Məhkəmə qərarları › İş №1(039)-74/2021

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-74/2021

04.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-74/2021 04.05.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs , Cinayət qanuni ilə nəzərdə tutulmuş şəxs əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1994-cü il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş yekun protokolda qeyd olunur ki, o, 06.04.2021-ci il tarixdə saat təxminən 13 radələrində Yevlax şəhəri, E.Ağayev küçəsi döngə 2, mənzil 4-də yaşadıqları evdə ailə-məişət münasibətləri zəminində qardaşı arvadı Zərərçəkmiş şəxs qəsdlə əvvəlcə yumruq və təpik zərbələri ilə vurarq “sol gicgah nahiyəsinin əzilmiş yarası, sol göz altı nahiyəsinin qançır, sol bazunun 1/3-nin iş səthinin sıyrığı” daha sonra isə Zərərçəkmiş şəxs tərəf əlindəki stəkanı ataraq ona “Sol saidin orta 1/3-nin yan səthinin kəsilmişdeşilmiş yarası” ilə müşayiət edilən bədən xəsarəti yetirərək Zərərçəkmiş şəxs sağlamlığı qısa müddət pozulmasına səbəb olmuş qəsdən sağlanmlığına yüngül zərər vurmuşdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü istinad edilən əməldə təqsirli bilərək söyləmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşı Etibarın arvadıdır, həm də keçmiş arvadı Zərifin bacısıdır. 06 aprel 2021-ci il tarixdə saat təxminən 13:00-da Zərərçəkmiş şəxs ilə ütü üstündə mübahisələri düşmüşdür. Əsəbi olduğundan əlindəki çay stəkanını Nigarın baş hissəsinə tərəf atmışdır. Stəkan divara dəyərək sınmış və qırıqları Nigarın qoluna və üzünə dəymişdir. Mübahisə zamanı evdə olanlar onları aralayıb onu sakitləşdirmişlər. Sonradan Nigar ondan şikayət etsə də, hazırda onunla barışmışdır. Əməlindən peşman olduğunu bildirməklə, ona yüngül cəzanın təyin edilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs onun həm qayını, həm bacısının keçmiş əridir. Onunla eyni ünvanda yaşayırlar. Bacısı Şahindən boşandıqdan sonra münasibətləri daha da kəskinləşmişdir. 06 aprel 2021-ci il tarixdə, təxminən saat 14:00-da evdə olan zaman Şahinlə aralarında məişət zəminində mübahisə başlamışdır. Bu zaman Şahin əlindəki çay stəkanını ona tərəf atmışdır. Stəkan başına dəymiş və o, bir anlıq özünü itirərək yerə yıxılmışdır. Səs-küyə qayınanası Solmaz gəlib Şahini kənara çəkib onu sakitləşdirmişdir. Təqsirləndirilən şəxsla artıq barışmışdır, ona qarşı hər hansı bir tələbi yoxdur. Ona yüngül cəzanın təyin edilməsini xahiş etmişdir. Şahid1 bildirmişdir ki, Zərərçəkmiş şəxs onun oğlu Etibarın arvadıdır, Təqsirləndirilən şəxs isə oğludur. Belə ki, Şahin Nigarın bacısı ilə boşandıqdan sonra aralarında ara-sıra mübahisələr olur. 06 aprel 2021-ci il tarixdə günorta saatlarında oğlu Şahinin yüksək səslə danışdığını eşitmiş və dərhal onun olduğu otağa getmişdir. Otağa daxil olduqda Şahinin Nigardan ütüyə görə mübahisə etdiyini görmüşdür. Şahin əsəbi halda əlindəki çay stəkanını Nigara tərəf atmış, stəkan divara dəyərək sınmış qırıqları isə Nigarın qoluna və üzünə batmışdır. Şahini sakitləşdirərək kənara çəkmişdir. Şahid3 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə-tibb ekspertizasının 07 aprel 2021-ci il tarixli 165 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədənində xəsarətlər aşkar edilmişdir: sol saidin orta 1/3nin yan səthinin kəsilmiş deşilmiş yarası, sol gicgah nahiyəsinin əzilmiş yarası, sol gözaltı nahiyənin qançırı, sol bazunun yuxarı 1/3-nin iç səthinin sıyrığı: Bu xəsarətlərdən kəsilmişdeşilmiş yara iti kənarlı alətin, ola bilsin bıçağın, qalan digər xəsarətlər küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 06.04.2021-ci il tarixə uyğun gəlir. Qeyd edilən xəsarətlər səhhətin qısa müddətə pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa “yüngül” zərər vuran xəsarətlərə aid edilir. (səh.07-08) Tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs 25 aprel 2019-cu il tarixdə Cinayət Məcəlləsinin 73.2 maddəsi ilə barəsində olan Cinayət Məcəlləsinin 128 maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə cinayət məsuliyyətindən azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini, yəni qəsdən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına yüngül xəsarət yetirməsi özünün etirafedici ifadəsi, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi ilə tam sübuta yetirilmiş və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışsa da, o, bir dəfə bu səbəblə artıq cinayət məsuliyyətindən azad edildiyindən hazırkı iş üzrə həmin əsasla iş üzrə icraata xitam verilə bilməz. Cinayət Məcəlləsi: 72-ci maddənin qeyd hissəsinin birinci bəndinə görə, şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Maddə 73.2. Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır, səmimi peşmançılıq hissi keçirməsini, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır və ona, müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Müdafiəçi məhkəmə zamanı göstərdiyi hüquqi yardıma görə 12 saat hesablanmaqla hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 maddəsi ilə təqsirli bilinərək, 300 (üç yüz) saat ictimai işlər cəzasına məhkum edilsin. Cəzasını yaşadığı ərazinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ictimai yerlərdə çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs ictimai işlər cəzasının çəkilməsinə cəlb olunduğu andan hesablansın. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Hökmün icrası Yevlax rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 72 manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən : Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar