edilməklə təyin edilmiş cəza şərti olaraq tətbiq edilməlidir. Sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxsin üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəsini alan vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dяyişdirilmədən saxlanılмалыдыр. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir (CPM-193.2). Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülməlidir. İş üzrə mülki iddia verilməmiş, maddi sübut yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu Аzərbаycаn Respublikаsı Cinаyət Məcəlləsinin 259.1- ci mаddəsi ilə nəzərdə tutulmuş cinаyət əməlini törətməkdə təqsirli bilinərək aylıq qаzаncının 10 (on) fаizi dövlət nəfinə tutulmаqlа 06 (altı) ay müddətinə islаh işləri cəzаsınа məhkum edilsin. Təqsirləndirilən şəxs оğlu bаrəsində Аzərbаycаn Respublikаsı Cinаyət Məcəlləsinin 70-ci mаddəsi tətbiq оlunmаqlа оnа айлыг qаzаncının 10 (on) fаizi dövlət nəfinə tutulmаqlа, təyin оlunmuş 06 (altı) ay müddətinə islah işləri növündə cəzа şərti оlаrаq tətbiq edilsin və bаrəsində 6 (altı) ay müddətinə sınаq müddəti müəyyən оlunsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat ekspertiza xərci alınaraq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 14 (on dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 84 (səksən dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmün icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(039)-73/2024
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-73/2024
02.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver