Məhkəmə qərarları › İş №1(039)-74/2023

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-74/2023

27.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-74/2023 27.04.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Yevlax rayonu Tanrıqulular kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən saxlanc yerinə daxil olmaqla özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə 2022-ci ilin sentyabr ayının 15-də gecə saatlarından 2022-ci ilin oktyabr ayının 18-nə qədər olan müddətdə istintaqla müəyyən olunmayan günlərdə gecə saatlarında vahid niyyətlə Yevlax rayon Tanrıqulular kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs MMC-yə məxsus açıq ərazidə saxlanılmış “New Holland” markalı tırtıllı ekskvatorun yanacaq çənindən bir litrinin qiyməti 80 qəpik olan ümumilikdə 2400 manat dəyərində 3000 litr dizel yanacağını özü ilə gətirdiyi rezin boru vasitəsilə çıxarıb gətirdiyi 32 litrlik polietilen qablara doldurmaqla həmin qabları özünə məxsus “Niva” markalı ** BM *** dövlət nömrə nişanlı avtomobilin salonuna və yük yerinə yığaraq oradan çıxardıb gizli olaraq talamaqla Zərərçəkmiş şəxs MMC-yə cəmi 2400 manat məbləğində maddi ziyan vurmaqla özgənin əmlakını gizli yolla talamaqla qəsdən oğurluq etmişdir. Göstərilən xüsusatlar təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadəsi, ekspert rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs MMC-nin rəhbəri Qanuni nümayəndə İsmayıl oğlunun Yevlax RPŞ-nə müraçiəti ilə tanış olmuş və bildirmişdir ki, onun yaşadığı Yevlax rayon Tanrıqullar kəndi ərazisinin yaxınlığında boz dağın ətəklərində təxminən 2-3 ay olar ki, tikinti işləri gedir. O, bir neçə dəfə həmin ərazidən keçərkən orada böyük həcmli traktor və digər yük daşıyan texnikaların olduğunu görmüş və həmin texnikalardan dizel yanacağı oğurlayaraq satmaq qərarına gəlmişdir. Bundan sonra o, 2022-ci ilin sentyabr ayının 15dən sonra gecə özü tək olaraq həmin əraziyə idarə etdiyi “NİVA” markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomaşınla getmiş orada açıq ərazidə saxlanılmış “New Holland” markalı ekskvatora yaxınlaşmış və ekskvatorun yanacaq bakının qapağını burub açmış və özü ilə gətirdiyi rezin boru vasitəsi ilə 4 ədəd özü ilə gətirdiyi 32 litrlik polietilen qablara dizel yanacağı doldurmuş və o, həmin dizellə dolu yanacaq qabılarını idarə etdiyi avtomaşına yükləmiş və həmin qabları yaşadığı ünvana aparmışdır. O, həmin ekskvatora davamlı olaraq yanacaq tökülə biləcəyini düşünərək həmin ekskvatordan oğurluq etmək qərarına gəlmişdir. Lakin oğurluq edərkən dizeli tam olaraq hamısını götürməmişdir ki, yanacağın azaldığını ekskvator sürücüsü hiss etməsin. Həmin gecə oğurladığı dizel yanacağını aparıb yaşadığı evin həyətində saxladığı iri tonlu dəmir materialdan olan köhnə çənə tökmüşdür. Bundan sonra 2022-ci ilin sentyabr ayının sonlarında xatırlamadığı gündə, gecə saatlarında o, yenidən idarə etdiyi “NİVA” markalı avtomaşınla açıq ərazidə olan “New Holland” markalı ekskvatorun olduğu yerə getmişdir. O, düşünmüşdür ki, ekskvator həmin ərazidə işləyir və ekskvatoru yenidən yanacaqla doldurmuşlar. O, həmin ekskvatordan etdiyi oğurluq əməlini davam etdirmək məqsədilə, o həmin gün ekskvatorun yanacaq bakının qapağını burub açmış, özü ilə gətirdiyi 4 ədəd 32 litrlik qablara dizel yanacağını doldurmaqla avtomaşına yükləyib aparmış və yenə evdə gizli saxladığı köhnə çənə doldurmuşdur. Bundan sonra o, 2022-ci ilin oktyabr ayının 18-nə qədər olan müddətdə bir neçə dəfə xatırlamadığı günlərdə yenidən gecə saatlarında həmin əraziyə gəlmiş və ekskvatorun yanacaq çənini burub açmış, yanacaq çənindən yenidən özü ilə gətirdiyi 4 ədəd 32 litrlik qablara dizel yanacağını doldurmaqla avtomaşına yükləyib aparmış və yenə evin həyətində gizli saxladığı köhnə çənə doldurmuşdur. Onun niyyəti o, olmuşdur ki, yanacağı çənə doldurub sonradan satsın. 2022-ci ilin oktyabr ayının ortalarında çəndə olan yanacağın çən köhnə olduğuna görə sızma ola biləcəyindən qorxub satmaq qərarına gəlmiş və çəndə olan yanacağın hamısını xatırlamadığı təsadüfən tanıdığı yük avtomobili sürücüsü olan bir nəfər şəxsə satmışdır. Bundan sonra həmin çəni də məhv edərək metal yığanlara satmışdır. Sonuncu dəfə o, xx.xx.2022-ci il tarixdə gecə saat 04 radələrində idarə etdiyi NİVA markalı avtomaşınla “New Holland” markalı ekskvatorun işlədiyi əraziyə getmişdir. O, həmin ərazidə işləyən “New Holland” markalı həmin ekskvatorun dizel yanacaq bakının qapağını burub açaraq özü ilə gətirdiyi boru vasitəsi ilə yanacaq bakından 4 ədəd 32 litrlik qablara dizel yanacağı çəkmiş və o həmin ərazidən uzaqlaşaraq getmək istəyərkən bu zaman onun idarə etdiyi avtomaşının qarşısına bir nəfər şəxs çıxmış və o, həmin şəxsi gördükdə avtomaşını saxlamış, həmin şəxs ona özünü təqdim edərək bildirmişdir ki, həmin “New Holland” markalı ekskvatora gecə vaxtı qarovul çəkir və ərazinin gözətçisi işləyir. Az sonra oraya sonradan adını bildiyi Elçin adlı şəxs gəlmiş və həmin şəxs ona öz iradını bildirərək ona nə üçün oğurluq etdiyini bildirmişdir. O isə maddi imkanı olmadığı üçün belə bir hərəkət etdiyini onlara bildirmişdir. O, 2022-ci ilin sentyabr ayının 15-dən oktyabr ayının 18-dək olan müddət ərzində 7-8 dəfə “New Holland” markalı eyni ekskvatordan dizel yanacağı oğurlamışdır. Amma konkret olaraq oğurladığı yanacağın həcmini bilməmişdir. Eyni zamanda etmiş olduğu əməldən peşiman olduğunu bildirmişdir. Bundan sonra əraziyə polis əməkdaşları gəlmişlər. Bundan sonra polis əməkdaşları onu Yevlax RPŞ-nə gətirmişlər. O, həmin oğurluq əməlini özü tək olaraq törətmişdir. Onun yanında heç kim olmamışdır. O, qeyd etdiyi oğurluqdan başqa heç bir oğurluq əməli törətməmişdir. O, törətmiş olduğu cinayət əməlindən çox peşmandır. Hazırda törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödədiyini və onunla barışıq əldə etdiyini bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi Qanuni nümayəndə İsmayıl oğlu məhkəməyə ərizə göndərərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, ona vurulmuş ziyanın tamamilə ödənildiyini və təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndə İsmayıl oğlunun ifadəsindən görünür ki, xx.xx.2022-ci il tarixli ərizəni özü yazmışdır. O, 2022-ci ilin avqust ayından Dəmirçi MMC-də iş icraçısı vəzifəsində işləyir. İşlədiyi Dəmirçi MMC-şirkəti 2022-ci ilin avqust ayından Yevlax rayon Tanrıqullar kəndi ərazisində kəndin arx hisəsində yerləşən boz dağın ətəyində su hövzəsi tikməklə məşğul olur. Belə ki, qeyd olunan ərazidə kənd təsərüfatı təyinatlı torpaq sahələrinin suvarılması üçün böyük həçmdə su hövzələrinin qazıntı işləri aparılır. Həmin qazıntı işlərinin aparılmasında böyük həcmli yük maşınları və traktorlar işləyir. Ərazidə həmin işlərin görülməsində dörd ədəd ekskvatorlar işləyir. Həmin ekskvatorlar qazıntı işləri görülən ərazidə işləyir, həmin ekskvatorların işdən sonra idarənin həyətinə gətirilməsi mümkün deyildir. Bu səbəbdən də ekskvatorlar həmin ərazidə saxlanılır. Həmin ekskvatorlara gözətçi olaraq Şahid1 nəzarət edir. Şahid2 isə Zərərçəkmiş şəxs MMC-də “New Holland” markalı ekskvatoru idarə edir. Şahid2 idarə etdiyi ekskvatora gördüyü işə görə hər gün dizel yanacağı ayrılır. Lakin son vaxtlar Şahid2 idarə etdiyi “New Holland” markalı ekskvatora ayrılmış dizel yanacağı ekskvator gördüyü işlə uzlaşmamışdır. O, Elvinlə bu barədə danışdıqda ekskvatorun artıq miqdarda dizel yanacaq yandırmasının ekskvatorun mühərrikinin nasaz olmasından irəli gəldiyini ehtimal etmişlər. 2022-ci ilin sentyabr ayının təxminən 15-də o, işə gəldikdə gözətçi Şahid1 ona bildirmişdir ki, gecə saat 01 radələrində mühafizə etdiyi ərazidə işləyən ekskvatorun ətrafında naməlum şəxsi görüb həmin əraziyə yaxınlaşdıqda bu zaman həmin şəxsin avtomobilə minib oradan qaçaraq uzaqlaşdığını görmüşdür. Lakin, Şahid1 həmin vaxtı oğurluq barədə nəsə hiss etməmiş və görməmişdir. O, bundan sonra gözətçiyə gecə işdə olarkən ekskvatorların ətrafında onlara nəzarət edərkən ayıq-sayıq olmasını tapşırmışdır. xx.xx.2022-ci il tarixdə səhər saat 05 radələrində onun mobil telefonuna gözətçi Şahid1 zəng edərək ərazidən oğurluq edən şəxsi saxladığını bildirmiş və o, dərhal həmin əraziyə gəlmiş və əraziyə gəldikdə ağ rəngli Niva markalı avtomaşının ərazidə olan yük yığmaq üçün nəzərdə tutulan ekskvatorun yanında dayandığını və ekskvatorun yanacaq bakından dizel yanacağı oğurladığını müəyyən etmişdir. O, “New Holland” markalı texnikaya gündəlik dizel yanacağı vurmuş və görülən işin hər kubuna görə dizel yanacağını hesabladıqda MMC-nin balansından 3000 litr dizel yanacağının əskik olduğunu bilmişdir. O, MMC-yə məxsus ərazidən oğurluq edən həmin şəxsin Yevlax rayon Tanrıqullar kənd sakini Musaməddin adlı şəxs olduğunu müəyyən etmiş və həmin şəxs öz etdiyi əməlini etiraf etmişdir. Musaməddinin oğurlayaraq əldə etmək istədiyi 4 ədəd polietilen 32 litrlik qablarda olan dizel yanacağını o təhvil götürmüşdür. Oğurluq nəticəsində Zərərçəkmiş şəxs MMC-ə 2400 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs MMC-də işləyən Şahid2 idarə etdiyi “New Holland” markalı ekskvatorun yanacaq çəni 350 litr dizel yanacaq tutumuna malik texnikadır. O, həmin texnikaya gündəlik dizel yanacağı vurmuş və görülən işin hər kubuna görə dizel yanacağını hesabladıqda MMC-nin balansından 3000 litr yanacaq əskik olmuşdur. Belə ki, 3000 litr yanacaq 80 qəpikdən 2400 manat pul edir ki, MMC-nin balansına 2400 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsindən görünür ki, avqust ayının 28-dən Dəmirçi Tikinti Şirkəti MMC-də gözətçi vəzifəsində işləyir. Onun gözətçi kimi işlədiyi yerdə qazıntı işləri görən ekskvatorlar işdən sonra ərazidə qaldığından onlara nəzarət edir. Həmin ekskvatorlar ağır tonlu ekskvatorlar olduğundan işdən sonra onları iş yerinə gətirmək mümkün deyildir. Sentyabr ayının təxminən 15-də o, gecə saatlarında saat 01 radələrində mühafizə etdiyi ərazidə naməlum şəxsin hərəkət etdiyini görmüşdür. O, ekskvatorların olduğu yerə yaxınlaşarkən bu zaman həmin şəxs avtomaşınla oradan uzaqlaşmışdır. O, bu barədə idarənin müdiri olan Elçin müəllimə məlumat vermişdir. Bundan bir ay sonra xx.xx.2022-ci il tarixdə səhər saat 05 radələrində ağ rəngli Niva markalı avtomaşının idarəyə məxsus açıq ərazidə olan yükü yığmaq üçün nəzərdə tutulan “Nev Holland” markalı ekskvatorun yanında dayandığını və ekskvatorun yanacaq bakından bir nəfər şəxsin yanacaq çəkdiyini görmüş və həmin avtomaşının olduğu yerə yaxınlaşdıqda həmin vaxt Niva markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomaşını və avtomaşının yanında sonradan adını bildiyi Yevlax rayon Tanrıqulullar kənd sakini Musaməddin adlı şəxsin olduğunu görmüşdür. Musaməddin onu gördükdə dayanmış və o, Musaməddinə nə üçün oğurluq etdiyini bildirmiş və həmin vaxt ekskvatorun ətrafında politelon qabların və eyni zamanda Niva markalı avtomaşının yük yerində politelon qabların olduğunu görmüşdür. Bundan sonra o, Elçin müəllimə zəng edərək baş vermiş hadisə ilə əlaqədar məlumat vermiş və az sonra Elçin müəllim oraya gəlmiş və o özü polisə zəng edərək bu barədə məlumat vermişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsindən görünür ki, avqust ayının 12-dən Dəmirçi Tikinti Şirkəti MMC-də traktor sürücüsü olaraq işləyir. O, idarə etdiyi “Nev Holland” markalı tır-tırlı ekskvatorla şirkətin nəzdində fəaliyyət göstərir. İdarə etdiyi ekskvatorla ərazidə işləyir, işdən sonra ekskvatoru yenidən idarənin yerləşdiyi əraziyə gətirmək mümkün deyildir. Belə ki, ekskvator böyük həcmli texnika olduğundan ərazidən daşınması mümkün deyildir. Ekskvator xüsusi texnika vasitəsi ilə daşınır və əraziyə gətirilir. Bu səbəbdən işlətdiyi ekskvator ərazidə saxlanılır. Onun idarə etdiyi ekskvatorun yanacaq çəni 350 litr dizel yanacağı tutur. Onun idarə etdiyi ekskvator hər gün işə gəldikdə dizellə təmin olunur. Son vaxtlar onun işlətdiyi ekskvator gün ərzində yanacaqla təmin olunduqdan sonra günün sonunda yanacaq az sərf etməklə qurtarmış vəziyyətdə olmuşdur. O, bu barədə iş icraçısı Qanuni nümayəndə məlumat vermişdir. Gün ərzində görülən işlə yanacaq sərfiyyatı uyğun gəlməmişdir. O, Musaməddin adlı şəxsi əvvələr tanımamışdır. xx.xx.2022-ci il tarixdə saat gecə 08 radələrində Mingəçevir şəhərindən işlədiyi iş yerinə gəldikdə görmüşdür ki, ərazidə bir qrup şəxslər toplaşmış və o həmin şəxslərə yaxınlaşdıqda ona məlum olmuşdur ki, onun idarə etdiyi “New Holland” markalı ekskvatorun yanacaq çənindən Musaməddin adlı şəxs ayrı-ayrı vaxtlarda oğurluq etmişdir. O, işə gəldikdə bilmişdir ki, Musaməddin dizel oğurlayarkən gözətçi tərəfindən saxlanılmışdır. Həmin vaxt ona məlum olmuşdur ki, Musaməddin adlı şəxs onun işlətdiyi ekskvatorun yanacaq çənindən dizel yanacağı oğurlamışdır. Onun işlətdiyi ekskvatorun yanacaq çənindən oğurluq edilməsindən o, şübhələnməmiş, əksinə olaraq onun işlətdiyi ekskvatorda texniki nasazlığın olduğunu, buna görə də texnikanın əlavə yanacaq sərf etməklə işlədiyini düşünmüşdür. Onun işlətdiyi ekskvatorun yanacaq çəninin ağız qapağı açıq vəziyyətdə olmuşdur. O, yanacaq çəninin qapağını bağlamamış, belə ki, ərazinin gözətçisi olduğundan çənin qapağına qıfıl vurmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, vətəndaş Qanuni nümayəndə İsmayıl oğlunun müraciətləri əsasında fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır (iş vər.01); “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, baxışın keçirildiyi yer Yevlax rayon Tanrıqulular kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs MMC-yə məxsus açıq ərazidə saxlanılmış “New Holland” markalı tırtıllı ekskvatorun yanacaq çənindən dizel yanacağını özü ilə gətirdiyi rezin boru vasitəsilə çıxarıb gətirdiyi 32 litrlik polietilen qablara doldurmaqla həmin qabları özünə məxsus “Niva” markalı ** BM *** dövlət nömrə nişanlı avtomobilin salonuna və yük yerinə yığaraq oradan çıxardıb gizli yolla talamaqla qəsdən oğurlandığı yeri göstərmişdir (iş vər.04-05); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:40-da şübhəli şəxs qismində tutulmuşdur (iş vər.12); “Şübhəli şəxsin ifadənin yerində yoxlanılması haqqında” xx.xx.2023-cü il il tarixli protokoldan və protokola əlavə edilmiş fotolardan görünür ki, Təqsirləndirilən şəxs 2022-ci ilin avqust və oktyabr aylarında Yevlax rayonu, Tanrıqulular kənd ərazisində yerləşən Zərərçəkmiş şəxs MMC-yə məxsus ərazidə işləyən traktorun yanacaq bakından neft məhsulunu gizli olaraq taladığını eyni zamanda sonucu xx.xx.2022-ci il tarixdə idarə etdiyi Niva markalı avtomaşınla ərazidən olan traktordan yanacaq növü olan neft oğurladığı və həmin dizel yanacaqların yaşadığı evin həyətində dizel yanacağının saxladığı cənlərin olduğu yeri göstərmişdir. (iş vər. 32-36); Qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.(iş vər. 46-47); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(iş vər.67); "xxxx" MMC-nin ƏQ-234/2022 saylı xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, 3000 litr yanacaq növü olan dizel yanacağının xx.xx.2022-ci il tarixə olan real bazar dəyəri 2400 (iki min dörd yüz) manat təşkil edir. (iş vər. 69-75); AZE seriyalı 12647730 nömrəli, AZE seriyalı 12647734 nömrəli və AZE seriyalı 12647732 nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il təvəllüdlü, xx.xx.2009-cu il təvəllüdlü və xx.xx.2013-cü il təvəllüdlü uşaqları vardır. (iş vər. 86-87); “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 4 ədəd 32 litrlik polietilen qablar maddi sübut kimi tanınmış və saxlanılması üçün Yevlax rayon Polis Şöbəsinə təhvil verilmişdir (iş vər.92-100); Qanuni nümayəndə İsmayıl oğlu məhkəməyə ünvanlandığı xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, ona dəymiş ziyan tam şəkildə ödənilib və o, Təqsirləndirilən şəxs ilə barışmışdır; Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin nümayəndəsi ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərəçəkmiş şəxslə barışıq əldə etməsini (CM- 59.1.12), törətdiyi cinayət əməlindən peşman olmasını, himayəsində üç azyaşlı uşağının olmasını, habelə ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini cəzasını yüngülləşdirən hal kimi da nəzərə alır və onun (CM-59.2) cəzasını yüngülləşdirən hallar hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməli, 18 oktyabr 2022-ci il tarixdən 20 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət nəzərə alınmaqla ona qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli qazancından tutulmaların aparıldığı tarixdən hesablanmalı, barəsində polisin nəzatəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan 4 ədəd 32 litrlik polietilen qablar sahibi Təqsirləndirilən şəxs təhvil verilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib, aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 18 oktyabr 2022-ci il tarixdən 20 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən islah işləri cəzasının müddətinə 1 günə 4 gün hesablanmaqla, 08 gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 22 (iyirmi iki) gün islah işləri cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində polisin nəzatəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin və cəzasının əvvəli qazancından dövlət nəfinə pul tutulmağa başlandığı vaxtdan hesablansın. Yevlax rayon Polis Şöbəsində saxlanılan 4 ədəd 32 litrlik polietilen qablar sahibi Təqsirləndirilən şəxs qaytarılsın. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar