Məhkəmə qərarları › İş №1(039)-74/2022

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-74/2022

30.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-74/2022 30.11.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1980-ci il tarixdə Kəlbəcər rayonu doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işləməyən, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(051)-100/2021 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 il 11 ay müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin cəzanı çəkməmiş, Mingəçevir şəhəri 3cü Naxçıvan küçəsi ev 23A qeydiyyatda olmaqla Yevlax rayonu Havarlı kəndində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham aktında qeyd edilir ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə ələ keçirmək məqsədi ilə Gəncə Hərbi Məhkəməsinin 19 aprel 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 331.2, 332.2.1 və 332.3-cü maddələri ilə təqsirli bilərək 09 il 01 ay 25 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin cəzanı çəkən X1 Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin vasitəsi ilə 2020-ci ilin mart ayında azadlığa çıxaracağını 2019-cu ilin oktyabr ayında sonuncunun anası Zərərçəkmiş şəxs1 vəd verərək sonuncunu aldadıb xx.xx.2019-cu ildə saat 07:30-da tanımadığı taksi sürücüsünün vasitəsilə Zərərçəkmiş şəxs1 ona göndərdiyi 10,000 manat pulunu, 2021-cu ilin oktyabr ayının 20-dən 22-ə qədər olan müddətdə istintaqla müəyyən edilməyən gündə saat 15 radələrində Yevlax şəhəri, B.İmanov küçəsində yaşadığı evin yaxınlığında 13,000 manat pulunu və 2019-cu ilin oktyabr ayının sonralarında istintaqla müəyyən edilməyən gündə axşam saatlarında Şahid2 yaşadığı Yevlax şəhəri, B.İmanov küçəsi 53 saylı evdə 7,000 manat pulunu, ümumilikdə isə xeyli miqdarda cəmi 30,000 manat pulunu alıb Zərərçəkmiş şəxs1 aldadaraq vədinə əməl etməməklə ona xeyli miqdarda ziyan vurmaqla 30,000 manat pulunu ələ keçirib qəsdən dələduzluq etmişdir. Bundan başqa, o, təkrar olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Mingəçevir şəhəri sağ sahildə yerləşən Zərərçəkmiş şəxs2 istifadəsində olan sənədsiz 0,6 ha ölçüdə olan torpaq sahəsinin sənədlərini üç ay ərzində rəsmiləşdirib sahibi Zərərçəkmiş şəxs2 təhvil verəcəyini 2020-ci ilin noyabr ayında sonuncuya vəd verərək, onu aldadıb Zərərçəkmiş şəxs2 2020-ci ilin noyabr ayının sonlarında istintaqla müəyyən edilməyən gündə günorta saatlarında Yevlax rayonu, Havarlı kəndi ərazisində 1,200 manat pulunu alıb onu aldadaraq vədinə əməl etməməklə Zərərçəkmiş şəxs2 1,200 manat pulunu ələ keçirib qəsdən təkrar dələduzluq etmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilərək söyləmişdir ki, 2019-cu ildə, yay aylarında, tarixi dəqiq xatırlamadığı gündə tanışı Şahid2 ilə söhbət zamanı, sonuncu ona bildirmişdir ki, onun qonşuluğunda yaşayan qadının oğlu 5 il bundan əvvəl hərbi xidmətdə adam öldürdüyü üçün həbs edilmiş və oğlunun həbsdən çıxarılması üçün yaxşı pul verir, əgər əlaqələriniz varsa ona köməklik göstərin demişdir. Kənana əlaqələrinin olduğunu, həmin qadına kömək edə biləcəyini söyləmişdir. Onlar həmin günü Kənanın Yevlax rayon, Havarlı kəndində yerləşən evinə getmişlər. Eyni zamanda Kənan qonuşusu Zərərçəkmiş şəxs1 da oraya çağırmışdır. Söhbət edən zaman Mülayim xanım oğlunun həbsi ilə bağlı bütün məlumatları ona bildirmiş və oğlunun həbsdən azad edilməsi üçün hətta 50,000 manat da pul verə biləcəyini demişdir. Zərərçəkmiş şəxs1 tanıdığı şəxslərə məsləhətləşib ona cavab verəcəyini bildirmişdir. Bir neçə gün sonra Bakı şəhərində yaşayan tanışı, əvəllər prokurorluq orqanlarında işləmiş Şahid1 zəng edərək ona bir nəfər şəxin adam öldürməyə görə 9 il həbs verildiyini, artıq beş il cəza çəkdiyini, qalan 4 ili çəkməmək üçün nə etmək mümkün olub-olmadığını soruşmuşdur. Zərərçəkmiş şəxs1 oğlu X2 barədə bütün məlumatları və onun barəsində olan məhkəmə hökmlərini Mülayimdən alaraq Bakı şəhərinə gedərək Faiqə vermişdir. Faiq bununla bağlı Konstutisiya Məhkəməsinə göndərəcəyini demişdir. O, bundan sonra Mülayimə zəng edərək onun oğlunu həbsdən azad elətdirmək üçün yüksək vəzifəli şəxslərlə razılaşdığını və onun oğlunun azadlığa çıxartmağın qarşılığında 30,000 manat pul istəmişdir. Mülayim bunula razılaşmış və 17 oktyabr 2019-cu il tarixdə tanımadığı taksi sürücüsü vasitəsi ilə ona 10,000 min manat pul göndərmişdir. Bundan təxminən iki gün sonra Yevlax şəhər ərazisində yerləşən bazarda Şahid2 işlədiyi meyvə-tərəvəz piştaxtasının yanında Kənandan Mülayimin ona göndərdiyi 13,000 manat pulu götürmüşdür. Bundan başqa 2019-cu ilin oktyabr ayının sonlarında axşam saatlarında tanışı Rəşadla birlikdə Kənanın yaşadığı evə getmiş və Kənan ona orada Mülayimin ona göndərmiş olduğu 7,000 manat pulu vermişdir. Bununla da o, Mülayimdən ümumilikdə 30,000 manat pul almışdır. Mülayimin oğlunu çəkməmiş olduğu cəzadan azad edilməsinin mümkün olmadığını öncədən bilmişdir. Lakin, Şahid1 Konstutuisya Məhkəməsi vasitəsilə Mülayimin oğlu Hüseyni azadlığa buraxdıracağına ümid etmişdir. Onun Mülayimdən pul almasından Şahid1 məlumatı olmamışdır. Şahid1 vasitəəsi ilə iki vəkillə tanış olmuş və onların hər birinə 200 manat pul verərərək onlarla müqavilə bağlamışdır. Bunu etmişdir ki, Mülayim onun aldadıldığını hiss etməsin. Mülayimdən aldığı pulu yalnız özü mənimsəyib xərcləmiş, bundan Şahid2 və Şahid7 də məlumatları olmamışdır. Lakin, Zərərçəkmiş şəxs1 artıq 10,000 manat ödəmişdir. Bundan başqa, Mingəçevir şəhərində evlərin alış satışı ilə məşğul olan tanışı Şahid6 vasitəsi ilə Zərərçəkmiş şəxs2 ilə tanış olmuşdur. Mobil Əhmədov torpağını sənədləşdirmək lazım olduğunu ona bildirmişdir. Mobillə Yevlax rayonu, Havarlı kəndində görüşərək ona məxsus, Mingəçevir şəhərində yerləşən torpaq sahəsinin sənədinin alınmasında ona köməklik göstərəcəyini demiş və bunun qarşılığında ondan 1,200 manat pul istəmişdir. Mobil, Sədinin yanında ona 1,200 manat pul vermişdir. Mobildən həmin pulu almaqda niyyəti həmin məbləği mənimsəmək olmuşdur. Belə ki, torpağın xüsusi mülkiyyət kimi qeydə alınması üçün heç bir tanışı olmamışdır, Mobili aldadıb pulunu almışdır. Mobilə 600 manat ödəmiş, qalan vurulmuş zərər barədə artıq razılığa gəlmişdir. Əməlindən peşman olduğunu, himayəsində yetkinlik yaşına çatmayan övladının olduğunu bildirərək ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 bildirmişdir ki, oğlu Hüseyn hərbi xidmətdə olan zaman 16 iyun 2015-ci il tarixdə hərbi xidmət yoldaşı ilə dalaşmış, bununla bağlı Hüseynin barəsində cinayət işi başlanmışdır. 19 aprel 2016-cı il tarixdə Gəncə Hərbi Məhkəməsinin hökmü ilə oğlu Hüseyn 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 15 oktyabr 2019-cu il tarixdə qonşusu Şahid2 ona bildirmişdir ki, əlaqələri olan Təqsirləndirilən şəxs adlı bir tanışı var, həmin şəxs digər tanıdığı şəxsin də vaxtından əvvəl azadlığa çıxmasında köməklik göstərmişdir. Kənandan xahiş etmişdir ki, Raufla onu görüşdürüb tanış etsin. Həmin gün Kənan ona zəng edərək bidirmişdir ki, Rauf onlara gəlmişdir və onu da evinə dəvət etmişdir. X6 adlı tanışı ilə gəlmişdir. Rauf həmin zaman bildirmişdir ki, MTN-də işləyir, əlaqələri var və onun oğlunun vaxtından əvvəl azad edilməsinə köməklik göstərəcəkdir. Oğlu barədə bütün məlumatlar Raufa bildirmişdir. Rauf Hüseynin məhkəmə sənədləri ilə tanış olduqdan sonra bildirmişdir ki, iş düzgün aparılmamışdır, Hüseynin işini Konstitusiya Məhkəməsinə verəcək, həmin məhkəmə vasitəsi ilə 2020-ci ilin mart ayınadək olan müddət ərzində Hüseynin cəzasını ləğv etdirəcək və onun azadlığa çıxacağına nail olacaqdır. Rauf ona söyləmişdir ki, bu gecə Bakıya gedəcək və tanışları ilə danışıb bunun üçün nə qədər pul lazım olacağını öyrənib ona bildirəcəkdir. 16 oktyabr 2019-cu Rauf mobil telefonla onun istifadə etdiyi mobil telefona zəng edərək oğlu Hüseynin işini tanışları ilə danışdığını, Hüseynin işinin düzələcəyini, yəni Hüseynin cəzadan azad olunacağını, lakin bunun üçün tanışlarıının ondan 50,000 manat pul istədiyini bildirmişdir. Rauf bildirmişdir ki, ilkin olaraq ona 10,000 manat pul göndərməlidir. Dayısı oğlundan 10,000 manat borc pul almış və həmin pulu Raufun göndərdiyi sürücü vasitəsi ilə 17 oktyabr 2019-cu il tarixdə ona göndərmişdir. Bir neçə gün sonra Rauf yenidən mobil telefonla ona zəng edərək Hüseynin işinin aparıldığını, yenidən 13,000 manat pul göndərməyi tələb etmişdir. Bu dəfə bibisi oğlundan həmin məbləğdə pulu borc almış və təxminən 20 oktyabr 2019-cu il tarixdə Rauf dediyi kimi həmin pulu qonşusu Kənana vermişdir. Həmin gün Rauf ona zəng edərək Kənanın 13,000 manat pulu gətirib ona verdiyini bildirmişdir. Bir neçə gün sonra Rauf ona zəng edərək ondan daha 7,000 manat pul istəmişdir. Raufa bildirmişdir ki, daha 7,000 manat verəcək, lakin daha pulu yoxdur. Rauf ona bildirmişdir ki, 20 min manat pulu özü qoyacaq, oğlu azad olunandan sonra həmin pulu ondan alacaq. 2019-cu ilin oktyabr ayının sonlarında xatırlamadığı gün axşam saatlarında Rauf Rəşad adlı şəxslə qonşusu Kənanın yaşadığı evə gəlmiş, və o, 7,000 manat pulu Kənanın, onun arvadının və Rəşad adlı şəxsin yanında Raufa vermişdir. Sonrakı aylar ərzində dəfələrlə Raufla telefon vasitəsi ilə əlaqə saxlamış, lakin, Rauf hər dəfə bir bəhanə gətirərək için düzələcəyini bildirmişdir. Sonda anlamışdır ki, Rauf onu aldadıb pulunu mənmsəmişdir. Bununla əlaqədar polis orqanlarına müraciət etmişdir. Bu müddət ərzində Rauf ona cəmi 10,000 manat pul ödəmiş, qalan məbləği ödəməmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş cəza təyin edilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 bildirmişdir ki, tabışı Şahid6 ilə söhbət edən zaman ona bildirmişdir ki, Mingəçevir şəhəri ərazisində torpaq sahəsi var, lakin bu torpağa dair heç bir rəsmi sənəd olmadığından torpağı adına rəsmişləşdirə bilmir. Sədi ona bildirmişdir ki, Təqsirləndirilən şəxs adlı tanışı var o, həmin işlərlə məşğuldur. Sədi Raufa zəng edib bu barədə ona məlumat verdikdə Rauf bildirmişdir ki, 1,200 manat müqabilində həmin torpaq sahəsini İnzibati Məhkəmə vasitəsi ilə onun adına rəsmiləşdirə bilər. Onun dediyi ilə razılaşmış və 2020-ci ilin noyabr ayıında Sədi ilə birlikdə Raufun yaşadığı Yevlax rayonu, Havarlı kəndinə onun evinə getmişlər. Orada Raufla görüşüb bu barədə danışıb razılaşmışlar. Rauf vəd vermişdir ki, iki ay ərzində sənədi ona verəcəkdir. Buna görə də Sədi vasitəsi ilə 1,200 manat pulu və torpaq sahəsinin cizgisini Raufa vermişdir. Lakin, sonradan Raufla dəfələrlə əlaqə saxlasa da, Rauf müxtəlif bəhanələr gətirmiş, torpağın ssənədini ona təqdim etməmişdir. Anlamışdır ki, Rauf onu aldadıb pulunu mənimsəmişdir və bu səbədən polis orqanlarına müraciət etmişdir. Ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir, ondan heç bir tələbi yoxdur. Nəzərə alınmasını xahiş etmişdir. Şahid2 bildirmişdir ki, Zərərçəkmiş şəxs1 onun qonşusudur. Mülayimin oğlu Hüseyn cinayət əməli törətdiyi üçün 2016-cı ildə cinayət məsuliyyətinə cəlb olunaraq barəsində 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Mülayim oğlunun cəzasını azaltmağa çalışsa da heç bir nəticə olmamışdır, buna görə də ondan da dəfələrlə oğlunun cəzasının azaldılmasına köməklik göstərilməsini xahiş etmişdir. 2019-cu ilin oktyabr ayının əvvəllərində Yevlax rayonu Qaroğlan kəndində olan zaman orada Rauf adlı şəxsin həmin kənd sakinləri Cəsarət və Əfqan adlı şəxslərin cəzalarının azaldılması üçün tədbirlər gördüyünü, sənədlər topladığının şahidi olmuşdur. Buna görə Raufla tanış olmuş və ondan qonşusu Mülayimin oğlu Hüseynə də köməklik göstərməsini xahiş etmişdir. Rauf onu tam dinlədikdən sonra bildirmişdir ki, o məsələni də həll edə bilər. Bu barədə Mülayimə demiş və Mülayim ondan xahiş etmişdir ki, Raufla onu görüşdürsün. Raufla telefon əlaqəsi yaratmış və onu öz evinə dəvət etmişdir ki, Mülayimlə onu tanış etsin. Xatırlamadığı bir gün Rauf onlara gəlmiş və o, Mülayimi də evinə dəvət etmişdir. Mülayim oğlunun cinayət işi barədə Raufa tam danışdıqdan sonra Rauf bildirmişdir ki, 50,000 manat pulun müqabilində Hüseynin azadlığa buraxılmasında köməklik göstərəcək. Bundan sonra Mülayim ona cəmi 23,000 manat vermişdir. 2019-cu ilin oktyabr ayının sonlarında isə Mülayim ona 7,000 manat pul vermiş və bildirmişdir ki, Rauf gəlib həmin pulu ondan götürəcəkş Bundan sonra Rauf gəlib 7,000 manat pulu ondan götürmüşdür. Ona məlumdur ki, Mülayim ümumi olaraq Raufa 30,000 manat pul verib və onu aldadıb. Şahid3 məhkəmə iclası zamanı Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Şahid1 Fərruz oğlu teleqram vasitəsi ilə məhkəməyə müraciət edərək istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyi bildirmiş, xəstəliyi ilə əlaqədar işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə ki, Şahid1 istintaq zamanı veridyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2005-ci ildən bəri tanıyır. Belə ki, Raufla Mingəçevir şəhərində eyni binada qonşuluqda yaşamışlar. Lakin Raufla onun yaxın münasibətləri olmamışdır. 2020-ci ilin fevral ayında, dəqiq yadında qalmayan gündə Təqsirləndirilən şəxs onun istifadəsində olan mobil nömrəyə zəng edərək görüşmək istədiyini demişdir. Həmin vaxt Bakı şəhərində Daxili İşlər Nazirliyində yaxınlığında kafelərin birində dostları X4 və X3 ilə çay içirdi. Raufa sözünü telefonda deməsini bildirsə də, Rauf telefonda deyiləcək söz olmadığını və görüşmək istədiyini bildirmişdir. Təxminən 20-25 dəqiqə sonra o, X9 Nazirliyinin yaxınlığında görüşmüdü. Həmin vaxt Ramiz Urubzadə ilə Cəfər Cəfərovda onun yanında olmuşdur. Həmin vaxt Rauf demişdir ki, ona yaxşı vəkil lazımdı, onun qohumu əsgərlikdə olan zaman tutulmuşdur, o, həmin vaxt Raufa tanıdığı və Bakı şəhər 20 saylı vəkil bürosunda vəkil işləyən Tahir Babayevin yaxşı vəkil olduğunu demişdir. Rauf əlaqə saxlayacağını deyərək getmişdir. Bundan təxminən 2-3 gün sonra Rauf zəng edərək dediyim vəkillə görüşmək istədiyini dediyi üçün onu Tahir Babayevin ofisinin qarşısına çağırmış və Raufu vəkil Tahir Babayevin yanına aparmışdır. Rauf orada şəxsiyyət vəsiqəsini və Raufun tutuduğunu dediyi qohumunun barəsində olan məhkəmə hökmlərini Tahirə təqdim etmişdir. Bundan sonra Rauf ilə Tahir müqavilə bağlamışlar. Rauf müqavilə bağlanan zaman vəkilə 200 manat pul verdiyi üçün Tahir razılaşmaq istəməsə də sonradan o, xahiş etdiyi üçün Tahir onunla razılaşaraq müqaviləni bağlamışdır. Ona sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs dediyi əsgərlik zamanı cinayət törədən şəxsin cəzasını yüngülləşdirmək üçün Ali Məhkəmənin Plenumuna müraciət etmişlər, lakin orada hər hansı bir müsbət nəticə olmamışdır. Həmin hadisədən bir müddət keçdikdən sonra təxminən 2020-ci ilin yaz ayları olardı Təqsirləndirilən şəxs zəng edərək həmin işi Konstitusiya Məhkəməsinə vermək istədiyini demişdir. Bu zaman Raufa Konstitusiya Məhkəməsinin həmin işə baxmayacağını desə də, Rauf xahiş etmişdir ki, onun burada tanıdığı vəkil yoxdur, ona başqa vəkil tapsın. Rauf təkidlə xahiş etdiyi üçün o, Raufla Bakı şəhərində görüşmüş və onu tanışı olan Bakı şəhər 2 saylı Vəkil Bürosunda vəkil işləyən Fəxrəddin Səfərovun yanına aparmışdır. Rauf vəkil Fəxrəddinlə həmin mövzu barədə danışmış və daha sonra müqavilə bağlamışlar. Həmin vaxt Fəxrəddin də Raufa demişdir ki, Konstitusiya Məhkəməsinə müraciət etməyin hər hansı bir köməkliyi olmayacaq. Lakin Rauf bunu etmək istədiyini bildirdiyi üçün Fəxrəddin razılaşmışdır. Lakin Konstitusiya Məhkəməsinə olunan müraciətində hər hansı bir nəticəsi olmamışdır. Ona indi aydın olmuşdur ki, Raufun bunu etməkdə məqsədi Zərərçəkmiş şəxs1 aldatdığı üçün atdığı üçün vaxt qazanmaq olmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(051)-100/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 il 11 ay müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (səh. 203) Yevlax rayon icra və probasiya şöbəsinin 28 sentyabr 2022-ci il tarixli məktubunda qeyd edilir ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(051)-100/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 il 11 ay müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməmişdir. Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə, yəni təkrarən etibardan sui-istifadə edib, aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ələ keçirərək dələduzluq etmədə təqsirli olması özünün etirafı, zərər çəkmiş şəxslərin, şahidlərin ifadələri və işin digər halları ilə tam sübuta yetirilmişdir və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır, əməlindən peşman olmasını, vurmuş olduğu zərəri qismən ödəməsini, himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını cəzasını yüngülləşdirən hal kimi, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs şəxsiyyətini, vurulmuş ziyanı tam olaraq ödəməməsini nəzərə alır və hesab edir ki, ona müvafiq maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Eyni zamanda nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs tərəfindən istinad edilən əməllər Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(051)-100/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü çıxarılmazdan əvvəl törədilmişdir. Həmin hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası Təqsirləndirilən şəxs tərəfindən çəkilməmişdir. Cinayət Məcəlləsi: Maddə 66.5. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır Maddə 68.1. Cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə: 68.1.1-1. azadlığın məhdudlaşdırılmasının iki günü; Bu səbəbdən Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(051)- 100/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi Cinayət Məcəlləsinin 68.1.1-1 maddəsinə uyğun olaraq hesablanmaqla hazırkı iş üzrə təyin ediləcək cəzaya qismən toplanılmaq yolu ilə üzərinə qəti cəza müəyyən edilməlidir. Cəzasının əvvəli həbsə alındığı 06 mart 2022-ci il tarixdən hesablanmalıdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə dövrü üçün göstərilmiş hüquqi yardıma görə 90 manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Cinayət Prosessual Məcəlləsinin 321, 344 və 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M Е T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(051)- 100/2021 nömrəli hökmü ilə təyin edilmiş cəzanın xx.xx.2022-ci il tarixə çəkilməmiş qalan 02 il 11 ay hissəsi, azadlığın məhdudlaşdırılması cəzasının 2 günü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə 01 gün hesablanmaqla, 01 il 05 ay 15 gün azadlıqdan məhrum etmə cəzası müəyyən olunsun və Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 04 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 06 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 90 manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Hüquq Bürosunu vəkili Müdafiəçi ödənilsin Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir Hakim: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar